Xəbərlər arxivi
Xam neftin ixracı (sentyabr 2012-ci il)
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin sentyabr ayında Novorossiysk limanından 159 min 600 ton, Supsa limanından 322 min 980 ton, Çeyhan limanından 1 milyon 654 min 929 ton xam neft ixrac etmişdir. Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 434 min 195 ton, Supsa limanından 2 milyon 176 min 887 ton, Ceyhan limanından isə 15 milyon 505 min 602 ton xam neft ixrac edilmişdir. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
