Xəbərlər arxivi

8 Noyabr 2013

Ekologiya İdarəsinin əməkdaşları Dövlət Bayrağı Meydanında olmuşlar

+

ARDNŞ-nin Ekologiya İdarəsinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Meydanı Kompleksini ziyarət etmişlər. Kollektivin nümayəndələri Dövlət Bayrağı Meydanı, eləcə də memorial abidə kompleksində yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanış olmuşıar. Muzeyin əməkdaşları tərəfindən ölkəmizin tarix boyu əldə etdiyi nailiyyətlər barədə verilən məlumatlar və Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin muzeydə saxlanılan bayraqları və digər dövlət nişanları ilə tanışlıq ziyarətçilərdə güclü təəssürat yaratmışdır. Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi ilə yaxından tanışlıq idarənin əməkdaşlarında yüksək əhval ruhiyyə və milli iftixar hissi oyatmışdır.

8 Noyabr 2013

Məcburi köçkünlərə bayram sovqatı aparılmışdır

+

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz himayəsində olan məcburi köçkünləri daim diqqət mərkəzində saxlayır. Bu günlərdə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələri və Dördyol-Mamırlı ərazisində məskunlaşmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda məskunlaşmış 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə 9 noyabr - Dövlət bayrağı, 12 noyabr - Konstitusiya və 17 noyabr - Milli Dirçəliş günü münasibətilə hər il olduğu kimi bayram payı aparılmışdır.

Bayramlar ərəfəsində noyabrın 4-də Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış məcburi köçkünlərə 32400 kq, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə 13770 kq, noyabrın 7-də isə Ağdam rayonunda yerləşən “Dördyol 1, 2”, “Təzəkənd” qəsəbələrində, Dördyol-Mamırlı ərazisində məskunlaşmış məcburi köçkünlərə 85228,2 kq və Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərə 105300 kq ərzaq yardımı çatdırılmışdır.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

8 Noyabr 2013

Ə.Əmirov adına NQÇİ-də “Fövqəladə halların idarə edilməsi” mövzusunda prezentasiya keçirilmişdir

+

“Azneft” İstehsalat Birliyinin qarşılıqlı maarifləndirmə proqramına əsasən, Ə.Əmirov adına neft və qazçıxarma idarəsində (NQÇİ) “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev tərəfindən “Fövqəladə halların idarə edilməsi” mövzusunda növbəti prezentasiya keçirilmişdir. Tədbirdə Ə.Əmirov adına NQÇİ-nin rəhbərləri, şöbə, sex rəisləri və aparıcı mühəndis texniki işcilər iştrak etmişdir. Prezentasiyada hər hansı qəza və ya fövqəladə hal baş verdiyi zaman həyata keçirilən tədbirlər, işçilərin planlı təxliyyəsi, ilkin tibbi yardım yolları və bu barədə ictimaiyyətin məlumatlandırılması barədə geniş məlumat verilmişdir. Prezentasiya iştirakçılar tərəfindən maraqla qarşılanmış və məruzəçiyə mövzuyla bağlı müxtəlif suallar verilmişdir. Sonda Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev maraqlı prezentasiyaya görə həmkarına kollektiv adından təşəkkür etmişdir.

8 Noyabr 2013

“Azəriqaz” İstehsalat Birliyi 23829,7 kilometr yeni qaz kəməri çəkmişdir

+

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bunun nəticəsidir ki, 2013-cü ilin 10 ayı ərzində ölkə üzrə 7672 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilmiş, 1190,3 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılmışdır.

Ümumilikdə İstehsalat Birliyinin fəaliyyəti dövründə (2009-2013-cü illər) 23829,7 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmışdır ki, bunun da 22347,6 kilometri regionların, 1299,4 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşür. Həmin müddətdə 7144,2 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmişdir. Təmir edilmiş qaz kəmərlərinin 2984,9 kilometri regionların, 4017,7 kilometri Bakı şəhərinin, 141,6 kilometri isə magistral qaz kəmərlərinin payına düşmüşdür.