AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 2 neft, 1 qaz emalı zavodu, Neft Donanması, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla 22 struktur bölməsi var.

Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr (o cümlədən Gürcüstan və Türkiyədə), alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. SOCAR-ın Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya və Ukraynada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. treydinq şirkətləri təsis olunmuşdur.

SOCAR - STATE OIL COMPANY OF THE AZERBAIJAN REPUBLIC

Neftçilər prospekti, 73, Bakı, AZ1000, Azərbaycan

Tel: work+994 12 5210282 | Faks: +994 12 5210383

Email: | www.socar.az

Tanıtma kartını yüklə

Copyright ©2011 State Oil Company of the Azerbaijan Republic