ƏN SON XƏBƏR
Kulevi terminalının 4 yaşı tamam olur
Dörd il əvvəl, 16 may 2008-ci il tarixdə Kulevi Qara dəniz terminalı istifadəyə verilmişdir. Xatırladaq ki, terminalın açılış mərasimində hər iki ölkənin yüksək səviyyəli rəsmiləri, o cümlədən Gürcüstan Prezidenti iştirak etmişdi.
O vaxtdan bəri, terminal yüksək səviyyəli səmərəlilik və idarəçilik bacarığı nümayiş etdirərək, regionun neft məhsulları nəql edən şirkətləri arasında liderlərdən birinə çevrilmişdir. “Black Sea” terminalının ən müasir infrastruktura malik olması enerji bazarı iştirakçıları tərəfindən etiraf olunur. Müxtəlif tədbirlərdə əldə edilən çoxsaylı mükafatlar buna sübutdur.
Ötən dörd il ərzində Kulevi terminalı yüksək səviyyədə fəaliyyət göstərməyə və istehlakçıların tələblərinə cavab verməyə çalışmış, bununla yanaşı ekoloji məsələləri daim diqqət mərkəzində saxlamışdır.
“Azərikimya” İstehsalat Birliyinin gənc mütəxəssisi Fransa Sənaye İnstitutunun magistraturasına qəbul olunmuşdur
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin gənc kimyaçı-mühəndisi Qadir Əliyev Fransa Sənaye İnstitutunun magistraturasına qəbul olunmuşdur.
Gənc mütəxəssisin çalışdığı Etilen-polietilen zavodunun kollektivi onu təbrik etmiş, uğurlar arzulamışlar. 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin kimya-texnologiya fakültəsini, daha sonra isə Bakı Dövlət Universitetinin magistraturasını kimyaçı-mühəndis ixtisası üzrə bitirmiş gənc kimyaçı 2011-ci ilin fevralında test yoxlamalarından və müsahibədən uğurla keçərək Etilen-polietilen zavodunda işə qəbul edilmişdir. Piroqazın sıxılması və təmizlənməsi sexində aparatçı kimi əmək fəaliyyətinə başlamış Qadir Əliyev kimyaçı peşəsinə ürəkdən bağlılığı, istedadı, işə ciddi və məsuliyyətli münasibəti ilə fərqlənmiş, 3 aydan sonra növbə rəisi vəzifəsinə irəli çəkilmişdir.
Çalışdığı sexin istehsalat göstəricilərinin daha da yaxşılaşdırılması üçün daim səylə çalışmış gənc mütəxəssis kimya sahəsində əldə etdiyi elmi bilikləri daha da zənginləşdirmək və bu biliklərdən maksimum səmərə ilə istifadə etməyi qarşısına məqsəd qoyaraq, təhsilini davam etdirmək qərarına gəlmişdir. Yeni tədris ilindən ARDNŞ-nin dəstəyi ilə Fransa Sənaye İnstitutunda “kimya istehsalatı” ixtisası üzrə magistraturada oxuyacaq Qadir Əliyev təhsilini başa vurduqdan sonra yenidən “Azərikimya” İB-də əmək fəaliyyətini davam etdirəcəkdir.
ARDNŞ-nin 2012-ci ilin aprel ayı üzrə ödənişləri
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2012-ci ilin aprel ayında dövlət büdcəsinə 121 milyon 5 min manat vəsait ödəmişdir.
Bu göstərici 2011-ci ilin aprel ayı ilə müqayisədə 28 milyon 153 min manat və ya 130,3 faiz çox olmuşdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında büdcəyə 443 milyon 427 min manat ödənmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 milyon 403 min manat və ya 125,6 faiz çox olmuşdur.
Bundan əlavə, cari ilin aprel ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 15 milyon 816 min manat vəsait köçürmüşdür. Bu göstərici ötən ilin aprel ayına nisbətən 4 milyon 486 min manat və ya 139,6 faiz çox olmuşdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-aprel aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 51 milyon 416 min manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 925 min manat və ya 123,9 faiz çox olmuşdur.
Lənkəran və Masallı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
Təmir işləri ilə əlaqədar olaraq 17 may 2012-ci il tarixdə saat 10:00-dan 14:00-dək “Xarxatan”, 15.00-dan 19.00-dək isə “Alvadı” Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Liman şəhəri də daxil olmaqla, Lənkəran rayonunun Separadi, Şağlaser, Vilvan, Cil, Xarxatan, həmçinin Masallı rayonunun Təzə Alvadı, Köhnə Alvadı, Əhmədli, Təklə, Ləngan, Meşəkənarı, Bambaşı, Böyük Xocavar, Çaxırlı və Ağakişibəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinə baxış
Azərbaycanda neft tarixi haqda daha ətraflı bilgi almaq üçün sayta daxil olun
ARDNŞ-ni kəşf et
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…
ətraflı oxuBeynəlxalq reytinq
Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər
ətraflı oxu