ƏN SON XƏBƏR

Upper Head Image

Zərdab və Şabran rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilmişdir

Mayın 24-də Zərdab və Şabran rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Zərdab rayonunun 71 abonentdən ibarət yeni qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilməsi münasibəti ilə keçirilmiş tədbirdə qeyd olunmuşdur ki, yaşayış məntəqəsinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 3200 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 1 ədəd qaztənzimləyici şkaf, 71 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

ARDNŞ-də NATO-nun nümayəndə heyəti ilə görüş keçirilmişdir

Mayın 23-də ARDNŞ-nin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev NATO Baş katibinin müavini Qabor İklodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.


Qonaqları salamlayan ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev hazırda enerji təhlükəsizliyinin qlobal problemlərdən biri olduğunu qeyd etmiş və Azərbaycanın yeni neft strategiyası çərçivəsində bu istiqamətdə həyata keçirilən aktual neft-qaz layihələri barədə onlara ətraflı məlumat vermişdir. NATO Baş katibinin müavini Qabor İklodi səmimi qəbul üçün təşəkkürünü bildirmiş, Bakıya Azərbaycan Diplomatik Akademiyasının təşkil etdiyi “Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi” mövzusunda NATO tərəfdaşlıq konfransında iştirak etmək üçün gəldiklərini bildirmiş və konfransın əhəmiyyətini vurğulamışdır.

Respublikamıza səfərdən xoş təəssüratlar aldıqlarını qeyd edən qonaq Azərbaycanın bütün region üçün nümunəvi ölkəyə çevrildiyini və ondan öyrənilməli məsələlərin çox olduğunu söyləmişdir. Qonaq NATO ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkişaf etməsini müsbət qiymətləndirmiş, bildirmişdir ki, NATO ölkələri üçün qaz mənbələrinin diversifikasiyası mühüm məsələlərdəndir.

Azərbaycanın qədim neft diyarı olduğunu və ölkə neftçilərinin dünya neft sənayesinə böyük töhfələr verdiyini diqqətə çatdıran ARDNŞ-nin prezidenti Avropanın enerji təhlükəsizliyi konsepsiyasında “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini qeyd etmiş və layihənin gerçəkləşməsi istiqamətində aparılan tədbirlərdən danışmışdır. O bildirmişdir ki, Azərbaycan təbii qazının Avropa ölkələrinə nəqli üçün boru kəməri marşrutunun seçilməsi məsələsi artıq son mərhələyə qədəm qoymuşdur.

TAM XƏBƏR ətraflı oxu

İnsan Resursları Departamentinin əməkdaşları akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda görüş keçirmişlər

ARDNŞ-nin İnsan Resursları Departamenti tərəfindən testləşdirmənin təşkili istiqamətində planlaşdırılan işlər çərçivəsində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda görüş keçirilmişdir.
İnstitutun yüksək ixtisaslı test mütəxəssislərinin iştirak etdiyi tədbirdə İnsan Resursları Departamentinin şöbə rəisi Ruslan Əliyev belə görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmiş, qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi perspektivləri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, ARDNŞ-nin müəssisə və təşkilatlarına yüksək hazırlıqlı kadrların seçilməsi, kadr ehtiyat bazasının formalaşdırılması, karyeranın idarə edilməsi üzrə biliklərin yoxlanılması, həmçinin Təlim, Tədris Mərkəzlərinə qəbul və yay məktəbi üzrə müraciət edən vətəndaşların bilik səviyyəsinin yoxlanılması məqsədi ilə həyata keçirilən test imtahanlarında istifadə olunan Test Tapşırıqlarının Elektron Bazasının mütəmadi olaraq yenilənməsi, bütün istiqamətlər üzrə test tapşırıqlarının hazırlanması və ekspertizası üçün Şirkətdə test mütəxəssisləri qrupları formalaşdırılmış və bu sahədə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Müxtəlif istiqamətlər üzrə test tapşırıqlarının hazırlanması və onların ekspertizası işlərində tanınmış ali təhsil və elm müəssisələrinin yüksək ixtisaslı işçilərinin iştirakı da nəzərdə tutulmuşdur. Bu məqsədlə müxtəlif görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Daha sonra tədbir iştirakçılarına İnsan Resursları Departamentinin fəaliyyət istiqamətlərini əks etdirən təqdimat nümayiş etdirilmiş, neft-kimya sahəsinə aid test tapşırıqları bazasının zənginləşdirilməsi məqsədilə İnstitutun elm xadimləri ilə birgə işin aparılmasının əhəmiyyəti vurğulanmışdır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

TAM XƏBƏR ətraflı oxu

Aran (Kür-Araz) iqtisadi rayonunda qazlaşdırma davam edir

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir.
Aran (Kür-Araz) iqtisadi rayonunda həyata keçirilən tədbirlər də bu baxımdan xarakterikdir.

Cari ilin əvvəlindən başlayaraq Mingeçevir şəhərinin qaz təchizatı şəbəkəsinin yeniləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində TRM zavodu ətrafı, ''Şəfa'', ''Şəfəq'', ''Gülüstan'' yaşayış massivləri qazlaşdırılmış, ümumilikdə 12,8 kilometr uzunluğunda qaz kəmərləri çəkilmişdir. AzDRES qəsəbəsi, Natəvan küçəsinin sağ hissəsində salınmış 412 qaçqın və məcburi köçkün ailəsinin yaşadığı ''Yeni Həyat'' yaşayış massivinin qazlaşdırılması məqsədi ilə 17,7 kilometr uzunluğunda bоru хətləri quraşdırılmışdır.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

ARDNŞ-ni kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu