FƏALİYYƏT

"Azəriqaz" İB

"Azəriqaz" İB
Prev Next

"Azəriqaz" İB

"Azəriqaz" İB Azərbaycan Respublikası ərazisində təbii qazın nəqli, paylanması və satışını həyata keçirir.

Env Txt Img

Birlik həmçinin ARDNŞ-nin hasil etdiyi təbii qazın İran İslam Respublikasına, Gürcüstana və Rusiya Federasiyasına nəqlini təmin edir. Birlik il ərzində xaricə və ölkə daxilində 12,6 miliyard m3 qaz nəql edir. "Azəriqaz" İB ölkə ərazisindəki bütün istilik elektrik stansiyalarını təbii qazla təmin etməklə, elektrik enerjisi sahəsinin inkişafında böyük rol oynayır.


İstehsalat Birliyinin elmi-texniki potensialı Azərbaycanın müxtəlif regionlarını əhatə edən 1,312 milyona yaxın istehlakçının təbii qazla təchizatını təmin edir. Bu funksiyanın icrası üçün 8 magistral qaz kəmərləri sahəsi, 7 kompressor stansiyası, 67 qaz istismar sahəsi, 79 avtomat qaz paylayıcı stansiya, 77 qaz paylayıcı stansiya, 35 qaz paylayıcı məntəqə, ümumi uzunluğu 44 372 kilometr olan boru kəmərləri və digər çoxsaylı texnoloji obyektlərdən ibarət olan texniki şəbəkənin optimal idarəetmə mexanizmi mövcuddur.

ətraflı oxu +