Elanlar

04.07.2018

TƏLİM MƏRKƏZİNƏ ŞAGİRD QƏBULU MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ MÜƏYYƏNLƏŞDİ

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu müsabiqəsinin nəticələri müəyyən olundu. Siyahı Namizədlər bölməsində yerləşdirilmişdir.

Qəbul Komissiyası
21.06.2018
TEST İMTAHANI və SUAL NÜMUNƏLƏRİ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu müsabiqəsinin test imtahanı 28 iyun 2018-ci il tarixində SOCAR-ın İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu, Şirin Mirzəyev 26 (Planet şadlıq sarayının yaxınlığı)) keçiriləcəkdir. Test imtahanının saatını öyrənmək üçün Namizədlər bölməsində daxil olun.

Test imtahanında riyaziyyat üzrə 20, kimya üzrə 10, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 50 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

İmtahana 1 saat əvvəl gəlinməsi vacibdir.
İmtahana gələrkən özünüzlə Şəxsiyyət vəsiqəsi gətirməyi unutmayın!

SUAL NÜMUNƏLƏRİNİ görmək üçün bura daxil olun. (Nümunə 1, Nümunə 2, Nümunə 3)


Qəbul Komissiyası
06.06.2018
MÜSAHİBƏ TARİXLƏRİ MÜƏYYƏNLƏŞDİ

DİQQƏT!!! Namizədlərin müsahibədə iştirak tarixi və saatı ilə buradan tanış ola bilərsiniz

Müsahibələr 11, 12 və 13 iyun tarixində saat 10:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) Sumqayıt Təlim, Tədris Mərkəzində keçiriləcəkdir. (Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1, "Etilen-Polietilen" zavodunun inzibati binasının yaxınlığında).

MÜSAHİBƏ QRAFİKİ

Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədləri gətirməyi unutmayın! Əks təqdirdə müsahibəyə buraxılmayacaqsınız.
1. Şəxsiyyət vəsiqəsi (əsli)
2. Diplom və ya attestat (əsli)
3. Hərbi biletin əsli (oğlanlar üçün)
4. Sürücülük vəsiqəsi (Avtoyükləyici maşinist peşəsi üzrə müraciət edənlər üçün)
5. Sağlamlıq haqqında arayış (forma 86)
6. Rentgen (flüoroqrafiya)
7. Məcburi köçkün vəsiqəsi (əsli), olmadığı təqdirdə müvəqqəti məskunlaşmaya dair arayış (yalnız məcburi köçkünlərə aiddir)

Qəbul Komissiyası
05.06.2018
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULU BİTMİŞDİR!

Təlim mərkəzinə sənəd qəbulu 04.06.2018-ci il tarix saat 17:00 dayandırılmışdır.

Qəbul Komissiyası
24.05.2018
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə müsabiqə elan edir.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən ala, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.


S\s Peşə ixtisasları Yer sayı Müddəti
1 Aparatçı (Yalnız kişilər)* 49 1 il
2 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (Yalnız kişilər)* 10 1 il
3 Kimyəvi analiz laborantı 6 1 il
4 Kompressor qurğularının maşinisti (Yalnız kişilər)* 12 1 il
5 Təmirçi çilingər (Yalnız kişilər)* 10 1 il
6 Avtoyükləyici maşinist (BC kateqoriyası üzrə sürücülük vəsiqəsi
olanlar)
10 6 ay
7 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 4 1 il
  CƏMİ 101  

* Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadın əməyinin qadağan olunduğu peşələr.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar tis@socar.az elektron poçt ünvanına yaza bilərlər.


Müraciət üçün son tarix: 4 iyun 2018-ci il saat 17:00-dək


Qəbul Komissiyası
17.07.2017

TƏLİM MƏRKƏZİNƏ ŞAGİRD QƏBULU MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu müsabiqəsinin qalibləri müəyyən olundu. Siyahı Seçilənlər bölməsində yerləşdirilmişdir.

Qəbul Komissiyası
21.06.2017

TEST İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏN OLUNDU!

19-20 iyun 2017-ci il tarixlərində keçirilmiş test imtahanın nəticələri müəyyən olundu. Nəticələr ilə Namizədlər bölməsindən tanış olabilərsiniz.

Qəbul Komissiyası

16.06.2017
TEST İMTAHANI, YADDAŞ KİTABÇASI və SUAL NÜMUNƏLƏRİ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu müsabiqəsinin test imtahanı 19-20 iyun 2017-ci il tarixlərində SOCAR-ın İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu, Şirin Mirzəyev 26 (Planet şadlıq sarayının yaxınlığı)) keçiriləcəkdir. Test imtahanının tarixini və saatını öyrənmək üçün Namizədlər bölməsində daxil olun.

Test imtahanında riyaziyyat üzrə 25, kimya üzrə 15, fizika üzrə 15, Tarix və ümumi dövlətçilik üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 70 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

İmtahana gələrkən özünüzlə Şəxsiyyət vəsiqəsi gətirməyi unutmayın!

Namizədin YADDAŞ KİTABÇASI üçün bura daxil olun.
SUAL NÜMUNƏLƏRİNİ görmək üçün bura daxil olun. (Nümunə 1, Nümunə 2)


Qəbul Komissiyası
08.06.2017
MÜSAHİBƏ TARİXLƏRİ MÜƏYYƏNLƏŞDİ

DİQQƏT!!! Namizədlərin müsahibədə iştirak tarixi və saatı ilə buradan tanış ola bilərsiniz

Müsahibələr 12, 13 və 14 iyun tarixində saat 09:30-dan 17:30-dək (saat 13:00-14:00 nahar fasiləsi) Sumqayıt Təlim, Tədris Mərkəzində keçiriləcəkdir. (Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1, "Etilen-Polietilen" zavodunun inzibati binasının yaxınlığında).

MÜSAHİBƏ QRAFİKİ

Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədləri gətirməyi unutmayın! Əks təqdirdə müsahibəyə buraxılmayacaqsınız.
1. Şəxsiyyət vəsiqəsi (əsli)
2. Diplom və ya attestat (əsli)
3. Hərbi biletin əsli (oğlanlar üçün)
4. Sağlamlıq haqqında arayış (forma 86)
5. Rentgen (flüoroqrafiya)
6. Məcburi köçkün vəsiqəsi (əsli), olmadığı təqdirdə müvəqqəti məskunlaşmaya dair arayış (yalnız məcburi köçkünlərə aiddir)

Qəbul Komissiyası
06.06.2017

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

Çatışmayan məlumatları və ixtisas bölgüsünə (aşağıdakı cədvəl) əsasən Sizə 7 iyun tarixi saat 15:00-dək ixtisasınızı dəyişmək və məlumatları göndərmək üçün bir dəfə olmaqla imkan verilir. Bunun üçün, 7 iyun tarixi saat 15:00-dək Qəbul Komissiyasının rəsmi e-mail ünvanına tis@socar.az ixtisasın dəyişməsi və ya məlumatın göndərilməsi ilə əlaqədar məlumat (Soyadı, adı, atasının adı, ixtisası (göndərilən məlumat)) göndərməyiniz kifayətdir. Növbəti mərhələlər barədə məlumat yaxın günlərdə burada yerləşdiriləcəkdir.

S\s İxtisaslar Yer sayı Müraciətlərin sayı 1 yerə iddiaçıların sayı
sayla faizlə
1 Aparatçı (Yalnız kişilər) 25 239 34.84 % 9.56
2 Kompressor qurğularının maşinisti 6 70 10.20 % 11.67
3 NÖC və Avtomatika üzrə çililingər 6 94 13.70 % 15.67
4 Elektrik qaz qaynaqçısı (Yalnız kişilər) 6 104 15.16 % 17.33
5 Nasos qurğularının maşinisti 6 78 11.37 % 13.00
6 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyor (yalnız kişilər) 6 86 12.54 % 14.33
7 Qazla kəsən (Yalnız kişilər) 6 15 2.19 % 2.50
  CƏMİ 61 686    


Qəbul Komissiyası
06.06.2017
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULU BİTMİŞDİR!

Təlim mərkəzinə sənəd qəbulu 05.06.2017-ci il tarix saat 24:00 dayandırılmışdır.

Qəbul Komissiyası
05.06.2017
DİQQƏT! TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
Vakansiya olduğu halda SOCAR-da işlə təmin olunan təlim mərkəzlərinin məzunları 3 (üç) il ərzində elan olunmuş mütəxəssis vakansiyaları üzrə müraciət edəbilməzlər.
Qəbul Komissiyası
05.06.2017
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

Sənəd qəbulu 05.06.2017-ci il tarix saat 24:00 dayandırılacaqdır.

Qəbul Komissiyası
26.05.2017
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Sumqayıt şəhəri və ya Abşeron rayonunda qeydiyyatı olmalı (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər);
  • Yaşı 29-dan çox olmamalı (15 sentyabr 2017-ci il tarixinədək);
  • Ən azı tam orta təhsilli olmalı;
  • Hərbi bileti olmalıdır (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaq);
  • Tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen (flüoroqrafiya).

Qeyd: Ali və orta ixtisas təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz. Sumqayıt Təlim, Tədris Mərkəzinə müraciət fomasında qeyd olunan ixtisaslar üzrə cəmi 61 nəfər şagirdin qəbul olunması nəzərdə tutulur.

S\s Peşə ixtisasları Say
1 Aparatçı (yalnız kişilər) 25
2 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (yalnız kişilər) 6
3 Elektrik qaz qaynaqçısı (yalnız kişilər) 6
4 Kompressor qurğularının maşinisti 6
5 Nasos qurğularının maşinisti 6
6 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 6
7 Qazla kəsən (yalnız kişilər) 6
  CƏMİ 61


Müraciət üçün son tarix: 5 iyun 2017-ci il


Qəbul Komissiyası
05.08.2016

TƏLİM MƏRKƏZİNƏ ŞAGİRD QƏBULU MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu müsabiqəsinin qalibləri müəyyən olundu. Siyahı Seçilənlər bölməsində yerləşdirilmişdir.

Qəbul Komissiyası
21.07.2016

TEST İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏNLƏŞDİ

19, 20 iyul 2016-cı il tarixlərində keçirilmiş test imtahanında topladığınız balı öyrənmək üçün Namizədlər bölməsinə daxil ola bilərsiniz. Sumqayıt Təlim, Tədris Mərkəzinə seçilən qaliblərin siyahısı yaxın zamanda burada elan olunacaqdır.

Qəbul Komissiyası
15.07.2016
TEST İMTAHANI, YADDAŞ KİTABÇASI və SUAL NÜMUNƏLƏRİ!
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu müsabiqəsinin test imtahanı 19,20 iyul 2016-cı il tarixlərində SOCAR-ın İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu, Şirin Mirzəyev 26 (Planet şadlıq sarayının yaxınlığı)) keçiriləcəkdir. Test imtahanının tarixini və saatını öyrənmək üçün Namizədlər bölməsində daxil olun.
Test imtahanında riyaziyyat üzrə 25, kimya üzrə 15, fizika üzrə 15, Tarix və ümumi dövlətçilik üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 70 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

İmtahana gələrkən özünüzlə Şəxsiyyət vəsiqəsi gətirməyi unutmayın!

Namizədin YADDAŞ KİTABÇASI üçün bura daxil olun.
SUAL NÜMUNƏLƏRİNİ görmək üçün bura daxil olun.

Test imtahanında ümumi təlimat üçün bura daxil olun


Qəbul Komissiyası
01.07.2016
NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

DİQQƏT!!! Müsahibələr 11, 12 və 13 iyul tarixində saat 10:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) Sumqayıt Təlim, Tədris Mərkəzində keçiriləcəkdir. (Ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1, "Etilen-Polietilen" zavodunun inzibati binasının yaxınlığında) Müsahibədə iştirak edəcək namizədlərin siyahısı Namizədlər bölməsində yerləşdirilmişdir. Müsahibədə statusu yalnız “Seçildi” və ya “Baxılır” olanlar iştirak edə bilərlər.

Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədləri gətirməyi unutmayın! Əks təqdirdə müsahibəyə buraxılmayacaqsınız.
1. Şəxsiyyət vəsiqəsi (əsli)
2. Diplom və ya attestat (əsli)
3. Hərbi biletin əsli (oğlanlar üçün)
4. Sağlamlıq haqqında arayış (forma 86)
5. Rentgen (flüoroqrafiya)
6. Məcburi köçkün vəsiqəsi (əsli), olmadığı təqdirdə müvəqqəti məskunlaşmaya dair arayış (yalnız məcburi köçkünlərə aiddir)

 


Qəbul Komissiyası
30.06.2016
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULU BİTDİ
Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu üçün müraciətlər başa çatmışdır.

Qəbul Komissiyası
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULUNUN SON GÜNÜ
Bu gün Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu üçün son gündür. İş gününün sonunda (saat 18:00-da) sənəd qəbulu dayandırılacaqdır. Növbəti mərhələ- müsahibələr haqqında məlumat yaxın zamanda burada yerləşdiriləcəkdir.

Qəbul Komissiyası
22.06.2016
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!
SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Sumqayıt şəhəri və ya Abşeron rayonunda qeydiyyatı olmalı (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər);
  • Yaşı 29-dan çox olmamalı (15 sentyabr 2016-cı il tarixinədək);
  • Ən azı tam orta təhsilli olmalı;
  • Hərbi bileti olmalıdır (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaq);
  • Tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen (flüoroqrafiya).
Qeyd: Ali və orta ixtisas təhsilli namizədlər attestat əvəzinə diplom təqdim etməlidirlər.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz. Sumqayıt Təlim, Tədris Mərkəzinə müraciət fomasında qeyd olunan ixtisaslar üzrə cəmi 25 nəfər şagirdin qəbul olunması nəzərdə tutulur.

Müraciət üçün son tarix: 30 iyun 2016-cı il

Qəbul Komissiyası