Ən çox soruşulan suallar
 
Sual 1 Təlim Mərkəzində təhsilin hansı üstünlükləri var?
Cavab Şagirdlər təhsil aldıqları dövrdə aylıq təqaüd, gündəlik nahar, xüsusi geyim ilə təmin olunurlar. Həmçinin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, onlara iş təklifi olunur.
   
Sual 2 Müraciət üçün hansı sənədlər tələb olunur?
Cavab Müraciət elektron formadadır. Müraciət təsdiqləndikdən sonra müəyyən olunmuş tarixdə müsahibələrə gərlərkən şəxsiyyət vəsiqəsi, məcburi köçkün və ya qaçqınlıq haqqında sənəd, hərbi bilet, sağlamlıq haqqında arayış (forma 86), attestat (orta-texniki və ilk-peşətəhsilli olanlar diplom) və rentgeni flüoroqrafiyasını təqdim etməlisiniz.
   
Sual 3 Sənədlərin yalnız surətini təqdim etmək olarmı?
Cavab Xeyr. Müsahibələrdə sənədlərin əsli təqdim olunmalıdır.
   
Sual 4 Təlim Mərkəzinə kimlər müraciət edə bilər?
Cavab Peşələ üzrə müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşları, 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamış, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər), məcburi köçkün və ya qaçqınlıq haqqında sənəd, hərbi bilet (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi mükəlləfiyyətli), tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen (flüoroqrafiya) olanlar.
   
Sual 5 Müraciət üçün hərbi xidmətdə olunması mütləqdirmi?
Cavab Xeyr, müraciət edən şəxs həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bilet kifayət edir.
   
Sual 6 Ümumi orta təhsili olan gənclər müraciət edə bilərmi?
Cavab Xeyr, minimum tam orta təhsilli şəxslər müraciət edə bilər.
   
Sual 7 Peşə məktəbini bitirmiş gənclər müraciət edə bilərmi?
Cavab Tam orta təhsil almaqla peşə təhsili olan gənclər müraciət edə bilər.
   
Sual 8 Ali təhsilli şəxslər müraciət edə bilərmi?
Cavab Xeyr, ali təhsilli gənclər müraciət edə bilməzlər.
   
Sual 9 Rayon qeydiyyatinda olan gənclər müraciət edə bilərmi?
Cavab Bəli. Qaydalar bölməsində qeyd olunan regionlar üzrə müvafiq qaydada müraciət oluna bilər.
   
Sual 10 Müsabiqə neçə turda təşkil olunur?
Cavab Müsabiqə üç mərhələdən ibarətdir: elektron sənəd qəbulu, müsahibə və test imtahanı.
   
Sual 11 Test imtahanı neçə sualdan ibarət olur? Suallar hansı mövzulardan düşür?
Cavab Test imtahanı 40 sualdan ibarət olub riyaziyyat, fizika, fənnlərinin əsaslarını, məntiq və milli dövlətçiliyə aid mövzuları əhatə edir.
   
Sual 12 Müsahibədə namizədlərə nə kimi suallar verilir?
Cavab SOCAR haqqında məlumat, motivasiyası, ünsiyyət bacarığı və dünya görünüşü, məsuliyyəti və intizamı, nailiyyətləri və üstünlükləri.
   
Sual 13 Təhsilin müddəti nə qədərdir?
Cavab İxtisaslar üzrə müvafiq olaraq 6 (altı) ay və 1(bir) ildir.
   
Sual 14 Təhsil aldığım müddətdə işləyə bilərəmmi?
Cavab Təhsilinizə heç bir maneə törətməyəcəyi təqdirdə dərs saatları xaricində işləyə bilərsiniz.
   
Sual 15 Təhsilini bitirdikdən sonra məzunlara hansı sənəd təqdim olunur?
Cavab Təhsilini müvəffəqiyyətlə başa vurduqda şagirdlərə xüsusi sertifikatlar təqdim olunur.
   
Sual 16 Təhsilini bitirdikdən sonra məzunlar işlə təmin edilirmi?
Cavab SOCAR-ın təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı sosial öhdəçiliyi yoxdur. Lakin, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, iş təklifi edilə bilər.