Qəbul qaydaları
 

SOCAR, Təlim , Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə (KHTM), Sumqayıt Təlim, Tədris Mərkəzi (STTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) şagird qəbulu müsabiqə əsasında həyata keçirilir.

Təhsil müddəti: 6 (altı) ay və ya 1(bir) ildir.

Müsabiqədə iştirak etmək istəyən namizəd:

  • Azərbaycan Respublikası vətəndaşı olmalı;
  • 15.09.2019-cu il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
  • Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);

II tura – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi bilet (oğlanlar üçün)
  • Attestat/ Diplom
  • Sağlamlıq haqqında arayış (Forma 86)
  • Rentgen flüoroqrafiyası

Şagirdlərin təhsil müddətində təminatları:

  • Aylıq təqaüd;
  • Xüsusi geyim (yay və qış geyimləri);
  • Gündəlik nahar;
  • Nəqliyyatla təmin olunma (QRTM).

Qeyd 1: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq.

Qeyd 2: Qanunvericiliyə müvafiq olaraq qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər qəbul olunacaq.

Qeyd 3: Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş, amma üzrsüz səbəbdən imtina etmiş şəxslər müsabiqəyə buraxılmayacaq.

Qeyd 4: Orta ixtisas və ilk peşə-ixtisas təhsilli namizədlər attestat əvəzinə təhsili bitirməsi haqqında müvafiq sənəd təqdim etməlidirlər.

Qeyd 5: Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaqdır.

Qeyd 6: Namizədlər təhsil aldıqları müddətdə yataqxana ilə təmin olunmurlar.

VACİB: SOCAR təlim mərkəzlərini bitirən şagirdlərin işlə təmin olunmaları ilə bağlı öhdəçilik daşımır.