Peşələrin siyahısı

Təlim Mərkəzinə sənəd qəbulu aşağıdakı peşələrə uyğun aparılacaqdır:

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (1 il)
Neft, qaz və kimya sənayesində istifadə olunan elektrik avadanlıqlarının quruluşu, elektrik təhlükəsizliyi , ümumi işıqlandırma sistemi, elektrik mühərrikləri (asixron, sinxron, sabit cərəyan) haqqında məlumat, iş prinsipləri, maqnit işə salıcılar, kontaktorlar haqqında məlumat, transformatorların iş prinsipi, işə salınması, mühərriklərin dolaqlarının absorbsiya üsulu ilə qurudulması, cərəyan şiddətinin, gərginliyinin, müqavimətin ölçülməsi üsulları, elektrik mühərriklərinin sökülüb yığılma qaydaları və müxtəlif üsullarla dövriyyəyə qoşulma sxemləri və.s öyrədilir
 
Qeyd: Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə yalnız kişi namizədlərin üraciəti qəbul olunur
 
Nasos qurğusu maşinisti (1 il)
Neft-kimya sənayesində istifadə olunan müxtəlif nasoslar haqqında məlumat, onların konstruktiv quruluşları, təsnifatı, iş prinsipləri, işləmə xüsusiyyətləri, təhlükəsiz istismar qaydaları, təmir texnologiyası, yeyilimiş və sıradan çıxmış hissələrin bərpası, dəyişdirilməsi və işə salınması və s. öyrədilir.
 
 
Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər (1 il)
Neft-kimya sənayesində istifadə olunan müxtəlif avadanlıq, maşın və aqreqatların idarə edilməsində və avtomatlaşdırılmasında tətbiq olunan nəzarət ölçü cihazları və müasir avtomatika vasitələri haqqında məlumat,onların təsnifatı, iş prinsipləri, təhlükəsiz istismar qaydaları, metroloji təminatı, təmir texnologiyası, quraşdırılması, sazlanması və s. öyrədilir.
   
Təmirçi çilingər (1 il)
Neft-kimya sənayesində istifadə olunan müxtəlif boru nümunələrinin keyfiyyətli təmirini yerinə yetirmək, siyirtmələrin, qoruyucu klapanların, ventillərin, həmçinin kolon tipli aparatların sökülüb–yığılması, müxtəlif reduktorların təmiri, yığılması və tənzimlənməsi, təmir olunmuş avadanlığın işə qoşulması üçün hazırlığının yoxlanılması, detalların bərpası, burğularla deşiklərin açılması, təmir olunan avadanlıqların sınaqdan keçirilməsi və.s. öyrədilir.
Qeyd: Təmirçi çilingər peşəsi üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur
   
Texnoloji qurğuların təmiri üzrə çilingər (1 il)
Neft-kimya zavodlarında istifadə olunan avadanlıqlardan, ölçü və nəzarət alətləri və onlardan istifadə qaydaları, yükqaldırıcı maşın və mexanizimlərin konstruksiyaları və iş prinsipi, çilingər işləri,detalların hazırlanma texnalogiyası,mexaniki alətlərin tətbiqi ilə çilingər işlərinin yerinə yetirilməsi,tərpənməyən və sökülməyən yığma işləri, yeyilmənin ölçülməsi və s. öyrədilir.
Qeyd: Texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur
   
Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (6 ay)
Bu ixtisas üzrə oxuyan tələbələrə qazanxanaların, yaşayış, kommunal-məişət müəssisələri qaz təchizatı qaydaları, qaz cihazlarının iş prinsipini, quraşdırılması işə salınması, qaz cihazların təmiri üsulları və növləri, müxtəlif boru nümunələrinin keyfiyyətli təmirini yerinə yetirilməsi ,siyirtmələrin, qoruyucu klapanların, ventillərin, həmçinin kolon tipli aparatların sökülüb–yığılması, yığılması və tənzimlənməsi, təmir olunmuş avadanlığın işə qoşulması üçün hazırlığının yoxlanılması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını və s. öyrədilir.
   
Aparatçı (1 il)
"Azərikimya" İstehsalat Birliyinin qurğularının texnoloji sxemləri, qurğuların təmirə dayandırılması, işə buraxılması, qəza vəziyyətində qurğuların işə salınması, təzyiq altında işləyən aparatların və tutumların təlimatlarının öyrədilməsi, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət olunması və. s. öyrədilir.
Qeyd: Aparatçı peşəsi üzrə yalnız kişi namizədlərin müraciəti qəbul olunur
   
Əl iə qaynaqda elektrik qaynaqçısı (1 il)
Bu ixtisas üzrə oxuyan tələbələrə əridilmə ilə elektrik qövs qaynağının texnologiyası, metalların qaynağa hazırlanması, qaynaq tikişləri, metal və ərintilər haqqında ümumi məlumat, əl ilə qövs qaynağı üçün elektrodlar haqqında məlumat, stasionar və səyyar tipli qövs qidalandırma mənbələri, qaynaq konstruksiyalarının hazırlanması üçün materialların seçilməsi, qaynaq tikişlərində yaranan qüsurlar, qüsurların yaranmasına səbəb olan amillər, qaynaq tikişlərinin yaxşılaşdırılması üsulları, əl ilə qövs qaynağı ilə əlvan metal və ərintilərin qaynaq edilməsi öyrədilir.
   
Elektrik qaz qaynaqçısı (1 il)
Bu ixtisas üzrə oxuyan tələbələrə qazla qaynaq işlərinin yerinə yetirilməsi, oksigen, asetilen və propan qazı ilə metalların qaynağı və kəsilməsi üsulları, metalların qaynağa hazırlanması qaydalarını, qaynaq üsullarının tətbiq sahələri, qaynaq materialları və onların növləri, qaz alovu ilə qaynaqlama üçün istifadə edilən materiallar, avadanlıq və alətlər, metal və ərintilərin lehimlənməsi, lehimləmə
texnologiyası, metal və ərintilərin plazma şırnağı ilə kəsilməsi, qaz olovu ilə kəsilən və kəsilməyən metal və ərintilərin markaları.s öyrədilir.