Elanlar

13.07.2018

TƏLİM MƏRKƏZİNƏ ŞAGİRD QƏBULU MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ MÜƏYYƏNLƏŞDİ

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim Mərkəzlərinə şagird qəbulu müsabiqəsinin nəticələri müəyyən olundu. Siyahı Namizədlər bölməsində yerləşdirilmişdir.

Qəbul Komissiyası

06.07.2018

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə şagird qəbulu müsabiqəsinin test imtahanı
10-11 iyul 2018-ci il tarixlərində SOCAR-ın İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu, Şirin Mirzəyev 26 (Planet şadlıq sarayının yaxınlığı)) keçiriləcəkdir. Test imtahanının tarixini və saatını öyrənmək üçün Namizədlər bölməsində daxil olun.

Test imtahanında riyaziyyat üzrə 20, kimya üzrə 10, fizika üzrə 10, Tarix və ümumi dövlətçilik üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 50 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

İmtahana gələrkən özünüzlə Şəxsiyyət vəsiqəsi və diplom/attestatınızı gətirməyi unutmayın!

QEYD: İmtahanın keçiriləcəyi inzibati binaya və test imtahanına elektronik (mobil (smart) telefon, planşet, smart saat və s.) əşyalarla giriş qadağandır. Gətirilən elektronik əşyalar üçün saxlama yerini olmadığı və itən əşyalara heç bir məsuliyyət daşımadığımızı nəzərinizə çatdırırıq.

1. İmtahan keçiriləcək yerə imtahan vaxtından 1 saat əvvəl gəlməli;
2. Gecikənlər test imtahanına buraxılmayacaqlar.
 


SUAL NÜMUNƏLƏRİNİ görmək üçün bura daxil olun. (Nümunə 1, Nümunə 2, Nümunə 3)

Qəbul Komissiyası

28.06.2018

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

DİQQƏT!!! Müsahibələr 02, 03 və 04 İyul tarixlərində saat 10:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin inzibati binasında keçiriləcəkdir. (Ünvan: Bakı şəhəri, Nizami r-nu, Ş. Mirzəyev küçəsi 26, Neftçilər metrosunun yaxınlığında, Planet şadlıq sarayının arxasında). Müsahibədə iştirak edəcək namizədlərin siyahısı, müsahibə tarixi və vaxtı Namizədlər bölməsində yerləşdirilmişdir. Müsahibədə yalnız statusu “Seçildi” olanlar iştirak edə bilərlər.

Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədləri gətirməyi unutmayın! Əks təqdirdə müsahibəyə buraxılmayacaqsınız.

1. Şəxsiyyət vəsiqəsi (əsli)
2. Diplom və ya attestat (əsli) 
3. Hərbi biletin əsli (oğlanlar üçün)
4. Sağlamlıq haqqında arayış (forma 86)
5. Rentgen (flüoroqrafiya, flüoqrafiyanın şəklini gətirmək mütləqdir)
6. Məcburi köçkün vəsiqəsi (əsli), olmadığı təqdirdə müvəqqəti məskunlaşmaya dair arayış (yalnız məcburi köçkünlərə aiddir)


Qəbul Komissiyası

21.06.2018

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULU BİTMİŞDİR

Sənəd qəbulu 21.06.2018-ci il tarix saat 17:00 bitmişdir.

Qəbul Komissiyası

08.06.2018

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərinə şagird qəbulu üzrə müsabiqə elan edir

1. Azərbaycan Respublikası vətəndaşı olmalı;
2.15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
3.Orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər).
4. Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);

S. s.

Peşə ixtisasları

Yer sayı

Təlim mərkəzi

Təhsil müddəti

Qeyd

1 Texnoloji qurğuların təmiri üzrə çilingər (yalnız kişilər)* 6 QRTM 1 il Ümumi respublika üzrə
2 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (yalnız kişilər)* 24 QRTM 1 il Ümumi respublika üzrə
3 Qaz paylayıcı stansiyanın operatoru **** 6 KHTM** 6 ay Regionlar üzrə
4 Kompressor qurğularının maşinisti (yalnız kişilər)* 2 STTM*** 1 il Ümumi respublika üzrə
5 Təmirçi çilingər (yalnız kişilər) 14 QRTM 1 il Ümumi respublika üzrə
6 Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər**** 21 QRTM 6 ay Regionlar üzrə
7 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 4 QRTM 1 il Ümumi respublika üzrə
CƏMİ 77      

* Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadın əməyinin qadağan olunduğu peşələr
** Tədris Kadr Hazırlığın Təşkili Mərkəzində təşkil olunacaq
*** Tədris Sumqayıt Təlim, Tədris Mərkəzində təşkil olunacaq
**** Regionlar üzrə qəbul keçiriləcək (Ətraflı məlumat burada: cədvəl 2 və cədvəl 3):

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar tis@socar.az elektron poçt ünvanına yaza bilərlər.

Müraciət üçün son tarix: 21 iyun 2018-ci il saat 17:00-dək

Qəbul Komissiyası

02.03.2018

TƏLİM MƏRKƏZLƏRİNƏ ŞAGİRD QƏBULU MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏN OLUNDU!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə şagird qəbulu müsabiqəsinin qalibləri müəyyən olundu. Siyahı Seçilənlər bölməsində yerləşdirilmişdir.

Qəbul Komissiyası

08.02.2018

TEST İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏN OLUNDU!

08 fevral 2018-ci il tarixlərində keçirilmiş test imtahanın nəticələri müəyyən olundu. Nəticələr ilə Namizədlər bölməsindən tanış olabilərsiniz.

 

Qəbul Komissiyası

02.02.2018

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə şagird qəbulu müsabiqəsinin test imtahanı
8 fevral 2018-ci il tarixlərində SOCAR-ın İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu, Şirin Mirzəyev 26 (Planet şadlıq sarayının yaxınlığı)) keçiriləcəkdir. Test imtahanının tarixini və saatını öyrənmək üçün Namizədlər bölməsində daxil olun.

Test imtahanında riyaziyyat üzrə 20, kimya üzrə 10, fizika üzrə 10, Milli dövlətçilik və Azərbaycan tarixi üzrə 5, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 50 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

İmtahana gələrkən özünüzlə Şəxsiyyət vəsiqəsi gətirməyi unutmayın!

QEYD: İmtahanın keçiriləcəyi inzibati binaya və test imtahanına elektronik (mobil (smart) telefon, planşet, smart saat və s.) əşyalarla giriş qadağandır. Gətirilən elektronik əşyalar üçün saxlama yerini olmadığı və itən əşyalara heç bir məsuliyyət daşımadığımızı nəzərinizə çatdırırıq.

Namizədin YADDAŞ KİTABÇASI üçün bura daxil olun.
SUAL NÜMUNƏLƏRİNİ görmək üçün bura daxil olun. (Nümunə 1, Nümunə 2)

Qəbul Komissiyası

25.01.2018

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

Daxil olan müraciətlədə əsasən 23 və 24 Yanvar tarixlərində keçirilmiş müsahibəyə dəvət olunmuş, lakin iştirak etməmiş namizədlər 29 yanvar tarixində saat 10:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin inzibati binasında müsahibəyə dəvət olunurlar. (Ünvan: Bakı şəhəri, Nizami r-nu, Ş. Mirzəyev küçəsi 26, Neftçilər metrosunun yaxınlığında, Planet şadlıq sarayının arxasında). Müsahibədə iştirak edəcək namizədlərin siyahısı Namizədlər bölməsində yerləşdirilmişdir. Müsahibədə yalnız statusu “Seçildi” və ya “Baxılır” olanlar iştirak edə bilərlər.

Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədləri gətirməyi unutmayın! Əks təqdirdə müsahibəyə buraxılmayacaqsınız.
1. Şəxsiyyət vəsiqəsi (əsli)
2. İlk peşə və ya orta-ixtisas diplomu və attestat (əsli)
3. Hərbi biletin əsli
4. Sağlamlıq haqqında arayış (forma 86)
5. Rentgen (flüoroqrafiya, flüoqrafiyanın şəklini gətirmək mütləqdir)

Qəbul Komissiyası

19.01.2018

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

DİQQƏT!!! Müsahibələr 23 və 24 Yanvar tarixlərində saat 10:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin inzibati binasında keçiriləcəkdir. (Ünvan: Bakı şəhəri, Nizami r-nu, Ş. Mirzəyev küçəsi 26, Neftçilər metrosunun yaxınlığında, Planet şadlıq sarayının arxasında). Müsahibədə iştirak edəcək namizədlərin siyahısı, müsahibə tarixi və vaxtı Namizədlər bölməsində yerləşdirilmişdir. Müsahibədə yalnız statusu “Seçildi” və ya “Baxılır” olanlar iştirak edə bilərlər.

Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədləri gətirməyi unutmayın! Əks təqdirdə müsahibəyə buraxılmayacaqsınız.
1. Şəxsiyyət vəsiqəsi (əsli)
2. İlk peşə və ya orta-ixtisas diplomu və attestat (əsli)
3. Hərbi biletin əsli
4. Sağlamlıq haqqında arayış (forma 86)
5. Rentgen (flüoroqrafiya, flüoqrafiyanın şəklini gətirmək mütləqdir)

Qəbul Komissiyası

16.01.2018

TƏLİM MƏRKƏZLƏRİNƏ SƏNƏD QƏBULU BİTDİ

Kadr Hazırlığının Təşkili Mərkəzinə sənəd qəbulu üçün müraciətlər başa çatmışdır.
İxtisas bölgüsünə (aşağıdakı cədvəl) əsasən seçilən namizədlər 18 yanvar tarixi saat 16:00-dək yalnız bir dəfə olmaqla ixtisasını dəyişə bilər.

Bunun üçün, 18 yanvar tarixi saat 16:00-dək Qəbul Komissiyasının rəsmi e-mail ünvanına (tis@socar.az) ixtisasın dəyişməsi ilə əlaqədar məlumat göndərməyiniz kifayətdir.

Sıra sayı

İxtisaslar

Yer sayı

Müraciətlərin sayı

1 yerə iddiaçıların sayı

sayla

faizlə

1 Neft və qaz hasilatı üzrə operator 15 291 46,63 % 9,73
2 Neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi (Yalnız kişilər) 10 131 20,99 % 6,10
3 Təmirçi çilingər (Yalnız kişilər) 10 60 9,62 % 3,40
4 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər 10 105 16,83 % 5,20
5 Texnoloji qurğuların təmiri üzrə çilingər (Yalnız kişilər) 8 37 5,93 % 1,88
CƏMİ 53 624    

 

Qəbul Komissiyası

15.01.2018

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULU BİTMİŞDİR

Sənəd qəbulu 15.01.2018-ci il tarix saat 09:00 dayandırılmışdır.

Qəbul Komissiyası

08.01.2018

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə sənəd qəbulu 15 yanvar 2018-ci il tarix saat 09:00-dək uzadılmışdır. Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.

Müraciət üçün son tarix: 15 yanvar 2018-ci il

Qəbul Komissiyası

22.12.2017

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar:

1. Azərbaycan Respublikası vətəndaşları;
2. Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində qeydiyyatda olanlar;
3. Qanunvericiliyə müvafiq olaraq qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər;
4. 01.03.2018-ci il tarixinədək 29 yaşı tamam olmayan;
5. Hərbi bileti olan (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi mükəlləfiyyətli);
6. Sağlamlığı müvafiq peşənin tələblərinə uyğun olan (Müvafiq tibbi arayış təqdim edilməlidir);
7. Yalnız orta ixtisas təhsili, ilk peşə təhsili və ən azı tam orta təhsili olan gənclər (Hal-hazırda təhsilini davam etdirən və Ali təhsilli gənclər müraciət edə bilməzlər).

S\s İxtisası Yer sayı
1 Neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi (Yalnız kişilər) 15
2 Neft və qaz hasilatı üzrə operator 10
3 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər 10
4 Təmirçi çilingər (Yalnız kişilər) 10
5 Texnoloji qurğuların təmiri üzrə çilingər (Yalnız kişilər) 8

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən əldə etdikdən sonra elektron müraciət formasını (Müraciət et" bölməsindən) doldura bilərsiniz.


Müraciət üçün son tarix:
08 yanvar 2018-ci il

Qəbul Komissiyası

21.07.2017

TƏLİM MƏRKƏZLƏRİNƏ ŞAGİRD QƏBULU MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏN OLUNDU!

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə şagird qəbulu müsabiqəsinin qalibləri müəyyən olundu. Siyahı Seçilənlər bölməsində yerləşdirilmişdir.

Qəbul Komissiyası

12.07.2017

TEST İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏN OLUNDU!

10-11 iyul 2017-ci il tarixlərində keçirilmiş test imtahanın nəticələri müəyyən olundu. Nəticələr ilə Namizədlər bölməsindən tanış olabilərsiniz.

 

Qəbul Komissiyası

06.07.2017

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə şagird qəbulu müsabiqəsinin test imtahanı
10-11 iyul 2017-ci il tarixlərində SOCAR-ın İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu, Şirin Mirzəyev 26 (Planet şadlıq sarayının yaxınlığı)) keçiriləcəkdir. Test imtahanının tarixini və saatını öyrənmək üçün Namizədlər bölməsində daxil olun.

Test imtahanında riyaziyyat üzrə 25, kimya üzrə 15, fizika üzrə 15, Tarix və ümumi dövlətçilik üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 70 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

İmtahana gələrkən özünüzlə Şəxsiyyət vəsiqəsi gətirməyi unutmayın!

QEYD: İmtahanın keçiriləcəyi inzibati binaya və test imtahanına elektronik (mobil (smart) telefon, planşet, smart saat və s.) əşyalarla giriş qadağandır. Gətirilən elektronik əşyalar üçün saxlama yerini olmadığı və itən əşyalara heç bir məsuliyyət daşımadığımızı nəzərinizə çatdırırıq.

Namizədin YADDAŞ KİTABÇASI üçün bura daxil olun.
SUAL NÜMUNƏLƏRİNİ görmək üçün bura daxil olun. (Nümunə 1, Nümunə 2)

Qəbul Komissiyası

20.06.2017

TƏLİM MƏRKƏZLƏRİNƏ SƏNƏD QƏBULU BİTDİ

Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu üçün müraciətlər başa çatmışdır.
İxtisas bölgüsünə (aşağıdakı cədvəl) əsasən 21 iyun tarixi saat 16:00-dək yalnız bir dəfə olmaqla ixtisasınızı dəyişə bilərsiniz.

Bunun üçün, 21 iyun tarixi saat 16:00-dək Qəbul Komissiyasının rəsmi e-mail ünvanına tis@socar.az ixtisasın dəyişməsi ilə əlaqədar məlumat göndərməyiniz kifayətdir.

Sıra sayı

İxtisaslar

Yer sayı

Müraciətlərin sayı

1 yerə iddiaçıların sayı

sayla

faizlə

1 Avtomobil təmiri çilingəri(Yalnız kişilər) 6 61 6 % 10
2 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (Yalnız kişilər) 15 184 17 % 12
3 Elektrik qaz qaynaqçısı (Yalnız kişilər) 8 96 9 % 12
4 Əl ilə qaynaqda elektrik qaynaqçısı (Yalnız kişilər) 12 162 15 % 14
5 Qaz paylayıcı stansiyanın operatoru (Agdaş MQKS) 2 15 1 % 8
6 Qaz paylayıcı stansiyanın operatoru (Astara MQKS) 1 10 1 % 10
7 Qaz paylayıcı stansiyanın operatoru (Hacıqabul MQKS) 2 29 2 % 15
8 Qaz paylayıcı stansiyanın operatoru (Qazax MQKS) 3 37 3 % 12
9 Qazla kəsən (Yalnız kişilər) 6 21 2 % 4
10 Neft və qaz hasilatı üzrə operator 10 329 31 % 33
11 Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı (Yalnız kişilər) 10 32 3 % 3
12 Təmirçi çilingər (Yalnız kişilər) 12 72 7 % 6
13 Tornaçi, frezerçi (Yalnız kişilər) 13 13 1 % 1
CƏMİ 100 1061    

 

Qəbul Komissiyası

20.06.2017

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD BİTMİŞDİR

Sənəd qəbulu 19.06.2017-ci il tarix saat 24:00 dayandırılmışdır.

Qəbul Komissiyası

19.06.2017

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

Sənəd qəbulu 19.06.2017-ci il tarix saat 24:00 dayandırılacaqdır.

Qəbul Komissiyası

09.06.2017

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar:

1. Azərbaycan Respublikası vətəndaşları;
2. Cədvəl 2-də qeyd olunmuş peşələr üzrə müvafiq və ya ona yaxın rayon qeydiyyatı
3. Qanunvericiliyə müvafiq olaraq yalnız kişilər (Qadın əməyinin tətbiqi qadağan olunduğu üçün);
4. 15.09.2017-ci il tarixinədək 29 yaşı tamam olmamış;
5. Hərbi bileti olan (Həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi mükəlləfiyyətli);
6. Sağlamlığı müvafiq peşənin tələblərinə uyğun olan (Müvafiq tibbi arayış təqdim edilməlidir);
7. Ən azı tam orta təhsili olan gənclər (Hal-hazırda təhsilini davam etdirən gənclər müraciət edə bilməzlər).

S\s İxtisası Yer sayı Qeyd
1 Avtomobil təmiri çilingəri (Yalnız kişilər) 6 Ümumi respublika üzrə
2 Əl ilə qaynaqda elektrik qaynaqçısı (Yalnız kişilər) 12 Ümumi respublika üzrə
3 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (Yalnız kişilər) 15 Ümumi respublika üzrə
4 Elektrik qaz qaynaqçısı (Yalnız kişilər) 8 Ümumi respublika üzrə
5 Neft və qaz hasilatı üzrə operator 10 Ümumi respublika üzrə
6 Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı (Yalnız kişilər) 10 Ümumi respublika üzrə
7 Qaz paylayıcı stansiyanın operatoru 8 Regionlar üzrə
8 Qazla kəsən (Yalnız kişilər) 6 Ümumi respublika üzrə
9 Təmirçi çilingər (Yalnız kişilər) 12 Ümumi respublika üzrə
10 Tornaçı, frezerçi (Yalnız kişilər) 13 Ümumi respublika üzrə

Regionlar üzrə qəbul keçiriləcək ixtisasların yer sayı aşağıdakı kimidir (cədvəl 2):

S\s İxtisas Hacıqabul MQKS Ağdaş MQKS Qazax MQKS Astara MQKS CƏMİ
1 Qaz paylayıcı stansiyanın operatoru 2 2 3 1 8

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.


Müraciət üçün son tarix:
19 iyun 2017-ci il

Qəbul Komissiyası