Kadr Hazırlığının Təşkili Mərkəzi haqqında
 

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində Kadr hazırlığının təşkili mərkəzi (KHTM), Azərbaycan Respublikasına müasir texnologiyaların gətirilməsi, neft sənayesinin infrastrukturunun yenidən qurulması üçün ölkədə yüksək peşəkar milli kadrların hazırlanması, fəhlələrin ixtisasartırması, maarifləndirilməsi, təlimatlandırılması və yenidən hazırlanması işlərini həyata keçirir.

KHTM-də təhsilin keyfiyyətli, səmərəli və davamlı olması üçün bir çox şərtlər mövcuddur. Buraya çevik qiymətləndirmə modelləri, peşəkar pedaqoji heyət, əlverişli maddi-texniki baza və s. daxildir. Mərkəz müasir tələblərə uyğun maddi - texniki bazaya, laboratoriyalara, təlim emalatxanalarına malikdir və yüksək səviyyəli informasiya texnologiyaları və avadanlıqları ilə təchiz olunmuşdur. KHTM-də Nəzarət Ölçü Cihazlar və Avtomatika və Elektrik montyoru otaqları müasir avadanlıqlarla təchiz olunaraq yenidən qurulmuşdur. Mərkəzdə elektrik qaz qaynaqçısı, nəzarət ölçü cihazları və avtomatika, daxili yanma mühərriki üzrə çilingər, kran maşinisti, texnoloji kompressorların maşinisti, təmirçi çilingər, texnoloji qurğuların təmiri çilingəri, texnoloji qurğuların operatoru, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, neft-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, neft və qaz hasilatı üzrə operator, ilməçi, qaldırıcı maşinist, tornaçı, kimyəvi analiz laborantı və digər ixtisaslar üzrə yeni fəhlə kadrları hazırlanır.

Bu kurslarda təhsil nəzəri, praktiki və istehsalat təlimindən ibarətdir. Nəzəri hissə tədris proqramının 30 %-ni, praktiki və istehsalat təlimi isə dərsin 70 %-ni təşkil edir. Dinləyicilərə nəzəri hissədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, Azərbaycan qanunvericiliyinin əsasları, materialşünaslıq, elektrotexnika, texniki rəsmxət, ingilis dili, kompüter texnologiyasının əsasları və fiziki tərbiyə fənləri üzrə təlimlər keçirilir. Tədrisin praktiki hissəsində onlara maddi-texniki bazaya malik olan otaqlarda yüksək ixtisaslı istehsalat təlimi ustaları tərəfindən dərslər keçirilir. Mərkəzdə təhsil alan şagirdlər aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla təmin olunur.

Qobustan Regional Təlim Mərkəzi

SOCAR-ın ixtisaslı fəhlə kadrlarına olan tələbatının artdığını nəzərə alaraq Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində Qaradağ rayonunda yerləşən Qobustan Regional Təlim Mərkəzi yaradılmışdır. Mərkəzdə 48 sinif otağı, 28 inzibati və köməkçi otaqlar mövcuddur. Qobustan Regional Təlim Mərkəzində ən müasir tələblərə cavab verən avadanlıqlarla təhciz edilmiş nəzəri tədris otaqları, Qazma simulyasiyası, Qaynaq simulyasiyası, Kran simulyasiyası, 32 nəfər qaynaqçının eyni zamanda işləyə biləcəyi beynəlxalq standartlara cavab verən qaynaq sexi, Elektrik avadanlıqlarının istismarı və xidməti üzrə elektrik montyorunun istehsalat təlimi kabinetləri, Neft qaz hasilatı operatorları və Nefq qaz quyularının qazılması üzrə qazmaçı köməkçilərinin hazırlanması üçün  istehsalat təlimi kabineti, mancanaq qurğusu ilə təhciz edilmiş kabinet, Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlərin hazırlanması üçün ən son texnologiyalarla təmin edilmiş istehsalat təlim kabinetləri,  Texnoloji qurğuların operatoru hazırlanması üçün istehsalat təlimi kabineti, SOCAR-ın Neft qaz emalı zavodlarının maketləri ilə təchiz edilmiş maket otağı,  Karotajçı ixtisası üzrə istehsalat təlimi kabineti, Kompressor qurğularının maşinistlərinin hazırlanması üçün istehsalat təlimi kabineti, Quraşdırıcı çilingərin hazırlanması üçün istehsalat təlimi kabineti, Kimyavi analiz laborantlarının hazırlanması üçün kimya laboratoriyası kabinetləri, Texnoloji qurğuların təmiri çilingəri üzrə istehsalat təlimi kabineti, müasir avadanlıqlar, proqramlar və sürətli internet xətti ilə təhciz edilmiş  Kompüter kabinetləri, ingilis dili və linqafon kabinetləri, müasir ədəbiyyat və dərs vəsaitləri ilə təchiz olunmuş kitabxana və oxu zalı, rəsmxət kabineti, həkim və diş həkimi kabinetləri, şahmat, müsiqi, rəsm kabinetləri, idman zalı və idman meydançaları, böyük akt zalı,  müasir yeməkxana və s. vardır. Mərkəzdə neft sənayesi üzrə kadrların hazırlanması üçün peşəkar və ixtisaslı müəllimlər fəaliyyət göstərir.

Ümumilikdə mərkəzin maddi texniki bazası və ixtisaslı müəllim kontingenti  750 nəfər şagirdin təhsil almaqsı imkanını yaradır. Gələcəkdə burada SOCAR müəssisələri və digər Azərbaycanda yerləşən sənaye müəssisələrinin qaynaqçlarının attestasiyası, sertifikatlaşdırılması, auditi, simulyasiya aparatından istifadə etməklə hazırlanması, təlimatlandırma və maarifləndirmə, beynəlxalq standartlar və ixtisasartırma kurslarının təşkil olunması, peşə sınaqlarının keçiriliməsi nəzərdə tutulmuşdur. Mərkəzdə təhsil alan şagirdlər aylıq təqaüd, xüsusi geyim gündəlik naharla təmin olunur və təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra müvafiq müəssisələrdə işlə təmin olma imkanı əldə edirlər.

Qəbul Komissiyası haqqında

Təlim Mərkəzinə şagird qəbulunun bütün proseslərinə rəhbərliyi həyata keçirən orqan “Qəbul Komissiyası” hər il SOCAR-ın Kadrların İdarə Edilməsi Komitəsinin müvafiq qərarı ilə təsis edilir.

Apellyasiya Komissiyası haqqında

Təlim Mərkəzinə şagird qəbulu ilə əlaqədar müsabiqənin bütün turları üzrə vətəndaşların şikayətlərinin araşdırılması, uçotunun aparılması məqsədilə “Apellyasiya Komissiyası” hər il SOCAR-ın Kadrların İdarə Edilməsi Komitəsinin müvafiq qərarı ilə təsis edilir.