Ən çox soruşulan suallar
Sual 1 Təlim Mərkəzində təhsilin hansı üstünlükləri var?
Cavab Namizədlər təhsil aldıqları dövrdə aylıq təqaüd, xüsusi geyim, gündəlik nahar yeməyi ilə təmin olunurlar.
Sual 2 Müraciət üçün hansı sənədlər tələb olunur?
Cavab Müraciət elektron formadadır. Müraciət təsdiqləndikdən sonra müsahibəyə gələrkən Şəxsiyyət vəsiqəsi, hərbi bilet, attestat və ya diplom, yaşayış yerindən arayış, Ruhi-əsəb dispanserindən dalğıc işlərinə yararlığı haqqında sağlamlıq arayışı, 6 ədəd 3x4 ölçülü rəngli şəkil (Qəbul olunanlar Təlim Mərkəzinə təqdim etməlidirlər), Dalğıc Tibb Komissiyasından arayış (Qəbul olunanlar Təlim Mərkəzi tərəfindən müvafiq komissiyaya göndəriləcəklər).
Sual 3 Sənədlərin yalnız surətini təqdim etmək olarmı?
Cavab Xeyr. Müraciət təsdiqləndikdən sonra müsahibəyə gələrkən sənədlərin əsli surəti ilə birlikdə təqdim olunmalıdır.
Sual 4 Təlim Mərkəzinə neçə yaşa qədər olan gənclər müraciət edə bilər?
Cavab Təlim Mərkəzinə 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamış şəxslər müraciət edə bilərlər.
Sual 5 Müraciət üçün hərbi xidmətdə olunması mütləqdirmi?
Cavab Müraciət edən şəxs həqiqi hərbi xidmət keçmiş olmalıdır.
 
Sual 6 Təhsil aldıqları dövrdə namizədlər yataqxana ilə təmin olunacaqlar mı?
Cavab Xeyr, namizədlərin yataqxana ilə təmin olunmaları imkan daxilində deyildir
Sual 7 Ali təhsilli şəxslər müraciət edə bilərmi?
Cavab Bəli, ali təhsilli şəxslər də müraciət edə bilər.
Sual 8 Rayon qeydiyyatında olan gənclər müraciət edə bilərmi?
Cavab Bəli, Azərbaycanın istənilən bölgəsində qeydiyyatda olan gənclər müraciət edə bilər
Sual 9 Qaçqın və məcburi köçkünlər müraciət edə bilərmi?
Cavab Bəli, Azərbaycanın istənilən bölgəsində məskunlaşmış qaçqın və məcburi köçkünlər müraciət edə bilər
Sual 10 Müsabiqə neçə turda təşkil olunur?
Cavab Müsabiqə üç turda təşkil olunur. Elektron müraciət, Müsahibə (Qabiliyyət imtahanı daxil olmaqla) və test imtahanı.
 
Sual 11 Müsahibə zamanı namizədlərə nə kimi suallar verilir?
Cavab Müsahibə zamanı namizədə onun ümumi dünyagörüşü haqqında suallar verilir və namizədin nəzərdə tutulan normativlərə cavab verməsi yoxlanılır.
Sual 12 Təhsilin müddəti nə qədərdir?
Cavab Təlim Mərkəzində təhsil 4-5 aydır.
Sual 13 Təhsil aldığım müddətdə işləyə bilərəmmi?
Cavab Təhsilinizə heç bir maneə törətməyəcəyi təqdirdə dərs saatları xaricində işləyə bilərsiniz.
Sual 14 Təhsilini bitirdikdən sonra gənclər işlə təmin olunurmu?
Cavab SOCAR-ın təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı sosial öhdəçiliyi yoxdur. Yalnız, müvafiq peşə üzrə SOCAR-da vakansiya olduqda, iş təklifi edilə bilər.