Qəbul qaydaları

Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün yalnız elektron müraciət forması doldurulur.

Müsabiqədə iştirak etmək istəyən namizəd:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
  • 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);
  • Minimum tam orta təhsilli olmalı (ali təhsillilərə, ingilis və rus dilini bilənlərə üstünlük veriləcəkdir);
  • Fiziki görünüşü atletik, normaastenik olmalı;
  • Boyu 1.70-1.85 sm olmalı;
  • Çəkisi 71-90 kq-a qədər olmalı;

Müsabiqədə iştirak edən namizəd bacarmalıdır:

  • İstənilən üsulla suda ən azı 200 metr sərbəst üzmək;
  • Su səthində ən azı 2 dəqiqə özünü saxlamaq;
  • Su dibinə ən azı 4 metr baş vurmaq;
  • Su altında ən azı 10 metr sərbəst üzmək;
  • Turnikdə ən azı 7 dəfə dartınmaq;
  • Barokamerada barofunksiyaya davam gətirmək.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi;
  • Hərbi bilet;
  • Diplom və ya attestat;
  • Ruhi-əsəb və narkoloji dispanserlərdən sağlamlıq haqqında arayış;
  • 6 ədəd 3x4 ölçülü rəngli şəkil (Qəbul olunanlar Təlim Mərkəzinə təqdim etməlidirlər);
  • Dalğıc Tibb Komissiyasından arayış (Qəbul olunanlar Təlim Mərkəzi tərəfindən müvafiq komissiyaya göndəriləcəklər).

Şagirdlərin təhsil müddətində təminatları:

  • aylıq təqaüd;
  • xüsusi geyim;
  • gündəlik nahar yeməyi ilə təmin olunma;

Müraciət qaydaları:

  • Müraciət yalnız elektron formada SOCAR-ın rəsmi veb-səhifəsinin (www.socar.az) Karyera bölməsinin Təlim Mərkəzinə Sənəd Qəbulu alt-bölməsində qəbul olunur.
  • Müsabiqə üç mərhələdən ibarətdir: elektron müraciət, müsahibə (qabiliyyət imtahanı daxil olmaqla) və test imtahanı.
  • Namizədlər təhsil aldıqları müddətdə yataqxana ilə təmin olunmurlar.
  • Müsabiqədə qalib olan iddiaçılar Müvafiq Tibbi Komissiyadan keçib sağlamlıq haqqında arayış aldıqları halda təlim mərkəzinə qəbul olunacaqlar.

Qeyd 1: Əvvəlki illərdə imtahan və müsahibədən uğurla keçmiş amma üzrsüz səbəbdən imtina etmiş namizədlər müraciət edə bilməzlər.

Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması halı aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaqdır.

Qeyd 3: Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaqdır.

Qeyd 4: SOCAR-ın təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı öhdəçiliyi yoxdur.

Müraciət üçün son tarix: 13 iyun 2018-ci il saat 17:00-dək