Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidentinin 93 saylı sərəncamına əsasən 15 may 2007-ci ildə Xəzər Dəniz Neft Donanmasının tərkibində Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi (DİHMÜTM) yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2011-ci ilin 30 iyun tarixində verdiyi 92 saylı əmrə əsasən isə təlim mərkəzi Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) tərkibinə daxil edilmişdir.

SOCAR-ın TTSİ-nin DİHMÜTM-in Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Dənizçilərin hazırlanması, onlara sertifikatların (diplomların) verilməsi və növbə çəkmə”yə dair (STCW-78), “Dənizdə insan həyatının mühafizəsi” üzrə (SOLAS-74) Beynəlxalq Konvensiyalarının, “Dəniz neft-qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyyə” adlı Qətnaməsinin (Qətnamə A.891 (21) və Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) standartlarının tələblərinə uyğun kursların və müvafiq Beynəlxalq standartların tələbləri üzrə “Dalğıc” kurslarının tədrisi və təlimlərin təşkili həyata keçirilir.

DİHMÜTM-in əsas məqsədi, dəniz neft - qaz qurğularında işləyən neftçilər və gəmilərdə çalışan dənizçilər üçün IMO-nun müvafiq Konvensiyalarının, Qətnamələrinin tələbləri və OPITO-nun müvafiq standartları əsasında (BOSİET, HUET, FOET) kursların tədrisi və təlimlərin keçirilməsindən ibarətdir.

DİHMÜTM - də nəzəri dərslər, avadanlıqlarla, kompyuterlərlə, proyektorlarla və slaydlarla təchiz olunmuş ixtisaslaşdırılmış və dalğıc sinif otaqlarında və xüsusi trenajorlarda keçirilir. Dinləyicilərin tədris dövründə müvafiq ədəbiyyatlarla və əlavə tədris vəsaitlərilə təmin etmək üçün Mərkəzdə zəngin kitabxana fəaliyyət göstərir.

DİHMÜTM - də praktiki təlimlər, uzunluğu 50 metr, eni 21 metr olan və müasir simulyatorlarla təchiz olunmuş  ixtisaslaşmış Hovuz Təlim Kompleksində, dənizdə yerləşən və müxtəlif tipli kollektiv xilasetmə vasitələrlə (sürətli və sürətli olmayan xilasedici qayıqlarla) təchiz edilmiş sağqalma üzrə Xilasedici Təlim Bloklarında və müvafiq yanğın qurğuları, tüstü labirintləri və yanğınla mübarizə trenajorları ilə təchiz olunmuş Yanğın Təlim Poliqonunda, o cümlədən dalğıc stansiyasında və barokamerada keçirilir.

Qəbul Komissiyası haqqında

Təlim Mərkəzinə sənəd qəbulunun bütün proseslərinə rəhbərliyi həyata keçirən orqan “Qəbul Komissiyası” hər il ARDNŞ-nin Kadrların İdarə Edilməsi Komitəsinin müvafiq qərarı ilə təsis edilir

Apellyasiya Komissiyası haqqında

Təlim Mərkəzinə sənəd qəbulu ilə əlaqədar müsabiqənin bütün turları üzrə vətəndaşların şikayətlərinin araşdırılması, uçotunun aparılması məqsədilə “Apellyasiya Komissiyası” hər il ARDNŞ-nin Kadrların İdarə Edilməsi Komitəsinin müvafiq qərarı ilə təsis edilir