11.07.2018

QALİBLƏRİN SİYAHISI MÜƏYYƏN OLUNDU

05 iyul 2018-ci il tarixində keçirilmiş test imtahanın nəticələrinə əsasən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə şagird qəbulu müsabiqəsinin qalibləri müəyyən olundu. Qaliblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qəbul Komissiyası

09.07.2018

TEST İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏN OLUNDU

05 iyul 2018-ci il tarixində keçirilmiş test imtahanın nəticələri müəyyən olundu. Nəticələr ilə buradan tanış ola bilərsiniz.

Qəbul Komissiyası

03.07.2018

TEST İMTAHANI və SUAL NÜMUNƏLƏRİ!

Müsabiqənin növbəti mərhələsi olan TEST imtahanı 05 iyul 2018-ci il tarixində saat 11:30-da SOCAR-ın Baş Ofisinin İnsan resursları departamentində Ünvan: Bakı şəh., Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 26, Planet şadlıq sarayının yaxınlığında) keçiriləcəkdir. TEST-ə dəvət olunanların siyahısını görmək üçün Namizədər bölməsinə daxil olun.

Test imtahanında riyaziyyat üzrə 20kimya üzrə 10fizika üzrə 10Tarix və ümumi dövlətçilik üzrə 5məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 50 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavablar ümumi nəticənizə təsir etməyəcəkdir.

SUAL NÜMUNƏLƏRİNİ görmək üçün Nümunə 1, Nümunə 2, Nümunə 3 daxil olun.

İmtahana 1 saat əvvəl gəlinməsi vacibdir. 
İmtahana gələrkən özünüzlə Şəxsiyyət vəsiqəsi gətirməyi unutmayın! 

 

Qəbul Komissiyası

27.06.2018

MÜSAHİBƏNİN NƏTİCƏLƏRİ MÜƏYYƏNLƏŞDİ

22.06.2018 və 25.06.2018-ci il tarixlərində təşkil olunmuş müsahibədən növbəti- fiziki bacarıqların yoxlanışı mərhələsinə keçənlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Fiziki bacarıqlarının yoxlanışına dəvət olunan namizədlər 28.06.2018-ci il tarixində, saat 08.45-də Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (Ünvan: Salyan şossesi 23, Lökbatan dairəsi yaxınlığı) olmalıdırlar.

Yoxlanışa gələrkən aşağıda qeyd olunanları gətirməyi unutmayın! Əks təqdirdə növbəti mərhələyə buraxılmayacaqsınız.

  • Şəxsiyyət vəsiqəsi,
  • Üzmək üçün baş geyimi (bone),
  • Çimərlik geyimi (plavki),
  • Dəsmal,
  • Başmaq

 

Qəbul Komissiyası

20.06.2018

MÜSAHİBƏ TARİXLƏRİ MÜƏYYƏNLƏŞDİ

DİQQƏT!!! Namizədlərin müsahibədə iştirak tarixi və saatı ilə buradan tanış ola bilərsiniz. Müsahibələr SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin inzibati binasında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, A. Manafov küçəsi 1, Sarı Gəlin Şadlıq sarayının yaxınlığı) keçiriləcəkdir.

MÜSAHİBƏ QRAFİKİ


Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədlərin əslini gətirməyi unutmayın! Əks təqdirdə müsahibələrə buraxılmayacaqsınız.

  • Şəxsiyyət vəsiqəsi,
  • Hərbi bilet,
  • Diplom və ya attestat,
  • Ruhi-əsəb və narkoloji dispanserdən saglamlıq haqqında arayış

Qəbul Komissiyası

13.06.2018

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULU BİTMİŞDİR!

Təlim mərkəzinə sənəd qəbulu 13.06.2017-ci il tarix saat 17:00 bitmişdir.

Qəbul Komissiyası

01.06.2018

DƏNİZDƏ İNSAN HƏYATININ MÜHAFİZƏSİ ÜZRƏ TƏLİM MƏRKƏZİNƏ
SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə (DİHMÜTM) "I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc" peşəsi üzrə 20 vakant yerə şagird qəbulu üzrə müsabiqə elan edir. Müsabiqəyə aşağıdakı şərtlərə cavab verən iddiaçılar buraxılacaqlar (yalnız kişilər üçün):

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);
  • Minimum tam orta təhsilli olmalı (ali təhsillilərə, ingilis və rus dilini bilənlərə üstünlük veriləcəkdir);
  • Fiziki görünüşü atletik, normaastenik olmalı;
  • Boyu 1.70-1.85 sm olmalı;
  • Çəkisi 71-90 kq-a qədər olmalı;

Qeyd 1: Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş, amma üzrsüz səbəbdən imtina etmiş şəxslər müsabiqəyə buraxılmayacaq.

Qeyd 2: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması halı aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq.

Qeyd 3: Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaqdır.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən əldə edə, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar tis@socar.az elektron poçt ünvanına yaza bilərlər

 

Müraciət üçün son tarix: 13 iyun 2018-ci il saat 17:00-dək

Qəbul Komissiyası

17.07.2017

TƏLİM MƏRKƏZİNƏ ŞAGİRD QƏBULU MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə şagird qəbulu müsabiqəsinin qalibləri müəyyən olundu. Siyahı Seçilənlər bölməsində yerləşdirilmişdir.

Qəbul Komissiyası

21.06.2017

TEST İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏN OLUNDU!

20 iyun 2017-ci il tarixdə keçirilmiş test imtahanın nəticələri müəyyən olundu. Nəticələr ilə Namizədlər bölməsindən tanış olabilərsiniz.

Qəbul Komissiyası

16.06.2017

NAMIZƏDLƏRİN NƏZƏRİNƏ

Müsabiqənin II mərhələsi-müsahibə (qabiliyyət imtahanı daxil olmaqla) başa çatmışdır. Nəticələri öyrənmək üçün Namizədər bölməsinə daxil olun.

Müsabiqənin növbəti mərhələsi olan test imtahanı  20 iyun 2017-ci il tarixində saat 13:30-da SOCAR-ın Baş Ofisinin İnsan resursları departamentində (Ünvan: Bakı şəh., Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 26, Planet şadlıq sarayının yaxınlığında) keçiriləcəkdir.

Test imtahanında riyaziyyat üzrə 25kimya üzrə 15fizika üzrə 15Tarix və ümumi dövlətçilik üzrə 10məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 70 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

Namizədin YADDAŞ KİTABÇASI üçün bura daxil olun.
SUAL NÜMUNƏLƏRİNİ görmək üçün buraya daxil olun (Nümunə 1, Nümunə 2)

İmtahana gələrkən şəxsiyyətinizi təsdiq edən sənədin əslini gətirməyi unutmayın! Əks təqdirdə imtahana buraxılmayacaqsınız.

Qəbul Komissiyası

14.06.2017

QABİLİYYƏT İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏNLƏŞDİ

13.06.2017-ci il tarixli qabiliyyət imtahanından növbəti mərhələyə keçənlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Növbəti mərhələ- Barokamerada təzyiqə davamlılığın yoxlanılması 16.06.2017-ci il, saat 09.00-da Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (Ünvan: Salyan şossesi 23, Lökbatan dairəsi yaxınlığı) həyata keçiriləcəkdir.

İmtahana gələrkən Şəxsiyyət vəsiqəsinin aslini gətirməyi unutmayın! Əks təqdirdə imtahana buraxılmayacaqsınız.

Qəbul Komissiyası

12.06.2017

MÜSAHİBƏNİN NƏTİCƏLƏRİ MÜƏYYƏNLƏŞDİ

08-09.06.2017-ci il tarixli müsahibədən növbəti mərhələyə keçənlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Namizədlərin tələb olunan bacarıqlarının yoxlanılması mərhələsi 13.06.2017-ci tarixində, saat 08.00-dan 17:30-dək Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (Ünvan: Salyan şossesi 23, Lökbatan dairəsi yaxınlığı) həyata keçiriləcəkdir.

İmtahana gələrkən aşağıda qeyd olunanları gətirməyi unutmayın! Əks təqdirdə imtahana buraxılmayacaqsınız.

  • Şəxsiyyət vəsiqəsi,
  • Üzmək üçün baş geyimi (bone),
  • Çimərlik geyimi (şort),
  • Üzmək üçün eynək,
  • Dəsmal,
  • Başmaq

Qəbul Komissiyası

06.06.2017

MÜSAHİBƏ TARİXLƏRİ MÜƏYYƏNLƏŞDİ

DİQQƏT!!! Namizədlərin müsahibədə iştirak tarixi və saatı ilə buradan tanış ola bilərsiniz. Müsahibələr İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 26, Nizami rayon Məhkəməsinin yanı, Zəngi Liseyi ilə üzbəüz, Planet şadlıq sarayının yaxınlığında) keçiriləcəkdir.

MÜSAHİBƏ QRAFİKİ


Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədlərin əslini gətirməyi unutmayın! Əks təqdirdə müsahibələrə buraxılmayacaqsınız.

  • Şəxsiyyət vəsiqəsi,
  • Hərbi bilet,
  • Diplom və ya attestat,
  • Ruhi-əsəb və narkoloji dispanserdən saglamlıq haqqında arayış
  • Rentgen flüoroqrafiyası

 

Qəbul Komissiyası

06.06.2017

TƏLİM MƏRKƏZİNƏ SƏNƏD QƏBULU BİTMİŞDİR!

Təlim mərkəzinə sənəd qəbulu 05.06.2017-ci il tarix saat 24:00 bitmişdir.

Qəbul Komissiyası

05.06.2017

DİQQƏT! TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

Sənəd qəbulu 05.06.2017-ci il tarix saat 24:00 dayandırılacaqdır.

Qəbul Komissiyası

26.05.2017

DƏNİZDƏ İNSAN HƏYATININ MÜHAFİZƏSİ ÜZRƏ TƏLİM MƏRKƏZİNƏ
SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə "I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc" peşəsi üzrə 10 vakant yerə qəbul üçün müsabiqə elan edilir. Müsabiqədə yaşı 29-dan çox olmayan, minimum tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikası vətəndaşları iştirak etmək hüququna malikdirlər. Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən əldə edə, elektron müraciət formasını isə "Müraciət et" bölməsində doldura bilərsiniz.

Müraciət üçün son tarix: 5 iyun 2017-ci il

Qəbul Komissiyası

01.03.2013

TEST İMTAHANININ NƏTİCƏLƏRİ MÜƏYYƏNLƏŞDİ

28 fevral 2013-cü il tarixində keçirilən test imtahanında topladığınız balı öyrənmək üçün Namizədlər bölməsinə daxil olun. Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə seçilən qaliblərin siyahısı ARDNŞ-nin müvafiq komissiyası tərəfindən təsdiqləndikdən sonra burada elan olunacaqdır.

 

Qəbul Komissiyası

22.02.2013

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

ARDNŞ-nin Təlim Mərkəzinə sənəd qəbulu müsabiqəsinin II mərhələsi-müsahibə (qabiliyyət imtahanı daxil olmaqla) başa çatmışdır. Nəticələri öyrənmək üçün Namizədər bölməsinə daxil olun.

Müsabiqənin növbəti mərhələsi olan test imtahanı 28 fevral 2013-cü il tarixində saat 16:00-da ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin inzibati binasında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, A. Manafov küçəsi 1, Sarı Gəlin Şadlıq sarayının yaxınlığı) keçiriləcəkdir.

Test imtahanında riyaziyyat üzrə 25kimya üzrə 15fizika üzrə 15Tarix və ümumi dövlətçilik üzrə 10məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla ümumilikdə 70 sual təqdim olunacaqdır. Test imtahanında səhv cavabınız ümumi nəticəyə təsir etməyəcəkdir.

Namizədin YADDAŞ KİTABÇASI üçün bura daxil olun  Mobil telefonla binaya buraxılmayacaqsınız! 

SUAL NÜMUNƏLƏRİNİ görmək üçün bura daxil olun

İmtahana gələrkən şəxsiyyətinizi təsdiq edən sənədin əslini gətirməyi unutmayın! Əks təqdirdə imtahana buraxılmayacaqsınız.

 

Qəbul Komissiyası

18.02.2013

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

ARDNŞ-nin Təlim Mərkəzinə sənəd qəbulu müsabiqəsində namizədlərin “Dalğıc Tibbi Komissiyası”nda tibbi müayinəsi başa çatmışdır. Növbəti mərhələ, namizədlərin "Barokamerada davamlılığının yoxlanılması" tarixi və saatı Namizədlər bölməsində elan olunmuşdur. İmtahan Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda (Ünvan: Bakı şəhəri, Cənub buxtası 3, "SOCAR" Yanacaqdoldurma məntəqəsinin yaxınlığında) keçiriləcəkdir.

İmtahana gələrkən şəxsiyyətinizi təsdiq edən sənədin əslini gətirməyi unutmayın! Əks təqdirdə imtahana buraxılmayacaqsınız.

Qəbul Komissiyası

08.02.2013

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

Namizədlərin “Dalğıc Tibbi Komissiya”da tibbi müayinədən keçəcəkləri tarix Namizədlər bölməsində elan olunmuşdur. “Dalğıc Tibbi Komissiya” Mərkəzi Neftçilər Xəstəxanasında (Ünvan:Yusif Səfərov küçəsi, 17 Bakı- AZ1025, Şah İsmayıl Xətai heykəlinin yaxınlığında) keçiriləcəkdir.

Xəstəxanaya gələrkən şəxsiyyətinizi təsdiq edən sənədin əslini gətirməyi unutmayın! Əks təqdirdə müayinəyə buraxılmayacaqsınız.

Qəbul Komissiyası

25.01.2013

MÜSAHİBƏ NƏTİCƏLƏRİ MÜƏYYƏN OLDU

ARDNŞ-nin Təlim Mərkəzinə sənəd qəbulu müsabiqəsinin Müsahibə turu (Tələb olunan bacarıqların yoxlanılması daxil olmaqla) başa çatmışdır. Nəticələri öyrənmək üçün Namizədlər bölməsinə daxil olun.
Növbəti mərhələ, Dalğıc Tibbi Komissiya tərəfindən keçiriləcək tibbi müayinə haqqında məlumat yaxın zamanda burada yerləşdiriləcəkdir.

 

Qəbul Komissiyası

17.01.2013

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

DİQQƏT!!! Namizədlərin tələb olunan bacarıqlarının yoxlanılması tarixi və saatı Namizədlər bölməsində elan olunmuşdur. İmtahan “Aura” idman kompleksində (Ünvan: Bakı, Sabunçu rayonu, Bakıxanov qəs. Ə. Kərimli 40a (Mədəniyyət sarayının arxası) keçiriləcəkdir.

İmtahana gələrkən aşağıda qeyd olunanları gətirməyi unutmayın! Əks təqdirdə imtahana buraxılmayacaqsınız.

  • Şəxsiyyət vəsiqəsi,
  • Üzmək üçün baş geyimi (bone),
  • Çimərlik geyimi (şort),
  • Üzmək üçün eynək,
  • Dəsmal,
  • Başmaq

Qəbul Komissiyası

16.01.2013

MÜSAHİBƏLƏR DAVAM EDİR

08.01.2013-cü il tarixində elan olunduğu kimi yanvar ayının 14-dən müsahibələrə start verilmişdir.

Müsahibələrin 1-ci günü (14.01.2013) 60 nəfər namizəd müsahibəyə dəvət olunmuş, 36 nəfər müsahibədə iştirak etməmişdir. 
Müsahibələrin 2-ci günü (15.01.2013) 60 nəfər namizəd müsahibəyə dəvət olunmuş, 34 nəfər müsahibədə iştirak etməmişdir.
Müsahibələrin 3-cü günü (16.01.2013) 64 nəfər namizəd müsahibəyə dəvət olunmuş, 20 nəfər müsahibədə iştirak etməmişdir. 

Qəbul Komissiyası

08.01.2013

MÜSAHİBƏ QRAFİKİ MÜƏYYƏNLƏŞDİ

DİQQƏT!!! Namizədlərin müsahibədə iştirak tarixi və saatı Namizədlər bölməsində elan olunmuşdur. Müsahibələr İnsan Resursları Departamentində (Ünvan: Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 32A, Nizami rayon Məhkəməsinin yanı, Zəngi Liseyi ilə üzbəüz, Planet şadlıq sarayının yaxınlığında) keçiriləcəkdir.
Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədlərin əslini gətirməyi unutmayın! Əks təqdirdə müsahibələrə buraxılmayacaqsınız.

  • Şəxsiyyət vəsiqəsi,
  • Hərbi bilet,
  • Diplom və ya attestat,
  • Həkim-psixiatrdan dalğıc işlərinə yararlığı haqqında arayış,
  • 6 ədəd 3x4 ölçülü rəngli şəkil.

Qəbul Komissiyası

28.12.2012

NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzinə müraciətlər 27.12.2012-ci il tarixində başa çatmışdır. Təlim Mərkəzinə müraciət edən 204 nəfərdən 184 nəfərin namizədliyi təsdiq olunmuşdur. Növbəti mərhələ - Müsahibənin vaxtı, yeri və qrafiki 08.01.2013-cü il tarixindən etibarən Elanlar və Namizədlər bölməsində yerləşdiriləcəkdir.

Müsahibələrə gələrkən aşağıda qeyd olunan sənədləri gətirməyi unutmayın! Əks təqdirdə müsahibələrə buraxılmayacaqsınız.

  • Şəxsiyyət vəsiqəsi,
  • Hərbi bilet,
  • Diplom və ya attestat,
  • Həkim-psixiatrdan dalğıc işlərinə yararlığı haqqında arayış,
  • 6 ədəd 3x4 ölçülü rəngli şəkil.

Qəbul Komissiyası

20.12.2012

MÜRACİƏT EDƏN NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

“Namizədlər” bölməsində “Baxılır” statusu olan namizədlər, qeyd olunan məlumatları 27.12.2012-ci il tarixinədək tis@socar.az ünvanına göndərməlidirlər.

Qəbul Komissiyası

13.12.2012

DƏNİZDƏ İNSAN HƏYATININ MÜHAFİZƏSİ ÜZRƏ TƏLİM MƏRKƏZİNƏ
SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim mərkəzinə "I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc" peşəsi üzrə 20 vakant yerə qəbul üçün müsabiqə elan edilir. Müsabiqədə yaşı 29-dan çox olmayan, minimum orta təhsilli Azərbaycan Respublikası vətəndaşları iştirak etmək hüququna malikdirlər. Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı "Qəbul qaydaları" bölməsindən əldə edə, elektron müraciət formasını isə "Müraciət et"bölməsində doldura bilərsiniz.

Müraciət üçün son tarix: 27 dekabr 2012-ci il

Qəbul Komissiyası