Ana səhifə > Yay təcrübəsi >> Təəssüratlar

Yay Təcrübəsi 2013

Həsənova Səbinə - Sumqayıt Dövlət Universiteti
"Azərikimya" İB
Keçən il SOCARın rəsmi səhfəsinə baxanda təcrübəçilərin təssüüratlarını həsəd hissi ilə oxuyurdum, bu il çox sevincliyəm ki , mən də "Yay Təcrübə" m haqqında təəssüratlarımı bölüşürəm.Seçilən təəcrübəçilər arasında öz adımı görəndə keçirdiyim o hissləri heç bir cümlə ilə ifadə edə bilmərəm.Onu da qeyd edim ki, 2 aylıq təcrübə müddətində keçirdiyim o gunlər həyatımin, tələbəliyimin ən unudulmaz , ən maraqlı günləri idi.Həmçinin mənim üçün ən xoş olanı da o idi ki, qrup yoldaşımla eyni müəssisəyə, eyni şöbəyə seçilmisdik.Elə buna görə də təcrübəmiz zamanı eldə etdiyimiz biliklərimizi bir yerdə mütaliə edirdik.Universitetdən öyrəndiyimiz məlumatları praktiki cəhətdən əsaslandırdıq, hərdən də təcrübə rəhbərlərimizdən xaiş edirdik ki , bir
yerdə sexin ərazisini gəzək.Təcrübə rəhbərim Lətifə xanımın mənim ixtisasım barədə biliklərə yiyələnməyimdə çox böyük və əvəzsiz rolu olmuşdur. Azərikimya İB-nin “Etilen-Polietilen” zavodunun bütün işci kollektivi mənim yaddaşımda mehriban , səmimi ,ən əsası işlərində məsuliyyətli insanlar kimi qalıblar.Ən çox da ƏM və E şöbəsinin bütün əməkdaşları mənə ailəm kimi yaxın olublar. Ümumiyyətlə,Socarın “Yay Təcrübəsi”,”Yay Məktəbi”,”Daxili Təqaüd”,”Xarici Təqaüd” proqramları biz gənclərin həyatında mühüm rol oynayır.Azərbaycan gənci üçün bu gün ARDNŞ ən optimal şərait yaradır.Bu şəraiti mənə və mənim kimi tələbələrə yaratdığına görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə ,həmçinin şirkətin bütün əməkdaşlarına öz səmimi minnətdarlığımı bildirirəm. Gələcəkdə Socarda bir təcrübəçi kimi yox ,məhz oranın ekoloq mühəndisi olaraq işləmək gələcək kariyeram üçün ən böyük arzumdur

Musayeva Lalə - ADNA
Qaz Emalı zavodu
Yay təcrübəsi barədə təəssüratlarım haqqında yazmaq mənimçün xoşdur. Təcrübənin iştirakçısı olmağımla, sözün həqiqi mənasında fəxr edirəm. Təhsilimi bitirdikdən sonra hansı sahədə, hansı müəssisədə işləsəm də gözəl iş təcrübəsindən başqa, şirin xatirələrlə dolu günlər keçirdiyim ilk iş yerim-ARDŞ-ın Qaz Emalı Zavodu yaddaşımdan silinməyəcək. Qeyd etdiyim kimi təcrübə mənim üçün gələcəkdə çox böyük uğurlar qazanmağıma imkan yaradan vasitə olmaqla yanaşı həm də bir-birindən dəyərli, səmimi, mehriban insanlarla tanış olmama səbəb oldu. Burada əvvəllər nəzəri olaraq bildiklərimi təcrübədə tətbiq edərək, biliklərimi daha da artırdım. Əldə etdiyim biliklərə görə başda təcrübə rəhbərim olmaqla üzərimdə əməyi olan bütün işçi kollektivimə təşəkkür edirəm. Arzum bu il keçiriləcək yay təcrübə proqramında yenidən iştirak etməkdir

Babayeva Pərvanə - BDU
Ekologiya İdarəsi
Bu il artıq ikinci dəfə ARDNŞ-inin daxili teqaüdünü qazanma xəbərini aldıqdan bir neçə gün sonra “ödənişli yay təcrübəsi” proqramına seçilmiş 239 nəfərdən biri olduğumu öyrənəndə iki qat bayram sevinci yaşamış oldum. Sənədləşmə prosesi getdiyi andan artıq əmin olmuşdum ki, qarşıda məni olduqca maraqlı, ən önəmlisi səmərəli bir 2 ay gözləyir. ARDNŞ-ın Ekologiya İdrasənin “Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması” departamentində təcrübəyə başladım. Sözün doğrusu ilk günlər mənə bir qədər çətin gəlirdi, çünki həyatımda birinci dəfə idi iş mühiti görürdüm. Bir şeyə əmin oldum ki, işləmək dərs oxumaq qədər asan deyil. Ancaq çox keçmədi ki, ordakı ortama uyğunlaşdım. Həmişə universitetdə keçilən mühazirələrdən tullantıların idarə olunması ilə bağlı məlumatlar öyrənərdim və bu dəfə
öyrəndiklərimi yaxından müşahidə etmək olduqca gözəl bir duyğudu. Belə ki, Ekologiya İdrasinin Qaradağ rayonunda yerləşən Tullantı Mərkəzində olduq və tullantıların qəbulu, saxlanılmasını, çeşidlənməsini, yeraltı tutumlarda tullantıların yerləşdirilməsini yaxından müşahidə etdik. Ekologiya İdrasinin nəzdində olan Balaxanı, Bibiheybət, Hövsanda yerləşən Ekoloji Ölçmə məntəqələrində olan qurğu və avadanlıqların iş prinsipi ilə tanış olub, ekoloji müayinələrdə yaxından iştirak etdik.Təcrübə rəhbərim Coşqun müəllim bizə məntəqələrdə yerləşdirilmiş avadanlıqlar vasitəsilə nəqliyyat vasitələrindən atmosferə atılan CO, NOx,CO2,HC kimi zərərli qazların necə ölçüldüyünü izah etdi. İndi mən heç tərəddüd etmədən deyə bilərəm ki, 2 ay ərzində öyrəndiklərimiz, gördüklərimiz, müşahidə etdiklərimiz bizi savadlı, təcrübəli, mükəmməl mütəxəssis olmağa yönləndirəcək. Gənclər üçün bu cür şərait yaratdığına görə ARDNŞ-nə daima minnətdar olacağam.

Abbaszadə Ləman - ADNA
Qaz Emalı zavodu
Uğurla gerçəkləşən neft-qaz layihələrinin təməlini qoyan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti gənc mütəxəssislərin hazırlanması istiqamətində genişmiqyaslı işlər aparır. ARDNŞ-nin istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi-təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə apardığı işlər biz gəncləri çox sevindirir. Neft şirkəti tərəfindən böyük məharətlə həyata keçirilən Təqaüd Proqramı, Yay Məktəbi və Tələbələrin Ödənişli Yay Təcrübəsi proqramları uğurlu layihələrdəndir Salam mən sizə sonsuz minnatdarığımı bildirmək istəyirəm. Təhsil müddətində oxuduqlarımı praktiki olaraq çox gözəl mənimsədim. İndi mən özünə güvənən mühəndisəm. Hətta mən əlavə qalmaq istədim təcrübə müddəti bitdikdən sonra (“Ödənişsiz Təcrübə”).Təəssüfki bu mümkun olmadı. Təcrübə rəhbərim Vladimir Kulaqin mənə çox kömək edirdi və
eyni zamanda digər şöbələrin təcrübəli mütəxəssisləri mənə yardımçı olurdular. Bu 02.07.2013 - 30.08.2013 tarixlərdə heç bir günümün hədər getməsinə yol vermirdim. Hər gün qurğuda olurdum və orada gedən iş prosesini və öz sahəmə aid olan işlərlə maraqlanırdım. Özümlə əlavə qeydlər aparırdım. Özümlə qürur hissi duyurdum. Bir sözlə bu iki aylıq təcrübə müddətində ixtisasım və gələcək iş həyatım üçün geniş materiallarla tanış oldum. Mənə bu şans yenidən yaradılsa böyük məmnuniyyətlə yenədə Qaz emalı zavodunda və neçə illərin böyük təcrübəsinə malik insanlarla bir arada olardım. ARDNŞ-in fəaliyyəti, xüsusilə onun yay təcrübə proqramı ilə bağlı daha çox yazmaq və danışmaq olar. Mən bu inşamda ən əhəmiyyətli məqamlara toxunmağa çalışdım. Bütün bunlara görə ARDNŞ-in rəhbərliyinə və bu işlərdə əməyi olan bütün kollektivə təşəkkürümü bildirirəm.

İbrahimli Fərid - ADNA
"Azəriqaz" İB
İlk növbədə bu yay təcrübəsi haqda onu deyə bilərəmki, bu yay tətilini faydalı keçirmək üçün əvəzolunmaz çox yaxşı bir proqramdır. Demək olarki hərbir tələbənin arzusu, istəyi yay tətilini faydalı, uğurlu keçirsin, elə bu səbədən də bir çox tələbənin arzusu SOCAR-da ödənişli yay təcrübə proqramında iştirak etməkdir. Məndə bu proqramda iştirak edə biləcəyimi gördükdə çox sevindim, fikirləşdim ki, yay tətilimi özüm üçün düzgün yerə sərf etmiş olacam. Mən "Azəriqaz İB"-də təcrübə keçəsi oldum. Burada təcrübə keçmək həqiqətən çox yaxşı bir şans idi. Təcrübə müddətim avqustun birindən otuzbirinədək idi və başladığım ilk gündən kollektivdə yaxşı qarşılandığımı gördüm. Ümumilikdə "Azəriqaz İB"-də hamı bir-birinə qarşı, eləcə də mənə qarşı çox mehriban münasibət göstərirdi, bu isə məni sevindirməyə bilməzdi. Xüsusilə təcrübə rəhbərim mənimlə daha çox maraqlanırdı, hər gün müəyyən mövzular haqqında diskussiya edirdik. İxtisasıma aid bilmədiyim
məlumatları əldə edirdim. Azəriqaz İstehsalat Birliyinin baş idarəsində təcrübə keçmək çox maraqlı idi. Kollektivdə işləmə bacarıqlarımı günü-gündən artırırdım, lazım olan məlumatları hazırlamağı öyrənirdim. Bütün bunların gələcəkdə uğurlu karyera qurmağımda mənə kömək edəcəyini bildiyim üçün işə daha məsuliyyətli yanaşırdım. Məhz elə buna görə də rəhbərliyin mənə inamını hiss ediridim və bəzi məsələləri həll etməyi mənə tapşırırdılar. Bütün bunlar mənim çox xoşuma gəlirdi. Ama nəzəri biliklərimi birqədər istehsalatda tətbiq etmək şansım olsaydı bu birqədər də yaxşı olardı. Bütövlükdə isə bu ödənişli yay təcrübəsi proqramı mənim həyatımda yaxşı mənada çox maraqlı və yadda qalan oldu. Təcrübə müddətimin əvvəlindən sonunadək hər gün yeni nələrisə öyrənmək yay tətilim üçün əvəzsiz bir proqram idi. İşə başladığım gündən adıma əmək kitabçası açıldı və sonda yüksək əmək haqqı aldım. Bütün bunlar bir tələbənin və "SOCAR"-ın gələcəyi üçün atılan çox yaxşı addımdır. Gələcəkdə də belə layihələrin daha çox olmasını istərdim və belə proqramlarda iştirak etmək fikrindəyəm.

Yay Təcrübəsi 2012


Bağırov Şahbaz - ADNA
Ekologiya İdarəsi
Artıq ikinci dəfədir "yay təcrübəsi proqramı"nda iştirak edirəm.İlk dəfə olduğu kimi, yenə də Ekologiya İdarəsi Ekoloji Monitorinq Departamenti.İlk dəfə idarəyə gəldiyim gün cox yaxşı yadımdadır.İlk təcrübə rəhbərimlə tanış olduğum günü də unutmamışam.Bu şəxs biologiya elmləri namizədi Hüseynov Şamil İsmail oğlu idi.Artıq ikinci dəfə təcrübəmi ilk təcrübə keçdiyim vaxtdan yaxşı tanıdığım coğrafiya elmləri namizədi Akif müəllimlə davam etdirdim.İkinci dəfə təcrübəyə seçiləndə az da olsa mənim üçün maraqsız olacağını düşünürdüm,fikirləşirdim ki,artıq mən Ekoloji Monitorinq Departamentinin bütün iş prosedurunu ilk təcrübə keçdiyim vaxt öyrənmişəm, artıq hər şeyi bilirəm.Amma təcrübə keçdiyim 2ay müddətində Akif müəllimin bizim üçün dediyi mühazirələr,vaxtaşırı olaraq ARDNŞ-in Ekologiya İdarəsi ilə əlaqədə olduğu idarə və
müəssisələrlə tanışlıq, neft-mədən ərazilərində təcrübə rəhbərlərimizin iştirakı ilə apardığımız monitorinq işləri,neftlə çirklənmiş torpaq və sudan nümunələrin götürülməsi qaydaları, həmin nümunələrin qablaşdırılması və kodlaşdırılması işləri ilə tanışlıq mənim fikirlərimi tamamilə dəyişdi.Çünki ADNA-da oxuduğum müddət öyrəndiyim bilikləri praktiki olaraq tətbiq edirdim. Artıq təcrübə müddətinin son günləri idi,çox məyus idim,sanki daimi olaraq işləyəcəyimi düşünürdüm,bir tərəfdən təcrübə keçdiyim uşaqlardan ayrılmaq,digər tərəfdən isə mühəndis kimi çalışdığım işi bitirmək.Çox çətin idi, çünki təcrübə keçdiyim uşaqlarla çox səmimi münasibətimiz yaranmışdı.Əminəm ki, "yay təcrübəsi proqramı" mənim təhsilimdə çox önəmli bir proqram oldu.Ümid edirəm ki, hərbi xidmətimi başa vurduqdan sonra işimi ARDNŞ-in Ekologiya İdarəsində davam etdirəcəm və bu təcrübə mənim iş karyeramda çox önəmli bir rol oynayacaq.Sonda qeyd etmək istərdim ki, bu şəraiti bizim üçün yaratdıqlarına görə ARDNŞ-in rəhbərliyinə və 2ay mənimlə calışan təcrübə rəhbərimə minnətdarlığımı bildirirəm

Əliyev Hacı - ADNA
"Azneft" İB
Bu il birinci dəfə ARDNŞ-nin ödənişli yay təcrübəsi proqramında iştirak etdim, ARDNŞ-nin rəsmi işçisi olmaq olduqca sevindirici idi. İlk iş günü idi, artıq əmək müqaviləsi bağlanmış və mən N.Nərimanov adına NQÇİ, Texniki-istehsalat şöbəsinin 9-cu dərəcəli mühəndisi idim. Şöbə rəisi və 2 ay birlikdə işləyəcəyimiz mühəndislərlə tanış olmaq üçün şöbəyə qalxdıq. Şöbə rəisimiz Müştaba Cəfərov bizimlə səmimi tanışlıq söbəti etdi, sonra şöbənin digər işçiləri ilə tanış olduq. Təcrübədə olduğum müddətdə mənə rəhbərlik edəcək şəxslə- Abas Qayıbovla tanış oldum, Abas müəllimin 35 il iş təcrübəsi var idi. Danışdıqları çox maraqlı idi, düşünürdüm, görəsən onun bildiyi hər bir incəliyi haçansa mən də biləcəyəmmi? NQÇİ-nin strukturu, yataqları, hasilatı və s. haqqında ətraflı məlumat aldıq. Artıq ilk iş günümün sonu idi... Bu gün artıq 1 aydır ki, təcrübə keçirəm. Şöbənin, ümumilikdə bütün idarənin işçiləri
artıq doğmadı mənə. Hər birimizə qarşı xüsusi diqqət və qayğı var işçilər tərəfindən. Soruşduğumuz hər bir sualı olduqca həvəslə izah edirlər, öz təcrübələrindən yararlanmağımız üçün bizlərə şərait yaradır və gələcəkdə də bütün bu işlərin bizim idarəmizdə olacağına bizi inandırırlar. İşimizin idarədə olmasına baxmayaraq imkan olduqca rəhbərlərimiz bizi dəniz özüllərinə-estakadaya aparır, istehsalatlapraktiki olaraq tanışlığımıza şərait yaradır və bu tanışlıqda yaranan sualları ətraflı cavablandırırlar. Yay təcrübəsi həm nəzəri biliklərimizi təcrübədə möhkəmləndirməyimizə, həm də aldığımız əmək haqqı ilə maddi vəziyyətimizi yaxşılaşdırmağımıza şərait yaratdı. Təssüratlar genişdi, bunların hamısını yazmaq imkansızdı. Bunları insan özü yaşamalıdı, mən bütün tələbələrə ARDNŞ-nin təqaüdçüsü olmalarını və bu proqramda iştirak etmələrini arzulayıram. Bütün bu diqqət və qayğılara görə isə ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayev başda olmaqla, İR Departamenti -Təlim və İnkişaf şöbəsi, Azneft İB, N.Nərimanov adına NQÇİ-nin bütün heyeti, ümumilikdə layihədə əziyyəti keçən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm!

Kərimova Gülnar - AzMİU
Ekologiya İdarəsi
"SOCAR Yay Təcrübəsi"-nə sənədlərimi göndərəndə nəticələri necə gözlədiyimi sizə başa sala bilmərəm. Necə həyəcanlı, necə qorxu içində idim. Ya seçilmərəmsə… Axır nəticələr bilindi və mən "Yay Təcrübəsi"ndə iştirak etmək hüququnu qazandım. Artıq mən çox nüfuzlu bir şirkətin işçisiyəm. Heç bir zaman işləmədiyim üçün çox gözel duyğudur. Ən çox da ona sevinirəm ki, mehriban kollektivde işləyirəm və ixtisasıma dair daha çox biliklər əldə edirem. Ekologiya İdarəsinin "Ekoloji Ölçmə və Tullantıların İdarə olunması Departamenti"nin real iş şəraiti ilə yaxından tanış olmaq bir tələbə olaraq mənə çox maraqlı gəlir. Oradakı işçilər bizə əldə etdiyimiz nəzəri bilikləri praktiki olaraq tətbiq etməyə kömək edirlər. "Tullantı Mərkəzi"ndə qəbul olunan qazma şlamının yeraltı tutumlara boşaldılması, istehsalat tullantılarının çeşidlənərək anbarlarda yerləşdirilməsi və kağız tullantılarının preslənərək briket halına salınması proseslərini müşahidə etmək mənə çox maraqlı gəlir. Rəhbərim tərəfindən iş üçün vacib olan, lakin onlar üçün xırdada olsa mənim üçün çox önəmli olan məsləhətlər aldım. Əminəm ki, bu məsləhətlər mənim gələcəkdəki işimdə mənə çox
böyük köməyi olacaq. Bu layihənin həyata keçməsində əməyi keçən hər bir şəxsə öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olunki mənim kimi bir çox tələbənin belə maraqlı bir layihədə iştirak etməsi üçün imkan yaradırsınız. Artıq qürurla dəyə bilərəmki mən "Ödənişli Yay Təcrübəsi"nin iştiraçısı olmuşam.

Əskərova Nurlanə - AzMİU
Ekologiya İdarəsi
Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsilimi başa vurduqdan çox az bir müddət sonra ixtisasıma uyğun çalışdığım ilk iş yerim Ekologiya idarəsinin Ekoloji Monitorinq Departamenti oldu. Balaxanıda yerləşən Ekoloji Monitorinq Departamentinə getməzdən əvvəl iş yerimin Ekologiya idarəsinin olacağını düşünmüşdüm.Lakin sonradan öyrəndim ki, 2 ay boyunca çalışacağım yer Balaxanıda yerləşən bir idarədir.Bunu bildiyim vaxt bir az da olsa pis oldum.Çünki hələ Balaxanını görməmişdim və baş idarədə çalışmaq istədiyimə qərar vermişdim.Ekologiya idarəsinin rəisi Azər Əliyevlə və təcrübə rəhbərlərimizlə görüşümüzdən sonra təcrübə rəhbərim Akif müəllimlə birlikdə biz Ekoloji Monitorinq Departamentinə yollandıq. İdarəyə gəldiyim ilk gündən artıq iş təcrübəmin maraqlı keçəcəyinə əmin oldum.Təcrübə rəhbərim əvvəllər müəllim kimi işlədiyindən mənim suallarıma hər zaman dolğun cavablar verirdi.Adından göründüyü kimi Monitorinq Departamentində əsasən monitorinqlərin aparılması işləri ilə məşğul olurlar.Bu idarədə həm dənizdə həm də quruda monitorinqlər aparılır.Biz tələbə yoldaşlarım və mən idarədə gedən bütün işlərlə yaxından tanış olurduq.Hətta tək öz idarəmizin yox eyni
zamanda Kompleks Tədqiqatlar Laboratoriyasının və Tullantıların İdarə Olunması Departamentinin işi ilə də tanış olmuşduq.Bizi Qaradağ rayonunda yerləşən Tullantı Mərkəzinə də aparmışdılar.Ekoloji parka olan səfərlərimiz isə daha tez-tez olurdu.İş yerimdə bizə təcrübəçi kimi deyil əsl işçi kimi baxılırdı.Bu idərə mənim yaddaşımda həmişəlik həkk olunub.Çünki ora mənim ilk iş yerimdi və istəyim buranın mənim daimi iş yerim olmasıdır. ARDNŞ-ın Ekologiya idarəsində çalışan hər kəsə bizə göstərdikləri diqqətə görə minnətdaram.

Həsənov Ataxan - BDU
Sosial İnkişaf İdarəsi
Mən, Həsənov Ataxan Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin "Dünya İqtisadiyyatı" ixtisasının IV kursunda təhsil alıram. SOCAR-ın yay təcrübəsi proqramı haqqınnda internetdə elanı gördükdən sonra bu proqrama müraciət etmək qərarına gəldim. Nəticədə, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin "NeftSənayeXidmət" Departamentində 1 aylıq(Avqust ayı) ödənişli təcrübə keçmək hüququnu qazandım. Qeyd etmək istəyirəm ki, mənim yay təcrübə proqramım artıq bitmək üzrədir və mən burdan olduqca xoş təəssüratlara ayrılıram. İlk növbədə, bu təcrübə mənim ilk iş təcrübəm idi. Başqa sözlə kariyeramın başlanğıcı idi. Buna görə hesab edirəm ki, uğurlu kariyera başlanğıcı etmişəm. Mən çalışdığım departamentin əsas funksiyası Sİİ-ni müxtəlif mal-materiallarla təchiz etmək idi. Burada bir ay ərzində mən, müəssisədə işin necə aparıldığını
öyrəndim. Bundan başqa, universitetdə öyrəndiyim nəzəri bilikləri praktikada tətbiq edərək təkmilləşdirmək şansını qazandım . Təcrübə proqramında, işçilərin əmək haqqları və məzuniyyətlərinin hesablanması, əsas vəsaitlərin uçotu və amortizasiyası, mal-materialların hesabı ilə bağlı işlərin aparılması, mənfəət-zərər hesabatının aparılması və digər sahələr üzrə təcrübi biliklər əldə etdim. İstərdim ki, SOCAR gələcək illərdə bu təcrübə proqramının icrasını davam etdirsin və daha da genişləndirsin.

Qasımova Nigar - AzMİU
Ekologiya İdarəsi
SOCAR-ın Yay təcrübəsi Proqramında ilk dəfə idi ki,iştirak edirdim. Bundan öncəki illərdə bu proqramda iştirak etmədiyim üçün cox şey itirdiyimi anladım.Təcrübə müddətinin 2 ay davam etməsinə baxmayaraq, bu müddət ərzində Ekologiya sahəsi üzrə çox biliklər əldə etdim.Mən təcrübə müddəti ərzində Ekoloji Ölcmədə nəqliyyat vasitələri tərəfindən atmosferə atılan zərərli qazların miqdarı, onların qarşısının alınması tədbirləri,"Sıfır tullantı" prinsipinə əsaslanaraq Tullantıların İdarə Olunması,onların təkrar istifadəsi,həmçinin,Ekoloji parkda alternativ enerji mənbələrindən olan günəş panelləri,külək enerjisi ,nadir tapılan və nəsli kəsilməkdə olan bitki,agac növlərinin yetişdirilməsi,çoxaldılması prosesleri ilə yaxından tanış oldum. Bu mənim ilk təcrübəm və ilk iş kollektivim idi.Kollektivimiz cox gözəl,mehriban idi. Sanki hər kəs hər saniyə bizə nəsə öyrətməyə calışırdı. Mənim SOCAR haqqında ümümi məlumatımın formalaşmasında "SYM 2011"in boyük rolu olmuşdursa, düşünürəm ki,1 ekoloq olaraq Ekologiya sahəsində də biliklərimin
formalaşmasında "Yay Təcrübəsi"nin böyük rolu oldu.Mənim ən böyük arzum SOCAR-da işləməkdir, Universiteti bitirib gələcək kariyeramı SOCAR-daqurduqda düşünürəm ki, təcrübə müddətində əldə etdiyim biliklər cox böyük rol oynacaq. Sonda, bu layihəninin gerçəkləşməsində başda Rövnəq m. olmaqla əməyi keçən hər bir şəxsə, biz tələbələr üçün bele 1 şərait yaratdığına görə öz minnətdarlığımı bildirirəm.

Süleymanov Musa - ADNA
Sosial İnkişaf İdarəsi
İlk öncə onu bildirim ki, SOCAR beynəlxalq və ölkə miqyaslı layihələri uğurla həyata keçirir. Ölkə miqyaslı layihələrdə Respublikamızın gənclər sektoru, gənclərin hərtərəfli inkişafı prioritet istiqamətlərdən birini təşkil edir. SOCARın Təcrübə proqramının çox uğurlu alındığını deməyi özümdə bir borc bilirəm. SOCAR dünyanın ən böyük şirkətlərindən biri olaraq gələcək peşəkar kadrların hazırlanması üzrə atdığı bu addım çox böyük əhəmiyyət kəsb edir. Mən SOCARın Tələbə Təqaüd Proqramında da həmçinin iştirak etmişəm və çox razı qalmışam. Mən SOCARın Təcrübə Proqramı üzrə Neftçi İdman Sağlamlıq Mərkəzinə göndərildim.Burada 2 ay müddətində yer alan işlər mənim həyatımda çox böyük əhəmiyyət kəsb edir. Bu hadisələrlə SOCARın həqiqətən boyük şirkət olduğu ilə əyani tanış oldum. Mən burada Akademiyada öyrəndiyim nəzəri bilikləri əyani şəkildə tətbiq edilməyini öyrəndim. Bir
çox yeni və maraqlı işləri öyrəndim.Ümumi işlərin gedişi ilə və bir çox yeniliklərlə yaxından tanış oldum. Buradan ayrılarkən iş yerindən, iş şəraitindən və rejmindən, mehriban və əməksevər işçı kollektivindən,çox hörmətli elmi rəhbərim Xəlilova Zamirə xanımdan və hər kəsdən razı ayrıldığımı qeyd etməliyəm. Onların hər birinə ayrıca təşəkkür edirəm. Bundan başqa biz tələbələrə göstərdiyi qayğı üçün SOCAR rəhbərliyinə, bizə bu şəraiti yaradan hər bir şəxsə təşəkkür edib, minnətdarlığımı bildirirəm.SOCARın uğurlu layihələrinə davam edəcəyinə əminliyimi qeyd edərək, SOCARın sonrakı fəaliyyətində uğurlar arzulayıram.

Ağayev Ümid - ADNA
"Azərneftyağ" Neft Emalı Zavodu
Socar Yay Təcrübəsi - 2012 mənim tələbəlik illərimin ən unudulmaz anlarından biridir. Bu proqramın hazırlanmasında əsas məqsədin tələbələrin təcrübi biliklərinin artırılmasına və onların real iş şəraiti ilə yaxından tanış olmalarına hesablandığını nəzərə alsaq, bunun gələcək karyerama təsiri danılmaz bir faktdır. Təcrübədə olduğum müddətdə Azərneftyağ NEZ-də mövcud prosesin necə baş verməsini yaxından izləməklə bərabər, zavodun perspektivi haqqında da əlavə məlumat topladım. Burada sistemin əsas hissəsini təşkil edən müxtəlif tipli elektrik avadanlıqlarının real şəraitdə necə işlədiyi və hansı məqsədi daşıdığı mənə geniş çərçivədə aydın oldu. Bu zavodda gördüklərimin mənə daha da geniş surətdə aydın olmasında təcrübə rəhbərimin və zavoddakı işçilərin əməyini də qeyd edərdim. Ümumiyyətlə, zavoddakı ilk günlərimdən etibarən mənə xüsusi qayğı ilə yanaşılır, verdiyim suallar həqiqi mənada cavablandırılırdı. Mən çox mehriban və səmimi bir
kollektivədüşdüyümü ilk günlərimdən etibarən hiss edirdim və çox sərbəst idim. Bu zavodda gördüklərimə əsasən mənə əslneftçinin və əsl mütəxəssisin necə olması əyani olaraq məlum oldu.Gələcəkdə də tələbələrə verilən önəmin daha da artırilmasını və bu yönümdə proqramların daha da çoxalmasını istərdim. Sonda bu proqramın hazırlanmasında əziyyəti keçən hər bir şəxsə, həmçinin Azərneftyağ NEZ-də çalışan bütün işçilərə öz dərin minnətdarlığımı bildirirəm. Allah sizdən razı olsun!

Abasova Türkan - ADNA
"Azneft" İstehsalat Birliyi
Yay təcrübəsi proqramı üçün ərizə göndərəndə tək onu fikirləşirdim ki, mən işləyəcəm və artıq işçi kimi məsuliyyət daşıyacam. Heç vaxt işləməmişdim, ona görə ən azından nə isə fərqli olacaqdı. Birinci iş günüm.. Biraz yorğun gün idi.Heç bir fikrim yox idi.Sonra yavaş-yavaş kollektivimizə öyrəşdim.Bizim şöbəmiz sanki xəzinədir- neft bilikləri xəzinəsi..Çünki burada əksər mühəndislərin iş təcrübəsi həqiqətən çoxdur. Şöbəmizdə ilk tanış olduğum insan Tahir müəllimdir. O mənə nəzəri biliklərimi praktiki olaraq tətbiq etməyə kömək edir.Şöbəmizdə digər mühəndislər də öz dərin təcrübələrinə əsaslanaraq mənə ixtisasımla bağlı qızıldan qiymətli bilik verirlər. Özümü burada artıq mühəndis kimi hiss edirəm.Bu bir ay ərzindən bəlkə də 2 il ərzində oxuyub əldə edə biləcəyim məlumatları toplamışam.Bilirəm ki,bu məlumatlar mənim gələcək fəaliyyətimdə çox böyük rol oynayacaq.Mühəndis kimi təcrübə toplamaqdan da başqa mən burada həyat təcrübəsi də keçirəm. Fərqli insan tipləri ilə tanış oluram.Hər dəqiqə nə isə öyrənirəm. Ödənişli Yay Təcrübəsi proqramına
qoşulduğumüçün çox şadam. İnşaAllah mən nə vaxtsa artıq işimin sahibəsi olanda deyəcəm ki, mənim bazam "Bibiheybətneft" NQÇİ də qoyulub.Bu şəraiti biz gənclər üçün yaratdığına görə başda Rövnəq müəllim olmaqla "Bibiheybətneft" NQÇİ-nin rəisi İlqar Həmzəyevə və bütün əməyi keçən insanlara öz minnətdarlığımı bildirirəm.

Əliyeva Səbinə - ADNA
"Azneft" İstehsalat Birliyi
Akademiyada təhsil aldığım müddətdə bir çox şirkətlərin ("AzerEnerji" ASC , ABEMDA, Saipem ) layihələrində iştirak etmişəm. ARDNŞ ilə ilk tanışlığım II kursa təsadüf edir. İlk dəfə idi ki, təqaüd proqramına müraciət edirdim. İlk ödənişli istehsalat təcrübəm KQİT-nin "Bayıl Limanı" nda mühəndis olaraq başladım. İş şəraiti, bizə olan isti münasibət gözlədiyimdən də çox yaxşı idi. Digər işçilərlə biz təcrübəçilər arasında heç bir fərq qoyulmurdu. Möhtəşəm Neft Daşlarının üzərindən (vertalyot ilə) səyahət, daima sahildən izlədiyimiz dənizi indi səmadan izləmək və özü-özünə idarə olunan platformaları görmək çox gözəl idi. Artıq 2-ci ildir ki, Ödənişli Yay Təcrübəsi proqramında iştirak edirəm. Bu proqram mənə nəzəriyyədə öyrəndiklərimi praktikada tətbiq etmək, biliyimi möhkəmləndirmək və bilmədiklərimi öyrənmək imkanı yaratdı.