Ana səhifə > Yay təcrübəsi >> Suallar

1 Təcrübə proqramına neçə tələbə cəlb olunacaq?
2 Mənim məlumatlarım nəyə görə saytınızda səhv qeyd olunub?
3 Mən təcrübə müddətini artıra bilərəm?
4 Mən həm Yay Təcrübə proqramında, həm də Yay Məktəbində iştirak edə bilərəm?
5 Təcrübəyə kimlər qəbul olunacaqdır?
6 Ödənişli Yay Təcrübəsi Proqramına qoşulmaq üçün nə qədər ödəniş etməliyəm?
7 Niyə transkript əvəzinə qiymət kitabçası göndərənlərin namizədliyi qəbul olunmur?
8 Mən başqa yerdə işləyirəm. İş yerimdən Ödənişli Yay Təcrübəsi Proqramının keçirildiyi aylarda məzuniyyet və ya icazə alsam, proqrama qoşula bilərəm?
9 Proqrama seçim hansı formada həyata keçirilir?

 




Cavablar

1

Təcrübə proqramına neçə tələbə cəlb olunacaq?

Proqrama cəlb olunacaq tələbələrin sayı haqda məlumat təcrübə proqramı başlayana qədər (müəssisələrdən gələcək tələbata uyğun olaraq) bəlli olacaqdır.

Geri
2

Mənim məlumatlarım nəyə görə saytınızda səhv qeyd olunub?

Sizin elektron qeydiyyat formasında qeyd etdiyiniz məlumatları biz saytımıza yerləşdiririk, heç bir dəyişiklik bizim tərəfimizdən olunmur. Məsələn siz Magistr 1-ci kurs yerinə 1 qeyd etdiyiniz üçün saytımızda M-1 yox, 1 yazılır.

Geri
3

Mən təcrübə müddətini artıra bilərəm?

Xeyr, təcrübə cari ilin avqust ayının 1-dən sentyabr ayının 15-dək müddətə həyata keçirilir.

Geri
4

Mən həm Yay Təcrübə proqramında, həm də Yay Məktəbində iştirak edə bilərəm?

Əgər Yay Məktəbi tarixləri sizin keçdiyiniz istehsalat təcrübəsi vaxtı ilə üst-üstə düşmürsə iştirak edə bilərsiniz.

Geri
5

Yay Təcrübəsi proqramına hansı ixtisaslardan olan tələbələr müraciət edə bilərlər?

İxtisasların siyahısı ilə ixtisaslar bölməsindən tanış ola bilərsiniz

Geri
6

Ödənişli Yay Təcrübəsi Proqramına qoşulmaq üçün nə qədər ödəniş etməliyəm?

Ödənişli Yay Təcrübəsi Proqramına qoşulmaq üçün heç bir ödəniş etmək lazım deyil. Proqramın adında olan "Ödənişli" sözü təcrübəyə qəbul olunan tələbələrə aylıq əmək haqqının ödənilməsi mənasını daşıyır.

Geri
7

Niyə transkript əvəzinə qiymət kitabçası göndərənlərin namizədliyi qəbul olunmur?

Səbəb aşağıdakılardır:

  • Qiymət kitabçasında qeyd olunan yazılarda və qiymətlərdə (ballarda) bəzən qaralama halları olur;
  • Qiymət kitabçasında bəzən imtahan götürən şəxslərin imzaları olmur;
  • Qiymət kitabçasında bəzi imtahanlar barəsində qeydlər (qiymət, imza, tarix və s.) müxtəlif səbəblər üzündən ya qeyd olunmur, ya da gecikir.
  • Bəzi universitetlərin qiymət kitabçalarında tələbənin adı, soyadı və atasının adı qeyd olunmur;
  • Rəsmi transkriptdə sadalanan problemlər olmadığı üçün təcrübəçi tələbələrin müvafiq idarə və müəssisələrdə sənədləşmə prosesində problemlər yaranmır.
Geri
8

Mən başqa yerdə işləyirəm. İş yerimdən Ödənişli Yay Təcrübəsi Proqramının keçirildiyi aylarda məzuniyyət və ya icazə alsam, proqrama qoşula bilərəm?

İşləyən tələbələr Ödənişli Yay Təcrübəsinə qoşula bilməzlər, çünki bizim təcrübəçilərə müəssisələrdə əmək müqaviləsi əsasında əmək kitabçası açılır. İşləyən tələbə üçün ikinci əmək kitabçasının açılması qanunvericiliyə zidd olduğu üçün onların namizədliyi qəbul olunmur.

 
9

Proqrama seçim hansı formada həyata keçirilir?

Təcrübəyə seçim müsabiqə əsasında 2 mərhələdə həyata keçirilir:
  • I mərhələ - Müsabiqəyə müraciət edənlərin məntiqi təfəkkürünün yoxlanılması məqsədilə test imtahanı;
  • II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr;
  • Cari ilin Daxili Təqaüd Proqramının qalibləri və Xarici Təqaüd Proqramının təqaüdçüləri Ödənişli Yay Təcrübəsi proqramına müsabiqə mərhələlərində iştirak etmədən birbaşa seçilirlər;
  • Cari ilin Daxili Təqaüd Proqramının müsahibə mərhələsindən kəsilən namizədlər Ödənişli Yay Təcrübəsi proqramının I və II mərhələlərinə buraxılmırlar;
  • Geri