Ana səhifə > Yay təcrübəsi >> Şərtlər >>> Ödənişli Yay Təcrübəsinin keçirilmə qaydaları

1 2 3

  • Sənəd qəbulu ilə bağlı elan SOCAR-ın veb-səhifəsində və elanlar bölməsində yerləşdirilir.
  • Müraciət edən tələbələrin siyahısı namizədlər bölməsində yerləşdirilir.
  • Şərtlərə cavab verən namizədlər təyin olunduqdan sonra yekun siyahı saytda yerləşdirilir.
  • Müvəqqəti işlə təmin olunmaq üçün tələbə müvafiq müəssisələrin Kadrlar şöbələrinə müraciət edir. Müraciət zamanı şəxsiyyət vəsiqəsirəsmi transkript təqdim olunur. Transkriptin yuxarısında tələbənin soyadı, adı və atasının adı, təhsil aldığı ali məktəbin, fakültənin, ixtisasın adı qeyd olunmalı və sənəd dekan tərəfindən imzalanmalı və möhürlənməlidir. Transkriptdəki qiymətlər cari (yaz) semestr istisna olmaqla, bütün əvvəlki semestrləri əhatə etməlidir. Yay tətili müddətində dekanlığın bağlanacağını nəzərə alaraq, məsləhət görürük ki, bu sənədi öncədən alasınız.
  • Tələb olunan digər sənədləri təqdim etdikdən sonra İşə düzəlmənin rəsmiləşdirilməsi həyata keçirilir (müvafiq sənədlərin təqdim olunması, fərdi əmək müqaviləsinin bağlanması və sairə işlərlə əlaqədar rəsmiləşdirilmə 1-2 gün çəkə bilər).
  • Təcrübəyə seçim müsabiqə əsasında 2 mərhələdə həyata keçirilir:
    • I mərhələ - Müsabiqəyə müraciət edənlərin məntiqi təfəkkürünün yoxlanılması məqsədilə test imtahanı;
    • II mərhələ - İxtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr;
  • Cari ilin Daxili Təqaüd Proqramının qalibləri və Xarici Təqaüd Proqramının təqaüdçüləri Ödənişli Yay Təcrübəsi proqramına müsabiqə mərhələlərində iştirak etmədən birbaşa seçilirlər;
  • Cari ilin Daxili Təqaüd Proqramının müsahibə mərhələsindən kəsilən namizədlər Ödənişli Yay Təcrübəsi proqramının I və II mərhələlərinə buraxılmırlar;