Ana səhifə > Yay təcrübəsi >> Şərtlər >>> Ödənişli Yay Təcrübəsi proqramında iddiaçıya qoyulan tələblər

1 2 3

  • Təcrübəyə müvafiq ixtisaslar üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan tələbələr müraciət edə bilərlər (ixtisasların siyahısı SOCAR rəhbərliyi tərəfindən hər il dəyişdirilə bilər)
  • Ödənişli Yay Təcrübəsi proqramında iddiaçı olmaq üçün Tələbə aşağıda qeyd olunan bütün şərtlərə cavab verməlidir:
    • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
    • Tələb olunan ixtisaslar üzrə əyani (magistratura pilləsi üçün əyani və qiyabi) şöbədə təhsil almalıdır;
    • Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə son iki tədris ilində, magistratura pilləsi üzrə isə 1 və 2-ci kursda təhsil almalıdır;
    • son 2 semestrdə "kafi" qiyməti olmamaq şərtilə, bütün təhsil müddətində 2-dən artıq "kafi" qiyməti olmamalı, qalan bütün qiymətləri "yaxşı" və ya "əla" olmalıdır;
    • Xarici ölkələrin universitetlərində təhsil alan tələbələrin CumGPA qiyməti 2.5-dən, digər qiymətləndirmə sistemlərində isə ümumi qiyməti 70 faizdən yüksək olmalıdır;
    • Təcrübə keçiriləcək dövrdə Əmək fəaliyyəti olmamalıdır;
  • Ödənişli Yay Təcrübəsi proqramında iştirak etmək üçün tələbə fərdi qaydada elektron qeydiyyatdan keçməlidir.