Ana səhifə > Yay təcrübəsi >> Şərtlər >>> Ümumi məlumat

1 2 3


  • SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramı Azərbaycanın və digər ölkələrin ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri üçün (bundan sonra – Tələbə) SOCAR tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
  • Proqramın keçirilməsinin məqsədi:
    • Tələbələrin neft-qaz sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması;
    • Tələbələrin yay tətili müddətində istehsalat təcrübəsi keçməsini təmin etmək;
    • Tələbələrin real iş şəraiti ilə yaxından tanış olmaları;
    • Tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiqi;
    • İş keyfiyyətləri barədə SOCAR-da daha dolğun informasiyanın toplanması.
  • Təcrübə cari ilin avqust ayının 1-dən sentyabr ayının 15-dək müddətdə həyata keçirilir.
  • Təcrübəyə qəbul edilən tələbə (təcrübəçi) ilə müvafiq iş yerində müvəqqəti əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsində aşağıdakı məsələlər öz əksini tapır:
    • İşəgötürən və təcrübəçinin öhdəlikləri və funksiyaları;
    • Əməyin ödənilməsi şərtləri, əmək şəraiti və digər müddəalar.
  • Təcrübəçi müəssisədə bütün digər işçilərin iş rejimi ilə işləyir;
  • Təcrübəçinin əmək haqqı iş yerindən asılı olaraq 400 və ya 500 manat arası dəyişə bilər:
    • Əmək şəraitinə görə mövcud iş yerində tətbiq olunan bütün əlavə ödənişlər (zərərli və ya ağır iş şəraitinə görə, şirin su mənbələrindən uzaqlığa görə, axşam və ya gecə növbələrinə görə və sairə) təcrübəçiyə də şamil edilir;
    • Hər iş gününə görə təcrübəçiyə 3 manat hesabı ilə yemək xərci ödənilir.