Ana səhifə > Yay təcrübəsi >> Elanlar

DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramının qalibləri müəyyən olundu
21.07.2017

Ödənişli Yay Təcrübəsi Proqramının qalibləri müəyyən olunmuşdur. Təcrübəçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramının 2-ci turu- Müsahibələrə start verilir!
07.07.2017
SOCAR-ın Ödənişli Yay Təcrübəsi Proqramının 2-ci turu- müsahibələrə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki ilə buradan tanış ola bilərsiniz. Müsahibəyə gələrkən şəxsiyyət vəsiqənizi və rəsmi transkriptinizi (əsli) özünüzlə gətirməyi unutmayın. Müsahibələr SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin inzibati binasında (Ünvan: Nizami ray. Ş. Mirzəyev küç. 26 (Planet şadlıq sarayının arxası)) keçiriləcəkdir.

Ödənişli Yay Təcrübəsi proqramının növbəti mərhələsi üçün keçid balları açıqlandı
05.07.2017
Ödənişli Yay Təcrübəsi proqramı üzrə müsahibələrə keçid balları müəyyən olundu. Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:
İxtisas qrupları Keçid balı
Avtomatika 24
Ekologiya 25
Energetika 23
Geoloji-kəşfiyyat 25
İKT 30
İqtisadiyyat 33
Kimya texnologiya 26
Mexanika 22
QNM 25
Tikinti 18
DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramının 1-ci turu - test mərhələsi barədə
14.06.2017
Ödənişli Yay Təcrübəsi Proqramının 1-ci turu - test imtahanı 21 iyun və 22 iyun 2017-ci il tarixlərində SOCAR-ın İnsan Resursları departamentində (İRD) (Ünvan: Bakı şəhəri, Nizami r-nu, Ş.Mirzəyev küç 26 (Planet şadlıq sarayının arxası)) baş tutacaqdır. Test imtahanı namizədlərin məntiqi təfəkkürünün yoxlanılması istiqamətində olacaqdır. Testlər Azərbaycan və rus dillərində tərtib olunmuş və 40 məntiq sualından ibarətdir.
40 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir və səhv cavablar düzgün verilən cavabları azaltmır. İmtahan müddəti 60 dəqiqə olacaqdır.

İmtahan qrafiki ilə buradan tanış ola bilərsiniz!

Qeyd: Nəzərinizə çatdıraq ki, sms vasitəsi ilə sizə göndərilmiş FİN nömrələr imtahan prosesi zamanı testə başlamaq üçün tələb olunacaqdır.
Ödənişli Yay Təcrübəsi Proqramı üzrə imtahan keçiriləcək ünvana sizə təyin olunmuş vaxtdan 15 dəqiqə əvvəl gəlməyiniz tələb olunur.

DİQQƏT! SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlandı
08.05.2017

Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.

Nəzərinizə çatdırırıq ki, Proqramın şərtlərinə bəzi dəyişikliklər edilmişdir. Proqramın yeni şərtləri ilə buradan tanış ola bilərsiniz.
Son qeydiyyat tarixi: 22 may 2017-cı il

Qeyd: Çatışmayan sənədlərin qəbulu üçün əlavə vaxt verilməyəcəkdir. Bununla əlaqədar olaraq müraciət müddəti boyunca namizədlər bölməsindən statusunu izləməyi unutmayın.

Ödənişli Yay Təcrübəsi iştirakçılar ilə görüşlər keçirilmişdir
20.09.2016
Hər il olduğu kimi cari ildə də Baş ofisinin İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən SOCAR-ın müəssisə və təşkilatlarında Ödənişli Yay Təcrübəsi proqramı üzrə təcrübə keçən tələblərlə görüşlər keçirilmişdir. Görüşlər təcrübə rəhbərləri və təcrübəçilərlə fərdi və kollektiv şəkildə baş tutmuşdur. Azərikimya İstehsalat Birliyində, Geofizika və geologiya İdarəsində, Kompleks qazma işləri trestində, Azneft İstehsalat Birliyində, Neftqaztikinti trestində, Qaz İxrac İdarəsində,
Ekologiya İdarəsində, Heydər Əliyev adına NEZ-də, İnformasiya Texnologiyaları və Rabitə idarəsində və Neftqazelmitədqiqatlayihə İnstitutunda təcrübə keçən tələbələrin iş şəraiti ilə tanış olunmuş və görüş zamanı təcrübə keçən tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən və iş şəraitindən öz razılıqlarını bildirmişlər. Təcrübədən məmnun qalan və əldə etdikləri bililklərin önəmliyini bildirən tələbələr təhsillərinin bitirdikdən sonra karyeralarını məhz Dövlət Neft Şirkətində qurmaq arzularını bildirmişlər. Öz növbəsində təcrübə rəhbərləri də proqramın gedişi və iştirakçıların fəaliyyəti haqda fikirlərini bölüşmüş, yay təcrübəsinə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını qeyd etmişlər.
DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramının qalibləri müəyyən olundu
27.07.2016

Ödənişli Yay Təcrübəsi Proqramının qalibləri müəyyən olunmuşdur. Təcrübəçilərin siyahısı və təcrübə qrafiki ilə buradan tanış ola bilərsiniz.

DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramının 2-ci turu- Müsahibələrə start verilir!
13.07.2016

SOCAR-ın Ödənişli Yay Təcrübəsi Proqramının 2-ci turu- müsahibələrə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki ilə buradan tanış ola bilərsiniz.
Müsahibəyə gələrkən şəxsiyyət vəsiqənizi və rəsmi transkriptinizi (əsli) özünüzlə gətirməyi unutmayın.
Müsahibələr SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin inzibati binasında (Ünvan: Nizami ray. Ş. Mirzəyev küç. 26 (Planet şadlıq sarayının arxası)) keçiriləcəkdir.

Ödənişli Yay Təcrübəsi Proqramı üzrə müsahibə olunacağınız ünvana sizə təyin olunmuş vaxtdan 30 dəqiqə əvvəl gəlməyiniz tələb olunur

Ödənişli Yay Təcrübəsi proqramının növbəti mərhələsi üçün keçid balları açıqlandı
30.06.2016
Ödənişli Yay Təcrübəsi proqramı üzrə müsahibələrə keçid balları müəyyən olundu. Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:
İxtisas qrupları Keçid balı
Avtomatika və İKT 24
Ekologiya 23
Energetika 20
Geoloji kəşfiyyat 20
İqtisadiyyat 28
Kimya-texnologiya 17
Mexanika 21
QNM 20
Tikinti 20
Metrologiya 20
DİQQƏT! SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlandı
13.05.2016

Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.

Nəzərinizə çatdırırıq ki, Proqramın şərtlərinə bəzi dəyişikliklər edilmişdir. Proqramın yeni şərtləri ilə buradan tanış ola bilərsiniz.
Son qeydiyyat tarixi: 30 may 2016-cı il

İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübəçilərlə görüş
17.08.2015
Avqustun 14-də SOCAR-ın “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”də İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşının və media nümayəndələrinin ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşü keçirilmişdir. Görüşün keçirilməsində məqsəd “İTRİ”-də ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənməkdir. Görüşü idarənin rəis müavini Nurəddin Məmmədov açmış, idarədə tələbələrin təcrübə keçməsi üçün hər cür şəraitin yaradıldığını bildirmişdir. Həmçinin,
hər bir tələbə ilə fərdi söhbət aparılmış, onların rəy və təklifləri dinlənilmişdir. Təcrübə rəhbərləri də, tələbələrin iş fəaliyyətindən razılıq etmiş və onların qısa müddət ərzində öz bilik və bacarıqlarını istehsalatda tətbiq etmək üçün çoxlu səy göstərdiklərini bildirmişlər. Görüşdə, İnsan Resursları departamentinin nümayəndəsi bu il “İTRİ” –yə Azərbaycanda və nüfuzlu xarici ali məktəblərdə təhsil alan 33 tələbə yay təcrübəsi keçdiyini diqqətə çatdırmış və onların seçim prosesi haqqında məlumat vermişdir. Qeyd edək ki, artıq beşinci ildir, SOCAR tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı” təşkil olunur. Proqramda neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və komunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. 
DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramı iştirakçılarının nəzərinə
31.07.2015
31.07.2015-ci il tarixdən etibarən təcrübə müddətini uzatmaq istəyən namizdələrin fərdi müraciətinə baxılmır.

Kompleks Qazma İşləri trestində təcrübəçilərlə görüş
İyulun 31-də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin, “Qaradağ-Kalmaz” qaz anbarları sahəsində İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin və media nümayəndələrinin ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşü keçirilmişdir. Görüş ARDNŞ-nin idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilmişdir. Görüş zamanı hər bir tələbə ilə fərdi söhbət aparılmış, onların təklifləri dinlənilmişdir. Bildirilmişdir ki, Kompleks Qazma İşləri
Trestində hal-hazırda 11 tələbə yay təcrübəsi keçir. Qeyd edək ki, artıq altıncı ildir, ARDNŞ tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı” təşkil olunur. Proqramda neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və komunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Neftqaztikinti" trestində təcrübəçilərlə görüş
30.07.2015
İyul ayının 29-da SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” layihəsi çərçivəsində Neftqaztikinti Trestində təcrübə keçən tələbələr ilə SOCAR-ın İnsan Resursları Departamenti və media nümayəndələrinin görüşü keçirilmişdir. Görüş zamanı media nümayəndələri təcrübəçilərə yaradılan iş şəraiti və mühiti ilə yaxından tanış olmuş, təcrübəçilərlə və onlara təhkim edilmiş təcrübə rəhbərləri ilə fərdi söhbətlər aparılmışdır. “Ödənişli Yay Təcrübəsi” layihəsinin iştirakçılarından Bilalov Ayaz, Mehdiyev Naib və Məmmədov İlkin “Lider” telekanalının və “İki sahil” qəzetinin
əməkdaşlarına müsahibə verərək, SOCAR tərəfindən tələbələrə yaradılan şərait və imkanlardan məmnun olduqlarını bildirmişdirlər. Öz növbəsində sözü gedən müəssisə rəhbərliyi də proqramın gedişi və iştirakçıların fəaliyyəti haqda fikirlərini bölüşmüş, yay təcrübəsinə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını bildirmişlər. Qeyd edək ki, SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” layihəsi çərçivəsində Neftqaztikinti Trestində 17 tələbə təcrübə keçməkdədir.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Heydər Əliyev adına Neft Emalı zavodunda təcrübəçilərlə görüş keçirilmişdir
28.07.2015
İyul ayının 27-də SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” layihəsinin Heydər Əliyev adına Neft Emalı zavodunda təcrübə keçən iştirakçıları ilə görüş keçirilmişdir. Görüş zamanı Zavodun direktorunun müavini, baş mühəndis Nail Əmirov təcrübəçilərə yaradılan şəraitlə bağlı jurnalistlərə məlumat vermiş, onların praktiki biliklərinin istehsalatda tətbiqi üçün hər cür şəraitin yaradıldığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, bu il Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində oxuyan 25 nəfər tələbə ilə yanaşı, Bakı Ali Neft məktəbinin 54 nəfər tələbəsi də istehsalat təcrübəsi
keçməkdədirlər. Daha sonra mətbuat nümayəndələri və İnsan Resursları Departamentinin əməkdaşı təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmuşlar. Təcrübədə olan tələbələrdən Balakişiyeva Səyalı, Kərimov Vüsal və Qarayev Əmirxan CBC telekanalının əməkdaşları və İki sahil qəzetinin müxbirinə müsahibə verərək, iş şəraiti və təcrübədə qazandıqları bilik barəsində danışmışlar. SOCAR-ın tələbə gənclər üçün təcrübə imkanı yaratmasını yüksək qiymətləndirmişlər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azneft" istehsalat birliyində təcrübəçilərlə görüş keçirilmişdir
21.07.2015
İyulun 21-də SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Bibiheybət NQÇİ-də media nümayəndələrinin ödənişli “Yay təcrübəsi proqramı” iştirakçıları ilə görüşü keçirilmişdir. Görüş təcrübə proqramına qoşulmuş tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilmişdir. Görüş zamanı tələbələrlə fərdi söhbət aparılmış və onların təklifləri dinlənilmişdir. Bu il proqrama seçilmiş tələbələrdən 49 nəfəri “Azneft” İB-də təcrübə küçməyə haqq qazanmışdır.
Təcrübədə olan tələbələr həm Azərbaycanın, həm də xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır. Bu tələbələrdən 12 nəfəri məhz Bibiheybət NQÇİ-də təcrübə keçməkdədir. Tədbirdə NQÇİ-nin kadrlar şöbəsinin rəisi Mürvət Əsgərov tələbələrə yaradılan imkanların əhəmiyyətindən bəhs etmiş, istehsalat təcrübəsi üçün ayrılmış vaxtda onlara hərtərəfli kömək edildiyini, onlar üçün rəhbərliyin qayğısının maksimum olduğunu, təcrübəçilərə, gənc kadrlara hər cür şəraitin yaradıldığını qeyd etdi. Bildirdi ki, proqramın şərtlərinə əsasən hər bir tələbə ilə 1 və ya 2 aylıq müddətə müvəqqəti əmək müqaviləsi bağlanır və mühəndis vəzifəsində işə qəbul olunur. Tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı ödənilir. Eyni zamanda SOCAR işçiləri üçün mövcud olan bütün güzəştlər bu müddət ərzində təcrübəçilərə də şamil edilir. Daha sonra İRD nümayəndəsi, İki sahil qəzeti və İTV-nin müxbirlərinin iştirakı ilə təcrübəçilər və məsul şəxslərlə birgə təcrübə keçirilən mədənlərə baş çəkilmiş və iş mühiti ilə tanış olunmuşdur. Həmçinin, tələbələr təcrübə müddətində gördükləri işlərlə bağlı KİV nümayəndələrinə reportaj vermişlər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramının nəticələri müəyyən olundu
10.06.2015
Ödənişli Yay Təcrübəsi Proqramının nəticələri müəyyən olunmuşdur. Təcrübəçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd: Proqrama seçim kriteriyaları ilə buradan tanış ola bilərsiniz.

DİQQƏT! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına müraciət edənlərin nəzərinə
14.05.2015
Çatışmayan sənədləri qəbulu 19.05.2015-ci il saat 17:00-dək uzadıldı. Sənədlərinizi tis@socar.az e-mail ünvanına göndərə bilərsiniz.

Qeyd: 19.05.2015-ci il tarixdə saat 17:00 sonra göndərilən sənədlərə baxılmayacaqdır.
DİQQƏT! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu bitdi
08.05.2015
Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu bitmişdir. Çatışmayan sənədləri isə 15.05.2015-ci il tarixədək tis@socar.az e-mail ünvanına göndərə bilərsiniz.

Qeyd: 15.05.2015-ci il tarixdə saat 17:00 sonra göndərilən sənədlərə baxılmayacaqdır.
DİQQƏT! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlandı
15.04.2015
Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 8 may 2015-ci il
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübəyə seçilən namizədlərin siyahısı açıqlandı
23.02.2015

Təcrübəçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Təcrübəçilər 2 mart 2015-ci il tarixində şəxsiyyət vəsiqəsi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutuna yaxınlaşmalıdırlar.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübə üçün müsahibələrin qrafiki açıqlandı
17.02.2015

Təcrübə üçün müsahibələrin qrafiki ilə buradan tanış ola bilərsiniz.

Qeyd: Müsahibəyə gələrkən göndərdiyiniz sənədlərin əslini və Şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübəyə müraciət edən namizədlərin siyahısı
08.01.2015

Təcrübəyə müraciət edən namizədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd: Çatışmayan məlumatlar tis@socar.az ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 31.01.2015

ARDNŞ sizlərə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübə keçmək imkanı yaradır
05.01.2015

Kimlər müraciət edə bilərlər:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə təhsilini (bakalavr və magistr) son üç ildə bitirənlər və ya magistratura pilləsində qiyabi və sonuncu kursda təhsil alanlar
- Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətdən azad olanlar (oğlanlar üçün)

Tələb olunan ixtisaslar:

Açıq dağ mədən işi Şəhərsalma
Neft və qaz yataqlarının işlənilməsi Dəniz hidrotexniki qurğuların tikintisi
Neft-qaz quyularının istismarı İstilik qaz təchizatı
Neftin, qazın nəqli və saxlanılmasının texnologiyası Çirkab sularının kənarlaşdırılması və təmizlənməsi 
Elektrik təchizatı (sahələr üzrə) Körpülər və nəqliyyat qurğularının tikintisi
Elektrik aparatları Hidrotexniki tikinti
Elektroenergetika Sənaye və mülki tikinti
Elektrik şəbəkə və sistemləri Avtomobil yolları və aerodromların tikintisi
Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması Elektroenergetika
İdarəetmədə informasiya sistemləri Qaynaq istehsalı metallurgiyası texnologiyası və avadanlığı
Neft kimya sintezinin texnologiyası Kompressor maşın və qurğuları
Neft və qazın kimyası Xüsusiləşdirilmiş radiorabitə sistemləri
Neft emalı texnologiyası Rabitə qovşaqları və kommutasiya sistemləri
Karbohidrogen qazların emalı texnologiyası Şəbəkələr rabitə sistemləri və informasiyanın paylanması
Bina və qurğuların memarlığı Tətbiqi proqram təminatı
Landşaft memarlığı  

Digər tələblər:

• Daima öyrənməyə həvəs göstərməli, bilik və bacarıqlarını mütəmadi olaraq artırmalıdır
• Özünü hər tərəfli inkişaf etdirməlidir (bilik, peşəkar vərdişlər və rəftar)
• Analitik düşünmə qabiliyyəti olmalı və tapşırığı yerinə yetirərkən mövcud problemləri təkbaşına həll etməlidir
• Yenilikçi və yaradıcı olmalı, işin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq sərfəli və səmərəli təkliflər verməlidir
• Komandada işləməlidir
• Başqaları ilə hörmətlə rəftar etməli və nizam intizama riayət etməlidir
• Yüksək ixtisas biliklərinə malik olmalı və nəzəri biliklərinin real iş şəraitində tətbiqini bacarmalıdır
• İxtisasını sevməli və şirkətdə işləməyə yüksək həvəs və maraq göstərməlidir
• Kompüter və xarici dil bilikləri arzuolunandır.

Maraqlanan şəxslər CV, diplom və diploma əlavənin (transkript), hərbi biletin elektron nüsxəsini tis@socar.az ünvanına göndərə bilərlər (5 MB-dən artıq olmamaq şərtilə).

Qeyd: Magistr təhsili alan tələbələr arayış və transkript göndərməlidirlər.

Müraciət üçün son tarix: 31.01.2015

DİQQƏT: Təcrübə müddətində müsbət rəy almış təcrübəçilər sonradan müvafiq müsabiqədən keçərək ARDNŞ-də işlə təmin olunmaq imkanı əldə edəcəklər.

Neft Kəmərləri İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
26.08.2014
22 avqust 2014-cü il tarixində ARDNŞ-nin Neft Kəmərləri İdarəsində “Yay təcrübəsi proqramı”nın iştirakçıları olan tələbələrlə görüşdük. Görüşdə İdarənin Rejim və Kadr üzrə rəis müavini Şaiq Osmanov və Kadrlar şöbəsinin rəisi Sərdarov Zeynal çıxış edərək, təcrübə müddətində tələbələrin peşəkar kadrlardan öyrənəcəyi çox mühüm məsələlərin olduğunu vurğuladılar. Rejim və Kadr üzrə rəis müavini Şaiq Osmanov qeyd etdi ki, “Biz onlara hərtərəfli texniki dəstək göstərməyə çalışırıq ki, təcrübədən
sonra onlar auditoriyaya zəngin iş təcrübəsi və xoş təəssüratlarla qayıtsınlar. Eyni zamanda, burada işgüzarlıq göstərən tələbələrdən səmərələşdirici təkliflər də gözləyirik. Axı, müasir gənclik, həm də müasir elmi axtarış deməkdir.”, eyni zamanda tələbələrdən də böyük gözləntilərinin olduğunu söylədi. Görüşdə təcrübə keçən tələbələr də çıxış edərək iş şəraitlərindən, İdarədə onlara göstərilən xoş münasibətlərdən danışdılar. Qeyd edək ki, burada yay təcrübəsi keçən tələbələr müxtəlif ali təhsil müəssisələrində- ADNA-da Abdullayev Emin, Tahirli Əsəd və Birmingham Universitetində-Rəşad Sadıqzadə təhsil alırlar. Sonra tələbələrin təcrübə rəhbərləri Kərim Kərimov və Elxan Hüseynovla söhbət etdik. Onlar tələbələrin işə davamiyyətindən, işgüzarlıqlarından razı qaldıqlarını bildirdilər və əlavə etdilər ki, müşahidələrinə görə, ötən qısa dövr ərzində bu gənclər nəzəri biliklərini praktikaya uğurla tətbiq etmişlər
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
İnformasiya Texnologiyaları və Rabitə idarəsində təcrüçilərlə görüş keçirilmişdir
21.08.2014
Avqustun 20-də ARDNŞ-nin “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”də İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin və media nümayəndələrinin ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşü keçirilmişdir.Görüş ARDNŞ-nin idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilmişdir. Görüş zamanı hər bir tələbə ilə fərdi söhbət aparılmış, onların təklifləri dinlənilmişdir.
Bildirilmişdir ki, “İTRİ” -də Azərbaycanda və nüfuzlu xarici ali məktəblərdə təhsil alan 27 tələbə yay təcrübəsi keçir. Qeyd edək ki, artıq dördüncü ildir, ARDNŞ tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı” təşkil olunur. Proqramda neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və komunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
H. Əliyev adına Bakı Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə görüş keçirilmişdir
20.08.2014
18.08.2014-cü il tarixində ARDNŞ-nin "Ödənişli Yay Təcrübəsi" Proqramı çərçivəsində H. Əliyev adına Bakı Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin görüşü keçirilmişdir. Görüş zamanı zavodun 8 nömrəli Keyfiyyətə Nəzarət Laboratoriyası və 5 nömrəli İstehsalatın 55 nömrəli Katalitik Krekinq Qurğusunda təcrübə keçən tələbələrin iş şəraiti ilə tanış olunmuşdur. Təcrübə keçən tələbələrin hər biri
proqramdan, təcrübə rəhbərlərindən və iş şəraitindən öz razılıqlarını bildirmiş və təhsillərini bitirdikdən sonra zavodda işləmək istəklərini vurğulamışlar. Qeyd edək ki, H. Əliyev adına BNEZ -də 16 nəfər tələbə təcrübə keçir ki, onlardan ikisi avqust ayında təcrübəyə başlamışlar
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Geofizika və Geologiya idarəsində təcrüçilərlə görüş keçirilmişdir
15.08.2014
Avqustun 15-də ARDNŞ-nin Geologiya və geofizika idarəsində idarə rəhbərliyi və media nümayəndələri ilə “Ödənişli yay təcrübəsi” proqramının iştirakçıları arasında görüş keçirildi. Görüş zamanı idarənin rəis müavini çıxış edərək bildirdi ki, sözü gedən müəssisədə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan 5 tələbə yay təcrübəsi keçməkdədir. O həmçinin qeyd etdi ki, tələbələr yüksək səviyyədə iş şəraiti ilə təmin olunmuşlar və onlar vaxtaşırı istehsalat sahələrinə gedərək istehsal prosesləri ilə yaxından tanış olurlar. Çıxışdan sonra deyilənlərin əyani sübutu olaraq
təcrübəçilər idarənin həyətində yerləşən sexlərdən birində nəzəri biliklərini praktiki məşğələlərdə necə tətbiq etdiklərini nümunəvi olaraq nümayiş etdirdilər. Görüş zamanı həmçinin tələbələr çıxış edərək rəhbərlik tərəfindən onlara qarşı heç bir maneənin olmadığını və yaradılmış iş şəraitindən tam razı qaldıqlarını bildirdilər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Ekologiya İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
13 avqust 2014-cü il tarixində ARDNŞ-nin Təlim və inkişaf şöbəsinin nümayəndəsi İki sahil qazetinin əməkdaşı ilə birgə Ekologiya İdarəsində təcrübə keçən tələbələrlə görüşmüşlər. Ekologiya İdarəsinin Eko Mərkəzində keçən görüşdə çıxış edən İdarənin kadrlar şöbəsinin rəisi Aliabbas Aslanov hal-hazırda 9 nəfər tələbənin təhsil aldıqları ixtisasları üzrə təcrübə keçdiklərini bildirmiş və tələbələrin gələcək karyeralarında təcrübənin nə dərəcədə mühum rol oynadığını vurğulamışdır. Sonra təcrübəçi və təcrübə rəhbərlərinin rəy və hesabatları dinlənilmişdir. Təcrübədən məmnun qalan və
əldə etdikləri bililklərin önəmliyini bildirən tələbələr təhsillərinin bitirdikdən sonra karyeralarını məhs Dövlət Neft Şirkətində qurmaq arzularını bildirmişlər. Görüşdən sonra təcrübəçilər üçün EkoParkda ekskursiya təşkil olunmuşdur.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Kompleks Qazma İşləri Trestində təcrübəçilərlə görüş keçirilmişdir
Avqustun 11-də ARDNŞ-nin Kompleks Qazma İşləri Trestində Təlim və İnkişaf şöbəsinin təşkilatçılığı əsasında trest rəhbərliyi və media nümayəndələri ilə “Ödənişli yay təcrübəsi” proqramının iştirakçıları arasında görüş keçirildi. Görüş zamanı hər bir tələbə ilə fərdi söhbət aparıldı və onların təklifləri dinlənildi. Bildirildi ki, sözü gedən trestdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan 8 tələbə yay təcrübəsi keçməkdədir. Tədbirdə çıxış edən təcrübə rəhbərləri tələbələr üçün yaradılmış iş şəraitindən bəhs edərək bildirdilər ki, təcrübəçilər vaxtaşırı olaraq istehsalat sahələrinə
aparılır və bu yolla onlar istehsal proseslərini daha yaxından mənimsəyirlər. Bundan əlavə, tədbirin sonunda həm tələbələr, həm də trestin rəhbər işçiləri tədbirdə iştirak edən CBC kanalının nümayəndələrinə fərdi müsahibələr verərək təcrübə proqramı barədə fikirlərini media ilə bölüşdülər. Ümumilikdə, məlum oldu ki, tələbələr trest rəhbərliyinin onlara olan münasibətindən və yaradılmış iş şəraitindən son dərəcə razıdırlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
ARDNŞ-in «Yay təcrübəsi» proqramı çərçivəsində «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində ödənişli istehsalat təcrübəsinə başlamış bir qrup tələbə ilə görüş olmuşdur
Avqustun 8-də ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin “Elitel Polietilen” Zavodunda İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin və media nümayəndələrinin ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşü keçirilmişdir.Görüş ARDNŞ-nin idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilmişdir. Keçirilmiş görüşdə Birliyin Etilen-polietilen
zavodunun direktoru Oktay Niftəliyev gənc kimyaçıları salamlamış onlara Azərbaycanın strateji əhəmiyyətə malik neft-kimya sənayesinin texnoloji bazasının möhkəmləndirilməsi, hal-hazırda neft-kimya sənayesində baş verən yeniliklərdən danışmışdır.Görüş zamanı hər bir tələbə ilə fərdi söhbət aparılmış, onların təklifləri dinlənilmişdir. Bildirilmişdir ki, “Azərikimya” İB-də Azərbaycanda və nüfuzlu xarici ali məktəblərdə təhsil alan 8 tələbə yay təcrübəsi keçir. Qeyd edək ki, artıq beşinci ildir, ARDNŞ tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı” təşkil olunur. Proqramda neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və komunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azneft" istehsalat birliyində təcrübəçilərlə görüş keçirilmişdir
08.08.2014
Avqustun 6-da ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin Əmirov adına NQÇİ-də İdarə rəhbərliyi və media nümayəndələrinin iştirakı ilə ödənişli “Yay təcrübəsi proqramı” iştirakçıları ilə görüşü keçirilmişdir. Təcrübə programına qoşulmuş tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilmişdir. Görüş zamanı hər bir tələbə ilə fərdi söhbət aparılmış, onların təklifləri dinlənilmişdir. Bildirilmişdir ki, “Azneft” İB-də istər Azərbaycanın, istərsə də xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil alan 62
tələbə yay təcrübəsi keçir. Onların 11 nəfəri məhz Əmirov adına NQÇİ-də təcrübə keçməkdədir. Tədbirdə çıxış edən İdarə rəisi Ramin Quliyev tələbələrə yaradılan imkanların əhəmiyyətindən bəhs etmiş, istehsalat təcrübəsi üçün ayrılmış vaxtda onlara hərtərəfli kömək edildiyini, onlar üçün rəhbərliyin qayğısının maksimum olduğunu, təcrübəçilərə, gənc kadrlara hər cür şəraitin yaradıldığını qeyd etdi. Bildirdi ki, artıq dördüncü ildir ki, ARDNŞ tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı” təşkil olunur. Proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanır və mütəxəssis vəzifəsində işə qəbul olunur. Tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı ödənilir. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər bu müddət ərzində təcrübəçilərə də şamil edilir. Sonra İki sahil qəzetinin müxbiri və İRD nümayəndəsinin iştirakı ilə təcrübəçilər və məsul şəxslərlə birgə emalatxanaya və mədənlərə baş çəkilmiş və iş mühiti ilə tanış olunmuşdur. Ümumilikdə tələbələr təcrübə rəhbərlərinin və rəhbərliyin onlara münasibətindən razı qaldıqlarını vurğulamışlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azərneftyağ" Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə görüş keçirilmişdir
25.07.2014
İyulun 25-ində ARDNŞ-nin insan resursları departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları media nümayəndələri ilə birlikdə “Azərneftyağ” Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə görüşmüşdür. Görüşdə ödənişli təcrübə küçən 10 nəfər təcrübəçidən Caspi və İkisahil qəzetinin mübirləri müsahibələr almışdır. Eyni zamanda Zavodun kadrlar şöbəsinin rəis müavini Xavər Süleymanova da qeyd etmişdir ki, təcrübəçilərin səmərəli işləmələri üçün zavodda bütün şərait yaradılmışdır. Təcrübə keçən tələbələr onlara yaradılan şəraitdən məmnun olduqlarını, şikayətlərinin
olmadıqlarını qeyd etdilər. Həmçinin təcrübəçilərin iş yerlərinə də baş çəkilmiş və iş mühiti ilə tanış olunmuşdur. Ümumilikdə tələbələr onlara olan xoş münasibətdən və təcrübə rəhbərlərinin işi öyrətməyə meylli olduqlarından razı qaldıqlarını vurğulamış və yaradılan şəraitə görə ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmişdilər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
“Azəriqaz” İstehsalat Birliyində təcrübə keçən tələbələrlə görüş olmuşdur
24.07.2014
İyulun 22-də ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində ödənişli “Yay təcrübəsi proqramı” iştirakçılarının Birliyin rəhbərliyi və media nümayəndələri ilə görüşü keçirilmişdir. Görüş Birliyin idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilmişdir. Görüş zamanı hər bir tələbə ilə fərdi söhbət aparılmış, onların təklifləri dinlənilmişdir. Bildirilmişdir ki, “Azəriqaz” İB-də həm Azərbaycanın və həm də xarici ölkələrin ali məktəblərdə təhsil alan 9 tələbə yay təcrübəsi keçir.
Onlardan 4 nəfəri Birliyin İdarəetmə aparatının müvafiq şöbələrinə, 4 nəfəri Suraxanı, Xəzər, Nərimanov və Nəsimi Qaz istismarı sahələrinə ödənişli istehsalat təcrübəsi keçmək üçün işə qəbul olunub. 1 nəfər isə avqust ayından etibarən Nizami Qaz istismarı sahəsinə ödənişli istehsalat təcrübəsi keçmək üçün işə qəbul ediləcək. Tədbirdə çıxış edən Birliyin Baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev ölkəmizdə təbii qazdan istifadə olunmasının tarixi haqqında qısa məlumat verdi. Bildirdi ki, bu işlərin müvəffəqiyyətlə davam etdirilməsi gələcəyin mütəxəssisləri olan indiki tələbələrdən çox asılıdır. Odur ki, tələbələr istehsalat təcrübəsi üçün ayrılmış vaxtdan maksimum dərəcədə səmərəli istifadə etməli, Birliyin mütəxəssisləri isə tələbələri maraqlandıran sualları ətraflı araşdırmalı, onlara Birlik haqqında maksimum dərəcədə məlumat verməlidirlər. Birliyin Kadrlar şöbəsinin rəisi Narxanım Səmədova isə bildirdi ki artıq dördüncü ildir ki, ARDNŞ tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı” təşkil olunur. Proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanır və mütəxəssis vəzifəsində işə qəbul olunur. Tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı ödənilir. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər bu müddət ərzində təcrübəçilərə də şamil edilir. Sonda görüşdə iştirak edən tələbələr onlara göstərilmiş qayğı və isti münasibətlərə görə birlik rəhbərliyinə öz minnətdarlığını bildirmiş
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Neftqaztikinti" trestində təcrübəçilərlə görüş
21.07.2014
Hər il olduğu kimi, bu il də İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları, ödənişli yay təcrübəsində iştirak edən tələbələrlə görüşlər keçirir və təcrübəçilərin iş şəraiti və proqramın ümumi gedişatına münasibətlərini öyrənirlər. 21.07.2014 tarixində İRD-nin Təlim və inkişaf şöbəsi, eləcə də İki Sahil qəzeti və AZTV-nin əməkdaşları ARDNŞ-nin Neftqaztikinti" trestinin 4 saylı Tikinti-quraşdırma sexində “Ödənişli Təcrübə” proqramının iştirakçıları ilə görüş keçirmişlər. Tələbələrlə fərdi və kollektiv söhbətlər aparılmış, təcrübə keçdikləri müəssisədə əmək
şəraiti və ümumilikdə proqramdan nə dərəcədə yararlana bildikləri barəsində maraqlanılmışdır. Təcrübəçilərlə söhbətdən aydın olmuşdur ki, proqram lazımı qaydada həyata keçirilir, mütəxəssislər tərəfindən təcrübəçilərə yüksək qayğı göstərilir və sahə üzrə praktiki biliklər yüksək səviyyədə tələbələrə öyrədilir.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Ödənişli Yay Təcrübəsi proqramının nəticələri müəyyən olundu
19.06.2014
Ödənişli Yay Təcrübəsi Proqramının nəticələri müəyyən olunmuşdur. Təcrübəçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
"Mənim ARDNŞ-də yay təcrübəm-2013"inşa yarışmasının qaliblərinə hədiyyələr təqdim olunmuşdur
27.05.2014
26.05.2014-cü il tarixində “Yay təcrübəsi 2013” proqramında iştirak etmiş tələbələr arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri ilə görüş olmuşdur. ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qalibləri təbrik edərək onlara perspektivli gənclərin daim diqqət mərkəzində saxlanıldığını demişdir. Qeyd etmişdir ki, ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesi, emal və neft kimyası sahələrində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə müxtəlif proqramlar
həyata keçirir. Bu günədək ARDNŞ-nin proqramlarına qatılmış gənclər fəallıqları və yüksək bilikləri ilə seçilmişlər. Vitse-prezident yaxşı oxuyan hər bir gənc üçün ARDNŞ-nin geniş imkanlar açdığını söyləmişdir. Daha sonra X.Məmmədov qaliblərə ARDNŞ-nin hədiyyələrini təqdim etmişdir. 1-ci yerin qalibinə Samsung Galaxy Tab 3 10.1 P5200, digər 2-ci və 3-cü yerin qaliblərinə isə Samsung Galaxy Tab 3 7.0 T2110 hədiyyə olunmuşdur. Məlumat üçün bildirək ki, müsabiqədə 1-ci yeri Nəbiyev Fərid Nəriman oğlu, 2-ci yeri Aslanlı Aysel Gülxan qızı, 3-cü yeri isə Qocayev Elmir İlham oğlu tutmuşdur.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu bitdi
02.05.2014
Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu bitmişdir. Çatışmayan sənədləri isə 08.05.2014-cü il tarixədək tis@socar.az e-mail ünvanına göndərə bilərsiniz.

Qeyd:
08.05.2014-cü il tarixdə saat 17:00 sonra göndərilən sənədlərə baxılmayacaqdır.
DİQQƏT! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlandı
14.04.2014
Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 1 may 2014-cü il
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübəyə müraciət edən namizədlərin nəzərinə
07.02.2014
Proqramın 2-ci turu - müsahibələr başa çatmışdır. Təcrübəçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübə barədə ətraflı məlumat tezliklə səhifəmizdə qeyd olunacaqdır.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübəyə müsahibələr başladı
29.01.2014
Ödənişsiz təcrübənin 2-ci turuna- müsahibələrə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki burada yerləşdirilmişdir. Müsahibələrə gələrkən şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın. Müsahibələr səhər saat 09:30-da başlayacaqdır.
Müsahibədən müvəffəqiyyətlə keçənlər 6 aylıq ödənişsiz təcrübəyə cəlb olunacaqlar. Təcrübə həftədə 5 iş günü saat 08:30dan 17:30-dək (günün birinci yarısı nəzəri kurs, ikinci yarısı isə praktiki kurs) keçiriləcəkdir. Təcrübə müddəti ərzində hər ayın sonunda qiymətləndirmə aparılacaq və yüksək nəticələr göstərən təcrübəçilərin təcrübənin sonunda işə qəbul olunacaqlar.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübəyə müraciətin müddəti bitdi
13.01.2014
Proqrama sənəd qəbulu saat 18:00 etibarən dayandırılmışdır. Bu saatdan sonra göndərilən sənədlərə baxılmayacaqdır. Sənəd göndərən namizədlər isə öz statusları ilə namizədlər bölməsindən tanış ola bilərlər.

Qeyd: Çatışmayan sənədləri isə 17.01.2014-cü il tarixədək göndərə bilərsiniz.

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübəyə müraciətin müddəti uzadıldı
30.12.2013
Sənədlərin qəbulu 13.01.2014-cü il tarixədək uzadıldı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sizlərə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda ödənişsiz təcrübə keçmək imkanı yaradır
16.12.2013
Kimlər müraciət edə bilərlər:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə təhsilini (bakalavr və maqistr) son üç ildə bitirənlər və ya magistratura pilləsində qiyabi və sonuncu kursda təhsil alanlar
- Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətdən azad olanlar (oğlanlar üçün)

Tələb olunan ixtisaslar:
Açıq dağ mədən işi Dəniz hidrotexniki qurğuların tikintisi
Neft və qaz yataqlarının işlənilməsi Bina və qurğuların tikintisinin təşkili və texnologiyası
Neft-qaz quyularının istismarı İstilik qaz təchizatı
Neftin, qazın nəqli və saxlanılmasının texnologiyası Çirkab sularının kənarlaşdırılması və təmizlənməsi 
Elektrik təchizatı (sahələr üzrə) Körpülər və nəqliyyat qurğularının tikintisi
Elektrik aparatları Hidrotexniki tikinti
Elektroenergetika Sənaye və mülki tikinti
Elektrik şəbəkə və sistemləri Avtomobil yolları və aerodromların tikintisi
Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması Tətbiqi geodeziya
İdarəetmədə informasiya sistemləri Elektroenergetika
Neft kimya sintezinin texnologiyası Qaynaq istehsalı metallurgiyası texnologiyası və avadanlığı
Neft və qazın kimyası Kompressor maşın və qurğuları
Neft emalı texnologiyası Xüsusiləşdirilmiş radiorabitə sistemləri
Karbohidrogen qazların emalı texnologiyası Rabitə qovşaqları və kommutasiya sistemləri
Bina və qurğuların memarlığı Şəbəkələr rabitə sistemləri və informasiyanın paylanması
Landşaft memarlığı Tətbiqi proqram təminatı
Şəhərsalma  
Digər tələblər:
  • Daima öyrənməyə həvəs göstərməli, bilik və bacarıqlarını mütəmadi olaraq artırmalıdır
  • Özünü hər tərəfli inkişaf etdirməlidir (bilik, peşəkar vərdişlər və rəftar)
  • Analitik düşünmə qabiliyyəti olmalı və tapşırığı yerinə yetirərkən mövcud problemləri təkbaşına həll etməlidir
  • Yenilikçi və yaradıcı olmalı, işin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq sərfəli və səmərəli təkliflər verməlidir
  • Komandada işləməlidir
  • Başqaları ilə hörmətlə rəftar etməli və nizam intizama riayət etməlidir
  • Yüksək ixtisas biliklərinə malik olmalı və nəzəri biliklərinin real iş şəraitində tətbiqini bacarmalıdır
  • İxtisasını sevməli və şirkətdə işləməyə yüksək həvəs və maraq göstərməlidir
  • Kompüter və xarici dil bilikləri arzuolunandır.
Maraqlanan şəxslər CV, diplom və diploma əlavənin (transkript), hərbi biletin elektron nüsxəsini tis@socar.az ünvanına göndərə bilərlər.
Qeyd: Magistraturanın sonuncu semestrində təhsil alan tələbələr arayış və ya transkript göndərməlidirlər.
Müraciət üçün son tarix: 30.12.2013
DİQQƏT: Təcrübə müddətində müsbət rəy almış təcrübəçilər sonradan müvafiq müsahibədən keçərək ARDNŞ-də işlə təmin olunmaq imkanı əldə edəcəklər.
Ödənişli Yay təcrübəsi- inşa müsabiqəsi
25.10.2013
DİQQƏT!!! “Mənim ARDNŞ-də Yay Təcrübəm 2013” inşa müsabiqəsinin vaxtı 08.11.2013-cü il tarixinədək uzadıldı. Fikirlərini səlis, konkret və məntiqi qaydada yazılı ifadə etmək müasir mütəxəssisdən tələb olunan vacib keyfiyyətlərdən biridir. Bu səbəbdən də hər il olduğu kimi ARDNŞ 2013-cü il üzrə Ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında "Mənim ARDNŞ-də Yay təcrübəm" mövzusunda inşa müsabiqəsi elan edir. İnşada təcrübəçi təcrübə müddətində yerinə yetirdiyi işləri, ixtisası və işin təşkili sahəsində öyrəndiyi təcrübi bilikləri barədə fikirlərini, təcrübənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər. İnşa azərbaycan dilində 800-1000 sözdən ibarət olmalıdır.
Hər inşanın əvvəlində təcrübəçi aşağıdakı rekvizitləri qeyd etməlidir:
1) Təcrübəçinin soyadı, adı və atasının adı;
2) təhsil aldığı universitet, ixtisas və bitirdiyi kurs;
3) təcrübə keçdiyi müəssisənin və şöbənin (sexin, xidmətin) adı;
4) təcrübə rəhbərinin soyadı, adı və vəzifəsi; 5) təcrübə müddəti (tarixlər).
Qeyd: Bu məlumatlar sözlər sayılarkən nəzərə alınmır.
İnşalar 08.11.2013-cü il tarixinədək .doc formatında tis@socar.az elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 3 inşa saytımızda yerləşdiriləcək və "İki sahil" qəzetində dərc olunacaq. Müsabiqəyə təqdim olunan inşalar struktur, orijinallıq, mövzuya yaradıcı yanaşma və məntiqilik baxımından qiymətləndiriləcək. İnşalar biri digəri haqqında məlumatı olmayan bir neçə mütəxəssis tərəfindən oxunaraq qiymətləndiriləcək. Mütəxəssislərə qiymətləndirmə üçün göndərilən inşaların müəllifləri anonim saxlanılacaq
DİQQƏT! ARDNŞ 2013-cü il Ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında "Mənim ARDNŞ-də Yay təcrübəm" mövzusunda növbəti inşa müsabiqəsini elan edir
02.10.2013
Fikirlərini səlis, konkret və məntiqi qaydada yazılı ifadə etmək müasir mütəxəssisdən tələb olunan vacib keyfiyyətlərdən biridir. Bu səbəbdən də hər il olduğu kimi ARDNŞ 2013-cü il üzrə Ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında "Mənim ARDNŞ-də Yay təcrübəm" mövzusunda inşa müsabiqəsi elan edir. İnşada təcrübəçi təcrübə müddətində yerinə yetirdiyi işləri, ixtisası və işin təşkili sahəsində öyrəndiyi təcrübi bilikləri barədə fikirlərini, təcrübənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər. İnşa azərbaycan dilində 800-1000 sözdən ibarət olmalıdır.
Hər inşanın əvvəlində təcrübəçi aşağıdakı rekvizitləri qeyd etməlidir:
1) Təcrübəçinin soyadı, adı və atasının adı;
2) təhsil aldığı universitet, ixtisas və bitirdiyi kurs;
3) təcrübə keçdiyi müəssisənin və şöbənin (sexin, xidmətin) adı;
4) təcrübə rəhbərinin soyadı, adı və vəzifəsi; 5) təcrübə müddəti (tarixlər).
Qeyd: Bu məlumatlar sözlər sayılarkən nəzərə alınmır.
İnşalar 25.10.2013-cü il tarixinədək .doc formatında tis@socar.az elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 3 inşa saytımızda yerləşdiriləcək və "İki sahil" qəzetində dərc olunacaq. Müsabiqəyə təqdim olunan inşalar struktur, orijinallıq, mövzuya yaradıcı yanaşma və məntiqilik baxımından qiymətləndiriləcək. İnşalar biri digəri haqqında məlumatı olmayan bir neçə mütəxəssis tərəfindən oxunaraq qiymətləndiriləcək. Mütəxəssislərə qiymətləndirmə üçün göndərilən inşaların müəllifləri anonim saxlanılacaq
Ekologiya İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
30.08.2013
29.08.2013-cü il tarixində Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların idarə olunması depatamentlərində "Yay təcrübəsi proqramı"nın iştirakçılarının iş prosesinə nəzarət etdik. Əvvəlcə Ekologiya İdarəsində təcrübədə olan tələbələrlə görüş keçirildi. Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Kadrlar şöbəsinin rəisi Əliabbas Aslanov məlumat verdi ki, ARDNŞ 4-cü ildir ki, "Yay təcrübəsi proqramı"nı həyata keçirir. İyul ayından etibarən tələbələr 1 və 2 aylıq olmaqla 12 mühəndis işə götürüldüyünü və ayrı-ayrı istehsalat sahələrində
istehsalat prosesləri ilə əyani tanış olmaq üçün ezam olunduqlarını qeyd etdi. ARDNŞ-in Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi Məmməd Nəsibov tələbələrlə görüşdə qeyd etdi ki, Ekologiya İdarəsində təcrübə keçən tələbələrin gündəlik işləri ilə bağlı tədbirlər planı hazırlanıb. «Belə ki, təcrübəçilər Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların idarə olunması depatamentlərinin fəaliyyətləri ilə tanış olublar. Tələbələrin "Eko-Park"a ekskursiyaları təşkil olunub. Təcrübəçilər Balaxanı Ekoloji Ölçmə Məntəqəsində, "Bibiheybət" və "Qumadası"nın, Ekoloji Monitorinq Ekspedisiyasının fəaliyyətləri ilə tanış olublar. Həmçinin, "Yay təcrübəsi proqramı"nın iştirakçıları ARDNŞ-in "Tullantı Mərkəzi"ndə də olublar. M.Nəsibov vurğuladı ki, monitorinq zamanı tələbələr ekoloji tədqiqat işləri zamanı nümunələrin götürülməsində və müvafiq ölçmə işlərində istifadə olunan avadanlıqlarla tanış olub, avadanlıqların iş prinsipi barədə ətraflı məlumatlar əldə ediblər.» Ekoloji Ölçmə və Tullantıların idarə olunması Depatamentinin rəisi Ceyhun Şıxəliyev tələbələrin gənc mütəxəssis kimi formalaşması üçün onlara lazımi şərait yaradıldığını söylədi.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Sosial İnkişaf İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
29.08.2013
28 avqust 2013-cü il tarixində İnsan Resursları Departamenti və "İki sahil" qəzetinin əməkdaşları ilə ARDNŞ-nin "Sosial İnkişaf" İdarəsində ödənişli yay təcrübəsinin iştirakçıları arasında "Mədəni – Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat" Departamentində görüş keçirilmişdir. Türkiyənin Səlcuk Universitetinin Mühəndislik fakültəsinin Sənaye mühəndisliyi ixtisası üzrə II kurs magistr tələbəsi Məmməd Tanrıverdiyev ilk dəfədir ki, "Yay təcrübəsi proqramı"nın iştirakçısıdır. SOCAR-ın tələbələrlə bağlı proqramlarını yüksək qiymətləndirən Məmməd Mədəni-Kütləvi
Tədbirlər, İstirahətin Təşkili Departamentinin Təsərrüfat işləri şöbəsinin mühəndisi kimi iki aylıq müvəqqəti əmək müqaviləsi imzalayıb. «Dövlət Neft Şirkətinin həyata keçirdiyi təhsil proqramları iştirakçıların gələcək fəaliyyətləri üçün əhmiyyətlidir» bildirən M.Tanrıverdiyev "Yay təcrübəsi proqramı" çərçivəsində xeyli bilik əldə etdiyini təsdiqlədi. «ARDNŞ rəhbərliyinə gənclərə, ölkədə və xarici universitetlərdə təhsil alan tələbələr yaradılan şəraitə görə minnətdarlığını bildirən Məmməd qeyd etdi ki, burada tələbələrə proqramlaşma işini təcrübi cəhətdən yüksək keyfiyyətlə öyrədilir. Gələcəkdə ARDNŞ-in tələbələrlə bağlı digər layihələrində də iştirak edəcəyini bildirən Məmməd ödənişli təcrübədə olduğu müddətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti haqqında ətraflı məlumat əldə edib. M.Tanrıverdiyev burada ən əsası kollektivin ona göstərdiyi münasibəti yüksək qiymətləndirdi. Sİİ-nin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin drektoru İlham Quliyev bildirdi ki, "Yay təcrübəsi proqramı"na uyğun olaraq tələbə təhsil aldıqları müddətdə əldə etdikləri nəzəri bilikləri istehsalata tətbiqi prosesini öyrənir. Proqram gənc kadrların yetişməsinə, istehsalat prosesləri ilə yaxından tanış olmalarına şərait yaradır. «Proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanıb. İdarədə işçilər üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilib» deyən İ.Quliyev vurğuladı ki, Dövlət Neft Şirkətinin ölkə iqtisadiyyatındakı rolu, təhsilə, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində atdığı addımları ürəkaçandır. Növbəti illərdə də gənclərlə əməkdaşlığa ümid edən İ.Quliyev sonda tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Məmməd Tanrıverdiyevin təcrübə rəhbəri, Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili Departamentinin Təsərrüfat işləri şöbəsinin mühəndisi Teyyub Əliyev qeyd etdi ki, "Yay təcrübəsi proqramı"na uyğun olaraq tələbə Məmməd təhsil aldığı müddətdə əldə etdiyi nəzəri bilikləri istehsalata tətbiqi prosesini öyrənir. «Məmmədə departamentdə artıq «bizim Məmməd» kimi müraciət edir» deyən T.Əliyev bildirdi ki, Məmməd işə məsuliyyəti, bacarığı, verilən tapşırıqların öhdəsindən asanlıqla gələ bilir.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Qaz emalı zavodunda təcrübəçilərlə görüş keçirilmişdir
25.08.2013
23.08.2013-cü il tarixində Ödənişli Yay Təcrübəsi proqramı çərçivəsində təcrübəçilərlə növbəti görüş ARDNŞ-nin Qaz Emalı zavodunda keçirilmişdir. Media nümayəndələrinin də iştirak etdiyi görüşdə təcrübəçilərin istehsalat prosesi ilə tanış olduqdan sonra zavodun direktoru Aqşin Paşayev və baş mühəndisi Canbul Pirməmmədov təcrübəçilərlə görüşmüş, onların təkliflərini dinləmiş və tələbələri maraqlandıran sualları cavablandırmışlar. A. Paşayev tələbələr üçün təsis olunmuş “Ödənişli Yay Təcrübəsi”
proqramının onların gələcək iş karyerasında mühüm rol oynadığı xüsusi vurğulamışdır.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Neft Kəmərləri İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
22.08.2013
21.08.2013-cü il tarixində ARDNŞ-nin Neft Kəmərləri İdarəsində təcrübə keçən tələbələrlə görüş keçirilmişdir. Görüşdə İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları, "İki sahil" qəzetinin nümayəndələri iştirak etmişdir. Rəhbərlik ilə görüşdükdən sonra təcrübəçilərlə birlikdə Neft Kəmərləri İdarəsinə tabe olan Neftin Nəqli deparamentinə təcrübəçilərin iş prosesi ilə tanış olunmağa gedildi. Təcrübəçilər terminalda gördükləri işlər və təcrübə proqramı barədə öz rəy və
fikirlərini bölüşdülər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
İnformasiya Texnologiyaları və Rabitə idarəsində təcrüçilərlə görüş keçirilmişdir
21.08.2013
20.08.2013-cü il tarixində ARDNŞ-nin “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”də İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin və media nümayəndələrinin ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşü keçirilmişdir.Görüş ARDNŞ-nin idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi ilə təşkil edilmişdir. Görüş zamanı hər bir tələbə ilə fərdi söhbət aparılmış, onların təklifləri dinlənilmişdir. Bildirilmişdir ki, “İTRİ” -də Azərbaycanda və
nüfuzlu xarici ali məktəblərdə təhsil alan 34 tələbə yay təcrübəsi keçir. Qeyd edək ki, artıq dördüncü ildir, ARDNŞ tərəfindən Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı” təşkil olunur. Proqramda neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və komunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Geofizika və Geologiya idarəsində təcrüçilərlə görüş keçirilmişdir
16.08.2013
15.08.2013-cü il tarixində ARDNŞ-nin "Ödənişli Yay Təcrübəsi" Proqramı çərçivəsində ARDNŞ-in Geofizika və Geologiya İdarəsində (GGİ) təcrübə keçən tələbələrlə Təlim və inkişaf şöbəsinin, “İki sahil” qəzetinin və “ Xəzər” TV-nin əməkdaşlarının görüşü keçirilmişdir. GGİ-nin “ Mədəngeofizika” İdarəsində keçirilən dəyirmi masada Geofizika və Geologiya İdarəsinin rəis müavinləri Yusif Şıxəliyev, İsmayıl Hüseynov, “ Mədəngeofizika” İdarəsinin rəisi Fəxrəddin İsmayılov təcrübəçilər və digərləri iştirak edirdi. Görüş zamanı tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparılıb və
istehsalatda onların işləri ilə yaxından tanış olunmuşdur. Görüşün məqsədi təcrübəçilərin iş şəraiti ilə yaxından tanış olmaq, təklif və iradlarını dinləmək, təcrübə rəhbərlərinin onlara öyrətdiklərini yerində görmək və təcrübəçilərin proqrama münasibətini öyrənməkdir. Hər bir tələbə ilə fərdi söhbət aparılmışdır.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Neftqaztikinti" trestində təcrübəçilərlə görüş
15.08.2013
Təcrübəçilərlə görüşlər davam edir. Növbəti görüşümüz 14.08.2013-cü il tarixində "Neftqaztikint" trestində olmuşdur. İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin və media nümayəndələrinin – "İki sahil" qəzetinin əməkdaşları ilə birlikdə trestə təcrübə keçən tələbələrlə görüşmüş, onların iş şəraiti ilə yaxından tanış olmuş və proqrama münasibətlərini öyrənmişlər. Hər bir tələbə ilə fərdi söhbət aparılmış, irad və təklifləri dinlənilmişdir. Təcrübəçilər bildirmişdilər ki, onlara göstərilən qayğı və bilikdən tam razıdırlar və gələcəkdə ARDNŞ-də işləmək arzusundadırlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
ARDNŞ-nin “Kompleks Qazma İşləri ” Trestinin “ Neft Daşları” Dəniz Qazma İşləri İdarəsində təcrübə keçən tələbələrlə görüş keçirilmişdir
14.08.2013
13.08.2013-cü il tarixində ARDNŞ-nin "Ödənişli Yay Təcrübəsi" Proqramı çərçivəsində “Kompleks Qazma İşləri ” Trestinin “ Neft Daşları” Dəniz Qazma İşləri İdarəsində təcrübə keçən tələbələrlə Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin görüşü keçirilmişdir. İlk öncə “Kompleks Qazma İşləri ” Trestinin müdir müavini, Trestin baş geoloqu Mehman Yusifov və “ Neft Daşları” Dəniz Qazma İşləri İdarəsinin rəisi Akif İmanov təcrübəçilərlə iclas keçirmiş və təcrübə şəraitindən
söz açmışlar. Daha sonra tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparılıb və istehsalatda onların işləri ilə yaxından tanış olunmuşdur. Görüşün məqsədi təcrübəçilərin iş şəraiti ilə yaxından tanış olmaq, təklif və iradlarını dinləmək, təcrübə rəhbərlərinin onlara öyrətdiklərini yerində görmək və təcrübəçilərin proqrama münasibətini öyrənməkdir. Hər bir tələbə ilə fərdi söhbət aparılmışdır.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
H. Əliyev adına Bakı Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə görüş keçirilmişdir
12.08.2013
07.08.2013-cü il tarixində ARDNŞ-nin "Ödənişli Yay Təcrübəsi" Proqramı çərçivəsində H. Əliyev adına Bakı Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin görüşü keçirilmişdir. Görüş zamanı zavodun 8 nömrəli Keyfiyyətə Nəzarət Laboratoriyası və 5 nömrəli İstehsalatın 55 nömrəli Katalitik Krekinq Qurğusunda təcrübə keçən tələbələrin iş şəraiti ilə tanış olunmuşdur. Təcrübə keçən tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən
və iş şəraitindən öz razılıqlarını bildirmiş və təhsillərini bitirdikdən sonra zavodda işləmək istəklərini vurğulamışlar. Qeyd edək ki, H. Əliyev adına BNEZ -də 19 nəfər tələbə təcrübə keçir ki, onlardan ikisi avqust ayında təcrübəyə başlamışlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azərneftyağ" Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə görüş keçirilmişdir
07.08.2013
06.08.2013-cü il tarixində ARDNŞ-nin "Ödənişli Yay Təcrübəsi" Proqramı çərçivəsində "Azərneftyağ" Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin görüşü keçirilmişdir. Görüş zamanı zavodun 3 saylı “Texnoloji” sexinin 305 saylı "Neftin ilkin emalı" qurğusunda, daha sonra isə 14 saylı “Yanacaq laboratoriyası” və 13 saylı “Ekologiya və tədqiqat” sexlərində təcrübə keçən tələbələrin iş şəraiti ilə tanış olunmuşdur. Təcrübə keçən tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən və iş şəraitindən öz
razılıqlarını bildirmiş və təhsillərini bitirdikdən sonra zavodda işləmək istəklərini vurğulamışlar. Qeyd edək ki, "Azərneftyağ" NEZ-də 16 nəfər tələbə təcrübə keçir ki, onlardan ikisi avqust ayında təcrübəyə başlamışlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azərikimya" istehsalat birliyinin Etilen-Polietilen zavodunda təcrübəçilərlə görüş
02.08.2013
01.08.2013-ci il tarixində İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları KİV nümayəndələri- İki Sahil qəzetinin və AzərbaycanTeleviziyanın müxbirləri ilə birlikdə "Azərikimya" İB-nin Etilen-Polietilen zavodunda təcrübə keçən tələbələrlə görüşmüşlər. Təcrübəçilərin istehsalatda gördükləri işlərlə tanış olunmuşdur. Görüşün məqsədi təcrübəçilərin iş şəraiti ilə yaxından tanış olmaq, təklif və iradlarını dinləmək, təcrübə rəhbərlərinin onlara öyrətdiklərini yerində görmək və
təcrübəçilərin proqrama münasibətini öyrənməkdir. Hər bir tələbə ilə fərdi söhbət aparılmışdır. Təcrübəçilər bildirmişdilər ki, onlara göstərilən qayğı və iş prosesinin tədris metodundan tamamilə məmnundurlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azneft" istehsalat birliyinin Ə.Əmirov adına NQÇİ-də təcrübəçilərlə görüş
01.08.2013
31.07.2013-ci il tarixində İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları KİV nümayəndələri- İki Sahil qəzetinin və İctimai Televiziyanın müxbirləri ilə birlikdə "Azneft" İB-nin Ə.Əmirov adına Neftqazçıxarma İdarəsində təcrübə keçən tələbələrlə görüşmüşlər. İlk öncə İdarə rəisi Ramin Quliyev təcrübəçilərlə iclas keçirmiş və müvafiq təlimat vermişdir. Daha sonra təcrübəçilərlə birlikdə istehsalatda onların işləri ilə tanış olmaq məqsədilə 2 saylı neftqazçıxarma
sexində görüş təşkil edilmişdir. Növbəti görüş isə Quyuların əsaslı və yeraltı təmir sexinin dərinlik nasoslarının təmiri emalatxanasında baş tutmuşdur. Görüşün məqsədi təcrübəçilərin iş şəraiti ilə yaxından tanış olmaq, təklif və iradlarını dinləmək, təcrübə rəhbərlərinin onlara öyrətdiklərini yerində görmək və təcrübəçilərin proqrama münasibətini öyrənməkdir. Hər bir tələbə ilə fərdi söhbət aparılmışdır.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Ödənişli Yay Təcrübəsi Proqramına seçilmiş tələbələrin nəzərinə
13.06.2013
İyul və iyul-avqust ayları üzrə təcrübəçi seçilmiş tələbələr 1 iyul, yalnız avqust ayı üzrə seçilənlər isə 1 avqust tarixində aşağıda qeyd olunan sənədlərlə təcrübə keçəcəkləri müəssisə və idarələrə müraciət etsinlər:
1) Şəxsiyyət vəsiqəsi;
2) Rəsmi transcript (proqrama müraciət edən zaman təqdim olunan);
3) Əmək kitabçası (əgər varsa).

QEYD: - Təcrübə yerlərinə yuxarıda göstərilən tarixlərdən tez və ya gec müraciət etmək olmaz! - Təcrübə keçiriləcək müəssisələrin ünvanları burada yerləşdirilmişdir
DİQQƏT! Ödənişli Yay Təcrübəsi Proqramının nəticələri müəyyən olundu
04.06.2013
Ödənişli Yay Təcrübəsi Proqramının nəticələri müəyyən olunmuşdur. Təcrübəçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd: Proqrama seçim kriteriyaları ilə buradan tanış ola bilərsiniz.

Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulunun müddəti uzadıldı
06.05.2013
Sistemdə yaranan problemləri və e-mail ünvanımıza gələn çoxsaylı müraciətləri nəzərə alaraq, qeydiyyat müddəti daha 5 gün artırıldı. Beləliklə, proqrama müraciət və çatışmayan sənədlərin qəbulu 10.05.2013 tarixində 17:00-da dayandırılacaqdır. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 10 may 2013-cü il
ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu bərpa olundu
24.04.2013
Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 6 may 2013-cü il
DİQQƏT! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu dayandırıldı
23.04.2013
Sistemdə yaranan texniki problemlə əlaqədar olaraq "Ödənişli Yay Təcrübəsinə" sənəd qəbulu müvəqqəti dayandırılmışdır
DİQQƏT! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlandı
22.04.2013
Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 6 may 2013-cü il
İnşa Müsabiqəsi qaliblərinin nəzərinə!
08.01.2013
11.01.2013-cü il tarixində ARDNŞ rəhbərliyi ilə görüş keçiriləcəkdir. Görüşdə iştirak üçün həmin tarixdə, saat 15:10-da ARDNŞ-nin Baş ofisinə ( Neftçilər pr. 73, Azneft meydanı) gəlməyiniz xahiş olunur!
Tələbərin nəzərinə! Eletron ünvanımız dəyişdi
13.12.2012
17.12.2012-ci il tarixindən etibarən Təlim və inkişaf şöbəsinə məxsus khs@socar.az elektron ünvanı tis@socar.az ünvanı ilə əvəz ediləcəkdir. Qeyd olunan tarixdən müraciətlərinizin tis@socar.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Tələbələrin nəzərinə! Şərəf lövhəsi bölməsi yaradıldı
07.12.2012
Əziz tələbələr, bildiyiniz kimi ARDNŞ rəhbərliyi təsis etdiyi layihələrin iştirakçılarını daim diqqətdə saxlayır, təqaüdçülərin təhsil aldıqları müddətdə göstəriciləri ilə maraqlanır, sizlərin hər bir uğuruna sevinir. Artıq 2012-ci ili başa vurmaq üzrəyik. İlin yekunu olaraq 2011-2012-ci tədris ilindən etibarən layihələrdə iştirak etmiş, fəallıqları, eləcə də təhsil göstəriciləri ilə fərqlənmiş gənclər üçün "Şərəf lövhəsi" bölməsini sizə təqdim edirik. Adları Şərəf lövhəsinə düşmüş tələbələrə əlavə heç bir imtiyaz verilmir.

Şərəf lövhəsində yer almaq üçün layihə içtirakçıları aşağıdakı kriteriyalara uyğun gəlməlidirlər:
Xarici Təqaüd Proqramı:
Rəsmi qiymət cədvəlinə əsasən seçilir

Daxili Təqaüd Proqramı:
Müsahibənin nəticəsinə əsasən seçilən ilk beş tələbə

Yay Məktəbi:
Yay məktəbi layihəsinin ən fəal iştirakçısı adına layiq görülmüş gənclər

Ödənişli Yay Təcrübəsi:
2013-cü ildən etibarən təcrübə rəhbərlərinin təqdim edəcəkləri rəylərə əsasən seçiləcək. Bu tələbələr keçdikləri təcrübə ilə bağlı əlavə müsahibəyə çağırıla bilərlər.

Qeyd: Xahiş edirik bu "Şərəf lövhəsi" layihəsi ilə bağlı irad, təklif və rəylərinizi bizə bildirəsiniz. Lövhə 01.01.2013-cü il tarixdən aktiv olacaqdır.

İnşa müsabiqəsinin nəticələri açıqlandı!
02.11.2012
"Mənim ARDNŞ-də Yay təcrübəm 2012" inşa müsabiqəsinin nəticələri artıq məlumdur. Müsabiqəyə təqdim olunan inşalar biri digərindən xəbəri olmayan ən azı 5 mütəxəssis tərəfindən oxunaraq struktur, orijinallıq, mövzuya yaradıcı yanaşma və məntiqilik baxımından qiymətləndirilmişdir. Qiymətləndirməyə əsasən müsabiqədə 1-ci yeri Əsgərova Ayşən Mirzə qızı, 2-ci yeri Vəlizadə Səftər Vəli oğlu, 3-cü yeri isə Bayramov Mətləb Rəşid oğlu tutmuşdur.
Qalib gələn tələbələrin inşaları hər gün bir inşa olmaqla "İki sahil" qəzetində çap olunacaqdır.
Qalib gələn inşalarla buradan tanış ola bilərsiniz.
Yay təcrübəsi barədə sorğunun nəticələri
2012-ci il üzrə Ödənişli Yay Təcrübəsi Proqramı bitdikdən sonra tələbələr arasında təcrübənin qiymətləndirilməsi məqsədilə anonim sorğu keçirilmişdir. Sorğuda 90 nəfər iştirak etmişdir. Müxtəlif statistik məlumatları buradan tanış ola bilərsiniz.
Diqqət! ARDNŞ-nin təlim mərkəzinə şagird qəbulu tezliklə
23.10.2012
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə "4-cü dərəcəli dalğıc" kursu üzrə müsabiqə elan edir.

Təhsil haqqında:

  • Təhsil müddəti - 5 ay
  • Müsabiqə mərhələləri:
    • Qabiliyyət imtahanı
    • Müsahibə
    • Test imtahanı
Təhsilin üstünlükləri:
  • Hər bir iştirakçı üçün müvafiq iş forması
  • Gün ərzində bir dəfə pulsuz isti yemək
  • 30-40 AZN təqaüd
Müsabiqədə aşağıda qeyd olunan tələblərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

Tələb olunan şərtlər:

  • Cinsi: kişi
  • Yaş: 18-29
  • Təhsil: ən azı tam orta (ali təhsillilərə və ingilis dilini bilənlərə üstünlük verilir)
  • Fiziki görünüşü: Atletik, normaastenik
  • Boy: 165-185 sm
  • Çəki: 90 kq-a qədər
  • Hərbi mükəlləfiyyəti: Yararlı (həqiqi hərbi xidmət keçmiş)

Tələb olunan bacarıqlar:

  • Suda ən azı 200 metr sərbəst üzmək (istənilən üsulla)
  • Su səthində ən azı 10 dəqiqə özünü saxlamaq,
  • Ən azı 4 m dərinliyinədək su dibinə baş vurmaq (sərbəst üsulla),
  • Su altında ən azı 20 m sərbəst üzmək,
  • Turnikdə ən azı 7 dəfə dartınmaq,
  • Barokamerada 4 atmosfer təzyiqdə barofunksiya və azot narkozuna qarşı davamlılıq.

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, attestat və ya diplom, 6 ədəd 3x4 ölçülü rəngli fotoşəkil, yaşayış yerindən arayış, Dalğıc Tibbi Komissiyasından arayış(Neftçilər xəstəxanasından alınmalıdır), həkim-psixiatrdan dalğıc işlərinə yararlığı haqqında arayış.
Qeyd: Kursa qəbul edilmiş iştirakçılar yataqxana ilə təmin edilməyəcəklər.
Təlim Mərkəzinə sənəd qəbulu yaxın zamanlarda başlayacaq. Sənəd qəbul ilə əlaqəli məlumatlar saytımızda yerləşdiriləcəkdir.
Əlavə məlumat üçün əlaqə nömrələri: 521-15-84, 521-00-00 (#10734, #10756)
Elektron poçt ünvanı: khs@socar.az

"Mənim ARDNŞ-də Yay təcrübəm-2012" inşa müsabiqəsinə inşa göndərən təcrübəçilərin siyahısı yeniləndi
08.10.2012
S/s Soyadı, adı, atasının adı ATM-in adı Kurs İxtisas Qrupu
1 Abbasov Saməddin Fəxrəddin o. Qafqaz Un. M-1 İqtisadiyyat
2 Amanova Kəmalə Axman q. ADNA M-1 Kimya-texnologiya
3 Aşumova Sevil Roman q. ADNA M-1 Avtomatika və İKT
4 Bağırov Şahbaz Qalib o. ADNA 4 Ekologiya
5 Bayramov Mətləb Rəşid o. ADNA 2 QNM
6 Əhmədoğlu Bəhruz Əhməd o. ADNA 2 QNM
7 Əliyev Hacı Ərzuman o. ADNA 2 QNM
8 Əsgərova Ayşən Mirzə q. ADNA M-1 Energetika
9 Əskərova Nurlanə Mirzə q. AzMİU 4 Ekologiya
10 İbrahimova Mehriban Ələkbər q. ADNA 4 İqtisadiyyat
11 Kərimova Gülnar Ələkbər q. AzMİU 4 Ekologiya
12 Mehrəliyev Cavad Tümənyaz o. ADNA 4 QNM
13 Məmmədov Ramil İntiqam o. ADNA M-1 Kimya-texnologiya
14 Məmmədova Leyla Fuad q. ADİU 3 İqtisadiyyat
15 Məmmədquliyev Vüqar İsa o. ADNA M-1 İqtisadiyyat
16 Mirislamlı Könül Ağa Adil q. BDU 2 Ekologiya
17 Novruzov Fərid Allahyar o. ADNA M-2 Mexanika
18 Novruzov Məqsəd Aydın o. ADNA 3 QNM
19 Sədirova Lamiyə Cumay q. BDU M-1 Kimya-texnologiya
20 Vəlizadə Səftər Vəli o. ADNA M-1 İqtisadiyyat
21 Zeynalov Fuad Elbəyi o. ADNA M-2 QNM

"Mənim ARDNŞ-də Yay təcrübəm-2012" inşa müsabiqəsinə inşa göndərən təcrübəçilərin siyahısı
25.09.2012
S/s Soyadı, adı, atasının adı ATM-in adı Kurs İxtisas Qrupu
1 Abbasov Saməddin Fəxrəddin o. Qafqaz Un. M-1 İqtisadiyyat
2 Aşumova Sevil Roman q. ADNA M-1 Avtomatika və İKT
3 Əliyev Hacı Ərzuman o. ADNA 2 QNM
4 Mirislamlı Könül Ağa Adil q. BDU 2 Ekologiya
5 Sədirova Lamiyə Cumay q. BDU M-1 Kimya-texnologiya
6 Vəlizadə Səftər Vəli o. ADNA M-1 İqtisadiyyat
7 Zeynalov Fuad Elbəyi o. ADNA M-2 QNM

"Mənim ARDNŞ-də Yay təcrübəm-2012" inşa müsabiqəsinin vaxtı uzadıldı!
24.09.2012
İnşalar 06.10.2012-ci il tarixinədək .doc formatında khs@socar.az elektron poçt ünvanına göndərilməlidir. Ən yaxşı 3 inşa saytımızda yerləşdiriləcək və "İki sahil" qəzetində dərc olunacaqdır. İnşada təcrübəçi təcrübə müddətində yerinə yetirdiyi işlər, ixtisası və işin təşkili sahəsində öyrəndiyi əməli biliklər barədə fikirlərini, təcrübənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər. İnşa azərbaycan dilində 800-1000 sözdən ibarət olmalıdır. Hər inşanın əvvəlində təcrübəçinin soyadı, adı və atasının adı, təhsil aldığı universitet, ixtisas və bitirdiyi kurs, təcrübə keçdiyi müəssisənin və şöbənin (sexin, xidmətin) adı, təcrübə rəhbərinin soyadı, adı və vəzifəsi, təcrübə müddəti (tarixlər) qeyd olunmalıdır (bu məlumatlar sözlər sayılarkən nəzərə alınmır).
Müsabiqəyə təqdim olunan inşalar struktur, orijinallıq, mövzuya yaradıcı yanaşma və məntiqilik baxımından qiymətləndiriləcək. İnşalar biri digəri haqqında məlumatı olmayan ən azı 5 mütəxəssis tərəfindən oxunaraq qiymətləndiriləcək. Mütəxəssislərə qiymətləndirmə üçün göndərilən inşaların müəllifləri anonim saxlanılacaq.
Neftçilər Gününüz mübarək!
20.09.2012
Bildiyiniz kimi Sentyabrın 20-si Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü"dür. Azərbaycan neft sənayesinin, Azərbaycan neftçilərinin böyük, zəngin və şərəfli yolu var. Bu yolu bizimlə addımlayan hər bir neftçini təbrik edir, müstəqil Azərbaycanın tərəqqisi və neft sənayesinin inkişafı naminə gördüyünüz hər bir işdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirik. İnkişaf etmək niyyətində olan bütün gənclərə mənəvi dəstək olmağa hazır olan Təlim və İnkişaf şöbəsi adından hər birinizi təbrik edir, Azərbaycanda və xaricdə təhsil alan tələbələrimizə zehn açıqlığı arzulayırıq.
Yay təcrübəsi barədə sorğuda iştirak edin
11.09.2012
Bu sorğu növbəti Yay Təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədi ilə aparılır. Sorğu anketi 14 sualdan ibarətdir. Anketi doldurmaq üçün bura daxil olun. Sorğuda 12 sualın cavabı verilməlidir (variantlar seçilməlidir), 2 sualın cavabı isə açıqdır. Sorğu 01.10.2012-ci il tarixinədək keçirilir və nəticələri burada elan olunacaq. Xahiş edirik sorğuda fəal iştirak edəsiniz.
DİQQƏT! ARDNŞ 2012-ci il ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında "Mənim ARDNŞ-də Yay təcrübəm" mövzusunda inşa müsabiqəsi elan edir
07.09.2012
ARDNŞ 2012-ci il ödənişli Yay təcrübəsində iştirak edən tələbələr arasında "Mənim ARDNŞ-də Yay təcrübəm" mövzusunda inşa müsabiqəsi elan edir. İnşada təcrübəçi təcrübə müddətində yerinə yetirdiyi işlər, ixtisası və işin təşkili sahəsində öyrəndiyi əməli biliklər barədə fikirlərini, təcrübənin daha da səmərəli təşkili üzrə təkliflərini, həmçinin vacib hesab etdiyi digər məsələlər barədə mülahizələrini yaza bilər. İnşa azərbaycan dilində 800-1000 sözdən ibarət olmalıdır. Hər inşanın əvvəlində təcrübəçinin soyadı, adı və atasının adı, təhsil aldığı universitet, ixtisas və bitirdiyi kurs, təcrübə keçdiyi müəssisənin və şöbənin (sexin, xidmətin) adı, təcrübə rəhbərinin soyadı, adı və vəzifəsi, təcrübə müddəti (tarixlər) qeyd olunmalıdır (bu məlumatlar sözlər sayılarkən nəzərə alınmır).
İnşalar 21.09.2012-ci il tarixinədək .doc formatında khs@socar.az elektron poçt ünvanına təqdim edilməlidir. Ən yaxşı 3 inşa saytımızda yerləşdiriləcək və "İki sahil" qəzetində dərc olunacaq. Müsabiqəyə təqdim olunan inşalar struktur, orijinallıq, mövzuya yaradıcı yanaşma və məntiqilik baxımından qiymətləndiriləcək. İnşalar tərkibi eyni olan və biri digəri haqqında məlumatı olmayan ən azı 5 mütəxəssis tərəfindən oxunaraq qiymətləndiriləcək. Mütəxəssislərə qiymətləndirmə üçün göndərilən inşaların müəllifləri anonim saxlanılacaq. Fikirlərini səlis, konkret və məntiqi qaydada yazılı ifadə etmək müasir mütəxəssisdən tələb olunan vacib keyfiyyətlərdən biridir.
Ekologiya İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
06.09.2012
İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin təcrübəçilərlə növbəti və son görüşü 30 avqust tarixində Ekologiya İdarəsində baş tutmuşdur. Görüşdə KİV nümayəndələrindən "İki sahil" qəzeti və Yurd TV əməkdaşları iştirak etmişdir. "Yay təcrübəsi proqramı"nın tələbələri Ekologiya İdarəsinin Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların idarə olunması depatamentlərində tərtib olunan proqram üzrə təcrübə keçiblər. Təcrübə keçən tələbələr departamentlərin rəhbərliklərinin nəzarəti altında müxtəlif ərazilərdə
monitorinq aparıblar.ARDNŞ-in Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi Məmməd Nəsibov tələbələrlə görüşdə qeyd etdi ki, Dövlət Neft Şirkətinin 19 iyun 2012-ci il tarixli məktubu ilə SOCAR-ın təqaüdçüləri və ayrı-ayrı ali məktəblərdə təhsil alan 10 nəfər tələbə iyul-avqust aylarında ödənişli istehsalat təcrübəsi keçmələri üçün müvəqqəti işlə təmin olunması həyata keçirilib. M.Nəsibov qeyd etdi ki, Ekologiya İdarəsində təcrübə keçən tələbələrin gündəlik işləri ilə bağlı tədbirlər planı hazırlanıb. "Belə ki, təcrübəçilər Ekoloji Monitorinq, Ekoloji Ölçmə və Tullantıların idarə olunması departamentlərinin fəaliyyətləri ilə tanış olublar. Tələbələrin "Eko-Park"a ekskursiyaları təşkil olunub. Təcrübəçilər Balaxanı Ekoloji Ölçmə Məntəqəsində, "Bibiheybət" və "Qumadası"nın, Ekoloji Monitorinq ekspedisiyasının fəaliyyətləri ilə tanış olublar. "Yay təcrübəsi proqramı"nın iştirakçıları ARDNŞ-in "Tullantı Mərkəzi"ndə də olublar. M.Nəsibov vurğuladı ki, monitorinq zamanı tələbələr ekoloji tədqiqat işləri zamanı nümunələrin götürülməsində və müvafiq ölçmə işlərində istifadə olunan avadanlıqlarla tanış olub, avadanlıqların iş prinsipi barədə ətraflı məlumatlar əldə ediblər. Neftqazçıxarma idarələrinin mədən ərazilərində neft, neft məhsulları, lay suları və digər istehsalat tullantıları ilə çirklənmiş sahələrdə ekoloji tədqiqat işlərinin aparılması metodları, nümunələrin götürülməsi, qablaşdırılması, markirovka olunması və laboratoriyada analiz olunması üçün hazırlanması prosesləri ilə yaxından tanış olublar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Sosial İnkişaf İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
29 avqust 2012-ci il tarixində İnsan Resursları Departamenti və "İki sahil" qəzetinin əməkdaşları ilə ARDNŞ-nin "Sosial İnkişaf" İdarəsində ödənişli yay təcrübəsinin iştirakçıları arasında "Mədəni – Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat" Departamentində görüş keçirilmişdir. Görüşdə həmçinin təcrübəçilərin təcrübə rəhbərləri də iştirak etmiş, tələbələrin təcrübə zamanı yiyələndiyi bilik və bacarıqlardan bəhs etmişdilər. Bakı Dövlət Universitetinin "Beynəlxalq Münasibətlər və iqtisadiyyat"fakültəsi, Maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi Həsənov Ataxan
"Sosial İnkişaf" İdarəsinin "Neftsənayexidmət" Departamentinin Mühasibat uçotu və hesabatı şöbəsində, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsində bakalavr təhsili alan Abdullayev Tamerlan "Mədəni – Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin Mühasibat uçotu və hesabatı şöbəsində, Azərbaycan Dövlət Neft Akademiyasında Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr təhsili alan Süleymanov Musa isə "Neftçi İdman-Sağlamlıq" Mərkəzinin Mühasibat uçotu və hesabatı şöbəsində iqtisadçı-mühasib kimi fəaliyyət göstərirlər. Təcrübə müddətində tələbələrin təhkim olunduqları müəssisənin (şöbənin) həm rəhbərliyi, həm də əməkdaşları onların verilən tapşırıqların öhdəsindən gəldiklərini, məsuliyyətli və nizam-intizamlı olduqlarını söylədilər. Ödənişli yay təcrübəsi proqramının iştirakçıları onlara yaradılan şəraitdən və səmimi münasibətdən razılıqlarını ifadə etdilər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Neftqazelmitədqiqatlayihə" İnstitutunda təcrübəçilərlə görüş keçirilmişdir
29.08.2012
İnsan Resursları Departamenti, "İki sahil" qəzetinin və "Səs" TV-nin əməkdaşları ilə tələbələrin ödənişli yay təçrübəsinin necə təşkil edildiyinin, necə keçdiyinin şahidi olmaq məqsədilə 28 avqust 2012-ci il tarixində ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunda olduq. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu olan İsa Mirzəzadə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun Birgə işlənən yataqlar üzrə layihə şöbəsində
iqtisadçısı və BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsininiqtisadi kibernetikaixtisası üzrə magistr təhsil alan Könül Mehdiyeva Marketinq xidmətləri şöbəsində fəaliyyət göstərirlər. Məlumat üçün bildirək ki, ARDNŞ-in "Neftqazelmitədqiqatlayihə"İnstitutunda Azərbaycan Dövlət İntisad Universitetinin tələbəsi İbrahim Fərəcli İqtisadiyyat və uçot departamentinin Personal və əmək haqqı şöbəsində iqtisadçı, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Mehriban İbrahimova Marketinq xidməti şöbəsində mühəndis vəzifəsində müvəqqəti əmək müqaviləsi imzalayaraq bir aylıq ödənişli yay təcrübəsində olublar. Verilən tapşırıqların öhdəsindən asanlıqla gəldiklərini söyləyən İ.Mirzəzadə və K.Mehdiyeva proqramın iştirakçıları olan tələbələrə yaradılan şəraitdən razılıqlarını ifadə etdilər. Eyni zamanda təcrübə rəhbərlərinin rəyləri də dinlənilmişdir. Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Marketinq və iqtisadi əməliyyatlar idarəsində təcrübəçilərlə görüş keçirilmişdir
29.08.2012
Avqustun 24-də ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi təcrübə keçən tələbələrlə görüş keçirilmişdir. Görüşdə İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları və "İki sahil" qəzetinin nümayəndələri iştirak etmişlər. Görüş zamanı Təlim və inkişaf şöbəsinin əməkdaşı təcrübəçilərin iş prosesi ilə tanış olmuş, təcrübəçilərin təəssüratlarını öyrənilmişdir. Təcrübəçilər idarədə gördükləri işlər və təcrübə proqramı barədə öz rəy və fikirlərini bölüşdülər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda təcrübəçilərlə görüş keçirilmişdir
24.08.2012
23 avqust tarixində ARDNŞ-nin H.Əliyev adına Bakı Dərin Özüllər zavodunda təcrübə keçən tələbə ilə görüş keçirilmişdir. Görüşdə İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları, "İki sahil" qəzeti və "Yurd" TV -nin nümayəndələri iştirak etmişdir. Görüş zamanı təcrübəçinin iş prosesi ilə yaxından tanış olunmuş, irad və təklifləri dinlənilmişdir. Danışıq zamanı tələbə bildirmişdir ki, təcrübədən və rəhbərindən razıdır.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Neft Kəmərləri İdarəsində təcrübəçilərlə görüş keçirilmişdir
17.08.2012
17 avqust tarixində ARDNŞ-nin Neft Kəmərləri İdarəsində təcrübə keçən tələbələrlə görüş keçirilmişdir. Görüşdə İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları, "İki sahil" qəzeti və "Reqion" TV -nin nümayəndələri iştirak etmişdir. Rəhbərlik ilə görüşdükdən sonra təcrübəçilərlə birlikdə Neft Kəmərləri İdarəsinə tabe olan Dübəndi Neft Terminalına təcrübəçilərin iş prosesi ilə tanış olunmağa gedildi. Təcrübəçilər terminalda gördükləri işlər və təcrübə proqramı
barədə öz rəy və fikirlərini bölüşdülər. Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
İnformasiya Texnologiyaları və Rabitə idarəsində təcrüçilərlə görüş keçirilmişdir
16 avqust tarixində təcrübəçilərlə növbəti görüş keçirilmişdir. Bu dəfə ki görüş İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçən tələbələrlə təşkil olunmuşdur. Təcrübəçilərin iş prosesi ilə tanış olduqdan sonra, onlar təcrübə zamanı əldə etdikləri biliklərlə paylaşmış, onlar üçün yaradılmış imkanlardan tam razı olduqlarını bildirmiş və bu imkanlardan yetərincə faydalanmağa çalışdıqlarını vurğulamışlar. Eyni zamanda təcrübə rəhbərlərinin rəyləri də dinlənilmişdir.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Qaz İxrac idarəsində təcrüçilərlə görüş keçirilmişdir
16.08.2012
İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin təcrübəçilərlə növbəti görüşü 15 avqust tarixində Qaz İxrac İdarəsində baş tutmuşdur. Görüşdə KİV nümayəndələrindən "İki sahil" qəzeti və İnter TV əməkdaşları iştirak etmişdir.Təcrübəçilərin gördükləri iş barədə məlumat toplanılmış və təcrübə rəhbərlərinin onlar haqqında olan rəyləri öyrənilmişdir. Təcrübəçilərlə fərdi görüş zamanı onlara göstərilən qayğıdan razı olduqlarını qeyd etmiş və heç bir
narazılıqbildirməmişlər. Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Geofizika və Geologiya idarəsində təcrüçilərlə görüş keçirilmişdir
15.08.2012
İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin təcrübəçilərlə növbəti görüşü 14 avqust tarixində Geofizika və Geologiya İdarəsində baş tutmuşdur. Görüşdə KİV nümayəndələrindən "İki sahil" qəzeti və Xəzər TV əməkdaşları iştirak etmişdir. GGİ-nin rəisi Vaqif Abdullayev, rəis müavinləri Elçin Şirinov, Yusif Şıxəliyev, Mədəngeofizika idarəsinin rəisi Fəxrəddin İsmayılov, Kəşfiyyatgeofizika idarəsinin rəisi Namaz Yusubovun ,təcrübə rəhbərləri və təcrübəçilərlərində iştirak etdiyi görüşdə təcrübə proqramının əhəmiyyəti haqqında
geniş məlumat verilmiş,təcrübəçilərin sualları cavablandırılmış, onların rəy və təkliflərinə baxılmışdır.Bundan əlavə "Kəşfiyyatgeofizika", "Mədəngeofizika" ,"Kompleks geoloji-kəşfiyyat və topoqrafiya" idarələri və Geofizika ETİ-də təcrübəçilərin gördükləri iş barədə məlumat toplanılmış və təcrübə rəhbərlərinin onlar haqqında olan rəyləri öyrənilmişdir. Təcrübəçilərlə fərdi görüş zamanı onlara göstərilən qayğıdan razı olduqlarını qeyd etmiş və heç bir narazılıq bildirməmişlər.Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Xəzər Dəniz Neft Donanmasında təcrüçilərlə görüş
11.08.2012
10 avqust tarixində ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasında ödənişli yay təcrübəsi keçən tələbələrlə İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin və media nümayəndələrinin növbəti görüşü keçirilmişdir. İdarənin baş mühəndisi İsrail Bayramovun və kadrlar şöbəsinin rəisi Niyazi Böyükzadənin iştirakı ilə keçirilən görüşdə təcrübəçilər öz təəssüratlarıyla bölüşmüş və layihənin təşkilatçılarına öz minnətdarlığını bildirmişlər. Təcrübəçilərin iş şəraitilə yaxından tanış olmaq üçün
tələbələrin təcrübə keçdikləri İxtisaslaşdırılmış Dəniz Neft Donanma idarəsi və Maddi Texniki Təchizat idarəsinə də gedilmişdir.Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Kompleks Qazma İşləri trestində təcrübəçilərlə görüş
10.08.2012
Təcrübəçilərlə növbəti görüş 9 avqust tarixində "Kompleks Qazma İşləri" trestində baş tutmuşdur. Təcrübəçilərin və təcrübə rəhbərlərinin iştirak etdiyi görüşdə tərəflər arasında fikir mübadiləsi aparılmış, təcrübəçilərin yerinə yetirdikləri işlərdən danışılmış və ümumilikdə layihənin məqsədi və mahiyyəti barədə məlumat verilmişdir. Qeyd edək ki, trestə 9 nəfər tələbə təcrübə keçir. Onlardan 6 nəfəri "Xəzər" Dəniz Kəşfiyyat Qazma İdarəsində, 3-ü isə İdarəetmə Aparatındadırlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Neftqaztikinti" trestində təcrübəçilərlə görüş
08.08.2012
Təcrübəçilərlə görüşlər davam edir. Növbəti görüşümüz 08.08.2012-ci il tarixində "Neftqaztikint" trestində olmuşdur. İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin və media nümayəndələrinin – "İki sahil" qəzeti və "Lider" tv-nin əməkdaşları ilə birlikdə trestə təcrübə keçən tələbələrlə görüşmüş, onların iş şəraiti ilə yaxından tanış olmuş və proqrama münasibətlərini öyrənmişlər. Hər bir tələbə ilə fərdi söhbət aparılmış, irad və təklifləri dinlənilmişdir. Təcrübəçilər bildirmişdilər ki, onlara göstərilən qayğı və bilikdən tam razıdırlar və gələcəkdə ARDNŞ-də işləmək arzusundadırlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
H.Əliyev adına Bakı Neft Emalı zavodunda təcrübəçilərlə görüş
07.08.2012
ARDNŞ-nin "Ödənişli Yay Təcrübəsi" Proqramı çərçivəsində İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin təcrübə yerlərinə səfərləri davam edir. Növbəti səfər 07.08.2012-ci il tarixində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna baş tutmuşdur. Görüşə media nümayəndələrindən "İki sahil" və "Yeni Azərbaycan" qəzetinin əməkdaşları qatılmışdır. Ilk olaraq Katalitik reforminq üzrə 3 nömrəli istehsalat qurğusunda, daha sonra 14 nömrəli sexdə və sonda isə Katalitik
krekinq üzrə 5 nömrəli istehsalatda 18 nəfər təcrübəçi ilə görüş keçirilmişdir. Təcrübəçilərin gördükləri iş barədə məlumat toplanılmış, onlar barədə təcrübə rəhbərlərinin rəyləri öyrənilmişdir. Təcrübəçilər təcrübə proqramından məmnunluqlarını bildirmiş və heç bir narazıçılıqlarının olmadığını söyləmişdilər. Təcrübə rəhbərləri də eyni zamanda təcrübəçilərin öz işlərinə məsuliyyətlə yanaşdıqlarını qeyd etmiş və onların daha səylə öyrəndiklərini vurğulamışdılar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azərneftyağ" Neft Emalı Zavodunda təcrübə keçən tələbələrlə görüş keçirilmişdir
06.08.2012
03.08.2012-ci il tarixində "Azərneftyağ" Neft Emalı Zavodunda ARDNŞ-nin "Ödənişli Yay Təcrübəsi" Proqramı çərçivəsində təcrübə keçən tələbələrlə görüş keçirilmişdir. Təlim və inkişaf şöbəsinin əməkdaşları və media nümayəndələrinin iştirak etdiyi görüş zamanı 7 saylı Texnoloji sexin 202 saylı "Neftin ilkin emalı" qurğusunda, daha sonra isə 14 saylı Yanacaq laboratoriyası sexində təcrübə keçən tələbələrin iş şəraiti ilə tanış olunmuşdur. Təcrübə keçən tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən
və iş şəraitindən öz razılıqlarını bildirmiş və bu layihənin onların gələcək karyeraları .üçün mühüm rol oynadığını vurğulamışlar. "Azərneftyağ" NEZ-də 14 nəfər tələbə təcrübə keçir ki, onlardan 3nəfəri avqust ayında təcrübəyə başlamışlar
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azəriqaz" istehsalat birliyində təcrübəçilərlə görüş
31.07.2012
02.08.2012-ci il tarixdə "Azəriqaz" İB-nin İdarəetmə Aparatında Yay təcrübəsi iştirakçıları ilə görüş keçirilmişdir. Görüşə Təlim və İnkişaf şöbəsinin nümayəndəsi ilə yanaşı KİV nümayəndələri, tələbələrin təcrübə keçdiyi Qaz İstismarı Sahələri və Birliyin tabeçi təşkilatlarının təcrübə rəhbərləri dəvət olunmuşdur. İdarəetmə Aparatında 2 nəfər, Qaz İstismarı Sahələrində 2 nəfər, tabeçi təşkilatlarda isə təcrübə keçən 3 nəfərlə görüşülmüş, onların təcrübə müddəti ərzində öyrəndiyi və yerinə yetirdikləri işləri və proqrama münasibətləri öyrənilmişdir. Görüş zamanı tələbələr onlara xüsusi
qayğı ilə yanaşıldığını və proqramın ümumilikdə yüksək səviyyədə keçdiyini qeyd etdilər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azərikimya" istehsalat birliyində təcrübəçilərlə görüş
31.07.2012
01.08.2012-ci il tarixində KİV nümayəndələri və Təlim və inkişaf şöbəsinin əməkdaşları ilə birgə "Azərikimya" İstehsalat Birliyində təcrübə keçən təcrübəçilərlə görüş keçirilmişdir. "Etilen-Politelen" Zavodunda 7 nəfər, Nəqliyyat və Xüsusi Texnika İdarəsində isə 3 nəfər tələbə ilə görüşülmüş və onların iş prosesləri və proqrama münasibətləri öyrənilmişdir. Tələbələr onlara xüsusi qayğı ilə yanaşıldığını və proqramın ümumilikdə yüksək səviyyədə keçdiyini qeyd etdilər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
"Azneft" istehsalat birliyinin "Bibiheybətneft" NQÇİ-də təcrübəçilərlə görüş
31.07.2012
31.07.2012-ci il tarixində İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları KİV nümayəndələri ilə birlikdə "Azneft" İB-nin "Bibiheybət" Neftqazçıxarma idarəsində təcrübə keçən tələbələrlə görüşmüşlər. Görüşün məqsədi təcrübəçilərin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənməkdir. Hər bir tələbə ilə fərdi söhbət aparılmış, irad və təklifləri dinlənilmişdir. Təcrübəçilər bildirmişdilər ki, onlara göstərilən qayğı və bilikdən tam razıdırlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
Ödənişli Yay Təcrübəsi Proqramına seçilən tələbələrin nəzərinə
05.07.2012
ARDNŞ-nin müəssisə və idarələrinə təyin olunmuş təcrübəçilər müəssisə tərəfindən onlara müəyyən olunmuş tabe təşkilat və strukturlarda təcrübə keçəcəklər. Müəssisə daxili yerdəyişmə müraciətlərinə baxılmayacaqdır. Məlumat üçün bildiririk ki, təcrübədən imtina edən tələbələr ARDNŞ-nin həyata keçirtdiyi bu və digər proqramlarında iştirak etmə imkanından məhrum olacaq və onların namizədliyinə baxılmayacaqdır.
Ödənişli Yay Təcrübəsi Proqramına seçilmiş tələbələrin nəzərinə
14.06.2012
İyul və iyul-avqust ayları üzrə təcrübəçi seçilmiş tələbələr 2 iyul, avqust ayı üzrə seçilənlər isə 1 avqust tarixində aşağıda qeyd olunan sənədlərlə təcrübə keçəcəkləri müəssisə və idarələrə müraciət etsinlər:
  1. Şəxsiyyət vəsiqəsi
  2. Rəsmi transcript (proqrama müraciət edən zaman təqdim olunan)
  3. Əmək kitabçası (əgər varsa)
QEYD: - Təcrübə yerlərinə yuxarıda göstərilən tarixlərdən tez və ya gec müraciət etmək olmaz!
  - Təcrübə keçiriləcək müəssisələrin ünvanları burada yerləşdirilmişdir
Təcrübəyə seçilən tələbələrin nəzərinə
01.06.2012
Təcrübə Proqramında müəyyən səbəblərdən iştirak edə bilməyəcək tələbələr 08.06.2012-ci il tarixinədək khs@socar.az ünvanına email yazaraq bildirmələri xahiş edilir.
Qeyd olunan vaxtdan sonra proqramdan imtina edən tələblərin (təqaüdçü olsalar belə) gələcək Təcrübə Proqramlarında namizədliyinə baxılmayacaqdır.
Ödənişli Yay Təcrübəsinə müraciət edən tələbələrin nəzərinə
30.05.2012
Ödənişli Yay Təcrübəsi Proqramının nəticələri müəyyən olunmuşdur. Təcrübəçilərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
DİQQƏT! DİQQƏT! Ödənişli Yay təcrübəsinə müraciət edən tələbələrin nəzərinə
25.05.2012
Ödənişli Yay Təcrübəsi Proqramı üzrə seçimin nəticələri-təcrübəçilərin siyahısı 29 may tarixində açıqlanacaqdır. Namizədlərin nəzərinə çatdırırıq ki, yalnız təyin olunduqları müəssisələrdə təcrübə keçəcəklər. Təcrübə yerlərinin dəyişdirilməsi üçün müraciətlərə baxılmayacaqdır.
Ödənişli Yay Təcrübəsi Proqramına müraciət edən tələbələrin nəzərinə
17.05.2012
Çatışmayan sənədlərin qəbulu 18.05.2012-ci il tarixdə saat 23:50-də dayandırılacaqdır. Bu saatdan sonra göndərdiyiniz sənədlər qəbul edilməyəcəkdir.
Ödənişli Yay Təcrübəsi Proqramına sənəd qəbulu bitdi
16.05.2012
15 may saat 23:59-dan etibarən Ödənişli Yay Təcrübəsinə qeydiyyat dayandırılmışdır. Hal-hazırda müraciət edən tələbələrin məlumatları sistemləşdirilir və tezliklə saytımızda yerləşdiriləcəkdir. Çatışmayan sənədlərinizi 18.05.2012-ci il tarixinədək khs@socar.az ünvanına göndərə bilərsiniz. Bu tarixdən sonra göndərilən sənədlər qəbul olunmayacaqdır.
DİQQƏT! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlandı
26.04.2012
Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 15 may 2012-ci il
Diqqət! Diqqət! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramında iştirak etmək istəyən tələbələrin nəzərinə!!!
18.04.2012
Yaxın günlərdə Ödənişli Yay Təcrübəsi Proqramına start veriləcəkdir. Bu proqramda tələb olunan sənədlərdən biri də tələbənin transkriptidir (qiymət kitabçasından çıxarış). Transkriptdə aşağıdakı punktlar qeyd olunmalıdır:
  • Tələbənin soyadı, adı, atasının adı;
  • Ali təhsil müəssisəsinin, fakültənin və ixtisasın adı;
  • Təhsil müddətində keçirilən fənlərin adı və həmin fənlərdən alınan qiymətlər (ballar);
  • Səlahiyyətli şəxsin imzası və müvafiq möhür.
Transkript hazırkı semestr qiymətləri istisna olmaqla, bütün əvvəlki semestr qiymətlərini əhatə etməlidir. Transkript təqdim etməyənlərin namizədliyinə baxılmayacaq. (Transkripti almaq üçün təhsil aldığınız universitetə indidən müraciət etməyiniz məsləhət görülür)
ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu yaxın günlərdə başlanacaqdır
11.04.2012
Yay Təcrübəsinə ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər proqramın şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra elektron müraciət formasını dolduraraq qeydiyyata düşə biləcəklər. Saytımızı izləyin!