Ana səhifə > Yay məktəbi >> Suallar

1 Ödənişli Yay təcrübəsində olan tələbə Yay Məktəbində iştirak edə bilərmi?
2 Yay Məktəbində iştiraka görə pul ödəməliyəm mi?
3 1-ci kurs tələbələri proqrama müraciət edə bilərmi?
4 Bakalavr və magistraturanın sonuncu kursunda təhsil alanlar Yay Məktəbində iştirak edə bilərmi?
5 Yay Məktəbinə neçə nəfər qəbul olunacaq?
6 Yay Məktəbindəki məşğələlər hansı dildə keçiriləcək?
7 Yay Məktəbi dövründə hansı yerlərə ekskursiyalar təşkil ediləcək?
8 Yay Məktəbi dövründə gecə evə qayıtmaq olarmı?
9 Yay Məktəbi harda keçiriləcək?
10 Yay məktəbi hansı tarixləri əhatə edəcək?
11 Test imtahını və müsahibənin keçirilmə tarixləri nə vaxtdır?
12 Test imtahanı hansı dilldə keçiriləcəkdir?
13 Müsahibə hansı dildə keçiriləcəkdir?
14 Üçdən çox kafi qiyməti olan müsabiqəyə qatıla bilərmi?
15 Motivasiya məktubu neçə sözdən ibarət olmalıdır?
16 Motivasiya məktubu hansı dildə yazılmalıdır?
17 Mən bu il 2-ci kursu bitirmişəm. Müraciət formasında kurs bölməsində "2" yazmalıyam yoxsa "3" ?
18 Mən magistraturaya qəbul olmağımı təsdiq edən sənədi hardan əldə edə bilərəm?
19 Mən magistraturaya qəbul olmuşam, bu il 1-ci kursa başlayacam. Bu halda transcript olaraq nə göndərməliyəm?
   

 




Cavablar

1 Ödənişli Yay təcrübəsində olan tələbə Yay Məktəbində iştirak edə bilərmi?

Əmək müqaviləsinə əsasən iş günləri Yay Məktəbinin keçirilmə günləri ilə üst-üstə düşən tələbə iştirak edə bilməz.

Geri
2 Yay Məktəbində iştiraka görə pul ödəməliyəm mi?

Xeyr. Məktəblə bağlı bütün xərclər ARDNŞ tərəfindən ödəniləcəkdir.

Geri
3 1-ci kurs tələbələri proqrama müraciət edə bilərmi?

Proqrama müraciət oluna bilər. Lakin nəzərə alınmalıdır ki, ilk növbədə qeyd olunmuş şərtlərə tam cavab verən iştirakçıların ərizələri dəyərləndiriləcəkdir. Ehtiyac duyulduğu halda 1-ci kurs tələbələrinin ərizələrinə baxılacaqdır.

Geri
4 Bakalavr və magistraturanın sonuncu kursunda təhsil alanlar Yay Məktəbində iştirak edə bilərmi?

Bakalavr sonuncu kursda təhsil alanlar magistraturaya qəbul olunduqları təqdirdə, qəbul haqqında təsdiqedici sənəd göndərməklə layihədə iştirak edə bilər. Magistratura son kursda təhsil alanlar isə iştirak edə bilməzlər.

Geri
5 Yay Məktəbinə neçə nəfər qəbul olunacaq?

Məktəbdə neçə nəfərin iştirakı barədə məlumatlar proqram təsdiq olunduqdan sonra saytımızda yerləşdiriləcəkdir.

Geri
6 Yay Məktəbindəki məşğələlər hansı dildə keçiriləcək?

Məşğələlər və təqdimatlar Azərbaycan dilində keçiriləcək.

Geri
7 Yay Məktəbi dövründə hansı yerlərə ekskursiyalar təşkil ediləcək?

Bibiheybət yatağına, Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna və ARDNŞ-nin digər müəssisələrinə ekskursiyaların təşkil olunması planlaşdırılır. Bundan əlavə proqram təsdiq olunduqdan sonra ARDNŞ-nin dənizdə yerləşən müəssisələrinə də ekskursiyalar təşkil oluna bilər.

Geri
8 Yay Məktəbi dövründə gecə evə qayıtmaq olarmı?

Xeyr.

Geri
9 Yay Məktəbi harda keçiriləcək?

Məktəbin proqramı təsdiq olunduqdan sonra keçiriləcək yeri barədə məlumat saytımızda ən yaxın zamanda yerləşdiriləcəkdir.

Geri
10 Yay məktəbi hansı tarixləri əhatə edəcək?

Yay məktəbinin keçirilmə tarixləri barəsində məlumatlar proqram təsdiqləndikdən sonra internet səhifımizdə yerləşdiriləcəkdir.

Geri
11 Test imtahını və müsahibənin keçirilmə tarixləri nə vaxtdır?

İmtahan və müsahibənin keçirilmə vaxtları haqqında məlumatlar saytda yerləşdiriləcəkdir. Mütəmadi olaraq yenilənən səhifəmizi izləməyiniz çox önəmlidir.

Geri
12 Test imtahanı hansı dilldə keçiriləcəkdir?

Test imtahanı həm Azərbaycan, həm də Rus dillərində tərtib olunacaqdır. İiştirakçı istədiyi dildə imtahan vermək hüqununa sahibdir.

Geri
13 Müsahibə hansı dildə keçiriləcəkdir?

Test imtahanından fərqli olaraq müsahibə yalnız Azərbaycan dilində keçiriləcəkdir.

Geri
14 Üçdən çox kafi qiyməti olan müsabiqəyə qatıla bilərmi?

Müsabiqədə iştirak edə bilərsiniz. Ancaq, nəzərə almalısınız ki, üstünlük ilkin şərtlərə tam şəkildə cavab verən tələbələrə veriləcəkdir. Yalnız ehtiyac duyulduğu təqdirdə digər iştirakçıların ərizələri dəyərləndiriləcəkdir.

Geri
15

Motivasiya məktubu neçə sözdən ibarət olmalıdır?

Motivasiya məktubu 300 (+ -50) sözdən ibarət olmalı, iddiaçının Məktəbdə iştirak istəyini dolğun təsvir etməlidir.

Geri
16 Motivasiya məktubu hansı dildə yazılmalıdır?

Motivasiya məktubu yalnız və yalnız Azərbaycan dilində yazılmalıdır.

Geri
17 Mən bu il 2-ci kursu bitirmişəm. Müraciət formasında kurs bölməsində "2" yazmalıyam yoxsa "3" ?

Müraciət formasında kurs bölməsində bitirdiyin kurs yox, sentyabrda başlayacağın kurs (yani "3") qeyd olunmalıdır. Magistraturanın 1-ci kursuna bu il başlayanlar kurs bölməsinə "Bitirmişəm" deyil, "Magistr 1" qeyd etməlidirlər.

Geri
18 Mən magistraturaya qəbul olmağımı təsdiq edən sənədi hardan əldə edə bilərəm?

Magistraturaya qəbul olmağı təsdiq edən sənədi Universitet və ya TQDK tərəfindən almaq olar.

Geri
19 Mən magistraturaya qəbul olmuşam, bu il 1-ci kursa başlayacam. Bu halda transcript olaraq nə göndərməliyəm?

Bu il magistraturanın 1-ci kursuna başlayanlar bakalavr diplomunun qiymətlər olan içlik hissəsini göndərməlidirlər.

Geri