Ana səhifə > Yay məktəbi >> Elanlar

SOCAR Yay Məktəbi 2016 - SOCAR-ın insan resursları fəaliyyəti günü
27.08.2016
SOCAR Yay Məktəbinin sonuncu - altıncı günü İnsan resurslarının idarə edilməsi mövzusuna həsr olunmuşdur. Mövzu üzrə ilk təqdimatı SOCAR-ın Baş ofisinin İnsan Resursları departamentinin Testləşdirmənin təşkili şöbəsinin kadrlar üzrə aparıcı mütəxəssisi Qubad Süleymanov şöbənin yaradılma səbəbi və vəzifəsi, test imtahanın istiqamətləri və nəticələrin qiymətləndirilməsi, test tapşırıqlarının elektron bazasının strukturu barərə məruzəylə çıxış etmişdir. Sonra İşə qəbul və yerləşdirmə şöbəsinin kadrlar üzrə aparıcı mütəxəssisi Aygün Məmmədova SOCAR-da işə qəbul prosesi və iş
imkanları, şöbənin fəaliyyəti, məqsədi, qarşısında duran öhdəlikləri, funksiyaları, nailiyyətləri haqqında iştirakçılara ətralı məlumat vermişdir. Növbəti təqdimatla Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Tədris resursları şöbəsinin rəisi Ceyhun İsmayılov çıxış etmişdir. C. İsmayılov kadr hazırlığının təşkili, Dənizdə insan həyatinin mühafizəsi üzrə təlim mərkəzi, Kadr hazırlığının təşkili mərkəzi, Qala Təlim, Tədris Mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi, Standartların tətbiqi və sertifikatlaşdırma haqqında gənclərə məlumat vermişdir. Daha sonra isə İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları Xarici Təqaüd Proqramı, Daxili Təqaüd, Ödənişli Yay Təcrübəsi Proqramları və Yay Məktəbi layihəsi və digər layihələri barədə iştirakçılara təqdimatla çıxış etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışlar. Günün axşam qonaqları SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin (İRD) rəisi Asif Bəkirli və Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri Aydın Bədəlov qonaq qismində iştirak etdilər. Bağlanış mərasimində çıxış edən rəsmi qonaqlar '' SOCAR Yay Məktəbi'' (SYM) iştirakçılarını salamlayaraq onları müsabiqənin qalibi olub belə bir əhəmiyyətli layihədə iştirak etmək şansı qazandıqlarına görə təbrik etmişlər. Asif Bəkirli əvvəlcə İRD-nin fəaliyyəti, məqsədi, qarşısında duran öhdəlikləri, funksiyaları, nailiyyətləri haqqında iştirakçılara ətralı məlumat vermişdir. Bundan əlavə, O, layihə iştirakçılarına SOCAR Yay Məktəbinin təşkili haqqında qısa məlumat vermiş və bildirmişdir ki, hər hansı bir mütəxəsssis öz sahəsindən başqa digər sahələrdən də məlumatlı olmalı, öz üzərində çalışmağı, komanda şəklində problem həll etməyi, insanlar qarşısında çıxış edərək təqdimat keçirməyi bacarmalıdır. SOCAR Yay Məktəbi layihəsi də iştirakçılara məhz bu bacarıqları və keyfiyyətləri aşılayır. Asif Bəkirli layihə müddətində iştirakçıların enerji sektoru, geologiya və geofizika, qazma, yataqların işlənmsi və istismarı, neft və qazın email, ekologiya, neft və qaz məhsullarının satışı və nəqli, həmçinin SOCAR-da İnsan Resurslarının düzgün idarə edilməsi haqqında iştirakçıların ətraflı məlumatlandırılmasından məmnun olduğunu və bu məlumatların onların gələcək karyeralarında mütləq hiss olunacağını vurğulamışdı. Daha sonra iştirakçıları maraqlandıran sualları ətraflı cavablandıran qonaqlar görüşün sonunda iştirakçılara təcrübələrindən irəli gələrək tövsiyyələr vermiş, daha sonra isə onlarla ənənəvi olaraq xatirə şəkli çəkdirmişdirlər. "SOCAR Yay Məktəbi 2016" layihəsinin rəsmi bağlanış mərasimindən sonra layihə iştirakçıları onlar üçün təşkil olunmuş Vida mərasimində iştirak etmişdirlər. Vida mərasimində iştirakçılar layihə boyunca öyrəndikləri haqqında məlumat vermiş və öz təəssuratlarını bölüşmüşdürlər. Vida mərasimi zamanı həm layihənin ümumi olaraq qalib komanda, həm intellektual yarışma üzrə qalib komandalar, həm də layihə müddətində fərqlənən və xüsusi bacarıqları ilə seçilən fəal gənclər elan olunaraq hədiyyələrlə təltif olunmuşdurlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
SOCAR Yay Məktəbi 2016 - Neft və qaz məhsullarının satışı və nəqli günü
26.08.2016
Avqustun 26-da, Yay Məktəbi 2016 layihəsinin 5-ci günü “Neft və qaz məhsullarının satışı və nəqli” mövzusunda məşğələlər keçirilmişdir. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Neft-kimya məhsullarının marketinqi və satışı şöbəsinin eksperti Fərid Kazımov Neft və neft məhsullarının marketinqi və satışı mövzularında təqdimatlar keçirmişlər. Təqdimat müddətində iştrakçılara, həmçinin, riyazi tapşırıqlar verilmişdir. Daha sonra iştirakçıları maraqlandıran suallar ətrafında diskusiya aparılmışdır.
Növbəti təqdimat SOCAR Upstream Management International (LLC), Aktivlərin İdarəedilməsi Departamenti, iqtisadçı analitiki Kamal Quliyev və SOCAR Midstream Operations MMC, Layihələr şöbəsinin layihə koordinatorları Anar Hacıyev və Zaur Süleymanov TAP, TANAP və Cənub Qaz Dəhlizi, Şahdəniz 2 mövzusunda keçirilmişdir. Günün rəsmi qonağı isə Baş ofisin, Hüquq idarəsinin rəis müvani Şahin İsmayılbəyli oldu. SOCAR-ın hüquqi məsələləri barədə ətraflı məlumat verərək, iştirakçıları maraqlandıran sualları cavablandırdı. Məktəbin 5-ci gününün qeyri-rəsmi hissəsində iştirakçılar üçün maraqlı Talant show təşkil edildi.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
SOCAR Yay Məktəbi 2016 - Ekologiya günü
25.08.2016
SOCAR Yay məktəbinin 4-ci günü ekologiya mövzusuna həsr olunmuşdur. Günün ilk təqdimatı Baş ofisin İnsan resursları departamentinin Təlim və inkişaf şöbəsinin kadrların hazırlığı üzrə mühəndisi Qosqar Qurbanlı tərəfindən “Peşəkar davranış bacarıqları” mövzüsunda oldu. Q.Qurbanlı iştirakçılara karyera yüksəlişi üçün tələb olunan əlavə bilik və bacarıqlar- emosional zəka, ünsiyyət bacarığı, fərdi və fərdlər arası davranış üsulları barədə məlumat verdi. Növbəti təqdimat isə “Ekologiyanın müasir
problemləri və SOCAR-ın ekoloji fəaliyyət istiqamətləri” mövzusunda oldu. Bu mövzuda çıxış edən Ekologiya İdarəsinin Ekoloji tədqiqatlar ekspedisiyası şöbəsinin ətraf mühitin mühafizəsi üzrə mühəndisi Orxan Məmmədov və Ekoloji Ölçmə və Tullantıların İdarəolunması Departamentinin mühəndisi Tural Məhərrəmov neftlə çirklənmiş torpaqların təmizlənməsi, çirklənmiş ərazilərin təmizlənməsi, atmosferə atılmaların azaldılması və Eko-Park layihəsi barədə məlumatlar vermişdir. Günün ikinci yarısı iştirakçılar SOCAR tərəfindən həyata keçirilən ən mühüm layihələrdən biri olan “Ekoloji park”a ekskursiya təşkil edilmişdir. Yay məktəbi dinləyicilərinə bir zaman neftlə çirklənmiş ərazi olan “Eko-park”da həyata keçirilmiş torpaq təmizləmə işləri, burada quraşdırılmış alternativ enerji mənbələri, Bakı şəhərində yaşıllaşdırma işlərinin həyata keçirilməsi məqsədilə yetişdirilən gül və ağac tingləri barədə ətraflı məlumat verilmişdir. Günün axşam qonağı olan Ekologiya İdarəsinin rəisi Azər Əliyev SOCAR-ın ekoloji layihələri haqqında ətraflı məlumat verərək, iştirakçıları maraqlandıran SOCAR-ın fəaliyyəti çərçivəsində və digər ümumi ekoloji məsələlərlə əlaqədar sualları cavablandırmışdır. Günün sonunda iştirakçıların intelektual bacarığını yoxlamaq və əyləndirmək məqsədi daşıyan komandalar arası Breyn-rinq oyunu təşkil olunmuşdur.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
SOCAR Yay Məktəbi 2016 -Neft və qaz emalı günü
24.08.2016
Yay məktəbinin 3-cü günü, avqustun 24-dü Neft və qazın emalı mövzusuna həsr olunmuşdu. Günün birinci yarısı ilk olaraq H.Əliyev adına Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma işləri üzrə texniki mühəndislik şöbəsinin rəis müavini Adil Abbasov məruzə ilə çıxış etdi. «Neft-qaz emalı» mövzusunda təqdimat edən A. Abbasov SOCAR-ın emal kompleksi- Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz Emalı Zavodu, neftin fiziki xassələri, neftin keyfiyyət göstəriciləri, neftin fraksiya tərkibi
və neft emalı prosesləri barədə ətraflı məlumat verdi. Növbəti təqdimat Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzinin nəzəri tədris mütəxəssisi Natiq Cavadov tərəfindən “Əməyin mühafisəzi və təhlükəsizlik texnikası” mövzusunda oldu. Təqdimatlardan sonra iştirakçılar üçün “Azərkimya” İstehsalat Birliyinə ekskursiya təşkil olundu. Günün axşam qonağı "Azərikimya" İB –nin müşahidə şürasının sədri Muxtar Babayev oldu. M. Babayev iştirakçıları salamlamış, onlara respublikamızın neft emalı, neft-kimya sənayesinin tarixi, mövcüd neft emalı və neft-kimya müəssisələri, onların perspektiv inkişaf planları haqqında geniş məlumat vermiş və tələbələrin suallarını cavablandırmışdır. Yay məktəbinin 3-cü gününün qeyri-rəsmi hissəsində iştirakçıları onlar üçün təşkil olunan komanda yarışlarında iştirak etdilər
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
SOCAR Yay Məktəbi 2016 - Geologiya və geofizika günü
23.08.2016
«Yay Məktəbi»nin 2-ci günü "Geologiya və Geofizika" mövzusuna həsr olunmuşdu. Avqustun 23-də «SOCAR Yay Məktəbi 2016»nın ikinci günü “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” mövzusunda "Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin rəis müavini - baş geoloqu, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Araz Qocayev və "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" mövzusunda, SOCAR-ın Baş ofisinin Xarici şirkətlərlə birgə aparılan kəşfiyyat və yataqların işlənməsinə geoloji-texnoloji nəzarət şöbəsinin rəisi, geologiya-mineralogiya üzrə
fəlsəfə doktoru Natiq Bağırov isə "Geofiziki kəşfiyyat üsulları" mövzusunda təqdimatla məruzə etdilər. Məruzəçilər mövzu ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırdılar. "Yay məktəbi"nin iştirakçıları çıxış edərək öz fikir və təkliflərini bildirdilər. Günün növbəti təqdimatçıları isə SOCAR-ın Xarici Təqaüd proqramının məzunları “Caspian Drilling Company“ MMC-nin Qazma mütəxəssisi Səfa Qasımov “Quyuların qazılması” və “SOCAR-Ümid“ MMC-nin işlənmə üzrə mühəndisi Rövşən Cavadzadə “Yataqların işlənməsi və geoloji-hidrodinamiki modelləşdirilməsi” haqqında ətraflı və dolğun məlumatlar vermişlər. Günün axşam qonağı isə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və "SOCAR-ÜMİD" MMC- nin direktoru Əli Qurbanov olmuşdur. Günün sonunda isə Brain ring intelektual oyunu keçirilmiş və komandalara layihənin sonunda çıxış edecəkləri təqdimatlar paylanmışdır.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
SOCAR Yay Məktəbi 2016 - Açılış günü
22.08.2016
Avqustun 22-də "Ramada-Baku" otelində ''SOCAR Yay Məktəbi-2016'' layihəsinin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ''Yay Məktəbi'' iştirakçılarını salamlayaraq onları müsabiqənin qalibi olmaları münasibətilə təbrik etdi. O, Azərbaycan neft sənayesinin tarixi, son nailiyyətləri; yeni neft və qaz yataqları, SOCAR-ın yeni layihələri haqqında çıxış edərək gənclərin böyük marağına səbəb olmuşdur. İştirakçıların suallarını cavablandıran vitse-
prezident onları daim öz üzərində işləməyi və mütaliyə etməyi tövsiyyə etmişdir. "SOCAR Yay Məktəbi 2016" layihəsinin rəsmi açılış mərasimindən sonra məktəb iştirakçıları ilk təqdimatları dinlədilər. "Enerji sektoruna giriş" adlanan gün çərçivəsində dinləyicilər qarşısında SOCAR-ın Xarici Təqaüd Proqramının məzunları Baş Ofisin İşlər İdarəsinin əməkdaşı Təbriz Əmmayev "Enerji sektoru haqda ümumi məlumat və Azərbaycanın neft-qaz sənayesi" mövzusunda, SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşı Mahir Qarayev "Bədən dili" mövzusunda geniş təqdimatlarla çıxış etdilər. Çıxış edənlər "Yay Məktəbi"nin iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. Şam yeməyi fasiləsindən sonra "Yay Məktəbi"nin iştirakçıları onlar üçün təşkil olunan komanda yarışlarında iştirak etdilər.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
SOCAR Yay Məktəbi 2016 başladı
21.08.2016
21 avqust tarixində “SOCAR Yay Məktəbi 2016” layihəsinə start verildi. Saat 15:00-da SOCAR-ın yeni inzibati binasının qarşısında toplaşan iştirakçılar və təşkilatçılar Məktəbin keçirildiyi “Ramada”otelinə yola düşmüşlər. Oteldə yerləşdirildikdən sonra iştirakçı seçilmiş gənclər püşkatma vasitəsilə 7 komandaya bölünmüş və hər komanda özlərinə kapitan seçmiş, loqo və şüar yaratmişlar.
Görüşdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.

1<<2<<3