Ana səhifə > Daxili Təqaüd >> Elanlar

DİQQƏT! Daxili Təqaüd Proqramının 1-ci turu - test mərhələsi və buraxılış vərəqələri barədə
01.05.2017


Daxili Təqaüd Proqramı üzrə test mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən 6 may 2017-cı il il tarixində keçiriləcəkdir. Namizədlər 1 may 2017-ci il tarixindən etibarən "Namizədin imtahana buraxılış vərəqəsi"ni (buradan) çap edə bilərlər. Nəzərinizə çatdırırıq ki, test imtahanına yalnız şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi olanlar buraxılacaqlar. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaqdır.

Yaddaş kitabçasını buradan yükləyə bilərsiniz.

İmtahan haqqında qısa məlumat:
Müsabiqənin 1-ci turu namizədlər bölməsində adının qarşısında "seçildi" statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.
İmtahana aşağıdakıları gətirmək qadağandır:
- Mobil telefon və digər yardımçı vasitələr;
- Konspekt;
- Əl çantaları və s.
Üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahandan kənarlaşdırılacaqlar. İmtahanın nəticələri saytımızda elan olunacaq.
2-ci tur-müsahibələrə keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.

DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət edənlərin nəzərinə
15.03.2017
Çatışmayan sənədlərin son göndərilmə tarixi : 16.03.2017-ci il saat 17:00
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu uzadıldı
07.03.2017
E-mail ünvanımıza gələn çoxsaylı müraciətləri nəzərə alaraq, qeydiyyat müddəti və çatışmayan sənədlərin qəbulu daha 3 gün artırıldı. Beləliklə, son qeydiyyat günü 10.03.2017-cı il tarixində 12:00-dur. İştirak etmək istəyənlər müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Çatışmayan sənədləri göndərmək üçün yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur, sadəcə tis@socar.az e-poçtuna ünvanlayın
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı
20.02.2017
Müsabiqə 2016-2017-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır.)

Son qeydiyyat tarixi: saat 17:00, 07 mart 2017-ci il

DİQQƏT! Sonuncu Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə
18.10.2016

2015-2016-cı illər üzrə Daxili Təqaüd Proqramının qaliblərindən təqaüd kartlarını almayan tələbələr kartlarını təhvil almaq üçün 21.10.2016-cı il tarixinədək, hər gün saat 10:00-dan 17:00-dək (13:00-14:00 nahar fasiləsi) SOCAR-ın Baş Ofisinə (SOCAR Tower) gəlməlidirlər (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121)

Qeyd: Təqaüdçünün kartını onun əvəzinə başqa bir şəxs yalnız etibarnamə ilə çıxış etdiyi halda təhvil ala bilər.



DİQQƏT! Sonuncu Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə
19.07.2016
2015-2016-cı illər üzrə Daxili Təqaüd Proqramında qalib gəlmiş və əvvəlki illərdə təqaüdçü olmuş tələbələr sentyabr ayınadək istifadə müddəti bitəcək təqaüd kartlarını 22.07.2016-cı il tarixinədək, hər gün saat 10:00-dan 17:00-dək (13:00-14:00 nahar fasiləsi) SOCAR-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinə təqdim etməlidirlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
Qeyd: Təqaüdçülərdən ali təhsilini bitirən tələbələr hərbi xidmətə gedəcəkləri təqdirdə indidən hər hansı bir digər şəxsə yeni və ya vaxtı uzadılmış kartları hərbi xidmətdə olacaqları zaman götürə bilmələri üçün ümumi etibarnamə verməlidirlər. Etibarnamə olmadan kartlar yaxın qohumlara belə verilməyəcəkdir.

Daxili Təqaüd Proqramının qalibləri müəyyən oldu!
23.06.2016
22.06.2016-cı il tarixində 2015-2016-cı tədris ilinin nəticələrinə əsasən keçirilən Təqaüd Proqramı çərçivəsində Müsabiqə Komissiyasının yekun iclası baş tutmuşdur. İclasda müsahibələrin nəticələri müzakirə olunmuş və təqaüdçü seçilmək hüququ qazanmış tələbələrin siyahısı təsdiqlənmişdir.


Təqaüdçülərin siyahısı ilə buradan tanış ola bilərsiniz!

DİQQƏT! Daxili Təqaüd Proqramının 2-ci turu- Müsahibələrə start verilir!
16.05.2016
2015-2016-cı tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramının 2-ci turu- müsahibələrə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki burada yerləşdirilmişdir. Müsahibələrə gələrkən aşağıdakı sənədlərin gətirilməsi vacibdir:
- şəxsiyyət vəsiqəsi; 
- rəsmi transkriptin əsli.
Müsahibələr SOCAR-ın Baş Ofisində keçiriləcəkdir.
Ünvan: SOCAR, Baş ofis, Neftçilər pr 73. (Xəritə üçün bura daxil olun)

QEYD: Müsahibəyə rəsmi transkriptin surəti və ya scan-print versiyası gətirənlər müsahibələrə buraxılmayacaqdır. Transkriptin yalnız əsli keçərli olacaqdır.
Müsabiqənin 2-ci turu barədə
Müsabiqənin 2-ci turu fərdi müsahibələr yolu ilə keçirilir. Müsahibəni SOCAR-ın əməkdaşlarından ibarət xüsusi komissiya həyata keçirir. Komissiyanın tərkibinə müsabiqəyə buraxılan bütün ixtisaslardan olan mütəxəssislər daxildir. Komissiyanın sədri SOCAR-ın Kadr, rejim və İT üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətovdur, üzvləri 17 nəfərdən ibarətdir. Müsahibədə Komissiyanın bütün üzvləri iştirak etməyə də bilər. Müsahibə zamanı iddiaçıların ixtisas bilikləri (ixtisas fənləri keçməyənlərdən baza bilikləri - riyaziyyat, fizika, kimya, ixtisasa giriş və s.), seçdiyi ixtisas üzrə maraq dairəsi, müsabiqədə iştirak motivasiyası, SOCAR haqqında bilikləri, SOCAR-ın son nailiyyətləri, ölkəmizin neft-qaz tarixi və sairə barədə suallar verilir. İxtisas bilikləri barədə suallar, bir qayda olaraq, ixtisasın əsasını təşkil edən məsələləri əhatə edir. Lakin suallar universitet bilikləri ilə məhdudlaşmır. Hər bir iddiaçı üçün suallar fərqli ola bilər və yuxarıda qeyd olunan bütün istiqamətləri əhatə etməyə bilər. Müsahibənin məqsədi iddiaçının ixtisasına nə dərəcədə ciddi yanaşdığını və bunun üçün nə etdiyini aşkar etməkdir. Hər bir iddiaçıya ən çoxu 9 dəqiqə vaxt ayrılır.
Tövsiyələr:
1.Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin.
2.Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq.
3.Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur.
4.Cavablar qısa və konkret olmalıdır.
5.Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahəsinin mütəxəssisləridir.
6.Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər.
7.Geyiminizə, davranışınıza və danışığınıza fikir verin.
8.Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.
Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu
13.05.2016

Müsabiqənin 2-ci turuna vəsiqə qazanan tələbələrin siyahısının müəyyən olunması məqsədilə 13.05.2016-cı il tarixində Daxili Təqaüd Proqramının Müsahibə Komissiyasının iclası keçirilmişdir. Komissiya iclasında aparılan müzakirə və təkliflər nəticəsində ixtisas qrupları üzrə keçid balları müəyyən olunmuşdur. Nəticələrə əsasən Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə- müsahibələrə 213 nəfər namizəd vəsiqə qazanmışdır. Tezliklə müsahibələrin qrafiki saytımızda yer alacaqdır.
İxtisas qrupu
Keçid balı
Avtomatika və İKT 30
Ekologiya 26
Energetika 25
Geoloji-kəşfiyyat 25
İqtisadiyyat 33
Kimya-texnologiya 27
Mexanika 25
QNM 25
Tikinti 23
DİQQƏT! Test imtahanına Buraxılış vərəqələri barədə
26.04.2016


1 may 2016-cı il tarixində keçiriləcək müsabiqəsinin 1-ci turu – TQDK test imtahanına buraxılış vərəqəsini buradan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, test imtahanına yalnız şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi olanlar buraxılacaqlar. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaqdır.
DİQQƏT! İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, bu vasitələr və

onların imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar. Yaddaş kitabçasını buradan yükləyə bilərsiniz.

Daxili Təqaüd Proqramının 1-ci turu- test mərhələsi barədə
19.04.2016


Daxili Təqaüd Proqramı üzrə test mərhələsi TQDK tərəfindən 1 may 2016-cı il tarixində keçiriləcəkdir.
Namizədlər 26 aprel 2016-cı il tarixindən etibarən TQDK-nın web səhifəsində (www.tqdk.gov.az) şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodunu daxil edərək "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahana yalnız şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi olanlar buraxılacaqlar. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda

namizədlər imtahana buraxılmayacaqdır.

İmtahan haqqında qısa məlumat:
Müsabiqənin 1-ci turu namizədlər bölməsində adının qarşısında "seçildi" statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.
İmtahana aşağıdakıları gətirmək qadağandır:
- Mobil telefon və digər yardımçı vasitələr;
- Konspekt;
- Əl çantaları və s.
Üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahandan kənarlaşdırılacaqlar. İmtahanın nəticələri saytımızda elan olunacaq.
2-ci tur-müsahibələrə keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.

DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət edənlərin nəzərinə
11.03.2016

Çatışmayan sənədlərinizi 15.03.2016-cı il saat 14:00-dək göndərə bilərsiniz.

Qeyd:
Elan olunan saatdan sonra göndərilən sənədlərə baxılmayacaqdır.

DİQQƏT! SOCAR-ın Daxili Təqaüd müsabiqəsinə sənəd qəbulunun müddəti uzadıldı
07.03.2016

E-mail ünvanımıza gələn çoxsaylı müraciətləri nəzərə alaraq, qeydiyyat müddəti və çatışmayan sənədlərin qəbulu daha 4 gün artırıldı. Beləliklə, son qeydiyyat günü 10.03.2016-cı il tarixində 17:00-dur. İştirak etmək istəyənlər müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Çatışmayan sənədləri göndərmək üçün yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur, sadəcə tis@socar.az e-poçtuna ünvanlayın



DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı
15.02.2016
Müsabiqə 2015-2016-cı tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrində müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.
Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır)
Son qeydiyyat tarixi:
saat 17:00, 07 mart 2016-cı il
İlk dəfə Daxili Təqaüd Proqramının qalibi olanların nəzərinə
05.11.2015
2014-2015-ci tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramı çərçivəsində ilk dəfə təqaqdçü olan tələbələr təqaüd kartlarını 10, 11, 12 və 13 noyabr tarixlərində saat 10:00-dan 12:00-a, 15:00-dan 17:00-dək SOCAR-ın İnsan Resursları Departamentindən (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) əldə edə bilərlər.
Qeyd: Təqaüd kartını təqaüdçünün əvəzinə digər şəxs yalnız notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə təqdim etdikdən sonra götürə bilər.

Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə
26.10.2015
2014-2015-ci tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramı çərçivəsində ilk dəfə təqaqdçü olan tələbələrə təqaüd kartlarının təqdimetmə mərasiminin noyabr ayında keçirilməsi planlaşdırılmışdır. Əvvəllər təqaüdçü olan tələbələrdən təqaüd kartını dəyişmək üçün təhvil verənlər isə yeni kartlarını 28, 29 və 30 oktyabr tarixlərində saat 10:00-dan 12:00-a, 15:00-dan 17:00-dək SOCAR-ın İnsan Resursları Departamentindən (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) əldə edə bilərlər.
Qeyd1: Təqaüd kartını təqaüdçünün əvəzinə digər şəxs yalnız notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə təqdim etdikdən sonra götürə bilər.
Qeyd2: Təqaüd kartlarının təqdimetmə mərasimi barədə saytımızda ətraflı məlumat yerləşdiriləcək və ilk dəfə təqaüdçü olan tələbələrlə əlaqə saxlanılacaqdır.

DİQQƏT! Sonuncu Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə
23.06.2015
2014-2015-ci tədris ili üzrə keçirilən Daxili Təqaüd müsabiqəsinin qaliblərinin nəzərinə: sentyabr ayınadək vaxtı bitəcək təqaüd kartlarını 24, 25 və 29 iyun tarixlərində saat 14:00-dan 17:00-dək SOCAR-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinə təqdim etməlidirlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
İlk dəfə təqaüdçü seçilən tələbələrə kartların verilməsi barədə elan isə növbəti həftələrdə saytımızda yerləşdiriləcəkdir.
QEYD: Təqaüdçü seçilən 4-cü kurs tələbələrinə tövsiyə olunur ki, hərbi xidmətə gedəcəkləri təqdirdə indidən hər hansı bir digər şəxsə ümumi etibarnamə versinlər ki, yeni və ya vaxtı uzadılmış kartları hərbi xidmətdə olacaqları zaman digər şəxslərin götürə bilmələri mümkün olsun. Etibarnamə olmadan kartlar yaxın qohumlara belə verilməyəcəkdir.
Daxili Təqaüd Proqramı qaliblərinin nəzərinə
10.06.2015
Daxili Təqaüd Proqramının şərtlərini (digər kommersiya təşkilatından təqaüd aldıqları üçün) pozduqlarına görə 2 nəfər namizəd layihədən kənarlaşdırıldı və qara siyahıya salındı. Bu namizədlər bundan sonra SOCAR-ın gənclərlə bağlı həyata keçirdiyi layihələrdə iştirak edə bilməyəcəklər.

Daxili Təqaüd Proqramının qalibləri müəyyən oldu!
27.05.2015
26.05.2015-ci il tarixində 2014-2015-ci tədris ilinin nəticələrinə əsasən keçirilən Təqaüd Proqramı çərçivəsində Müsabiqə Komissiyasının yekun iclası baş tutmuşdur. İclasda müsahibələrin nəticələri müzakirə olunmuş və təqaüdçü seçilmək hüququ qazanmış tələbələrin siyahısı təsdiqlənmişdir.


Təqaüdçülərin siyahısı ilə buradan tanış ola bilərsiniz!

DİQQƏT! Daxili Təqaüd Proqramı- Müsahibələrə start verilir!
27.04.2015
2014-2015-ci tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramı müsahibələrinə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki burada yerləşdirilmişdir. Müsahibələrə gələrkən aşağıdakı sənədlərin gətirilməsi vacibdir:
- şəxsiyyət vəsiqəsi; 
- rəsmi transkriptin əsli.
Müsahibələr SOCAR-ın Baş Ofisində keçiriləcəkdir.
Ünvan: SOCAR, Baş ofis, Neftçilər pr 73. (Xəritə üçün bura daxil olun)

QEYD: Müsahibəyə rəsmi transkriptin surəti və ya scan-print versiyası gətirənlər müsahibələrə buraxılmayacaqdır. Transkriptin yalnız əsli keçərli olacaqdır.
Müsabiqənin 2-ci turu barədə
Müsabiqənin 2-ci turu fərdi müsahibələr yolu ilə keçirilir. Müsahibəni SOCAR-ın əməkdaşlarından ibarət xüsusi komissiya keçirir. Komissiyanın tərkibinə müsabiqəyə buraxılan bütün ixtisaslardan olan mütəxəssislər daxildir. Komissiyanın sədri SOCAR-ın Kadr, rejim və İT üzrə vitse-prezidenti Xalik Məmmədovdur, üzvləri 15 nəfərdən ibarətdir. Müsahibədə Komissiyanın bütün üzvləri iştirak etməyə də bilər. Müsahibə zamanı iddiaçıların ixtisas bilikləri (ixtisas fənləri keçməyənlərdən baza bilikləri - riyaziyyat, fizika, kimya, ixtisasa giriş və s.), seçdiyi ixtisas üzrə maraq dairəsi, müsabiqədə iştirak motivasiyası, SOCAR haqqında bilikləri, SOCAR-ın son nailiyyətləri, ölkəmizin neft-qaz tarixi və sairə barədə suallar verilir. İxtisas bilikləri barədə suallar, bir qayda olaraq, ixtisasın əsasını təşkil edən məsələləri əhatə edir. Lakin suallar universitet bilikləri ilə məhdudlaşmır. Hər bir iddiaçı üçün suallar fərqli ola bilər və yuxarıda qeyd olunan bütün istiqamətləri əhatə etməyə bilər. Müsahibənin məqsədi iddiaçının ixtisasına nə dərəcədə ciddi yanaşdığını və bunun üçün nə etdiyini aşkar etməkdir. Hər bir iddiaçıya ən çoxu 9 dəqiqə vaxt ayrılır.
Tövsiyələr:
1.Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin.
2.Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq.
3.Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur.
4.Cavablar qısa və konkret olmalıdır.
5.Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahəsinin mütəxəssisləridir.
6.Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər.
7.Geyiminizə, davranışınıza və danışığınıza fikir verin.
8.Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.
Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu
24.04.2015

Müsabiqənin 2-ci turuna vəsiqə qazanan tələbələrin siyahısının müəyyən olunması məqsədilə 23.04.2015-ci il tarixində Daxili Təqaüd Proqramının Müsahibə Komissiyasının iclası keçirilmişdir. Komissiya iclasında aparılan müzakirə və təkliflər nəticəsində ixtisas qrupları üzrə keçid balları müəyyən olunmuşdur. Nəticələrə əsasən Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə- müsahibələrə 256 nəfər namizəd vəsiqə qazanmışdır. Tezliklə müsahibələrin qrafiki saytımızda yer alacaqdır.
İxtisas qrupu
Keçid balı
Avtomatika və İKT 27
Ekologiya 21
Energetika 23
Geoloji-kəşfiyyat 21
İqtisadiyyat 29
Kimya-texnologiya 23
Mexanika 21
QNM 23
Tikinti 20
Təqaüd Müsabiqəsinin 1-ci turunun tarixi və test imtahanına buraxılış vərəqəsi barədə
10.04.2015
Müsabiqənin 1-ci turu - test imtahanı TQDK tərəfindən 19 aprel 2015-ci il tarixində keçiriləcək. İmtahana yalnız şəxsiyyət vəsiqəsiburaxılış vərəqəsi olanlar buraxılacaqlar (tələbə bileti ilə imtahana buraxılmayacaq). İmtahanın keçirilmə saatı və yeri buraxılış vərəqəsində yazılır. Buraxılış vərəqələri 14, 15 və 16 aprel tarixlərində hər gün saat 10:00-dan 17:00-dək (13:00-14:30-dək istisna olmaqla) İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" shadlıq evinin arxası, Nizami
rayon məhkəməsi ilə üzbəüz) paylanacaq. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Hər hansı səbəbdən şəxsiyyət vəsiqəsi özündə olmayan namizədlər imtahanda iştirak etməyə icazə almaq üçün gecikmədən TQDK-ya müraciət etməlidirlər.

QEYD: 1. Buraxılış vərəqəsini götürmək imkanı olmayanların əvəzinə buraxılış vərəqəsini digər şəxs həmin namizədin şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməklə götürə bilər.
2. İmtahan günü testin keçiriləcəyi binaya daxil olmaq üçün yalnız şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi təqdim edilməlidir. İmtahan günü tələbə biletini gətirməyə ehtiyac yoxdur.

İmtahan haqqında qısa məlumat:
Müsabiqənin 1-ci turu namizədlər bölməsində adının qarşısında "seçildi" statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.
İmtahana aşağıdakıları gətirmək qadağandır:
- Mobil telefon və digər yardımçı vasitələr;
- Konspekt;
- Əl çantaları və s.
İmtahanın nəticələri saytımızda elan olunacaq. 2-ci tura keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.
Yaddaş kitabçası haqda
Təqaüd müsabiqəsi üzrə test imtahanına daxil olmazdan öncə TQDK-nın təqdim etdiyi YADDAŞ KİTABÇASI ilə yaxından tanış olun
Diqqət! - İmtahan günü buraxılış vərəqələri paylanmayacaqdır!!!
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, onların imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar. - - Buraxılış vərəqənizin üzərində olan iş nömrəsini yadınızda saxlayın. İmtahan nəticələri saytımızda iş nömrələri üzrə yerləşdiriləcək.
İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları Xəzər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrlə görüş keçirmişlər
09.04.2015
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları 08-09.04.2015-ci il tarixlərində SOCAR tərəfindən gənclər üçün təsis edilmiş layihə və proqramların təbliği və eyni zamanda tələbələrin karyera yüksəlişlərinə təkan vermək niyyəti ilə Xəzər Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrlə görüş keçirmişdir. Təqdimat zamanı SOCAR-ın Təlim və İnkişaf şöbəsinin əməkdaşları SOCAR-ın tarixi,
strukturu,xaricdə və ölkəmizdəki yeni layihələri, həmçinin Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, SOCAR "Yay Məktəbi" layihələri barədə də ətraflı məlumat vermiş, gəncləri daha da aktiv olmağa çağırmışlar. Sonda İnsan Resursları Departamentinin əməkdaşları tələbələri maraqlandıran suallara ətraflı cavab vermişlər.
DİQQƏT! DAXİLİ TƏQAÜD PROQRAMI NAMİZƏDLƏRİNİN NƏZƏRİNƏ !
06.03.2015
Daxili Təqaüd Proqramının 1-ci turu üçün nəzərdə tutulmuş məntiq üzrə test imtahanı TQDK tərəfindən həyata keçiriləcəkdir. Test imtahanının tarixi, məzmunu və digər məlumatlar saytımızda yerləşdiriləcəkdir. Bununla əlaqədar davamlı olaraq saytımızı izləməyi unutmayın.
DİQQƏT! TƏQAÜD PROQRAMINA MÜRACİƏT EDƏN TƏLƏBƏLƏRIN NƏZƏRİNƏ!
02.03.2015
Namizədlər çatışmayan sənədlərini 04.03.2015-ci il saat 15:00 -dək tis@socar.az ünvanına göndərə bilərlər. Qeyd olunan tarixdən gec göndərilən sənədlərə baxılmayacaqdır.
DİQQƏT! Daxili təqaüd proqramına müraciət edənlərin nəzərinə
Daxili Təqaüd Proqramına sənəd qəbulu bitmişdir. 27.02.2015-ci il tarixində qeydiyyatdan keçənlər öz statusları ilə 02.03.2015-ci il tarixində tanış ola bilərlər.
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd müsabiqəsinə sənəd qəbulunun müddəti uzadıldı
23.02.2015

E-mail ünvanımıza gələn çoxsaylı müraciətləri nəzərə alaraq, qeydiyyat müddəti daha 5 gün artırıldı. Beləliklə, son qeydiyyat günü 27.02.2015 tarixində 17:00-dur. İştirak etmək istəyənlər müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Çatışmayan sənədləri göndərmək üçün yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur, sadəcə tis@socar.az e-poçtuna ünvanlayın


Çatışmayan sənədləri göndərmək üçün əlavə vaxt verilməyəcəkdir.

DİQQƏT! Daxili təqaüd proqramına müraciət edənlərin nəzərinə
Daxili Təqaüd Proqramına 20.02.2015-22.02.2015 tarixləri ərzində 1000-ə yaxın müraciət olduğunu nəzərə alaraq, statuslar 4 iş günü müddətinə sistemləşdirilərək hissə-hissə sayta yerləşdiriləcəkdir. Saytımızı izləməyə davam edin.
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı
02.02.2015

Müsabiqə 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır)
Son qeydiyyat tarixi:
23 fevral 2015-ci il
SOCAR prezidentinin gənclərlə növbəti görüşü
24.11.2014
21.11.2014-cü ildə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin “SOCAR-da gənclərlə bağlı layihələr, gənclərin təhsil və karyera imkanları, qarşıda duran vəzifələr” mövzusunda görüşü keçirilmişdir. Görüşdə SOCAR-ın vitse-prezidentləri, struktur bölmələrinin rəhbərləri, universitet rektorları və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Görüşü çıxış nitqi ilə SOCAR prezidenti Rövnəq Abdullayev açıq elan etmiş, SOCAR-ın cari və gələcək
layihə və planları barəsində tədbir iştirakçılarına məlumat vermişdir. Həmçinin şirkət prezidenti Rövnəq Abdullayev öz nitqində SOCAR-da gənclərin təhsil və karyera imkanlarından söz açmış, kadr hazırlığı sahəsində SOCAR-ın həyata keçirdiyi proqramların əhəmiyyətindən danışmışdır. Həmçinin o, vurğulamışdır ki, SOCAR-ın 2005-2014-cü illərdə təşkil etdiyi daxili təqaüd proqramlarında ümumilikdə 13000-dən çox tələbə iştirak etmişdir. Rövnəq Abdullayev “SOCAR yay məktəbi” layihəsindən də söz açmış və bu layihə çərçivəsində yüksək yerləri tutan komandaların İsveçrə, Türkiyə və Gürcüstana səfər etdiklərini bildirmişdir. Gələcəkdə layihənin əhatə dairəsinin daha genişləndirilməsi barədə öz göstərişlərini vermişdir. Daha sonra SOCAR İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli müxtəlif illər üzrə şirkətin gənclərlə bağlı layihə və proqramları barəsində qonaqlara statistik məlumatları təqdim etmişdir. Bildirilmişdir ki, SOCAR-in daxili təqaüdü nəticəsində 1681 nəfər tələbə təqaüdçü adını qazanmışdır. Əlavə olaraq Asif Bəkirli vurğuladı ki, müsabiqənin müxtəlif mərhələlərində iştirak edənlərin əksəriyyətinin əvvəllər təqaüdçü olmaması təqaüd proqramına hər il marağın daha çox artığını və fərqli tələbələrin cəlb olunduğunu göstərir. Belə ki, sonuncu daxili təqaüd proqramına müraciət edən 2357 nəfər tələbədən 2192 nəfərini əvvəllər təqaüdçü olmayan tələbələr təşkil etmiş və məhz seçilən 125 tələbədən 67 nəfəri ilk dəfə təqaüdçü adını qazanmışdır. Bundan əlavə qeyd edildi ki, “SOCAR yay məktəbi” layihəsi də gənclərin yüksək marağına səbəb olmuş və son 5 il ərzində layihədə 192 nəfər iştirak etmişdir. Sonra görüş iştirakçılarına bu layihələrlə bağlı videoçarx təqdim olunmuş və iştirakçılar tərəfindən maraqla izlənilmişdir. Bunun ardınca ilk dəfə SOCAR təqaüdçüsü adını qazananlara təqaüd kartları və “SOCAR yay məktəbi 2014” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edildmişdir. Daha sonra Bakı Dövlət Universitetinin rektoru professor Abel Məhərrəmov, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da çıxış edərək öz təəsüratlarını gənclərlə bölüşmüş, SOCAR-ın gənclərin karyera və təhsili istiqamətində keçirdiyi layihələri yüksək qiymətləndirdiklərini və bununla bağlı hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını vurğulamışlar. Bundan əlavə SOCAR-nın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də nitq söyləmiş, Azərbaycanda neft səneyesinin zəngin tarixindən və ənənələrindən söz açmışdır. O, həmçinin ölkəmizin gələcək uğurlarının müasir biliklərə yiyələnmiş gənc kadrların əlində olduğunu qonaqların diqqətinə çatdırdı və öz tövsiyyələrini verdi. Sonda görüşdə iştirak edən gənclər SOCAR rəhbərliyinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş və onları maraqlandıran suallar və məsələlərlə bağlı şirkət rəhbərliyinə müraciət etmişlər. Öz növbəsində Şirkət rəhbərliyi də gənclərin sual və təkliflərini dinləmiş və münasibət bildirmişdir.
Diqqət! SOCAR prezidentinin gənclərlə görüşünün vaxtı dəyişildi
05.11.2014

SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunda “SOCAR-da gənclərlə bağlı layihələr, gənclərin təhsil və karyera imkanları, qarşıda duran vəzifələr” mövzusunda keçiriləcək görüş 21 noyabr 2014-cü il tarixi, saat 14:00-a dəyişdirilmişdir.

Qeyd: Tədbirə gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın!
Diqqət! SOCAR prezidentinin gənclərlə görüşü
04.11.2014

13 noyabr 2014-cü il tarixində saat 13:00-da SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunda “SOCAR-da gənclərlə bağlı layihələr, gənclərin təhsil və karyera imkanları, qarşıda duran vəzifələr” mövzusunda keçiriləcək görüşdə təqaüdçülərə plastik bank kartları və yay məktəbi iştirakçılarına sertifikatlar təqdim ediləcəkdir.

QEYD: Görüşdə iştirakla bağlı “SOCAR yay məktəbi 2014” layihəsinin iştirakçıları və 2013-2014-cü tədris ili üzrə təqaüdçü olanlarla əlaqə saxlanılacaqdır

Qeyd: Tədbirə gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın!
DİQQƏT! Daxili təqaüd proqramına əsasən Gözləmə siyahısının yenilənməsi barədə
27.06.2014
İşlə təmin olunmaq üçün mövcud olan Gözləmə siyahısı hər il sentyabr ayında yenilənir. Bu səbəbdən də sonuncu təqaüd müsabiqəsinin nəticələrinə əsasən Gənc mütəxəssis kimi şərtlərə cavab verən namizədlərin adları gözləmə siyahısına sentyabr ayında daxil ediləcəkdir.
DİQQƏT! Sonuncu Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə
18.06.2014
2013-2014-cü tədris ili üzrə keçirilən Daxili Təqaüd müsabiqəsinin qaliblərinin nəzərinə: sentyabr ayınadək vaxtı bitəcək təqaüd kartlarını 20, 23 və 24 iyun tarixlərində saat 14:00-dan 17:00-dək SOCAR-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinə təqdim etməlidirlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
İlk dəfə təqaüdçü seçilən tələbələrə kartların verilməsi barədə elan isə növbəti həftələrdə saytımızda yerləşdiriləcəkdir.
QEYD: Təqaüdçü seçilən 4-cü kurs tələbələrinə tövsiyə olunur ki, hərbi xidmətə gedəcəkləri təqdirdə indidən hər hansı bir digər şəxsə ümumi etibarnamə versinlər ki, yeni və ya vaxtı uzadılmış kartları hərbi xidmətdə olacaqları zaman digər şəxslərin götürə bilmələri mümkün olsun. Etibarnamə olmadan kartlar yaxın qohumlara belə verilməyəcəkdir.
Təqaüdçülərin nəzərinə
11.06.2014
10.06.2014-cü il tarixində 2013-2014-cü tədris ilinin nəticələrinə əsasən keçirilən Təqaüd Proqramı çərçivəsində Müsabiqə Komissiyasının yekun iclası baş tutmuşdur. İclasda müsahibələrin nəticələri müzakirə olunmuş və təqaüdçü seçilmək hüququ qazanmış tələbələrin siyahısı təsdiqlənmişdir.


Təqaüdçülərin siyahısı ilə buradan tanış ola bilərsiniz!

DİQQƏT! Daxili Təqaüd Proqramı- Müsahibələrə start verilir!
13.05.2014
2013-2014-cü tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramının 2-ci turuna- müsahibələrə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki burada yerləşdirilmişdir.  Müsahibələrə gələrkən aşaöıdakı sənədlərin gətirilməsi vacibdir:
- şəxsiyyət vəsiqəsi; 
- tələbə bileti; 
- rəsmi transkriptin əsli.
Müsahibələr SOCAR-ın Baş Ofisində keçiriləcəkdir.
Ünvan: SOCAR, Baş ofis, Neftçilər pr 73. (Xəritə üçün bura daxil olun)

QEYD: Müsahibəyə rəsmi transkriptin surəti və ya scan-print versiyası gətirənlər müsahibələrə buraxılmayacaqdır. Transkriptin yalnız əsli keçərli olacaqdır.
Müsabiqənin 2-ci turu barədə
Müsabiqənin 2-ci turu fərdi müsahibələr yolu ilə keçirilir. Müsahibəni SOCAR-ın əməkdaşlarından ibarət xüsusi komissiya aparır. Komissiyanın tərkibinə müsabiqəyə buraxılan bütün ixtisaslardan olan mütəxəssislər daxildir. Komissiyanın sədri SOCAR-ın kadr, rejim və İT üzrə vitse-prezidenti Xalik Məmmədovdur, üzvləri 15 nəfərdən ibarətdir. Müsahibədə Komissiyanın bütün üzvləri iştirak etməyə də bilər. Müsahibə zamanı iddiaçıların ixtisas bilikləri (ixtisas fənləri keçməyənlərdən baza bilikləri - riyaziyyat, fizika, kimya, ixtisasa giriş), seçdiyi ixtisas üzrə maraq dairəsi, müsabiqədə iştirak motivasiyası, SOCAR haqqında bilikləri, ölkəmizin neft-qaz tarixi və sairə barədə suallar verilir. İxtisas bilikləri barədə suallar, bir qayda olaraq, ixtisasın əsasını təşkil edən məsələləri əhatə edir. Lakin suallar universitet bilikləri ilə məhdudlaşmır. Hər bir iddiaçı üçün suallar fərqli ola bilər və yuxarıda qeyd olunan bütün istiqamətləri əhatə etməyə bilər. Müsahibənin məqsədi iddiaçının ixtisasına nə dərəcədə ciddi yanaşdığını və bunun üçün nə etdiyini aşkar etməkdir. Hər bir iddiaçıya ən çoxu 9 dəqiqə vaxt ayrılır.
Tövsiyələr:
1.Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin.
2.Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq.
3.Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur.
4.Cavablar qısa və konkret olmalıdır.
5.Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahəsinin mütəxəssisləridir.
6.Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər.
7.Geyiminizə, davranışınıza və danışığınıza fikir verin.
8.Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.
Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu
SOCAR-ın Müsabiqə Komissiyasının 12.05.2014-cü il tarixli iclasında müsabiqənin 2-ci turuna keçid balları müəyyən olunmuşdur. Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:
İxtisas qrupu
Keçid balı
Avtomatika və İKT 32
Ekologiya 30
Energetika 25
Geoloji kəşfiyyat 30
İqtisadiyyat 35
Kimya-texnologiya 27
Mexanika 26
QNM 28
Tikinti 22

Müsabiqənin 2-ci turuna keçənlərin ümumi sayı 280 nəfərdir. 2-ci tura buraxılan tələbələrin siyahısı namizədlər bölməsində və müsahibələrin qrafiki yaxın günlərdə burada yerləşdiriləcəkdir.

Daxili Təqaüd Proqramının 1-ci turunun nəticələri barədə statistik məlumatlar
12.05.2014
Müsabiqənin 1-ci turunda - məntiqi təfəkkürün yoxlanması üzrə test imtahanında ən yüksək bal toplamış tələbələrin siyahısını aşağıda veririk:
S/s Soyadı, adı, atasının adı ATM adı Kurs İxtisası İxtisas qrupu Test balı
1 Qurbanov Tural Rəhim o. ADNA 3 NQ mühəndisliyi QNM 40
2 Məhərrəmli Elmin Mehman o. ADNA 4 NQ mühəndisliyi QNM 39
3 Həsənov Elvin Mehman o. AzDİA 4 Menecment İqtisadiyyat 39
4 Şamıyeva Arzu Rafiq q. BDU 3 Kompüter elmləri Avtomatika və İKT 38
5 Qarazadə Şirxan Mərfətağa o. ADNA 4 NQ mühəndisliyi QNM 38
6 Süleymanov Musa Arif o. ADNA 4 Dünya iqtisadiyyatı İqtisadiyyat 38
7 Hüseynov Faiq Hümbət o. ADNA 4 Dünya iqtisadiyyatı İqtisadiyyat 38
8 Faiqli Raqif Seymur o. ADNA 4 NQ mühəndisliyi QNM 38
9 Əliyev Ulfan Malik o. ADİU 4 Maliyyə İqtisadiyyat 38
Aşağıdakı cədvəldə test imtahanında 50%-dən yuxarı nəticə göstərən namizədlərin ballar və kurslar üzrə sayı verilmişdir.
  Cəmi o cümlədən kurslar üzrə
1 2 3 4 M-1 M-2
İştirak edib 1639 370 389 392 244 174 70
Ən azı 20 bal toplayanlar 1228 233 271 297 226 140 61
Ən azı 21 bal toplayanlar 1132 208 249 272 216 129 58
Ən azı 22 bal toplayanlar 1023 180 214 250 206 122 51
Ən azı 23 bal toplayanlar 929 145 195 229 201 111 48
Ən azı 24 bal toplayanlar 807 115 159 199 190 103 41
Ən azı 25 bal toplayanlar 691 90 132 169 174 90 36
Ən azı 26 bal toplayanlar 598 74 114 139 160 83 28
Ən azı 27 bal toplayanlar 510 63 94 114 147 70 22
Ən azı 28 bal toplayanlar 421 46 74 98 130 57 16
Ən azı 29 bal toplayanlar 334 34 54 74 110 50 12
Ən azı 30 bal toplayanlar 247 21 34 56 93 35 8
Ən azı 31 bal toplayanlar 187 12 21 40 76 32 6
Ən azı 32 bal toplayanlar 132 10 13 34 50 22 3
Ən azı 33 bal toplayanlar 92 6 10 23 37 13 3
Ən azı 34 bal toplayanlar 61 2 6 15 27 10 1
Ən azı 35 bal toplayanlar 30 - 3 8 13 6 -
Ən azı 36 bal toplayanlar 15 - - 5 9 1 -
Ən azı 37 bal toplayanlar 10 - - 3 7 - -
Ən azı 38 bal toplayanlar 9 - - 2 7 - -
Ən azı 39 bal toplayanlar 3 - - 1 2 - -
Ən azı 40 bal toplayanlar 1 - - 1 - - -
Ən azı 20 bal toplayanların xüsusi çəkisi (%-lə) 100,0 19,0 22,1 24,19 18,4 11,4 5,0
Aşağıdakı cədvəldə test imtahanında 50%-dən yuxarı nəticə göstərən namizədlərin ballar və ixtisas qrupları üzrə sayı verilmişdir.
  Cəmi o cümlədən ixtisas qrupları üzrə
Avtom. və İKT Ekologiya Energetika Geoloji kəşfiy. İqtisadiyyat Kimya-texno. Mexa-nika QNM Tikinti
İştirak edib 1639 380 70 133 149 343 130 85 314 35
Ən azı 20 bal toplayanlar 1228 302 49 73 93 276 102 57 251 25
Ən azı 21 bal toplayanlar 1132 276 43 63 85 262 94 50 238 21
Ən azı 22 bal toplayanlar 1023 252 40 54 69 239 86 44 225 14
Ən azı 23 bal toplayanlar 929 229 35 42 61 221 80 39 211 11
Ən azı 24 bal toplayanlar 807 199 27 29 54 197 72 33 186 10
Ən azı 25 bal toplayanlar 691 174 21 24 46 171 58 24 163 10
Ən azı 26 bal toplayanlar 598 156 18 20 41 148 45 21 141 8
Ən azı 27 bal toplayanlar 510 132 13 16 35 124 40 20 125 5
Ən azı 28 bal toplayanlar 421 109 11 15 28 109 28 13 104 4
Ən azı 29 bal toplayanlar 334 93 9 9 24 86 23 8 79 3
Ən azı 30 bal toplayanlar 247 71 8 4 17 64 15 6 61 1
Ən azı 31 bal toplayanlar 187 55 8 2 11 51 9 4 47 -
Ən azı 32 bal toplayanlar 132 41 4 - 5 41 8 1 32 -
Ən azı 33 bal toplayanlar 92 30 - - 3 33 4 1 21 -
Ən azı 34 bal toplayanlar 61 19 - - 3 22 1 - 16 -
Ən azı 35 bal toplayanlar 30 9 - - 2 11 1 - 7 -
Ən azı 36 bal toplayanlar 15 3 - - - 8 - - 4 -
Ən azı 37 bal toplayanlar 10 2 - - - 4 - - 4 -
Ən azı 38 bal toplayanlar 9 1 - - - 4 - - 4 -
Ən azı 39 bal toplayanlar 3 - - - - 1 - - 2 -
Ən azı 40 bal toplayanlar - - - - - - - - 1 -
Ən azı 20 bal toplayanların xüsusi çəkisi (%-lə) 100,00 24,59 3,99 5,94 7,57 22,48 8,31 4,64 20,44 2,04
DİQQƏT!!! Daxili Təqaüd Proqramı çərçivəsində işlə təmin olunma barədə
05.05.2013
İşlə təmin olunmaq üçün müraciət edən Daxili Təqaüd Proqramı məzunlarının nəzərinə proqramın əsasnaməsinin işlə təmin olunma barədə bəndinin şərhini təqdim edirik:
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Daxili təqaüd proqramı haqqında” əsasnaməsinin 6.1-ci bəndi
Son 2 (iki) tədris ilində Təqaüdçü olmuş, SOCAR-ın həyata keçirdiyi “Ödənişli Yay Təcrübəsi” Proqramında ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış ATM məzunları, müvafiq vakansiya olduğu təqdirdə, SOCAR-yə müsabiqədənkənar işə qəbul olunurlar.
ŞƏRHİ
Bu bənd daxili təqaüd proqramı çərçivəsində müsabiqədənkənar işə qəbul şərtlərinə cavab verən ATM məzunlarının işlə təmin olunmaları üçün yazılmışdır. Eyni zamanda bu bənd yalnız və yalnız müvafiq vakansiya olduğu təqdirdə işlə təmin olunmanı nəzərdə tutur.
Şərtlərə cavab verən daxili təqaüd proqramının məzunlarının adları gözləmə siyahısına daxil edilir. Gözləmə siyahısında adları olan namizədlər siyahının qüvvədə olduğu müddətdə (1 il ərzində) iş üçün müraciət edirlər.
Müvafiq vakansiya yarandığı təqdirdə (gözləmə siyahısı qüvvədə olduğu müddətdə) iş üçün müraciət edən eyni ixtisas üzrə təhsil almış namizədlər aşağıdakı seçim meyarları üzrə işlə təmin olunurlar (seçim meyarları prioritet ardıcıllıqla qeyd olunmuşdur):
a) Sonuncu müsahibədən ən yüksək bal toplayan və ödənişli yay təcrübəsindən müsbət rəy alan seçilir;
b) Namizədlərin sonuncu müsahibədən toplanmış balları eyni olarsa, əvvəlki ildəki müsahibə balı yüksək olan və ödənişli yay təcrübəsindən müsbət rəy alan seçilir;
Əgər gözləmə siyahısı qüvvədə olduğu müddətdə müvafiq vakansiya yaranmasa, şəxs işlə təmin olunmur və gözləmə siyahısının müddəti bitdikdə adları siyahıda olan namizədlər siyahıdan çıxarılır.
Təqaüd Müsabiqəsinin 1-ci turunun tarixi və test imtahanına buraxılış vərəqəsi barədə
23.04.2014
Müsabiqənin 1-ci turu - test imtahanı TQDK tərəfindən 4 may 2014-cü il tarixində keçiriləcək. İmtahana şəxsiyyət vəsiqəsiburaxılış vərəqəsi olanlar buraxılacaqlar. İmtahanın keçirilmə saatı və yeri buraxılış vərəqəsində yazılır. Buraxılış vərəqələri 24, 25, 28 və 29 aprel tarixlərində hər gün saat 10:00-dan 17:00-dək (13:00-14:30-dək istisna olmaqla) İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" shadlıq evinin arxası, Nizami
rayon məhkəməsi ilə üzbəüz) paylanacaq. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Hər hansı səbəbdən şəxsiyyət vəsiqəsi özündə olmayan namizədlər imtahanda iştirak etməyə icazə almaq üçün gecikmədən TQDK-ya müraciət etməlidirlər.

QEYD: 1. Buraxılış vərəqəsini götürmək imkanı olmayanların əvəzinə buraxılış vərəqəsini digər şəxs həmin namizədin şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməklə götürə bilər.
2. İmtahan günü testin keçiriləcəyi binaya daxil olmaq üçün yalnız şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi təqdim edilməlidir. İmtahan günü tələbə biletini gətirməyə ehtiyac yoxdur.

İmtahan haqqında qısa məlumat:
Müsabiqənin 1-ci turunda namizədlər bölməsində adının qarşısında "seçildi" statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.
İmtahana aşağıdakıları gətirmək qadağandır:
- Mobil telefon və digər yardımçı vasitələr;
- Konspekt;
- Əl çantaları və s.
İmtahanın nəticələri saytımızda elan olunacaq. 2-ci tura keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.
Yaddaş kitabçası haqda
Təqaüd müsabiqəsi üzrə test imtahanına daxil olmazdan öncə TQDK-nın təqdim etdiyi YADDAŞ KİTABÇASI ilə yaxından tanış olun
Diqqət! - İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, onların imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar. - - Buraxılış vərəqənizin üzərində olan iş nömrəsini yadınızda saxlayın. İmtahan nəticələri saytımızda iş nömrələri üzrə yerləşdiriləcək.
DAXİLİ TƏQAÜD PROQRAMINA MÜRACİƏT EDƏN TƏLƏBƏLƏRIN NƏZƏRINƏ!
19.03.2014
Daxili Təqaüd Proqramına sənəd qəbulu bitmişdir. 19.03.2014-cü il tarixdə saat 17:00-dək müraciət edənlər öz statusları ilə növbəti iş günündə tanış ola bilərlər.
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd müsabiqəsinə sənəd qəbulunun müddəti uzadıldı
14.03.2014

E-mail ünvanımıza gələn çoxsaylı müraciətləri nəzərə alaraq, qeydiyyat müddəti daha 5 gün artırıldı. Beləliklə, son qeydiyyat günü 19.03.2014 tarixində 17:00-dur. İştirak etmək istəyənlər müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Çatışmayan sənədləri göndərmək üçün yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur, sadəcə tis@socar.az e-poçtuna ünvanlayın


Çatışmayan sənədləri göndərmək üçün əlavə vaxt verilməyəcək.

DİQQƏT! SOCAR-ın Daxili Təqaüd müsabiqəsinə sənəd qəbulu başlandı
17.02.2014

Müsabiqə 2013-2014-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır)
Son qeydiyyat tarixi:
14 mart 2014-cü il
DİQQƏT!!! Daxili Təqaüd Proqramı çərçivəsində SOCAR-da işlə təmin olunanların nəzərinə!
08.10.2013
Bu günə qədər Daxili Təqaüd Proqramı çərçivəsində SOCAR-da işlə təmin olunanlarla, yəni “Gənc mütəxəssis” statusuna malik olanlarla 11 oktyabr 2013-cü il tarixində saat 14:00-da SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun görüşü təşkil ediləcəkdir. Görüşün keçiriləcəyi yer: SOCAR-ın Baş ofisi (Neftçilər prospekti 73, Azneft dairəsinin yanı)
QEYD: Görüşlə əlaqədar işçilərlə telefon bağlantısı qurulacaq və yalnız iştirakını təsdiqləyən mütəxəssislərin görüşdə iştirakı mümkün olacaqdır.

Sonuncu Təqaüd müsabiqəsi qaliblərinin nəzərinə
30.09.2013
2012-2013-cü tədris ili üzrə keçirilən Təqaüd müsabiqəsinin qalibləri- yeni və vaxtı uzadılmış kartların sahibləri (tədbirdə iştirak edə bilməyənlər) öz kartlarını 30.09.2013-04.10.2013-cü il tarixlərində saat 10:00-dan 12:00-a və 15:00-dan 17:00-a qədər SOCAR-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsindən ala bilərlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
QEYD:
- Kartları almağa gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın.
- Əgər təqaüdçünün plastik bank kartını götürmək imkanı yoxdursa (hərbi xidmət və s. səbəbdən), kartı onun əvəzinə digər şəxs ancaq ümumi etibarnamə tədqim etdikdən sonra götürə bilər.
Təqaüd kartlarının təqdimetmə mərasimi keçirildi
30.09.2013
27 sentyabr 2013-cü il tarixində 2012-2013-cü tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramı üzrə ilk dəfə təqaüdçü statusu qazanan tələbələrə təqaüd kartlarının təqdimetmə mərasimi keçirilmişdir. Tədbiri SOCAR-ın prezidenti Rövnəq Abdullayev açıq elan etmiş, qonaqları salamlamış və SOCAR-ın layihələri və proqramları barəsində tədbir iştirakçıları üçün məlumatverici nitqlə çıxış etmişdir. Daha sonra Bakı Dövlət Universitetinin rektoru professor Abel Məhərrəmov nitq söyləmişdir. O,
SOCAR-ın təhsil sahəsində keçirdiyi layihələri yüksək qiymətləndirdiyini söylədi və bu istiqamətdə daim əməkdaşlıq etməyə hazır olduqlarını vurğuladı. Daha sonra söz Azərbabycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova verildi. O, təhsil layihələrinin ölkənin təhsil sisteminə töhfə verdiyini söylədi və öz təəssüratlarını gənclərlə paylaşdı
Çıxışçılardan sonra ilk dəfə təqaüdçü olanlara plastik bank kartları təqdim edildi.
Tədbirin şəkilləri ilə buradan tanış ola bilərsiniz.
Diqqət! 2012-2013-cü tədris ili üzrə təqaüd kartlarının təqdimetmə mərasimi
19.09.2013
27 sentyabr 2013-cü il tarixdə saat 15:30-da SOCAR-ın Baş Ofisində (Neftçilər prospekti 73, Azneft dairəsinin yanı) keçiriləcək tədbirdə iştirak edəcək tələbələrin siyahısı müəyyənləşmişdir. Tədbirdə yalnız qeydiyyatdan keçmiş ilk dəfə təqaüdçü adını qazanan tələbələr iştirak edəcəkdir.

Tədbirdə iştirak edəcək təqaüdçülərin siyahısı

Qeyd: Mərasimə gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın!
DİQQƏT!!! Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə!
18.09.2013

Daxili Təqaüd Proqramının Əsasnaməsinə uyğun olaraq 2012-2013-cü tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramının şərtlərə cavab verən qalibləri müvafiq vakansiya olduğu təqdirdə, SOCAR-da müsabiqədənkənar işə qəbul oluna bilərlər. Son 2 (iki) tədris ilində Təqaüdçü olmuş, SOCAR-ın həyata keçirdiyi “Ödənişli Yay Təcrübəsi” Proqramında ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış ATM məzunları müsabiqədənkənar işə qəbul edilmək üçün müəyyən olunmuş qaydada Gözləmə siyahısına daxil edilirlər. Gözləmə siyahısı barədə aşağıdakı punktlara diqqət yetirməyiniz vacibdir:

  1. Gözləmə siyahısında adları olan məzunlar siyahının qüvvədə olduğu müddətində tis@socar.az e-mail ünvanına işə qəbul olunmaq üçün müraciət etməlidir.
  2. Gözləmə siyahısının qüvvədə olma müddəti ATM məzunları üçün 1 (bir) ildir (təhsilini bitirdiyi ilin sentyabr ayından başlayaraq). Hərbi xidmətdə olan ATM məzunları üçün gözləmə siyahısının qüvvədə olma müddəti 2 (iki) ildir.
  3. Adları gözləmə siyahısında olan ATM məzunları əyani bölmədə təhsillərini davam etdirdikdə, Gözləmə siyahısından çıxarılırlar.
  4. SOCAR tərəfindən təklif olunmuş işdən imtina edən ATM məzunu Gözləmə siyahısından müəyyən olunmuş qaydada çıxarıla bilər.
  5. Adları gözləmə siyahısında olan məzunlar işə qəbul olunmaq üçün həmçinin adi qaydada da müraciət edə bilərlər (müsabiqə yolu ilə, müvafiq vakansiyaya müraciət edərək).
Gözləmə siyahısı ilə buradan tanış ola bilərsiniz

QEYD 1: Hərbi xidmətə getməyən məzunların gözləmə siyahısında qalma müddəti 1 ildir. İşə qəbul olunmaq üçün gözləmə siyahısındakı 2-ci ilin müddəti ərzində müraciət edən məzunlardan (kişi) həqiqi hərbi xidmət keçmə barəsnində hərbi bilet tələb olunacaqdır.

QEYD 2: Gözləmə siyahısında qeyd olunan müddətin əvvəlində işə qəbul olunmaq üçün müraciət etmək məsləhət görülür, çünki müvafiq vakansiyanın yaranması və işə qəbul prosesləri müəyyən vaxt alır.

DİQQƏT!!! Təqaüd kartlarının təqdimetmə mərasimi
12.09.2013

2012-2013-cü tədris ili üzrə SOCAR-ın həyata keçirdiyi Daxili Təqaüd Proqramına əsasən təqaüdçü olan tələbələrin nəzərinə:
27 sentyabr 2013-ci il tarixinədək SOCAR-ın Baş Ofisində (Neftçilər prospekti 73, Azneft dairəsinin yanı) təqaüd kartlarının təqdim edilməsi mərasimi keçiriləcəkdir. Dəqiq tarix və vaxt barədə ətraflı 23 sentyabr tarixinə qədər müvafiq elan yerləşdiriləcəkdir. Mərasimdə iştirak etmək üçün aşağıdakı linkdən istifadə edərək indidən qeydiyyatdan keçmək lazımdır:
QEYDİYYAT ÜÇÜN FORMA

Qeydiyyat üçün son tarix: 19.09.2013-cü il saat 12:00.
Gənc mütəxəssislərin nəzərinə
05.09.2013

Daxili Təqaüd Proqramı çərçivəsində təqaüdçü statusu  ilə müsabiqədən kənar işə qəbul olunmuş gənc mütəxəssislərdən İRD-nin Təlim və inkişaf şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Əlaqə nöm: (012-521 15 78)

DİQQƏT! Sonuncu Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə
06.06.2013
2012-2013-cü tədris ili üzrə keçirilən Daxili Təqaüd müsabiqəsinin qaliblərinin nəzərinə: vaxtı bitmiş təqaüd kartlarını 10, 11 və 12 iyun tarixlərində saat 14:00-dan 17:00-dək SOCAR-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinə təqdim etməlidirlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
İlk dəfə təqaüdçü seçilən tələbələrə kartların verilməsi barədə elan isə növbəti həftələrdə saytımızda yerləşdiriləcəkdir.
QEYD: Təqaüdçü seçilən 4-cü kurs tələbələrinə tövsiyə olunur ki, hərbi xidmətə gedəcəkləri təqdirdə indidən hər hansı bir digər şəxsə ümumi etibarnamə versinlər ki, yeni və ya vaxtı uzadılmış kartları hərbi xidmətdə olacaqları zaman digər şəxslərin götürə bilmələri mümkün olsun. Etibarnamə olmadan kartlar yaxın qohumlara belə verilməyəcəkdir.
Təqaüdçülərin nəzərinə
31.05.2013
29.05.2013-cü il tarixində 2012-2013-cü tədris ilinin nəticələrinə əsasən keçirilən Təqaüd Proqramı çərçivəsində Müsabiqə Komissiyasının yekun iclası baş tutmuşdur. İclasda müsahibələrin nəticələri müzakirə olunmuş və təqaüdçü seçilmək hüququ qazanmış tələbələrin siyahısı təsdiqlənmişdir.


Təqaüdçülərin siyahısı ilə buradan tanış ola bilərsiniz!

DİQQƏT! Daxili Təqaüd Proqramı- Müsahibələrə start verilir!
24.04.2013
2012-2013-cü tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramının 2-ci turuna- müsahibələrə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki burada yerləşdirilmişdir.  Müsahibələrə gələrkən aşaöıdakı sənədlərin gətirilməsi vacibdir:
- şəxsiyyət vəsiqəsi; 
- tələbə bileti; 
- Rəsmi transkriptin əsli 
Müsahibələr SOCAR-ın Baş Ofisində keçiriləcəkdir.
Ünvan: SOCAR, Baş ofis, Neftçilər pr 73. (Xəritə üçün bura daxil olun)

QEYD: Müsahibəyə rəsmi transkriptin surəti və ya scan-print versiyası gətirənlər müsahibələrə buraxılmayacaqdır. Transkriptin yalnız əsli keçərli olacaqdır.

Müsabiqənin 2-ci turu barədə
Müsabiqənin 2-ci turu fərdi müsahibələr yolu ilə keçirilir. Müsahibəni SOCAR-ın əməkdaşlarından ibarət xüsusi komissiya aparır. Komissiyanın tərkibinə müsabiqəyə buraxılan bütün ixtisaslardan olan mütəxəssislər daxildir. Komissiyanın sədri SOCAR-ın kadr, rejim və İT üzrə vitse-prezidenti Xalik Məmmədovdur, üzvləri 15 nəfərdən ibarətdir. Müsahibədə Komissiyanın bütün üzvləri iştirak etməyə də bilər. Müsahibə zamanı iddiaçıların ixtisas bilikləri (ixtisas fənləri keçməyənlərdən baza bilikləri - riyaziyyat, fizika, kimya, ixtisasa giriş), seçdiyi ixtisas üzrə maraq dairəsi, müsabiqədə iştirak motivasiyası, SOCAR haqqında bilikləri, ölkəmizin neft-qaz tarixi və sairə barədə suallar verilir. İxtisas bilikləri barədə suallar, bir qayda olaraq, ixtisasın əsasını təşkil edən məsələləri əhatə edir. Lakin suallar universitet bilikləri ilə məhdudlaşmır. Hər bir iddiaçı üçün suallar fərqli ola bilər və yuxarıda qeyd olunan bütün istiqamətləri əhatə etməyə bilər. Müsahibənin məqsədi iddiaçının ixtisasına nə dərəcədə ciddi yanaşdığını və bunun üçün nə etdiyini aşkar etməkdir. Hər bir iddiaçıya ən çoxu 9 dəqiqə vaxt ayrılır.
Tövsiyələr:
1.Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin.
2.Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq.
3.Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur.
4.Cavablar qısa və konkret olmalıdır.
5.Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahəsinin mütəxəssisləridir.
6.Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər.
7.Geyiminizə, davranışınıza və danışığınıza fikir verin.
8.Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.
Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu
22.04.2013
SOCAR-ın Müsabiqə Komissiyasının bu günki iclasında müsabiqənin 2-ci turuna keçid balları müəyyən olunmuşdur. Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:
İxtisas qrupu
Keçid balı
Avtomatika və İKT 32
İqtisadiyyat 32
QNM 26
Ekologiya 25
Geoloji kəşfiyyat 25
Qazma 25
Kimya-texnologiya 23
Boru kəmərləri 22
Energetika 22
Mexanika 22
Tikinti 20
Nəqliyyat 20
Gəmiçilik 20

Müsabiqənin 2-ci turuna keçənlərin ümumi sayı 397 nəfərdir. 2-ci tura buraxılan tələbələrin siyahısı namizədlər bölməsində və müsahibələrin qrafiki yaxın günlərdə burada yerləşdiriləcəkdir.
Qeyd: Proqramın şərtlərini (digər kommersiya təşkilatından təqaüd aldıqları üçün) p
ozduqları üçün 4 nəfər namizəd layihədən kənarlaşdırıldı və qara siyahıya salındı. Bu namizədlər bundan sonra SOCAR-ın gənclərlə bağlı həyata keçirdiyi layihələrdə iştirak edə bilməyəcəklər.

Daxili Təqaüd Proqramının 1-ci turunun nəticələri barədə statistik məlumatlar
17.04.2013
Müsabiqənin 1-ci turunda - məntiqi təfəkkürün yoxlanması üzrə test imtahanında ən yüksək bal toplamış tələbələrin siyahısını aşağıda veririk:
S/s Soyadı, adı, atasının adı ATM adı Kurs İxtisası İxtisas qrupu Test balı Təqaüdçü olma sayı
1 Bəylərzadə Azər Qanbay o. ADNA 4 Dağ-Mədən mühəndisliyi Geoloji kəşfiyyat 37 Təqaüdçü olmayıb
2 Allahverdiyev Cəlal Şəmsəddin o. ADİU 3 Maliyyə İqtisadiyyat 35 1 dəfə (4-cü sem.)
3 Baxşəliyev Bəhruz Əbülfət o. Qafqaz Un. M-1 İT idarəetmə Avtomatika və İKT 35 Təqaüdçü olmayıb
4 Əliyev Hacı Ərzuman o. ADNA 3 NQ mühəndisliyi QNM 35 3 dəfə (2.3.4 sem.)
5 Eyyubov Ziyadxan Yavuz o. Qafqaz Un. 4 Kompüter mühəndisliyi Avtomatika və İKT 35 1 dəfə (4-cü sem.)
6 Hüseynov Rüfət Faiq o. ADNA 4 NQY işlənməsi və istismarı  QNM 35 3 dəfə (2.4.6 sem.)
Aşağıdakı cədvəldə test imtahanında 50%-dən yuxarı nəticə göstərən namizədlərin ballar və kurslar üzrə sayı verilmişdir.
  Cəmi o cümlədən kurslar üzrə
1 2 3 4 M-1 M-2
İştirak edib 1904 423 473 395 292 233 88
Ən azı 20 bal toplayanlar 1377 237 315 274 275 205 71
Ən azı 21 bal toplayanlar 1226 204 261 240 264 192 65
Ən azı 22 bal toplayanlar 1095 169 224 213 256 173 60
Ən azı 23 bal toplayanlar 946 139 184 178 237 158 50
Ən azı 24 bal toplayanlar 812 110 150 151 217 141 43
Ən azı 25 bal toplayanlar 659 74 105 128 198 118 36
Ən azı 26 bal toplayanlar 523 56 79 95 171 92 30
Ən azı 27 bal toplayanlar 402 35 59 75 143 67 23
Ən azı 28 bal toplayanlar 318 27 44 53 121 52 21
Ən azı 29 bal toplayanlar 230 15 30 35 95 39 16
Ən azı 30 bal toplayanlar 156 11 20 28 60 27 10
Ən azı 31 bal toplayanlar 106 8 12 19 42 20 5
Ən azı 32 bal toplayanlar 64 6 6 13 28 9 2
Ən azı 33 bal toplayanlar 32 1 4 5 16 5 1
Ən azı 34 bal toplayanlar 16 - 1 5 7 3 -
Ən azı 35 bal toplayanlar 7 - - - 4 1 -
Ən azı 36 bal toplayanlar 2 - - - 2 - -
Ən azı 37 bal toplayanlar 2 - - - 2 - -
Ən azı 38 bal toplayanlar 1 - - - 1 - -
Ən azı 39 bal toplayanlar 0 - - - - - -
Ən azı 20 bal toplayanların xüsusi çəkisi (%-lə) 72,32 17,21 22,88 19,90 19,97 14,89 5,16
Aşağıdakı cədvəldə test imtahanında 50%-dən yuxarı nəticə göstərən namizədlərin ballar və ixtisas qrupları üzrə sayı verilmişdir.
  Cəmi o cümlədən ixtisas qrupları üzrə
Avtom. və İKT Boru kəmər. Ekolo-giya Energe-tika Geoloji kəşfiy. İqtisadiy-yat Kimya-texno. Mexa-nika Qazma QNM Tikinti Nəqliy-yat Gəmi-çilik
İştirak edib 1904 497 5 91 128 150 477 141 68 4 291 43 1 8
Ən azı 20 bal toplayanlar 1377 366 4 56 79 106 356 95 51 4 238 20 - 2
Ən azı 21 bal toplayanlar 1226 330 4 48 67 92 315 87 43 4 218 17 - 1
Ən azı 22 bal toplayanlar 1095 295 4 46 51 84 287 71 38 4 199 15 - 1
Ən azı 23 bal toplayanlar 946 259 3 38 41 70 256 58 33 4 174 9 - 1
Ən azı 24 bal toplayanlar 812 222 3 29 32 60 224 46 25 4 159 7 - 1
Ən azı 25 bal toplayanlar 659 184 3 21 25 50 183 31 18 4 135 4 - 1
Ən azı 26 bal toplayanlar 523 146 2 13 17 40 150 22 14 4 114 2 - 1
Ən azı 27 bal toplayanlar 402 111 2 9 12 30 113 15 12 2 94 2 - -
Ən azı 28 bal toplayanlar 318 85 2 3 11 28 89 11 10 2 76 2 - -
Ən azı 29 bal toplayanlar 230 56 2 2 6 24 64 8 7 1 59 1 - -
Ən azı 30 bal toplayanlar 156 43 - - 1 19 40 6 7 1 38 1 - -
Ən azı 31 bal toplayanlar 106 33 - - - 12 28 3 4 1 25 1 - -
Ən azı 32 bal toplayanlar 64 19 - - - 7 18 3 2 - 14 1 - -
Ən azı 33 bal toplayanlar 32 9 - - - 4 11 - - - 8 - - -
Ən azı 34 bal toplayanlar 16 4 - - - 2 5 - - - 5 - - -
Ən azı 35 bal toplayanlar 7 2 - - - 1 2 - - - 2 - - -
Ən azı 36 bal toplayanlar 2 - - - - 1 1 - - - - - - -
Ən azı 37 bal toplayanlar 2 - - - - 1 1 - - - - - - -
Ən azı 38 bal toplayanlar 1 - - - - - 1 - - - - - - -
Ən azı 39 bal toplayanlar 0 - - - - - - - - - - - - -
Ən azı 40 bal toplayanlar 0 - - - - - - - - - - - - -
Ən azı 20 bal toplayanların xüsusi çəkisi (%-lə) 72,32 26,58 0,29 4,07 5,74 7,70 25,85 6,90 3,70 0,29 17,28 1,45 - 0,15
TQDK tərəfindən keçirilən imtahanın nəticələri açıqlandı
15.04.2013
Müsabiqəyə 2505 tələbə müraciət etmiş, 1-ci tura 2128 nəfər buraxılmış, lakin imtahanda 1904 nəfər iştirak etmişdir. TQDK tərəfindən keçirilən test imtahanının nəticələrini görmək üçün bura daxil olun. Hazırda imtahanın nəticələri təhlil olunur. Bu təhlilə əsasən hazırlanacaq təkliflər SOCAR-ın Müsabiqə Komissiyasının iclasında müzakirə olunduqdan sonra hər ixtisas qrupu üzrə keçid balı təsdiq olunacaq və burada elan olunacaq.
İmtahana buraxılış vərəqəsini almayanların nəzərinə
12.04.2013
Buraxılış vərəqəsini götürməyən tələbələr imtahan günü, yəni 14.04.2013-cü il tarixində BDU-nun yeni korpusunun qarşısında saat 09:30-dən 10:00-dək SOCAR əməkdaşlarından ala bilərlər.
Şəxsiyyət vəsiqənizi götürməyi unutmayın!!!
Üzərində mobil telefon olan namizədlər imtahana buraxılmayacaqlar!!!
Təqaüd Müsabiqəsinin 1-ci turunun tarixi və test imtahanına buraxılış vərəqəsi barədə
08.04.2013
Müsabiqənin 1-ci turu - test imtahanı TQDK tərəfindən 14 aprel 2013-cü il tarixində keçiriləcək. İmtahana şəxsiyyət vəsiqəsi buraxılış vərəqəsi olanlar buraxılacaqlar. İmtahanın keçirilmə saatı və yeri buraxılış vərəqəsində yazılır. Buraxılış vərəqələri 10.04.2013-cü il tarixdən 12.04.2013-cü il tarixədək hər gün saat 10:00-dan 17:00-dək (13:00-14:00-dək istisna olmaqla) İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" shadlıq evinin arxası, Nizami
rayon məhkəməsi ilə üzbəüz) paylanacaq. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Hər hansı səbəbdən şəxsiyyət vəsiqəsi özündə olmayan namizədlər imtahanda iştirak etməyə icazə almaq üçün gecikmədən TQDK-ya müraciət etməlidirlər.
İmtahan haqqında qısa məlumat:
Müsabiqənin 1-ci turunda namizədlər bölməsində adının qarşısında "seçildi" statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər düzgün cavab 1 bal qiymətləndirilir. Səhv cavablar ümumi balı azaltmır. Testlər azərbaycan və rus dillərində tərtib olunmuşdur.
İmtahana aşağıdakıları gətirmək qadağandır:
- Mobil telefon və digər yardımçı vasitələr;
- Konspekt;
- Əl çantaları və s.
İmtahanın nəticələri saytımızda elan olunacaq. 2-ci tura keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.
Yaddaş kitabçası haqda
Təqaüd müsabiqəsi üzrə test imtahanına daxil olmazdan öncə TQDK-nın təqdim etdiyi YADDAŞ KİTABÇASI ilə yaxından tanış olun
Diqqət! - İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, onların imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar.
- Buraxılış vərəqənizin üzərində olan iş nömrəsini yadınızda saxlayın. İmtahan nəticələri saytımızda iş nömrələri üzrə yerləşdiriləcək.
DİQQƏT! TƏQAÜD PROQRAMINA MÜRACİƏT EDƏN TƏLƏBƏLƏRIN NƏZƏRİNƏ!
16.03.2013
Təqaüd müsabiqəsinə sənəd qəbulu başa çatmışdır. Müsabiqəyə müraciət edən tələbələrin siyahısı 2 gün ərzində sistemləşdirilərək saytımızda yerləşdiriləcəkdir. Çatışmayan sənədlərinizi isə 19.03.2013-cü il tarixinədək tis@socar.az ünvanına göndərə bilərsiniz. Qeyd olunan tarixdən gec göndərilən sənədlərə baxılmayacaqdır.
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd müsabiqəsinə sənəd qəbulunun müddəti uzadıldı
11.03.2013
E-mail ünvanımıza gələn çoxsaylı müraciətləri nəzərə alaraq, qeydiyyat müddəti daha 4 gün artırıldı. Beləliklə, son qeydiyyat günü 15.03.2013 tarixidir. İştirak etmək istəyənlər müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Çatışmayan sənədləri göndərmək üçün yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur, sadəcə tis@socar.az e-poçtuna ünvanlayın
İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrlə görüş keçirmişlər
07.03.2013
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları 05-06.02.2013-cü il tarixlərində SOCAR tərəfindən gənclər üçün təsis edilmiş layihələrin təbliği və eyni zamanda tələbələrin karyera yüksəlişlərinə təkan vermək niyyəti ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında görüş keçirmişdir. Təqdimatdan öncə Tədris və tərbiyə işləri üzrə prorektor Süleymanov Əsədullah, Dəniz texnikası və gəmiçilik fakültəsinin dekanı,
professor Zahid Şərifov və Dəniz daşımaları və idarəetmə fakültəsinin dekanı,dosent Məmmədov Ramis SOCAR əməkdaşlarını və tələbələri salamlamış, görüşün mahiyyəti barədə tələbələrə qısa məlumat vermişdir. Əsədullah müəllim həmçinin universitetin əldə etdiyi uğurlardan, yeni layihələrdən də söz açmışdır. Daha sonra Təlim və İnkişaf şöbəsinin əməkdaşları Samirə Təhməzova və Sevinc Sultanova şirkətin Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, "Yay Məktəbi" layihələri barədə ətraflı məlumat vermiş, gəncləri aktiv olmağa çağırmışlar. Sonda İnsan Resursları Departamentinin əməkdaşları tələbələri maraqlandıran suallara ətraflı cavab vermişlər
DİQQƏT! Gənc mütəxəssislər barədə
21.02.2013
SOCAR-ın Daxili Təqaüd Proqramı çərçivəsində təqaüdçü statusu ilə müsabiqədən kənar işə qəbul olunmaq şansı olan, lakin müsabiqə (saytda elan olunan vakansiyalar üzrə) yolu ilə işə qəbul olan gənclərə Gənc Mütəxəssis statusu verilməyəcəkdir.
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd müsabiqəsi üçün sənəd qəbulu başlandı
18.02.2013

Müsabiqə 2012-2013-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura (yalnız əyani) və magistratura (əyani və ya qiyabi) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. İştirak etmək istəyənlər müsabiqənin şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır)

Son qeydiyyat tarixi: 11 mart 2013-cü il

Daxili Təqaüd Proqramı- Yeni şərtlərlə
06.02.2013
Son illər kadrların hazırlanması və idarə edilməsi sahəsində tələblərin artmasını, bu sahədə işin təkmilləşdirilməsini və yenidən qurulmasını nəzərə alaraq, SOCAR-ın Daxili Təqaüd Proqramının şərtlərində dəyişikliklərə ehtiyac yaranmışdır. Bununla əlaqədar olaraq Daxili Təqaüd Proqramı barədə yeni Əsasnamə qəbul olunmuş və bu əsasnaməyə əsasən, təqaüd müsabiqəsinin şərtlərinə bəzi dəyişikliklər edilmişdir. Belə ki, 2012-2013-cü tədris ilindən etibarən ildə bir dəfə keçiriləcək olan Daxili Təqaüd Proqramının şərtlərinə edilmiş dəyişikliklər barədə ətraflı məlumat şərtlərsuallar bölməsində yerləşdirilmişdir. İxtisaslara edilmiş əlavə və dəyişikliklər barədə məlumatı isə ixtisaslar bölməsindən əldə etmək mümkündür.
Təqaüd kartlarının təqdimetmə mərasimi keçirildi
04.02.2013
Fevralın 1-də "Neftqazelmitədqiqatlayihə" İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin Gənclər günü münasibəti ilə Şirkətdə çalışan gənc neftçilər, habelə həyata keçirilən Təqaüd proqramlarının məzunları ilə görüşü olmuşdur.Görüşdə SOCAR-ın vitse-prezidentləri və struktur bölmələrinin rəhbərləri iştirak etmişlər. SOCAR prezidenti Rövnəq Abdullayev Gənclər günü münasibəti ilə iştirakçıları təbrik etmiş, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən yeni
neft strategiyasının qələbələrindən ətraflı söz açmış, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs etmişdir. Şirkət prezidenti yeni layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu söyləmiş və kadr hazırlığı sahəsində SOCAR-ın həyata keçirdiyi proqramların əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə azərbaycanlı gənclərin xarici ölkə universitetlərində təhsilinin təşkil olunmasına 2006-cı ildən başlanılmışdır. İndiyədək həmin proqram çərçivəsində 202 gəncin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilmişdir. Onların 130 nəfəri təhsilini müvəffəqiyyətlə bitirib Vətənə qayıtmış və SOCAR-da işlə təmin olunmuşdur. Hazırda 72 təqaüdçü təhsilini uğurla davam etdirir. Şirkət prezidenti Azərbaycanda fəaliyyət göstərən ali məktəb tələbələrinə müsabiqə əsasında verilən SOCAR təqaüdlərinin də gənclər arasında xüsusi populyarlıq qazandığını qeyd etmişdir. Rövnəq Abdullayev bildirmişdir ki, həm xaricdə, həm də ölkə daxilində həyata keçirilən təqaüd müsabiqələrinin qalibləri daim diqqət mərkəzindədirlər. İşə qəbul zamanı onlara üstünlük verilir. İndiyədək 144 nəfər bu yolla işə qəbul olunmuşdur. Gənc kadrlar həmçinin yataqxana ilə təmin olunur və mənzil növbəsinə götürülürlər. Daha sonra neft sənayesi üçün lazım olan fəhlə kadrlarının hazırlanması məsələsinə toxunan Şirkət prezidenti qeyd etmişdir ki, bu sahədə köklü irəliləyişə nail olunmuş, ixtisaslı işçilərin hazırlanması, mütəxəssislərin fasiləsiz təlimlərə cəlb olunması üçün zəruri şərait yaradılmışdır. Daha sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək Azərbaycanda neftçıxarmanın qədim və zəngin tarixə malik olduğundan danışmış, milli neft sənayesinin ənənələrindən söz açmışdır. O, neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində ən mütərəqqi yeniliklərin məhz Azərbaycanda tətbiq edildiyini diqqətə çatdırmışdır. X.Yusifzadə gənclərə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan söz açmış, tövsiyələrini vermişdir. Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, neft-qaz sənayesinin inkişaf perspektivləri haqda fikirlərini söyləmiş, onları düşündürən məsələlər haqda Şirkət rəhbərliyinə müraciət etmişlər. Gənclərin fikir və təkliflərinə münasibət bildirilmiş, sualları ətraflı cavablandırılmışdır.
Tələbərin nəzərinə! Eletron ünvanımız dəyişdi
13.12.2012
17.12.2012-ci il tarixindən etibarən Təlim və inkişaf şöbəsinə məxsus khs@socar.az elektron ünvanı tis@socar.az ünvanı ilə əvəz ediləcəkdir. Qeyd olunan tarixdən müraciətlərinizin tis@socar.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Tələbələrin nəzərinə! Şərəf lövhəsi bölməsi yaradıldı
07.12.2012
Əziz tələbələr, bildiyiniz kimi SOCAR rəhbərliyi təsis etdiyi layihələrin iştirakçılarını daim diqqətdə saxlayır, təqaüdçülərin təhsil aldıqları müddətdə göstəriciləri ilə maraqlanır, sizlərin hər bir uğuruna sevinir. Artıq 2012-ci ili başa vurmaq üzrəyik. İlin yekunu olaraq 2011-2012-ci tədris ilindən etibarən layihələrdə iştirak etmiş, fəallıqları, eləcə də təhsil göstəriciləri ilə fərqlənmiş gənclər üçün "Şərəf lövhəsi" bölməsini sizə təqdim edirik. Adları Şərəf lövhəsinə düşmüş tələbələrə əlavə heç bir imtiyaz verilmir.

Şərəf lövhəsində yer almaq üçün layihə içtirakçıları aşağıdakı kriteriyalara uyğun gəlməlidirlər:
Xarici Təqaüd Proqramı:
Rəsmi qiymət cədvəlinə əsasən seçilir

Daxili Təqaüd Proqramı:
Müsahibənin nəticəsinə əsasən seçilən ilk beş tələbə

Yay Məktəbi:
Yay məktəbi layihəsinin ən fəal iştirakçısı adına layiq görülmüş gənclər

Ödənişli Yay Təcrübəsi:
2013-cü ildən etibarən təcrübə rəhbərlərinin təqdim edəcəkləri rəylərə əsasən seçiləcək. Bu tələbələr keçdikləri təcrübə ilə bağlı əlavə müsahibəyə çağırıla bilərlər.

Qeyd: Xahiş edirik bu "Şərəf lövhəsi" layihəsi ilə bağlı irad, təklif və rəylərinizi bizə bildirəsiniz. Lövhə 01.01.2013-cü il tarixdən aktiv olacaqdır.

Təqaüd kartlarının təqdimetmə mərasimi keçirildi
04.12.2012
Dekabrın 3-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə 2011-2012-ci tədris ilinin I semestrinin nəticələrinə görə SOCAR təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.Mərasimi SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov açaraq, Şirkətin təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışdır. Şirkətin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxış zamanı qeyd etmişdir ki, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasında
gənclərin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi, perspektivli neftçi mütəxəssislərin hazırlanması, Şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə 2004-2005-ci tədris ilindən başlayaraq SOCAR-ın Təqaüd Proqramı həyata keçirilir. 2011-2012-ci tədris ilinin I semestrinin nəticələrinə əsasən Təqaüd Proqramına 20 ali təhsil müəssisəsindən 2014 nəfər tələbə müraciət etmiş, 1709 nəfər tələbə proqramın tələb və şərtlərinə uyğun gəldiyi üçün TQDK-nın həyata keçirdiyi test imtahanına buraxılmış və onlardan 1483 nəfəri imtahanda iştirak etmişdir. Komissiya üzvlərinin müəyyən etdikləri müvafiq keçid balını toplayan 384 nəfər tələbə növbəti mərhələyə, yəni müsahibəyə dəvət almışlar. Müsahibələrin nəticəsi olaraq 184 nəfər namizəd SOCAR-ın təqaüdçüsü adına layiq görülmüşdür. Qeyd olunmuşdur ki, 184 nəfər tələbədən 83 nəfəri ilk dəfə tədaüdçü statusu qazanmış tələbələrdir. Sonda SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ilk dəfə təqaüdə layiq görülmüş 83 tələbəyə SOCAR-ın təqaüdlərini (plastik kartları) təqdim etmişlər. Tədbirin sonunda X. Məmmədov bir daha müsabiqə iştirakçılarını təbrik etmiş, onlara daha böyük müvəffəqiyyətlər arzulamışdır.
Sonuncu Təqaüd müsabiqəsi qaliblərinin nəzərinə
03.12.2012
2011-2012-ci tədris ilinin 1-ci semestr nəticələrinə əsasən keçirilən Təqaüd müsabiqəsinin qalibləri- yeni və vaxtı uzadılmış kartların sahibləri (tədbirdə iştirak edə bilməyənlər) öz kartlarını 04.12.2012-07.12.2012-ci il tarixlərində saat 10:00-dan 12:00-a və 15:00-dan 17:00-a qədər SOCAR-ın İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsindən ala bilərlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
QEYD:
- Kartları almağa gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın.
- Əgər təqaüdçünün plastik bank kartını götürmək imkanı yoxdursa (hərbi xidmət və s. səbəbdən), kartı onun əvəzinə digər şəxs ancaq ümumi etibarnamə tədqim etdikdən sonra götürə bilər.
Diqqət! Təqaüd kartlarının təqdimetmə mərasimi üçün qeydiyyatdan keçənlərin nəzərinə
01.12.2012
3 dekabr 2012-ci il tarixdə saat 15:00-da SOCAR-ın Baş Ofisində (Neftçilər prospekti 73, Azneft dairəsinin yanı) keçiriləcək tədbirdə iştirak edəcək tələbələrin siyahısı müəyyənləşmişdir. Yer məhdudiyyətini nəzərə alaraq bütün qeydiyyatdan keçənlərin iştirakı mümkün olmamışdır. Anlayışınız üçün təşəkkür edirik.

Tədbirdə iştirak edəcək təqaüdçülərin siyahısı

Qeyd: Mərasimə gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın!
Kartların verilmə mərasimi
29.11.2012
Ali təhsil müəssisələri üçün SOCAR-ın həyata keçirdiyi Təqaüd Proqramına əsasən 2011-2012-ci tədris ilinin 2-ci semestri üçün təqaüdçü olan tələbələrin nəzərinə:
3 dekabr 2012-ci il tarixində, saat 15:00-da SOCAR-ın Baş Ofisində (Neftçilər prospekti 73, Azneft dairəsinin yanı) təqaüd kartlarının təqdim edilməsi mərasimi baş tutacaqdır. Mərasimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır:

QEYDİYYAT ÜÇÜN FORMA

Qeydiyyat üçün son tarix: 01.12.2012-ci il saat 12:00.
QEYD: Mərasimə gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın!
Təqaüdçülərin nəzərinə!
30.10.2012
Sonuncu təqaüd müsabiqəsinin qaliblərinin təqaüdləri hesablarina köçürülmüşdür. Kartları özlərində olan təqaüdçülər bu gün saat 18:00-dan sonra təqaüdlərini hesablarından çıxara bilərlər. İlk dəfə təqaüdçü seçilmiş və kartlarını müddətinin uzadılması üçün vermiş tələbələr yeni kartları yaxın günlərdə təşkil olunacaq təqdim etmə mərasimində alacaqlar. Hər hansi sualiniz yaransa, khs@socar.az e-mail ünvanına müraciət edə bilərsiniz.
Diqqət! SOCAR-ın təlim mərkəzinə şagird qəbulu tezliklə
23.10.2012
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə "4-cü dərəcəli dalğıc" kursu üzrə müsabiqə elan edir.

Təhsil haqqında:

  • Təhsil müddəti - 5 ay
  • Müsabiqə mərhələləri:
    • Qabiliyyət imtahanı
    • Müsahibə
    • Test imtahanı
Təhsilin üstünlükləri:
  • Hər bir iştirakçı üçün müvafiq iş forması
  • Gün ərzində bir dəfə pulsuz isti yemək
  • 30-40 AZN təqaüd
Müsabiqədə aşağıda qeyd olunan tələblərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

Tələb olunan şərtlər:

  • Cinsi: kişi
  • Yaş: 18-29
  • Təhsil: ən azı tam orta (ali təhsillilərə və ingilis dilini bilənlərə üstünlük verilir)
  • Fiziki görünüşü: Atletik, normaastenik
  • Boy: 165-185 sm
  • Çəki: 90 kq-a qədər
  • Hərbi mükəlləfiyyəti: Yararlı (həqiqi hərbi xidmət keçmiş)

Tələb olunan bacarıqlar:

  • Suda ən azı 200 metr sərbəst üzmək (istənilən üsulla)
  • Su səthində ən azı 10 dəqiqə özünü saxlamaq,
  • Ən azı 4 m dərinliyinədək su dibinə baş vurmaq (sərbəst üsulla),
  • Su altında ən azı 20 m sərbəst üzmək,
  • Turnikdə ən azı 7 dəfə dartınmaq,
  • Barokamerada 4 atmosfer təzyiqdə barofunksiya və azot narkozuna qarşı davamlılıq.

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, attestat və ya diplom, 6 ədəd 3x4 ölçülü rəngli fotoşəkil, yaşayış yerindən arayış, Dalğıc Tibbi Komissiyasından arayış(Neftçilər xəstəxanasından alınmalıdır), həkim-psixiatrdan dalğıc işlərinə yararlığı haqqında arayış.
Qeyd: Kursa qəbul edilmiş iştirakçılar yataqxana ilə təmin edilməyəcəklər.
Təlim Mərkəzinə sənəd qəbulu yaxın zamanlarda başlayacaq. Sənəd qəbul ilə əlaqəli məlumatlar saytımızda yerləşdiriləcəkdir.
Əlavə məlumat üçün əlaqə nömrələri: 521-15-84, 521-00-00 (#10734, #10756)
Elektron poçt ünvanı: khs@socar.az

Neftçilər Gününüz mübarək!
20.09.2012
Bildiyiniz kimi Sentyabrın 20-si Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü"dür. Azərbaycan neft sənayesinin, Azərbaycan neftçilərinin böyük, zəngin və şərəfli yolu var. Bu yolu bizimlə addımlayan hər bir neftçini təbrik edir, müstəqil Azərbaycanın tərəqqisi və neft sənayesinin inkişafı naminə gördüyünüz hər bir işdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirik. İnkişaf etmək niyyətində olan bütün gənclərə mənəvi dəstək olmağa hazır olan Təlim və İnkişaf şöbəsi adından hər birinizi təbrik edir, Azərbaycanda və xaricdə təhsil alan tələbələrimizə zehn açıqlığı arzulayırıq.
Daxili Təqaüd Proqramının məzunlarının nəzərinə!
14.09.2012
SOCAR-ın struktur dəyişikliyi və işçilərin sayının optimallaşdırılması ilə əlaqədar olaraq Daxili Təqaüd Proqramı çərçivəsində sonuncu semestr üzrə təqaüdçü olan tələbələrin SOCAR-yə işə qəbulu müvəqqəti olaraq dayandırılmışdır.
Daxili Təqaüd Proqramı barədə!
10.09.2012
SOCAR Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün davamlı olaraq ildə 2 dəfə olmaqla semestrlər üzrə təqaüd proqramını həyata keçirir. Proqramın əsasnaməsinə edilən müəyyən dəyişiklik və əlavələrə əsasən 2013-cü ildən etibarən Daxili Təqaüd müsabiqəsi ildə 1 dəfə keçiriləcəkdir. Növbəti Təqaüd Müsabiqəsinə sənəd qəbuluna 2013-cü ilin fevral ayında start veriləcəkdir.
Sonuncu Təqaüd müsabiqəsinin qaliblərinin nəzərinə!
06.09.2012
SOCAR tərəfindən verilən bank kartının müddəti bitmiş təqaüdçülər kartlarını 11, 12 və 13 sentyabr tarixlərində hər gün saat 15:00-dan 17:00-dək SOCAR-ın İnsan Resursıları Departamentinin (Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 32A- Planet restoranının yanı) Təlim və inkişaf şöbəsinin əməkdaşlarına təqdim etməlidirlər.
Təqaüdçülərin nəzərinə
28.07.2012

27.07.2012-ci il tarixində 2011-2012-ci tədris ilinin 1-ci semester qiymətlərinin nəticələrinə əsasən keçirilən Təqaüd Proqramı çərçivəsində Müsabiqə Komissiyasının yekun iclası baş tutmuşdur. İclasda müsahibələrin nəticələri müzakirə olunmuş və təqaüdçü seçilmək hüququ qazanmış tələbələrin siyahısı təsdiqlənmişdir.


Təqaüdçülərin siyahısı ilə buradan tanış ola bilərsiniz!

Təqaüdçülərin nəzərinə
14.07.2012
2010-2011-ci tədris ilinin 2-ci semestr nəticələrinə əsasən keçirilən Təqaüd müsabiqəsinin qalibləri- yeni və vaxtı uzadılmış kartların sahibləri öz kartlarını 16.07.2012-18.07.2012-ci il tarixlərində saat 15:00-dan 16:00-a qədər SOCAR-ın İnsan Resursları Departamentindən ala bilərlər. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)
QEYD:
- Kartları almağa gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın.
- Əgər təqaüdçünün plastik bank kartını götürmək imkanı yoxdursa (hərbi xidmət və s. səbəbdən), kartı onun əvəzinə digər şəxs ancaq ümumi etibarnamə tədqim etdikdən sonra götürə bilər.
Diqqət! SOCAR prezidentinin Gənclərlə görüşü üçün qeydiyyatdan keçənlərin nəzərinə
12.07.2012
13 iyul 2012-ci ildə keçirilməsi planlaşdırılan tədbirdə iştirak edəcək tələbələrin siyahısı müəyyənləşmişdir. Yer məhdudiyyətini nəzərə alaraq bütün qeydiyyatdan keçənlərin iştirakı mümkün olmamışdır. Anlayışınız üçün təşəkkür edirik.

Şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın!

İŞTİRAKÇILARIN SİYAHISI
 
SOCAR prezidentinin Gənclərlə görüşü - Plastik bank kartlarınının verilmə mərasimi
10.07.2012
Ali təhsil müəssisələri üçün SOCAR-ın həyata keçirdiyi Təqaüd Proqramına əsasən 2011-2012-ci tədris ilinin 1-ci semestri üçün təqaüdçü olan tələbələrin nəzərinə: 13 iyul 2012-ci il tarixində, saat 14:30-da SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda (Ünvan: Ünvan:AZ1012, Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a) təqaüd kartlarının təqdim edilməsi mərasimi baş tutacaqdır. Mərasimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır:

QEYDİYYAT ÜÇÜN FORMA

Qeydiyyat üçün son tarix: 12.07.2012-ci il saat 17:00.

QEYD: Mərasimə gələrkən şəxsiyyət vəsiqəsini götürməyi unutmayın!
 
Təqaüdçülərin nəzərinə
27.06.2012
2011-2012-ci tədris ilinin 1-ci semestrinin nəticələrinə əsasən təqaüdçü seçilmiş tələbələrin təqaüd kartları artıq hazırdır. Birinci dəfə təqaüdçü seçilmiş tələbələrin kartları SOCAR-ın Baş ofisində təşkil olunacaq tədbirdə rəhbərlik tərəfindən təqdim olunacaqdır.
Bank kartlarını vaxtın uzadılması üçün verən təqaüdçülər kartlarını İnsan Resursları Departamentindən yaxın günlərdə yerləşdiriləcək elanda göstəriləcək vaxtdan etibarən
əldə edə bilərlər. Hərbi xidmətə gedən və ya kartlarını şəxsən götürə bilməyən təqaüdçülərin nəzərinə çatdırmaq istəyirik ki, kartlarınızı yaxınlarınızdan (ata, ana, bacı, qardaş və ya qohum) biri ona həvalə olunmuş etibarnamə və şəxsiyyət vəsiqəsini göstərməklə ala bilər. Dəqiq tarix və vaxt sonradan bildiriləcək.
Müsahibəyə buraxılan tələbələrin nəzərinə
13.06.2012
2011-2012-ci tədris ilinin 1-ci semestr nəticələrinə əsasən keçirilən təqaüd müsabiqəsinin 2-ci turuna buraxılan tələbələrin bu gündən etibarən müsahibə vaxtlarını dəyişdirməklə bağlı müraciətinə baxılmayacaqdır.
Təqaüd kartlarının verilməsi barədə
07.06.2012
2010-2011-ci tədris ilinin 2-ci semestr nəticələrinə əsasən təqaüdçü olan tələbələrə təqaüd kartlarının bu ay ərzində verilməsi nəzərdə tutulur. Hər hansı bir yenilik barədə saytımızda elan yerləşdiriləcəkdir.
İnsan Resursları Departamentinin əməkdaşları Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri ilə görüş keçirmişlər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşları 24.05.2012-ci il tarixində SOCAR tərəfindən gənclər üçün təsis edilmiş layihələrin təbliği və eyni zamanda tələbələrin karyera yüksəlişlərinə təkan vermək niyyəti ilə Moskva Dövlət Universitetinin Bakı filialında görüş keçirmişdir. Təqdimatdan öncə Kimya fakültəsinin dekan müavini İqrar Namazov SOCAR əməkdaşlarını və tələbələri salamlamış, görüşün mahiyyəti barədə tələbələrə qısa məlumat vermişdir.
Daha sonra İnsan Resursları Departamentinin İşə qəbul və yerləşdirmə şöbəsinin əməkdaşı Bəhruz Babayev SOCAR-ın işə qəbul prinsipləri haqqında tələbələrə məlumat vermiş, kadr potensialının şirkət üçün mühüm əhəmiyyətindən danışmışdır.Daha sonra gənclər Təlim və inkişaf şöbəsinin əməkdaşları Vüsalə Cəfərli və Şəbnəm Budaqovanın təqdimatında şirkətin Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, "Yay Məktəbi" layihələri barədə ətraflı məlumat almış, proqrama qoşulmanın şərtlərilə tanış olmuşlar. Şirkət əməkdaşlarının təqdimatından sonra 2010-cu il Yay məktəbi layihəsinin iştirakçısı Moskva Dövlət universitetinin tələbəsi İnci Murtuzayeva Yay məktəbi haqqında təqdimatla çıxış etmiş , öz təcrübə və təəssüratlarını tələbələrlə bölüşmüşdür. Sonda İnsan Resursları Departamentinin əməkdaşları tələbələri maraqlandıran sualları ətraflı cavablandırmışlar.
Təqaüd Proqramı üzrə müsabiqənin 2-ci turu başlayır
05.06.2012
2011-2012-ci tədris ilinin 1-ci semestrinin nəticələrinə əsasən keçirilən Təqaüd Proqramı üzrə müsabiqənin 2-ci turuna- müsahibələrə start verilir. 2-ci tura buraxılan namizədlərin siyahısı və müsahibələrin qrafiki burada yerləşdirilmişdir.
Müsahibələrə gələrkən özünüzlə aşağıdakı sənədləri gətirməyi unutmayın:
- şəxsiyyət vəsiqəsi;
- tələbə bileti;
- qiymət kitabçası (və ya rəsmi transkript).
Fərdi müsahibələr SOCAR-ın Baş Ofisində olacaqdır
Ünvan: SOCAR, Baş ofis, Neftçilər pr 73. Xəritə üçün bura daxil olun
Müsabiqənin 2-ci turu barədə daha ətraflı:
Müsahibəni SOCAR-ın əməkdaşlarından ibarət Müsabiqə komissiyası aparır. Komissiyanın tərkibinə müsabiqəyə buraxılan bütün ixtisas qrupları üzrə işləyən mütəxəssislər daxildir. Komissiyanın sədri SOCAR-ın kadr, rejim və İT üzrə vitse-prezidenti Xalik Məmmədovdur, üzvləri 15 nəfərdən ibarətdir. Müsahibədə Komissiyanın bütün üzvləri iştirak etməyə də bilər. Müsahibə zamanı iddiaçılarin ixtisas bilikləri (ixtisas fənləri keçməyənlərdən baza bilikləri - riyaziyyat, fizika, kimya, ixtisasa giriş və s.), seçdiyi ixtisas üzrə maraq dairəsi, müsabiqədə iştirak motivasiyası, SOCAR və ölkəmizin neft-qaz tarixi və s. barədə bilikləri yoxlanılır. İxtisas bilikləri barədə suallar, bir qayda olaraq, ixtisasın əsasını təşkil edən məsələləri əhatə edir. Lakin suallar universitet bilikləri ilə məhdudlaşmır. Hər bir iddiaçı üçün suallar fərqli ola bilər və yuxarıda qeyd olunan bütün istiqamətləri əhatə etməyə bilər. Müsahibənin məqsədi iddiaçının ixtisasına nə dərəcədə ciddi yanaşdığını və bunun üçün nə etdiyini aşkar etməkdir. Hər bir iddiaçıya 9 dəqiqədən çox olmayaraq vaxt ayrılır.
Tövsiyələr:
1. Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin.
2. Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq.
3. Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur.
4. Cavablar qısa və konkret olmalıdır.
5. Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahələrinin mütəxəssisləridir.
6. Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər.
7. Geyiminizə, davranışınıza və danışığınıza fikir verin.
8. Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.
Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu
31.05.2012
SOCAR-ın Müsabiqə Komissiyasının bu günki iclasında müsabiqənin 2-ci turuna keçid balları müəyyən olunmuşdur. Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:
İxtisas qrupu
Keçid balı
Avtomatika və İKT
31
Boru kəmərləri
24
Ekologiya
24
Energetika
22
Geoloji kəşfiyyat
24
İqtisadiyyat
33
Kimya-texnologiya
22
Neft-mexanika
22
Qazma
21
Qaz-neft-mədən
26
Tikinti
22
Müsabiqənin 2-ci turuna keçənlərin ümumi sayı 382 nəfərdir. 2-ci tura buraxılan tələbələrin siyahısı namizədlər bölməsində və müsahibələrin qrafiki yaxın günlərdə burada yerləşdiriləcəkdir.
TQDK-nın test imtahanlarının nəticələrinə əsasən statistik məlumatlar
15.05.2012
Test imtahanında iştirak edən tələbələrin statistikası ilə tanış olmaq üçün bura daxil olun
Test imtahanının nəticələri və keçid balları barədə
14.05.2012
Müsabiqəyə 2014 tələbə müraciət etmiş, 1-ci tura 1710 nəfər buraxılmış, lakin imtahanda 1484 nəfər iştirak etmişdir. TQDK tərəfindən keçirilən test imtahanının nəticələrini görmək üçün bura daxil olun. Hazırda imtahanın nəticələri təhlil olunur. Bu təhlilə əsasən hazırlanacaq təkliflər SOCAR-ın Müsabiqə Komissiyasının iclasında müzakirə olunduqdan sonra hər ixtisas qrupu üzrə keçid balı təsdiq və elan olunacaq. Bu proses ən azı 10-15 gün çəkə bilər.

İmtahanın nəticələri elan olundu
13.05.2012
TQDK tərəfindən keçirilən test imtahannın nəticələri elan olundu. Bu linkə daxil olub balınızı öyrənə bilərsiniz.
İmtahana buraxılış vərəqəsini almayanların nəzərinə
11.05.2012
Buraxılış vərəqəsini götürməyən tələbələr imtahan günü, yəni 13.05.2012-il tarixində BDU-nun yeni korpusunun qarşısında saat 09:45-dən 10:15-dək SOCAR əməkdaşlarından ala bilərlər.
Şəxsiyyət vəsiqənizi götürməyi unutmayın!!!
Üzərində mobil telefon olan namizədlər imtahana buraxılmayacaqlar!!!
DİQQƏT! DİQQƏT! Test imtahanına buraxılış vərəqələrinin verilməsi 11.05.2012-ci il tarixinədək uzadıldı
10.05.2012
227 nəfər tələbə buraxılış vərəqəsini almamışdır. Bunu nəzərə alaraq, sabah saat 11:00-dan 15:00-dək SOCAR-ın İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) paylanacaq. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Buraxılış vərəqələri paylanarkən namizədlərə yaddaş kitabçası veriləcəkdir. Tələbələr yaddaş kitabçasında yazılan qaydalara ciddi şəkildə riayət etməlidirlər İmtahanın nəticələri saytımızda elan olunacaq.
Təqaüd Müsabiqəsinin 1-ci turunun tarixi və test imtahanına buraxılış vərəqəsi barədə
04.05.2012
2011-2012-ci tədris ilinin 1-ci semestr nəticələrinə əsasən keçirilən təqaüd müsabiqəsinin 1-ci turu- test imtahanı TQDK tərəfindən 13 May 2012-ci il tarixində keçiriləcəkdir. Müsabiqənin 1-ci turu tələbə namizədlərin məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Test imtahanında namizədlər bölməsində "seçildi" statusu olanlar iştirak edə bilərlər. Testlər azərbaycan və rus dillərində tərtib olunmuş və 40 sualdan ibarətdir. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10
sualın cavabı açıqdır. Hər düzgün cavab 1 bal qiymətləndirilir. Səhv cavablar ümumi balı azaltmır. İmtahanın müddəti 1 saat olacaqdır. İmtahana yalnız şəxsiyyət vəsiqəsiburaxılış vərəqəsi olanlar buraxılacaqdır. Hər hansı səbəbdən şəxsiyyət vəsiqəsi özündə olmayan namizədlər imtahanda iştirak etməyə icazə almaq üçün gecikmədən TQDK-ya müraciət etməlidirlər. İmtahanın keçirilmə yeri və vaxtı buraxılış vərəqəsində qeyd olunmuşdur.
Buraxılış vərəqələri 7,8 və 10 May tarixlərində hər gün saat 11:00-dan 15:00-dək SOCAR-ın İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) paylanacaq. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Buraxılış vərəqələri paylanarkən namizədlərə yaddaş kitabçası veriləcəkdir. Tələbələr yaddaş kitabçasında yazılan qaydalara ciddi şəkildə riayət etməlidirlər İmtahanın nəticələri saytımızda elan olunacaq.
Təqaüd kartlarının verilməsi barədə
02.05.2012
2010-2011-ci tədris ilinin 2-ci semestr nəticələrinə əsasən təqaüdçü olan tələbələrə təqaüd kartlarının İyun ayı ərzində verilməsi nəzərdə tutulur. Hər hansı bir yenilik olsa, saytımızda bir neçə gün öncədən elan yerləşdiriləcəkdir.
DİQQƏT! SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlandı
26.04.2012
Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri müraciət edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisualları ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 15 may 2012-ci il
DİQQƏT! TQDK-nın keçirəcəyi test imtahanının vaxtı barədə
Təqaüd müsabiqəsinin 1-ci turunun- test imtahanının keçirilməsi üçün SOCAR tərəfindən TQDK-a rəsmi məktubla müraciət olunmuşdur. Hal-hazırda TQDK-dan test imtahanının keçirilmə tarixi barədə cavab gözlənilir. İmtahanın vaxtı müəyyənləşən gün saytımızda elan yerləşdiriləcəkdir. Saytımızı mütəmadi olaraq izləməyə davam edin.
Diqqət! Diqqət! SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramında iştirak etmək istəyən tələbələrin nəzərinə!!!
18.04.2012
Yaxın günlərdə Ödənişli Yay Təcrübəsi Proqramına start veriləcəkdir. Bu proqramda tələb olunan sənədlərdən biri də tələbənin transkriptidir (qiymət kitabçasından çıxarış). Transkriptdə aşağıdakı punktlar qeyd olunmalıdır:
  • Tələbənin soyadı, adı, atasının adı;
  • Ali təhsil müəssisəsinin, fakültənin və ixtisasın adı;
  • Təhsil müddətində keçirilən fənlərin adı və həmin fənlərdən alınan qiymətlər (ballar);
  • Səlahiyyətli şəxsin imzası və müvafiq möhür.
Transkript hazırkı semestr qiymətləri istisna olmaqla, bütün əvvəlki semestr qiymətlərini əhatə etməlidir. Transkript təqdim etməyənlərin namizədliyinə baxılmayacaq. (Transkripti almaq üçün təhsil aldığınız universitetə indidən müraciət etməyiniz məsləhət görülür)
İnsan Resursları Departamentinin əməkdaşları Azərbaycan İqtisad Universitetinin tələbələri ilə görüş keçirmişlər
13.04.2012
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin Kadr hazırlığı üzrə mühəndisləri Roman Süleymanov və Vüsalə Cəfərli Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrlə görüş keçirmişlər. SOCAR əməkdaşları tələbələr qarşısında təqdimatla çıxış etmiş, gənc mütəxəssislərə SOCAR-ın gənclər üçün davamlı olaraq həyata keçirdiyi Təqaüd proqramları və digər layihələr barədə ətraflı məlumat verilmişlər. Tələbələr Daxili Təqaüd Proqramı, Xarici Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, SOCAR Yay Məktəbi layihələri barədə ətraflı məlumat almış, proqrama qoşulmanın şərtlərilə tanış olmuşlar. Təqdimat bitdikdən sonra iştirakçıların sualları Təlim və İnkişaf şöbəsinin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.
Daxili Təqaüd Proqramına müraciət edənlərin statistikası
Daxili Təqaüd proqramına sənəd qəbulu bitmişdir. Bu il müraciət edənlərin sayı rekord həddə- 2013 nəfərə çatmışdır. Şərtlərə cavab verən və 1-ci tura buraxılanların sayı isə 1713 nəfərdir. Universitetlər və kurslar üzrə statistika ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz

Kurs
Qeydiyyata düşənlər TQDK buraxılanlar
1 638 537
2 407 349
3 406 348
4 313 273
Magistr 1 159 131
Magistr 2 89 75
Bitirənlər 2 0
Cəmi
2013
1713
Universitet Qeydiyyata düşənlər 1-ci tura buraxılanlar
ADİU 183 148
ADNA 1175 1035
ADPU 6 0
ADU 2 0
AzTU 32 20
AzDİA 29 20
AzMİU 76 62
Azərbaycan Un. 1 1
BDU 192 152
Biznes Un. 2 1
Dəniz Ak. 1 0
GDU 2 1
MAA 18 14
MDU (Bakı) 33 30
Naxçıvan Un. 1 0
OYU 2 2
Qafqaz Un. 227 205
SDU 22 15
Xəzər Un. 9 7
Cəmi
2013 1713
DAXİLİ TƏQAÜD PROQRAMINA MÜRACİƏT EDƏN TƏLƏBƏLƏRIN NƏZƏRINƏ!
12.04.2012
Çatışmayan sənədlərin qəbulu 12.04.2012-ci il tarixdə saat 23:50-də dayandırılacaqdır. Bu saatdan sonra göndərdiyiniz sənədlər qəbul edilməyəcəkdir.
DİQQƏT! DİQQƏT! DAXİLİ TƏQAÜD PROQRAMINA MÜRACİƏT EDƏN TƏLƏBƏLƏRIN NƏZƏRINƏ!
09.04.2012
2011-2012-ci tədris ilinin 1-ci semestr nəticələrinə görə ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd müsabiqəsinə sənəd qəbulu başa çatmışdır. Müsabiqəyə müraciət edən tələbələrin siyahısı 2 gün ərzində sistemləşdirilərək saytımızda yerləşdiriləcəkdir. Çatışmayan sənədlərinizi isə 11.04.2012-ci il tarixinədək khs@socar.az ünvanına göndərə bilərsiniz.
(Sənədləri khs@socar.az ünvanına göndərdikdə socarkhs@gmail.com ünvanını "CC" olaraq qeyd edin)
Təlim və İnkişaf şöbəsinin əməkdaşları Azərbaycan Dövlət Neft Akademiyasında tələbələr ilə görüş keçirmişlər
04.04.2012
02.04.2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrlə görüş keçirmişlər. Görüşü giriş sözü ilə açan Təlim-tərbiyə işləri üzrə prorektor-texnika elmləri namizədi, dosent Qasım Məmmədov bu istiqamətli görüşlərin tələbələr üçün çox əhəmiyyətli olduğunu bildirmiş, gəncləri bu cür layihələrdən yararlanmağa çağırmışdır. Daha sonra SOCAR əməkdaşları tələbələr qarşısında təqdimatla çıxış etmiş, gənc mütəxəssislərə SOCAR-ın gənclər üçün təsis etdiyi Təqaüd proqramları və digər layihələr barədə ətraflı məlumat verilmişlər.
Tələbələr Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, "Yay Məktəbi" layihələri barədə ətraflı məlumat almış, proqrama qoşulmanın şərtlərilə tanış olmuşlar. Təqdimat bitdikdən sonra iştirakçıların sualları Təlim və İnkişaf şöbəsinin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.
2010-2011-ci tədris ilinin 2-ci semestrinin nəticələrinə görə təqaüdçü adına layiq görülmüş tələbələrin nəzərinə!
30.03.2012
SOCAR tərəfindən verilən bank kartının müddəti bitmiş təqaüdçülər kartlarını 2-6 aprel tarixlərində hər gün saat 15:00-dan 17:00-dək SOCAR-ın İnsan Resursıları Departamentinin (Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 32A- Planet restoranının yanı) Təlim və inkişaf şöbəsinin əməkdaşlarına təqdim etməlidirlər. Təqaüdlər bütün təqaüdçülərin hesabına eyni gündə köçürüləcək. Ona görə də yeni təqaüdçülərin kartları açılana və müddəti bitmiş kartların müddəti artırılanadək heç bir təqaüdçünün hesabına pul köçürülməyəcək. Yeni kartlar SOCAR-ın Baş ofisində təqdim olunacaq.
İnsan Resursları Departamentinin əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüş keçirmişlər
29.03.2012
28.03.2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin kadr hazırlığı üzrə mühəndisləri Roman Süleymanov və Vüsalə Cəfərli Qafqaz Universitetinin tələbələrilə görüş keçirmişlər. 150-ə yaxın tələbənin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan Daimi İnkişaf Karyera Planlama Mərkəzinin müdiri, Dos.Dr. Isa Qasımov bu istiqamətli görüşlərin tələbələr üçün çox əhəmiyyətli olduğunu bildirmiş, tələbələri bu tip proqramlarla maraqlanmağa və müraciət etməyə çağırmışdır. Daha sonra SOCAR əməkdaşları tələbələr qarşısında təqdimatla çıxış etmiş, tələbələr üçün təsis olunmuş Təqaüd Proqramları və digər layihələr barədə ətraflı məlumat vermişlər. Tələbələlər Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, "Yay Məktəbi" layihələri barədə ətraflı məlumat almış, proqrama qoşulmanın şərtlərilə tanış olmuşlar. Təqdimat bitdikdən sonra İnsan Resursları Departamentinin əməkdaşları iştirakçıları maraqlandıran bütün sualları ətraflı cavablandırılmışdır.
Tədbirdə çəkilmiş şəkillərə fotoalbom bölməsində baxa bilərsiniz.
DİQQƏT! Təqaüdçülərin siyahısı açıqlandı
19.03.2012
19 mart tarixində 2010-2011-ci tədris ilinin 2-ci semestr nəticələrinə əsasən keçirilmiş təqaüd müsabiqəsi üzrə Müsabiqə Komissiyasının yekun iclası keçirilmişdir. Müzakirələr zamanı qeyd edilmişdir ki, müsabiqədə iştirak edən 3-cü və 4-cü kurs tələbələri daha böyük fəallıq və yüksək biliklər nümayiş etdirmişlər. Eyni zamanda vurğulanmışdır ki, bakalavriatın 2-ci, magistraturanın 1-ci və 2-ci kurs tələbələri müsahibələrdə zəif iştirak etmiş və bu səbəbdən də əvvəlcədən nəzərdə tutulan kvota limiti (orta balı "4"dən yuxarı olan ilk 40 nəfər) sadalanan kurslarda dolmamışdır. Müsabiqə Komissiyası üzvləri yuxarıda qeyd olunanları nəzərə alaraq, 3-cü və 4-cü kurslar üzrə orta balı "4"dən yuxarı olan, lakin kvotadan (ilk ən çox bal yığan 40 nəfərdən) kənarda qalan tələbələrin təqaüdçü seçilməsi məsələsini müzakirə etmişdir. Müzakirələrin nəticəsi olaraq qərara alınmışdır ki, gənc tələbələri elmi biliklərə yiyələnməyə həvəsləndirmək, təhsildə onları stimmullaşdırmaq məqsədilə kvotadan kənarda qalan, yüksək bal toplamış 30 nəfər 3-cü və 4-cü kurs tələbələri istisna hal olaraq təqaüdçü seçilsinlər. Təqaüdçü seçilən tələbələrin siyahısı burada yerləşdirilmişdir.
Namizədlərin nəzərinə!
19.03.2012
2011-2012-ci tədris ilinin 1-ci semestr nəticələrinə görə ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd müsabiqəsinə müraciət edən tələbələrin siyahısı üçün Namizədlər bölməsinə daxil olun.
Namizədlərin nəzərinə!!! 2010-2011-ci tədris ilinin 2-ci semestri üzrə elan olunmuş Müsabiqənin nəticələri barədə
17.03.2012
19.03.2012-ci il tarixində SOCAR-ın Baş ofisində Daxili Təqaüd Müsabiqəsinin müvafiq komissiyasının yekun iclası keçiriləcəkdir. İclasda 2-ci turun nəticələri müzakirə olunacaq və təqaüdçülərin siyahısı təsdiqlənəcəkdir. Siyahı həmin gün 18:00-dan sonra saytımızda yerləşdiriləcəkdir.
DİQQƏT! SOCAR-ın Təqaüd müsabiqəsi üçün sənəd qəbulu başlandı
15.03.2012
Müsabiqədə 2011-2012-ci tədris ilinin 1-ci semestr nəticələrinə əsasən Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənin şərtlərisuallar ilə tanış olduqdan sonra müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Son qeydiyyat tarixi: 02 aprel 2012-ci il
DİQQƏT! DİQQƏT! 4 İŞ GÜNÜ ƏRZİNDƏ ADINIZ NAMİZƏDLƏR BÖLMƏSİNDƏ ÇIXMAZSA, BİZƏ E-MAİL VASİTƏSİLƏ MÜRACİƏT EDƏ BİLƏRSİNİZ!
DİQQƏT! DİQQƏT! TƏLƏBƏLƏRIN NƏZƏRINƏ! Yaxın günlərdə SOCAR-ın Təqaüd Proqramına sənəd qəbulu başlayacaq.
06.03.2012
SOCAR-ın Azərbaycan Respublikası ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş Təqaüd Proqramına sənəd qəbulunun 12.03.2012-ci il tarixində başlanması planlaşdırılır. Proqramda bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisaslardan olan tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənın şərtlərisuallar ilə tanış olduqdan sonra elektron qeydiyyata düşməlidirlər. Müsabiqəyə qeydiyyat və prosedurlar barədə geniş məlumat tezliklə burada yerləşdiriləcəkdir.
Namizədlərin nəzərinə!!!
23.02.2012
Yanvar və fevral aylarında keçirilmiş 2010/2011-ci tədris ilinin 2-ci semestri üzrə Daxili Təqaüd Proqramının 2-ci turunun, yəni müsahibələrin nəticələrinin mart ayının əvvəllərində açıqlanması planlaşdırılır.
İnsan Resursları Departamentinin əməkdaşları Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüş keçirmişlər
22.02.2012
22.02.2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin İşə qəbul və yerləşdirmə şöbəsinin rəisi Teymur Mahmudov, Təlim və İnkişaf şöbəsinin rəis müavini Mahal Mehdiyev və kadr hazırlığı üzrə mütəxəssisi Vüsalə Cəfərli Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirmişlər. Görüşdə ilk öncə Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 350 nəfərin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan Tərbiyə işləri uzrə prorektor, texnika elmləri namizədi, dosent İsa Xəlilov bu istiqamətli görüşlərin tələbələr üçün çox əhəmiyyətli olduğunu bildirmiş, müasir gənclər siyasətinin davamçısı olan ölkə başçımızın gənclərin inkişafına təkan verdiyi bir zamanda birgə əməkdaşlığın vacib olduğunu qeyd etmişdir. Daha sonra SOCAR əməkdaşları tələbələr qarşısında təqdimatla çıxış etmiş, gənc mütəxəssislərə SOCAR-ın işə qəbul prinsipləri, gənclər üçün təsis olunmuş Təqaüd proqramları və digər layihələr barədə ətraflı məlumat verilmişlər. Tələbələr SOCAR-da işə qəbul prosesi, Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, "Yay Məktəbi" layihələri barədə ətraflı məlumat almış, proqrama qoşulmanın şərtlərilə tanış olmuşlar. Təqdimat bitdikdən sonra iştirakçıların suallari İnsan Resursları Departamentinin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır
DİQQƏT! Təqaüdçülərin nəzərinə
02.02.2012
Əlverişsiz hava şəraiti ilə əlaqədar 03 fevral 2012-ci ildə keçiriləcək müsahibələr, növbəti həftənin cümə gününə, yəni 10 fevral 2012-ci il tarixinə keçirilmişdir!
Xahiş edirik, müsahibədə iştirak edən dost və tanışlarınıza da bildirəsiniz.
Müsahibələrin qrafiki müəyyən olundu
12.01.2012
2010-2011-ci tədris ilinin 2-ci semestrinin nəticələrinə görə təqaüdçü statusunu qazanmaq üçün 2-ci tura buraxılan tələbə namizədlərin 23.01.2012-ci il tarixdən başlayaraq SOCAR-ın Baş ofisində (Neftçilər prospekti, Azneft dairəsinin yanı) müsahibəsi keçiriləcəkdir. Müsahibələrin qrafiki "Namizədlər" bölməsində yerləşdirilmişdir. Müsahibəyə gələrkən özünüzlə şəxsiyyət vəsiqəsini, tələbə biletiniqiymət kitabçasını (və ya Transkripti) gətirməyi unutmayın.
Kartların verilmə mərasimində iştirak edənlərin siyahısı
21.12.2011
23 dekabr 2011-ci il tarixdə keçiriləcək mərasimdə iştirak edənlərin siyahısı burada yerləşdirilmişdir. Yerlərin məhdud sayda olmasını nəzərə alaraq qeydiyyatdan keçmiş və siyahıda olan ilk 60 nəfər tələbə iştirak edəcəkdir. Adları siyahıda olub ancaq iştirak edə bilməyəcək tələbələrdən 22.12.2011-ci il tarixində email və ya telefon vasitəsilə məlumat vermələri xahiş olunur.
Müsahibələrə buraxılanların siyahısı
16.12.2011
2-ci tura buraxılanların siyahısını görmək üçün bura daxil olun. Müsahibə vaxtları yaxın günlərdə burada yerləşdiriləcəkdir.
Kartların verilmə mərasimi
15.12.2011
Ali Təhsil müəssisələri üçün SOCAR-ın həyata keçirdiyi Təqaüd Proqramına əsasən 2010-2011-ci tədris ilində 2-ci semestr üçün ilk dəfə təqaüdçü olan tələbələrin nəzərinə: 23 dekabr 2011-ci il tarixində, saat 16:00-da SOCAR-ın Baş Ofisində (Neftçilər prospekti 73, Azneft dairəsinin yanı) plastik kartların təqdim edilməsi mərasimi baş tutacaqdır.
Mərasimdə iştirak etmək üçün buradan qeydiyyatdan keçmək lazımdır.
DİQQƏT! Təqaüdçülərin nəzərinə
Təhsil müddətinin son semestrində SOCAR-ın təqaüdünə layiq görülmüş tələbələr müsabiqədən kənar işə qəbul olunurlar. Bu həmçinin son semestrdə təqaüdçü olub, hərbi xidmətə gedib qayıdan təqaüdçülərə də şamil olunur. Bu təqaüdçü məzunlar işlə təmin olunmaq üçün hr@socar.azkhs@socar.az e-mail ünvanlarına müraciət edə bilərlər.
Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu!
14.12.2011
SOCAR-ın Müsabiqə Komissiyasının bu günki iclasında müsabiqənin 2-ci turuna keçid balları müəyyən olunmuşdur. Keçid balları ixtisas qrupları üzrə aşağıdakı kimidir:
İxtisas qrupu
Keçid balı
Avtomatika və İKT
22
Boru kəmərləri
20
Ekologiya
20
Energetika
20
Geoloji kəşfiyyat
21
İqtisadiyyat
29
Kimya-texnologiya
20
Neft-mexanika
20
Qazma
21
Qaz-neft-mədən
21
Tikinti
20
Müsabiqənin 2-ci turuna keçənlərin ümumi sayı 336 nəfərdir. 2-ci tura buraxılan tələbələrin siyahısı namizədlər bölməsində və müsahibələrin qrafiki yaxın günlərdə burada yerləşdiriləcəkdir.
SOCAR təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilmişdir
Dekabrın 14-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə SOCAR təqaüdlərinin verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə əsasən, TQDK tərəfindən keçirilmiş imtahanda iştirak etmiş iddiaçıların növbəti mərhələyə keçməsi üçün tələb olunan keçid ballarının müəyyənləşdirilməsi məsələsinə baxılmışdır. Bildirilmişdir ki, SOCAR təqaüdlərini almaq üçün müraciət etmiş 1471 tələbədən Şirkətin tələbatına uyğun ixtisaslar üzrə seçilmiş 1191 nəfəri müsabiqənin ilk turunda iştirak etmək hüququ qazanmışdır. Namizədlərdən 1085 nəfəri TQDK tərəfindən keçirilən imtahanda iştirak etmişdir. Bu turda iştirak etmiş tələbələr hər zaman olquğu kimi yenə də yüksək nəticələr göstərmişlər. Komissiya üzvlərinin rəyləri dinlənildikdən sonra imtahanda iştirak etmiş tələbələrin nəticələrinə əsasən SOCAR təqaüdlərinin verilməsi üzrə növbəti mərhələyə keçid balları müəyyənləşdirilmişdir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən artıq 7 ildir ki, SOCAR-da perspektivli neftçi mütəxəssislərin hazırlanması, gənclərin neft-qaz sənayesi, emal və neft kimyası sahələri üzrə müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramı həyata keçirilir.
(istinad:www.socar.az)
TQDK tərəfindən keçirilən test imtahanının nəticələri və qısa təhlil
24.11.2011
Test imtahanının nəticələri və qısa təhlil üçün bura daxil olun. Hazırda müsahibələrdə hər kurs üzrə rəqabəti təmin edə biləcək sayda tələbənin iştirakını nəzərə almaqla, ixtisas qrupları üzrə keçid ballarının mümkün qiymətləri təhlil edilir.
KEÇİD BALLARI haqqında emaillər daxil olur, hazırda təhlil olunduğu üçün bu barədə heç bir məlumat verə bilmərik.
Sonuncu Təqaüd Müsabiqəsi qaliblərinin nəzərinə!
23.11.2011
Məlumat üçün bildiririk ki, təqaüdlər 25 noyabr tarixində şəxsi bank hesablarına köçürüləcəkdir. Kartı özündə olanlar çıxarda, dəyişməyə verənlər isə 28-30 noyabr tarixlərində saat 10:00-dan 17:00-a qədər İnsan Resursları Departamentindən kartlarını ala bilərlər. İlk dəfə təqaüdçü seçilən tələbələrə kartlar SOCAR Prezidenti tərəfindən rəsmi təqdimetmə mərasimində veriləcəkdir. Mərasimin günü və saatı barədə saytımızda əlavə elan yerləşdiriləcəkdir.
Test imtahanının nəticələri barədə
Aşağıdakı cədvəldə test imtahanında 50%-dən yuxarı nəticələr göstərən namizədlərin ballar və kurslar üzrə sayı verilmişdir.
 
Cəmi
o cümlədən kurslar üzrə
2
3
4
M-1
M-2
İştirak edib
1085
259
304
311
110
112
Ən azı 20 bal toplayanlar
562
94
161
176
67
64
Ən azı 21 bal toplayanlar
471
79
131
147
63
51
Ən azı 22 bal toplayanlar
387
63
106
121
54
43
Ən azı 23 bal toplayanlar
313
41
91
101
45
35
Ən azı 24 bal toplayanlar
251
30
68
89
35
29
Ən azı 25 bal toplayanlar
191
20
48
69
29
25
Ən azı 26 bal toplayanlar
137
11
29
51
24
22
Ən azı 27 bal toplayanlar
100
6
20
37
21
16
Ən azı 28 bal toplayanlar
74
4
17
27
14
12
Ən azı 29 bal toplayanlar
45
2
7
23
7
6
Ən azı 30 bal toplayanlar
31
5
19
4
3
Ən azı 20 bal toplayanların xüsusi çəkisi (%-lə)
51,80
36,29
52,96
56,59
60,91
57,14

TQDK tərəfindən keçirilən imtahanın nəticələri açıqlandı
20.11.2011
Müsabiqəyə 1471 tələbə müraciət etmiş, 1-ci tura 1191 nəfər buraxılmış, lakin imtahanda 1085 nəfər iştirak etmişdir. TQDK tərəfindən keçirilən test imtahanının nəticələrini görmək üçün bura daxil olun. Hazırda imtahanın nəticələri təhlil olunur. Bu təhlilə əsasən hazırlanacaq təkliflər SOCAR-ın Müsabiqə Komissiyasının iclasında müzakirə olunduqdan sonra hər ixtisas qrupu üzrə keçid balı təsdiq olunacaq və burada elan olunacaq.
İmtahana buraxılış vərəqəsini almayanların nəzərinə
19.11.2011
Buraxılış vərəqəsi olmayan tələbələr imtahan günü (20 noyabr) BDU-nun təzə korpusunun qarşısında saat 09:45-dən 10:15-dək SOCAR əməkdaşlarından buraxılış vərəqələrini ala bilərlər.
Şəxsiyyət vəsiqənizi götürməyi unutmayın!!!
Üzərində mobil telefon olan namizədlər imtahana buraxılmayacaqlar!!!
Müsabiqənin 1-ci turunun tarixi və test imtahanına buraxılış vərəqəsi barədə
12.11.2011
Müsabiqənin 1-ci turu - test imtahanı TQDK tərəfindən 20 noyabr 2011-ci il tarixində keçiriləcək. Müsabiqənin 1-ci turu məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. İmtahana şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi olanlar buraxılacaqlar. İmtahanın keçirilmə saatı və yeri (BDU-da nəzərdə tutulub) buraxılış vərəqəsində yazılır. Buraxılış vərəqələri 16-18 noyabr tarixlərində hər gün saat 10:00-dan 17:00-dək İnsan Resursları Departamentinin binasında (ünvan: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 a, "Qara Qarayev" metro stansiyası, "Planet" shadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz) paylanacaq. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər. Hər hansı səbəbdən şəxsiyyət vəsiqəsi özündə olmayan namizədlər imtahanda iştirak etməyə icazə almaq üçün gecikmədən TQDK-ya müraciət etməlidirlər.
Müsabiqənin 1-ci turunda namizədlər bölməsində "seçildi" statusu olanlar iştirak edə bilərlər. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər düzgün cavab 1 bal qiymətləndirilir. Səhv cavablar ümumi balı azaltmır. Testlər azərbaycan və rus dillərində tərtib olunmuşdur. Mobil telefon və əl çantaları ilə imtahan keçirilən binaya daxil olmağa icazə verilmir. İmtahanın nəticələri saytımızda elan olunacaq. 2-ci tura keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.
Yaddaş kitabçası haqda

Təqaüd müsabiqəsi üzrə test imtahanına daxil olmazdan öncə TQDK-nın təqdim etdiyi YADDAŞ KİTABÇASI ilə yaxından tanış olun.


İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, onların imtahan sənədləri alınır və imtahan binasına buraxılmırlar.

Diqqət! Buraxılış vərəqənizin üzərində olan iş nömrəsini yadınızda saxlayın, çünki imtahan nəticələri saytımızda iş nömrələri üzrə yerləşdiriləcək.

DİQQƏT! Müsabiqəyə qeydiyyata düşənlərin nəzərinə
24.10.2011
SOCAR-ın Təqaüd Müsabiqəsinə qeydiyyata düşənlərin çatışmayan sənədləri və ya qeydiyyat anketindəki məlumatlara düzəlişləri khs@socar.az elektron poçtuna göndərilməsi 28.10.2011-ci il tarixədək uzadıldı .
DİQQƏT! Müsabiqəyə qeydiyyata düşənlərin nəzərinə
21.10.2011
SOCAR-ın Təqaüd Müsabiqəsinə sənəd qəbulu başa çatmışdır. Hazırda müraciət edənlərin sənədləri sistemləşdirilir. Qeydiyyata düşənlər 21.10.2011 tarixindən 25.10.2011 tarixinədək çatışmayan sənədləri və ya qeydiyyat anketindəki məlumatlara düzəlişləri khs@socar.az elektron poçtuna göndərə bilərlər.
DİQQƏT! Təqaüdçülərin nəzərinə
11.10.2011
Azərbaycan Beynəlxalq Bankı tərəfindən plastik kartlar üçün tətbiq olunan yeni cədvəl forması təqaüdlərin köçürülməsi prosesini gecikdirir. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, təqaüdlərin köçürülməsi, yeni bank kartlarının verilməsi və köhnə kartların yenisi ilə əvəz olunması oktyabr ayının sonuna və ya noyabr ayının əvvəlinə kimi uzana bilər.
DİQQƏT! SOCAR Təqaüd müsabiqəsi üçün sənəd qəbulu başladı
28.09.2011
Müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisaslardan olan tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənın şərtləri və suallar ilə tanış olduqdan sonra ərizə-anket bölməsində elektron qeydiyyata düşməlidirlər. Qeydiyyat 20 oktyabr tarixinədək davam edəcəkdir.
DİQQƏT! DİQQƏT! 4 GÜN ƏRZİNDƏ ADINIZ NAMİZƏDLƏR BÖLMƏSİNDƏ ÇIXMAZSA BİZƏ EMAİL VASİTƏSİLƏ MÜRACİƏT EDƏ BİLƏRSİNİZ
DİQQƏT! SOCAR Təqaüd müsabiqəsi üçün sənəd qəbulu 28 sentyabrda başlayacaq
26.09.2011
Təqaüd Müsabiqəsində Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisaslardan olan tələbələri iştirak edə bilərlər. İştirak etmək istəyənlər müsabiqənın şərtləri və suallar ilə tanış olduqdan sonra ərizə-anket bölməsində elektron qeydiyyata düşməlidirlər. Qeydiyyat 28 sentyabr - 20 oktyabr tarixlərində aparılacaq. Təqaüd iyul-2011 - yanvar-2012 aylarını (7 ay) əhatə edir və aylıq 100 manat təşkil edir.
Qeyd: Ali məktəbin bakalavriat pilləsinə bu il qəbul olunmuş tələbə müsabiqədə iştirak edə bilməz, o yalnız 1-ci semestr imtahanlarını verdikdən sonra müsabiqədə iştirak edə bilər. Magistratura pilləsinə bu il qəbul olunmuş tələbə hansı universitetə hansı ixtisas üzrə qəbul olunmasını təsdiq edən sənədi və bakalavr qiymətlərinin (transkriptinin və ya diploma əlavə) surətlərini təqdim etməlidir.
DİQQƏT! DİQQƏT! Yaxın günlərdə SOCAR-ın Təqaüd Proqramına sənəd qəbulu başlayacaq.
19.09.2011
Tələbələrin nəzərinə çatdırırıq ki, SOCAR-ın Təqaüd proqramında Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrinin müəyyən olunmuş ixtisaslardan olan tələbələri iştirak edə bilərlər. Müsabiqənin şərtlərində heç bir dəyişiklik olmayıb.İştirak etmək istəyənlər müsabiqənın şərtlərisuallar ilə tanış olduqdan sonra elektron qeydiyyata düşməlidirlər. Müsabiqəyə qeydiyyat və prosedurlar barədə geniş məlumat tezliklə burada yerləşdiriləcəkdir.
Təcrübə Proqramı iştirakçılarının nəzərinə
06.09.2011
Təcrübə Proqramı iştirakçılarının (4-cü kursu və magistr 2-ci kursu bitirənlərin nəzərinə) Bildiyiniz kimi, təhsil müddətinin sonuncu semestri (4-cü kursun və ya magistratura pilləsinin 2-ci kursunun ikinci semestri) SOCAR-ın Təqaüdünü almış və Təcrübə Proqramında iştirak edən tələbələr Şirkətdə müsabiqəsiz işə qəbul olunurlar. Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Təcrübə Proqramının iştirakçılarının çoxu 12 sentyabra qədər təcrübədə olduqlarını nəzərə alaraq, 12 sentyabrdan sonra onların işə qəbulu məsələsinə baxılacaqdır. Təcrübəni daha tez bitirən tələbələrin sənədləri, təcrübə müddətində aldıqları rəylər sistemləşdirilir. Bu statusda olan tələbələrin işə qəbul ilə əlaqəli ətraflı məlumat yaxın zamanda burada elan olunacaqdır.

1<<2>>3>>4>>5