Ana səhifə > Daxili Təqaüd >> Elanlar

DİQQƏT! Daxili Təqaüd Proqramının 1-ci turu - test mərhələsi barədə
16.04.2018

Daxili Təqaüd Proqramı üzrə test mərhələsi SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən 21, 22, 28, 29 aprel 2018-ci il il tarixlərində keçiriləcəkdir. Namizədlər imtahan tarixləri və FİN nömrələri (testə başladığınız zaman tələb olunacaqdır) barədə ətraflı məlumatı buradan əldə edə bilərlər. Nəzərinizə çatdırırıq ki, test imtahanına yalnız şəxsiyyət vəsiqəsi olanlar buraxılacaqlar. Müvafiq sənəd olmadıqda və ya sənəddə uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaqdır. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26, "Qara Qarayev" metro stansiyası, "Planet" şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)

İmtahan haqqında qısa məlumat: 
Müsabiqənin 1-ci turu ilkin seçim mərhələsində adının qarşısında "seçildi" statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.

İmtahana aşağıdakıları gətirmək qadağandır:
- Mobil telefon və digər yardımçı vasitələr;
- Konspekt; 
- Əl çantaları və s. 
Üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahandan kənarlaşdırılacaqlar. İmtahanın nəticələri saytımızda elan olunacaq. 
2-ci tur-müsahibələrə keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.

 
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət edənlərin nəzərinə
16.03.2018
Çatışmayan sənədlərin son göndərilmə tarixi 19.03.2018-ci il saat 12:00-dək uzadılmışdır. Qeyd olunan tarixdən sonra göndərilən sənədlər qəbul edilməyəcəkdir.
 
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət edənlərin nəzərinə
05.03.2018
Çatışmayan sənədlərin son göndərilmə tarixi : 08.03.2018-ci il saat 18:00
 
DİQQƏT! SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı
20.02.2018
Müsabiqə 2017-2018-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır.)

Son qeydiyyat tarixi: saat 17:00, 05 mart 2018-ci il

DİQQƏT! Sonuncu Daxili Təqaüd Proqramının qaliblərinin nəzərinə
19.07.2017
Təqaüdçülərdən ali təhsilini bitirən tələbələr hərbi xidmətə gedəcəkləri təqdirdə indidən hər hansı bir digər şəxsə yeni və ya vaxtı uzadılmış kartları hərbi xidmətdə olacaqları zaman götürə bilmələri üçün ümumi etibarnamə verməlidirlər. Etibarnamə olmadan kartlar yaxın qohumlara belə verilməyəcəkdir.

Daxili Təqaüd Proqramının qalibləri müəyyən oldu!
09.06.2017

07.06.2017-ci il tarixində 2016-2017-ci tədris ilinin nəticələrinə əsasən keçirilən Təqaüd Proqramı çərçivəsində Müsabiqə Komissiyasının yekun iclası baş tutmuşdur. İclasda müsahibələrin nəticələri müzakirə olunmuş və təqaüdçü seçilmək hüququ qazanmış tələbələrin siyahısı təsdiqlənmişdir.

Təqaüdçülərin siyahısı ilə buradan tanış ola bilərsiniz!

DİQQƏT! Daxili Təqaüd Proqramının 2-ci turu- Müsahibələrə start verilir!
18.05.2017
2016-2017-cı tədris ili üzrə keçirilən Daxili Təqaüd Proqramının 2-ci turu- müsahibələrə start verilir. 2-ci tura vəsiqə qazanan namizədlərin siyahısı və müsahibələrin qrafiki burada yerləşdirilmişdir. Müsahibələrə gələrkən aşağıdakı sənədlərin gətirilməsi vacibdir:
- şəxsiyyət vəsiqəsi; 
- rəsmi transkriptin əsli.
Müsahibələr SOCAR-ın Baş Ofisində keçiriləcəkdir.
Ünvan: SOCAR, Baş ofis, N.Nərimanov rayonu, Heydər Əliyev prospekti121. (Xəritə üçün bura daxil olun)

QEYD: Müsahibəyə rəsmi transkriptin surəti və ya scan-print versiyası gətirənlər müsahibələrə buraxılmayacaqdır. Transkriptin yalnız əsli keçərli olacaqdır.
Müsabiqənin 2-ci turu barədə
Müsabiqənin 2-ci turu fərdi müsahibələr yolu ilə keçirilir. Müsahibəni SOCAR-ın əməkdaşlarından ibarət xüsusi komissiya həyata keçirir. Komissiyanın tərkibinə müsabiqəyə buraxılan bütün ixtisaslardan olan mütəxəssislər daxildir. Komissiyanın sədri SOCAR-ın Kadr, rejim və İT üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətovdur, üzvləri 17 nəfərdən ibarətdir. Müsahibədə Komissiyanın bütün üzvləri iştirak etməyə də bilər. Müsahibə zamanı iddiaçıların ixtisas bilikləri (ixtisas fənləri keçməyənlərdən baza bilikləri - riyaziyyat, fizika, kimya, ixtisasa giriş və s.), seçdiyi ixtisas üzrə maraq dairəsi, müsabiqədə iştirak motivasiyası, SOCAR haqqında bilikləri, SOCAR-ın son nailiyyətləri, ölkəmizin neft-qaz tarixi və sairə barədə suallar verilir. İxtisas bilikləri barədə suallar, bir qayda olaraq, ixtisasın əsasını təşkil edən məsələləri əhatə edir. Lakin suallar universitet bilikləri ilə məhdudlaşmır. Hər bir iddiaçı üçün suallar fərqli ola bilər və yuxarıda qeyd olunan bütün istiqamətləri əhatə etməyə bilər. Müsahibənin məqsədi iddiaçının ixtisasına nə dərəcədə ciddi yanaşdığını və bunun üçün nə etdiyini aşkar etməkdir. Hər bir iddiaçıya ən çoxu 9 dəqiqə vaxt ayrılır.
Tövsiyələr:
1.Müsahibəyə qrafikdə qeyd olunmuş vaxtdan gec gəlməyin.
2.Sualın cavabını bilmirsinizsə, vaxt itirməyin və başqa sual istəyin. Əks halda bilmədiyiniz sualın cavabını fikirləşməklə və ya sualdan yayınmaqla vaxt limitiniz bitəcək və potensialınız aşkar olunmayacaq.
3.Komissiya üzvləri ilə mübahisə etməyin, bunun üçün vaxt da yoxdur.
4.Cavablar qısa və konkret olmalıdır.
5.Bilmədiyiniz mövzuda danışmayın, unutmayın ki, Komissiya üzvləri öz sahəsinin mütəxəssisləridir.
6.Komissiya üzvəri sizə irad tutmaya da bilərlər, amma bu sizin düzgün cavab verdiyiniz demək deyil. Onlar münasibətlərini sizə verdikləri qiymətlə bildirirlər.
7.Geyiminizə, davranışınıza və danışığınıza fikir verin.
8.Sualı kəsməyin, onu yalnız axıradək dinlədikdən sonra cavab verin.
Müsabiqənin 2-ci turuna keçid balları müəyyən olundu
17.05.2017
Müsabiqənin 2-ci turuna vəsiqə qazanan tələbələrin siyahısının müəyyən olunması məqsədilə 15.05.2017-ci il tarixində Daxili Təqaüd Proqramının Müsahibə Komissiyasının iclası keçirilmişdir. Komissiya iclasında aparılan müzakirə və təkliflər nəticəsində ixtisas qrupları üzrə keçid balları müəyyən olunmuşdur. Nəticələrə əsasən Daxili Təqaüd Proqramının 2-ci mərhələsinə - müsahibələrə 161 nəfər namizəd vəsiqə qazanmışdır. Tezliklə müsahibələrin qrafiki saytımızda yer alacaqdır.
S.s İxtisas qrupu Keçid balı
1 Ekologiya 25
2 Energetika 23
3 Geoloji-Kəşfiyyat 25
4 İKT 30
5 İqtisadiyyat 32
6 Kimya-texnologiya 27
7 Mexanika 23
8 Avtomatika  25
9 QNM 25
10 Tikinti 23

1>>2>>3>>4>>5