Ana səhifə > Daxili Təqaüd >> Gözləmə siyahısı
|
|
Gözləmə siyahısı barədə aşağıdakı punktlara diqqət yetirməyiniz vacibdir:
- Azərbaycan Respublikası ali təhsil müəssisələrini bakalavriat və ya magistratura pilləsinin son 2 (iki) tədris ilində SOCAR Təqaüdçüsü statusu ilə bitirmiş və SOCAR-ın həyata keçirdiyi "Ödənişli Yay Təcrübəsi" Proqramında təhsil aldığı pillə üzrə ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış məzunlar “Gözləmə siyahısı”na düşürlər.
- Gözləmə siyahısının qüvvədə olma müddəti məzun üçün 1 (bir) ildir (təhsilini bitirdiyi ilin sentyabr ayından başlayaraq). Hərbi xidmətdə olan məzun üçün gözləmə siyahısının qüvvədə olma müddəti 2 (iki) ildir.
- Gözləmə siyahısında olan məzun əyani bölmədə (axşam növbəsi istisna olmaqla) təhsillərini davam etdirdikdə gözləmə siyahısından çıxarılır.
- SOCAR tərəfindən təklif olunmuş işdən imtina edən məzun gözləmə siyahısından çıxarıla bilər.
Gözləmə siyahısına düşdüyünüz barədə sizə məlumat veriləcəkdir. Məlumat almadığınız təqdirdə tis@socar.az email ünvanına sorğu göndərə bilərsiniz. |