Ana səhifə > Xarici təqaüd >> Tarixçə

Azərbaycan Respublikası gənclərinin xaricdə təhsilləri üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təqaüd Proqramı haqqında

İstedadlı və perspektivli yerli gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə 2006-cı ildə SOCAR-ın Təqaüd Proqramı təsis edilmişdir. Proqram çərçivəsində hər il 50-ə yaxın gəncin SOCAR-ın vəsaiti hesabına xarici ölkədə təhsil almasına imkan yaradılır. SOCAR təqaüdü təhsil haqqı, vizaların alınması, tibbi sığorta, yaşayış, nəqliyyat xərcləri və s. daxil olmaqla bütün xərcləri əhatə edir.

SOCAR rəhbərliyi mütəmadi olaraq Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrlə və onların valideynləri ilə görüşlər keçirir, onların təhsil və sosial-məişət məsələləri ilə maraqlanır, onların daha yaxşı təhsil nəticələri əldə etmələri üçün həvəsləndirici hədiyyələr verir.