Ana səhifə > Suallar >> Xarici Təqaüd

1 Kim sənədlərini SOCAR-ın Təqaüd Proqramına təqdim edə bilər?
2 SOCAR-ın Təqaüd Proqramına hansı sənədlər təqdim olunmalıdır?
3 Təqaüd proqramina necə müraciət etmək olar?
4 SOCAR-a müsabiqə üçün təqdim olunan sənədlər geri alına bilərmi?
5 İxtisasımın adı saytda qeyd olunmuş ixtisas adından bir qədər fərqlənir. Bu halda proqrama müraciət etmək olarmı?
6 Sənəd qəbulunun müddəti nə vaxtdır?
7 Mən bakalavr, sonra isə magistr dərəcəsi üzrə xaricdə təhsil almaq istəyirəm. SOCAR Təqaüd Proqramı çərçivəsində mənim təhsilimi maliyyələşdirə bilərmi?
8 Xarici universitetə müstəqil şəkildə qəbul olunmayan, lakin Təqaüd Proqramının digər tələblərinə cavab verən gənc Proqrama müraciət edə bilərmi?
9 SOCAR xarici ölkələrdə dil və ya hazırlıq kurslarını maliyyələşdirirmi?
10 SOCAR doktorantura və ya aspirantura dərəcəsində oxuyan tələbələrin təhsilini maliyyələşdirirmi?
11 Sənədlər hara təqdim edilməlidir?
12 Sənədləri SOCAR tərəfindən qəbul olunan tələbə Təqaüdçü hesab edilirmi?
13 Xarici ölkə universitetlərində bakalavr və ya magistr dərəcəsi üzrə təhsil alan tələbə təhsilini (2-ci və sonrakı illər üzrə) SOCAR Təqaüd Proqramı çərçivəsində davam etdirə bilərmi?
14 Rus bölməsində təhsil alan tələbə müsabiqədə iştirak edə bilərmi?
15 SOCAR hər il neçə tələbənin təhsilini maliyyələşdirir?
16 SOCAR təqaüdünün məbləği nə qədərdir?
17 Tələbə SOCAR-ın müvafiq Komissiyası tərəfindən Təqaüdçüsü seçildikdən sonra nə etməlidir?
18 Təqaüdçü seçilmiş tələbəyə SOCAR hərbi xidmətdən möhlət verilməsini təmin edirmi?
19 İpoteka müqaviləsi hansı müddətə bağlanır?
20 Girov kimi nəyi qoymaq olar?
21 İpotekaya qoyulan əmlakın dəyəri nə qədər olmalıdır?
22 Mənim girov qoymağa imkanım yoxdur. Mənim yerimə kimsə girov qoya bilərmi?
23 Müqavilə imzalandıqdan sonra Təqaüdçü nə etməlidir?
24 Təqaüdçünün təqaüdü (yaşayış, qidalanma və sairə xərcləri) hansı aylarda verilir?
25 Təqaüdçülərin nə kimi əlavə imtiyazları var?
26 Kimlər gənc mütəxəssis sayılır?
27 Təhsilini başa vurmuş Təqaüdçünün iş yeri necə müəyyənləşdirilir?
28 Təqaüd Proqramı çərçivəsində təhsilin müddətinin və ya dəyərinin Təqaüdçünün SOCAR-da işləmə öhdəliyinə təsiri varmı?
29 Gənc mütəxəssis kimi mənzillə təmin olunma prosedurları necədir?
30 Mənzil məsələləri ilə bağlı suallarımızı kimə verə bilərik?

 




Cavablar

1 Kim sənədlərini SOCAR-ın Təqaüd Proqramına təqdim edə bilər?

Aşağıdakı meyarlara cavab verən tələbələr sənədlərini Təqaüd Proqramına təqdim edə bilərlər:

  1. Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  2. Yaşı 35-dən yuxarı olmamalıdır.
  3. Bakalavr dövrü ərzində baza və ixtisas fənlərindən qiymətləri C-dən (və ya digər qiymətləndirmə sistemindəki ekvivalent qiymətdən) aşağı olmamalıdır və ya son 2 (iki) tədris ilində SOCAR-ın Daxili Təqaüd Proqramının ən azı 1 (bir) dəfə təqaüdçü olmalıdır;
  4. Xarici dili bilmə səviyyəsi İELTS sertifikatı üzrə 6.0, TOEFL İBT sertifikatı üzrə 80 baldan az olmamalıdır;
  5. Qəbul olunduğu ali təhsil müəssisəsi və ixtisas müvafiq olaraq Universitetlərİxtisaslar siyahısında olmalıdır;
  6. Təhsil xərclərindən az olmayan dəyərdə təminat (daşınmaz əmlak və ya bank zəmanəti) təqdim etməlidir;
  7. Təhsilini başa vurduqdan sonra SOCAR-nin mülahizəsinə uyğun olaraq təklif edilən müəssisədə ən azı 5 il işləməlidir.
Geri
2 SOCAR-ın Təqaüd Proqramına hansı sənədlər təqdim olunmalıdır?

Proqrama qoşulmaq üçün tələb olunan sənədlərin siyahısı(6-cı bənd üzrə arayışların əsli Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 32A ünvanında yerləşən İnsan Resursları Departamentinə təqdim olunmalı, qalan bütün sənədlər tis@socar.az elektron poçt ünvanına göndərilməlidir. Elektron poçtla göndərilən materialın həcmi bir dəfəyə 10 MB-dən az olmalıdır.):

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Ali təhsil dövründə qiymətləri barədə rəsmi sənəd (transkript);
  • Müvafiq xarici dili bilmə səviyyəsini təsdiq edən sənəd (TOEFL, IELTS, GMAT, DSH, GRE, SAT, LSAT və sair imtahanlar);
  • Xarici universitetə qəbulu təsdiq edən rəsmi sənəd (elektron formatda);
  • Tərcümeyi-hal (.doc formatında);
  • Tibbi arayışlar (poliklinikadan 086№-li forma üzrə arayış və psixoloji durumunu göstərən arayış); (Bu arayış Nizami rayonu 8-ci km. yaşayış sahəsi Şirin Mirzəyev küçəsi, 26 ünvanında yerləşən İnsan Resursları Departamentinə təqdim olunmalıdır );
  • Girov qoyulacaq daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən çıxarışın (kupçanın) və həmin əmlakın texniki pasportunun surəti;
  • Girov sahibinin şəxsiyyət vəsiqəsi;
  • Azərbaycan dilində 500 (± 50) sözdən ibarət motivasiya məktubu (.doc formatında, plaqiat olmamalıdır) təqdim etməlidir. Motivasiya məktubu tələbənin ixtisas seçimini əsaslandırmalı, ixtisasınız haqqında bilgisini və xaricdə oxuma motivasiyasını əks etdirməlidir.
  • Geri
    3 Təqaüd proqramina necə müraciət etmək olar?

    Namizəd elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilər.

    Geri
    4 SOCAR-a müsabiqə üçün təqdim olunan sənədlər geri alına bilərmi?

    Xeyr. Müsabiqə başa çatdıqdan sonra təqaüdçü seçilməyən tələbələrin sənədləri arxivləşdirllir.

    Geri
    5 İxtisasımın adı saytda qeyd olunmuş ixtisas adından bir qədər fərqlənir. Bu halda proqrama müraciət etmək olarmı?

    İxtisasların təxmini adları qeyd olunub. Əgər sizin ixtisasınız mahiyyətcə siyahıdakı ixtisaslara aid edilə bilərsə, sənədləriniz qəbul olunacaq.

    Geri
    6 Sənəd qəbulunun müddəti nə vaxtdır?

    Xarici ölkə universitetlərinə müstəqil şəkildə qəbul olunan tələbələrin üçün sənəd qəbulunun vaxtı saytda elan olunur.
    Müstəqil qəbul olunmayanlar sual 8-ə baxa bilərlər.

    Geri
    7 Mən bakalavr, sonra isə magistr dərəcəsi üzrə xaricdə təhsil almaq istəyirəm. SOCAR Təqaüd Proqramı çərçivəsində mənim təhsilimi maliyyələşdirə bilərmi?

    SOCAR-ın Xarici Təqaüd proqramı bakalavr dərəcəsini maliyyələşdirmir. Namizədin magistratura təhsilinin maliyyələşdirilməsi məsələsinə fərdi şəkildə baxılır.

    Geri
    8 Xarici universitetə müstəqil şəkildə qəbul olunmayan, lakin Təqaüd Proqramının digər tələblərinə cavab verən gənc Proqrama müraciət edə bilərmi?

    SOCAR Fransanın TOTAL şirkəti ilə əməkdaşlıq çərçivəsində məhdud sayda gənci Fransa universitetlərinə yerləşdirə bilir. Bu yolla Təqaüd Proqramına qoşulmaq istəyən gənc ümumi qaydalardan fərqli olan aşağıdakı qaydaları bilməlidirlər:

    1. Proqrama sənəd qəbulu mütəmadi xarakter daşımır.
    2. Sənəd qəbulu xüsusi elandan sonra başlayır.
    3. Elanda sənəd qəbulunun müddəti və layihənin şərtləri barədə məlumat verilir.
    4. Tələb olunan sənədlərin siyahısı sual 2-də qeyd olunub.
    5. Sənəd qəbulu, bir qayda olaraq, avqust-noyabr aylarında həyata keçirilir. Konkret müddət elanda bildirilir. Proqrama müraciət edən gənc müsabiqədən uğurla keçərsə, xaricdə təhsilinə növbəti tədris ilindən başlaya bilər.
    6. Namizədlərin ilkin seçimi SOCAR tərəfindən, yekun seçimi isə TOTAL tərəfindən aparılır.
    7. TOTAL seçim aparmaq üçün noyabr-dekabr aylarında Bakıya xüsusi nümayəndələrini göndərir. Onlar namizədlərlə test imtahanı və müsahibələr keçirirlər (ingilis və ya fransız dilində). Bunların nəticələri qiymətləndirilir və yüksək nəticələr toplayan namizələr növbəti mərhələyə keçirlər.
    8. Növbəti mərhələyə keçən namizədlərin sənədləri TOTAL tərəfindən Fransanın müvafiq universitetlərinə təqdim olunur. Son seçimi universitetlər edir. Universitet seçimində namizədin fikri nəzərə alınmır. Əgər namizədi bir neçə universitet qəbul edərsə, onlar arasında seçimi namizəd edə bilər.
    9. Xarici universitet tərəfindən qəbul olunmuş tələbə ilə SOCAR arasında müvafiq müqavilələr bağlandıqdan sonra o, Təqaüdçü hesab edilir.
    10. Təqaüdçünün viza ilə bağlı məsələləri TOTAL tərəfindən həll edilir.
    Geri
    9 SOCAR xarici ölkələrdə dil və ya hazırlıq kurslarını maliyyələşdirirmi?

    SOCAR xaricdə magistrqabağı dil və ya hazırlıq kurslarını maliyyələşdirmir.

    Geri
    10 SOCAR doktorantura və ya aspirantura dərəcəsində oxuyan tələbələrin təhsilini maliyyələşdirirmi?

    Xeyr, SOCAR yalnız magistr dərəcəsində oxuyan tələbələrin təhsilini maliyyələşdirir.

    Geri
    11 Sənədlər hara təqdim edilməlidir?

    Tibbi arayışların əsli (zərfə qoyaraq üzərinə "Təlim və inkişaf şöbəsinə" yazmaq lazımdır) SOCAR-ın inzibati binasının (SOCAR Tower) qəbul otağına verilməli, qalan bütün sənədlər tis@socar.az elektron poçtuna göndərilməlidir.

    Geri
    12 Sənədləri SOCAR tərəfindən qəbul olunan tələbə Təqaüdçü hesab edilirmi?

    Xeyr. Sənədləri qəbul olunan tələbə SOCAR təqaüdü almağa namizəd sayılır. Sonrakı mərhələlər barədə "Şərtlər" "Suallar" bölmələrində müvafiq məlumatlar verilmişdir. Tələbənin Təqaüdçü seçilməsi barədə yekun qərarı SOCAR-nin müvafiq Komissiyası verir. Lakin Komissiyanın qərarına əsasən tələbə ilə müvafiq müqavilələr bağlandıqdan sonra onun bu statusu hüquqi qüvvəyə minir.

    Geri
    13 Xarici ölkə universitetlərində magistr dərəcəsi üzrə təhsil alan tələbə təhsilini (2-ci il) SOCAR Təqaüd Proqramı çərçivəsində davam etdirə bilərmi?

    Bəli. Bu zaman sənəd qəbulu üçün tələblər və müqavilə şərtləri dəyişməz qalır. Təqaüdçü təhsilini başa vurduqdan sonra SOCAR-də 5 il işləmək öhdəliyi daşıyır.

    Geri
    14 Rus bölməsində təhsil alan tələbə müsabiqədə iştirak edə bilərmi?

    Azərbaycan, rus və ya xarici dilli bölmələrdə təhsil almasından asılı olmayaraq, Azərbaycan dilini bilən və Təqaüd Proqramının şərtlərinə cavab verən istənilən Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

    Geri
    15 SOCAR hər il neçə tələbənin təhsilini maliyyələşdirir?

    Tələbələrin sayı ixtisaslara olan tələbat əsasında illər üzrə müəyyən olunur. Komissiya tərəfindən ixtisaslar üzrə hər il yeni kvota müəyyənləşdirilir və tələbatdan asılı olaraq təhsili maliyyələşdiriləcək tələbələrin sayı dəyişir.

    Geri
    16 SOCAR təqaüdünün məbləği nə qədərdir?

    SOCAR hər tələbə üçün təqaüdü fərdi qaydada təyin edir. Təqaüdün məbləğinə təqaüdçünün ildə bir dəfə təhsil aldığı ölkəyə gedib-gəlməsi üçün təyyarə biletinin dəyəri, təhsil haqqı, yaşayış və qidalanma xərcləri, viza xərcləri və sairə daxildir. Təhsil haqqı, beynəlxalq nəqliyyat və viza xərcləri rəsmi sənədlər əsasında, təqaüdçünün yaşayış xərcləri (ev kirayəsi, qidalanma, daxili nəqliyyat, telefon, poçt və internet xərcləri və sair şəxsi xərclər) isə ölkələrdən asılı olaraq müxtəlif məbləğdə, lakin Dövlət Təqaüd Proqramı ilə müəyyən olunmuş aylıq məbləğlərdən az olmamaq şərti ilə müəyyən edilir. Təqaüdçünün iradəsindən asılı olmayan səbəblərdən Təqaüdün tərkib hissəsi olan xərclər artarsa, əlavə xərclər SOCAR ilə Təqaüdçü arasında bağlanmış müqavilədə müəyyən olunmuş qaydada SOCAR tərəfindən ödənilir. Xərclərin artması təqaüdçünün iradəsindən asılı olarsa, bu artımı təqaüdçü öz vəsaiti hesabına ödəməlidir.

    Geri
    17 Tələbə SOCAR-ın müvafiq Komissiyası tərəfindən Təqaüdçüsü seçildikdən sonra nə etməlidir?

    Təqaüdçü seçilmiş tələbə və Girovqoyan ilə SOCAR arasında Təqaüdçünün təhsilinin təşkili haqqında və İpoteka müqavilələri bağlanmalıdır. Müqavilələrin hazırlanması və qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı SOCAR tərəfindən Təqaüdçüyə e-mail ilə göndərilir. Təqaüdçü siyahıda olan sənədləri tam və vaxtında SOCAR-nin Təlim və inkişaf şöbəsinə təqdim etməlidir. SOCAR yalnız müqavilələrin hazırlanması ilə məşğul olur. Qalan bütün məsələlər Təqaüdçü və ya Girovqoyan tərəfindən həyata keçirilir, bununla bağlı bütün xərclər təqaüdçü və ya girovqoyan tərəfindən ödənilir.

    Qeyd olunan müqavilələr hüquqi qüvvəyə mindikdən sonra namizədin adı təqaüdçülər bölməsinə daxil edilir.

    Geri
    18 Təqaüdçü seçilmiş tələbəyə SOCAR hərbi xidmətdən möhlət verilməsini təmin edirmi?

        - Hərbi xidmətdən möhlət almaq məsələsini Təqaüdçü özü həll etməlidir.

    Geri
    19 İpoteka müqaviləsi hansı müddətə bağlanır?

    İpoteka müqaviləsinin müddəti Təqaüdçünün təhsil illərini və təhsildən sonra SOCAR-də işləyəcəyi 5 ili əhatə edir. Təhsilini başa vurduqdan sonra Təqaüdçü Azərbaycan Silahlı Qüvvələrinə müddətli hərbi xidmətə çağırılarsa və ya hər hansı üzrlü səbəbdən işə gec başlayarsa, İpoteka müqaviləsinin müddəti Təqaüdçü işə başladıqdan 5 il sonra bitir. Təqaüdçü ipoteka əvəzinə yuxarıda qeyd olunan müddətə bank zəmanəti də təqdim edə bilər.

    Geri
    20 Girov kimi nəyi qoymaq olar?

    Girov kimi yalnız daşınmaz əmlak (mənzil, fərdi yaşayış evi, digər obyektlər, torpaq sahəsi və s.) qoyula bilər. Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd 2006-cı ildən əvvəlki tarixə olmamalıdır. Köhnə tarixli sənədlər notariat kontorları tərəfindən qəbul edilmədiyindən, onların əsasında müqavilə bağlamaq mümkün deyil. Bu səbəbdən köhnə tarixli sənəd gecikmədən müvafiq orqanda yeniləşdirilməlidir. Məlumat üçün bildiririk ki, bu proses 1 ay çəkir.

    Geri
    21 İpotekaya qoyulan əmlakın dəyəri nə qədər olmalıdır?

    Əmlakın girov dəyəri Təqaüdçünün təhsili ilə bağlı xərclərin cəmindən az olmamalıdır. Universitetdəki təhsil xərclərini və aylıq təqaüdü bilməklə təhsil üçün tələb olunan təxmini büdcəni əvvəlcədən hesablaya bilərsiniz. Məlumat üçün bildiririk ki, əmlakın girov dəyəri onun hazırkı bazar dəyərindən 20-40% aşağı olur (İpoteka müqaviləsinin müddətindən asılı olaraq). Əmlakın qiymətləndirilməsi SOCAR-nin sifarişi ilə xüsusi lisenziyası olan qiymətləndirmə şirkəti tərəfindən aparılır və onun rəsmi yazılı rəyi SOCAR üçün əsas sayılır.

    Geri
    22 Mənim girov qoymağa imkanım yoxdur. Mənim yerimə kimsə girov qoya bilərmi?

    Təqaüdçünün təhsil xərclərinin təminatı olan girovu (daşınmaz əmlak) və ya bu xərclərdən az olmayan məbləğdə bank zəmanətini istənilən şəxs qoya bilər

    Geri
    23 Müqavilə imzalandıqdan sonra Təqaüdçü nə etməlidir?

    Müqavilələri Tərəflər imzaladıqdan sonra, onlar Təqaüdçü və Girovqoyan tərəfindən müvafiq notariat kontorunda qeydiyyata salınmalı və hər müqavilədən bir nüsxə SOCAR-ə qaytarılmalıdır. Xatırladırıq ki, Bakıdan kənarda yerləşən mülklər üzrə müqavilələr həmin mülkün yerləşdiyi şəhər və ya rayon üzrə notariat kontorunda qeydə alınmalıdır.

    1. Notariat kontorunda qeydiyyata alınmış İpoteka müqaviləsinin bir nüsxəsi SOCAR-nin məktubu əsasında Təqaüdçü və ya İpotekaqoyan tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmalı və bunu təsdiq edən qəbzlər SOCAR-ə təqdim olunmalıdır.
    2. Təhsil alacağı ölkəyə viza almaq üçün Təqaüdçü müvafiq konsulluğa müraciət etməlidir. Viza alınması üçün konsulluq tərəfindən tələb olunan məktub (maliyyə dəstəyinin təsdiqi haqqında SOCAR-nin məktubu) yalnız yuxarıda qeyd olunan mərhələlərdən sonra Təqaüdçüyə verilə bilər. Müqavilələr hüquqi qüvvəyə minməyincə, SOCAR qeyd olunan məktubu heç kimə verə bilməz.
    3. Təqaüdçü Azərbaycanda öz adına AZN hesabı açmalıdır və hesabın tam rekvizitlərini (bankın məktubunun surətini) SOCAR-nin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinə təqdim etməlidir ki, Azərbaycanda olarkən ona köçürmələr etmək mümkün olsun. Başqa adamın (hətta valideynlər və ya qardaş-bacının) adına açılmış hesaba, həmçinin başqa valyutada açılmış hesaba SOCAR tərəfindən pul köçürülə bilməz.
    4. Təqaüdçü öz adına alınmış təyyarə biletinin və viza üçün ödədiyi pulun qəbzini SOCAR-ə təqdim etdikdən sonra hesabına müvafiq məbləğ köçürülür. Təyyarə bileti dövlət şirkəti olan AZAL-dan alınmalıdır və gediş-gəliş (ikitərəfli) üçün nəzərdə tutulmalıdır. AZAL-ın həmin istiqamətdə aviareysləri olmadıqda, minimum xərclərə başa gələn başqa aviaşirkətin xidmətindən istifadə etmək olar. Təyyarə bileti "ekonom-klass" kateqoriyası üzrə ödənilir.
    5. Təqaüdçü təhsil aldığı ölkəyə daxil olduqdan sonra orada öz adına həmin ölkənin valyutasında bank hesabı açmalıdır və hesabın tam rekvizitlərini (bankın məktubunun surətini) bizə təqdim etməlidir ki, aylıq təqaüdlərini ona köçürmək mümkün olsun. Başqa adamın (hətta valideynlər və ya qardaş-bacının) adına açılmış hesaba SOCAR tərəfindən pul köçürülə bilməz.

    Qeyd. Təqdim olunan bank hesabına birinci köçürmə, təxminən, 10 iş günündən sonra mümkün olacaq. Növbəti aylar aylıq təqaüd, bir qayda olaraq, hər ayın əvvəlində köçürülür.

    Geri
    24 Təqaüdçünün təqaüdü (yaşayış, qidalanma və sairə xərcləri) hansı aylarda verilir?

    Təqaüd yalnız tədris ilinin ayları üzrə hər ayın əvvəlində verilir, tətil aylarında təqaüd ödənilmir. Təqaüdçünün təhsil müddəti kəsirini düzəltməklə bağlı artarsa, bu dövrün təhsil haqqı SOCAR tərəfindən ödənilmir və Təqaüdçüyə həmin aylar üçün aylıq təqaüd ödənilmir.

    Geri
    25 Təqaüdçülərin nə kimi əlavə imtiyazları var?

    - Təqaüdçü oxuduğu müddətdə SOCAR-nin müvafiq strukturlarında ödənişsiz istehsalat təcrübəsi və ödənişli yay təcrübəsi keçə bilər.
    - Universiteti bitirən Təqaüdçü SOCAR-də ixtisasına müvafiq işlə təmin olunur.
    - Təqaüdçü məzunlara "Gənc mütəxəssis" statusu verilir. Gənc mütəxəssis SOCAR-də güzəştli şərtlərlə mənzil almaq imkanı qazanır (mənzil növbəsinə dayanmağa əsas verən səbəblər olduğu halda).

    Geri
    26 Kimlər gənc mütəxəssis sayılır?

    Aşağıdakı şəxslər SOCAR-da işə qəbul olunduqda Gənc mütəxəssis sayılırlar:

    1. SOCAR-ın xaricdə təhsil üzrə Təqaüd Proqramı çərçivəsində təhsilini başa vurub SOCAR-da işləyən gənclər;
    2. Azərbaycan Respublikası ali təhsil müəssisələrini (bakalavriat və ya magistratura pilləsi üzrə) SOCAR təqaüdü ilə bitirib 1,5 il müddətində SOCAR-də işə qəbul olunan gənclər
    Geri
    27 Təhsilini başa vurmuş Təqaüdçünün iş yeri necə müəyyənləşdirilir?

    Təhsilini başa vurmuş Təqaüdçü təhsili, nailiyyətləri, əldə etdiyi biliklər, təhsil müddətində istehsalat təcrübəsi, SOCAR-da biliklərinin daha səmərəli istifadə etməsi üçün əsaslandırılmış təklifləri barədə PowerPoint formatında 10-15 dəqiqəlik bir təqdimat hazırlayır və SOCAR-ın xüsusi Komissiyasının iclasında bu təqdimatla çıxış edir. Təqdimatdan sonra Komissiya üzvlərini maraqlandıran suallara cavab verir. Təqaüdçünün ixtisası, təhsil göstəriciləri və təqdimatından asılı olaraq onun iş yeri müəyyənləşdirilir. Bu zaman onun əmək haqqı SOCAR-da mövcud olan əməyin ödənilməsi sistemi üzrə müəyyən olunur. 

    Qeyd 1: Təqaüd Proqramı çərçivəsində təhsil almış və işləyən təqaüdçünün işlədiyi qurum ləğv olunduqda (yeni təşkil edildikdə), təqaüdçü yenidən təşkil edilmiş müəssisədə və ya SOCAR-ın təklifi ilə digər müəssisəsdə yerləşdirilir. Əgər ləğv olunmuş müəssisə əsasında SOCAR-ın tabeçiliyində olmayan, ayrıca müəssisə təşkil edilərsə, bu zaman SOCAR-ın təklifi ilə təqaüdçü yeni yaranan müəssisəyə göndərilə bilər.

    Qeyd2: Təqaüd Proqramı çərçivəsində təhsil aldığı dövrdə təqaüdçünün ixtisasına, təhsil istiqamətinə uyğun olan iş yeri artıq mövcud olmadıqda (həmin qurumun ləğv edilməsi, müvafiq icra hakimiyyətinin qərarı ilə həmin qurumun başqa bir dövlət qurumunun balansına verilməsi və s. bu kimi hallarda) geri qayıtdıqdan sonra SOCAR həmin təqaüdçünün yerləşdirilməsi üçün tədbirlər görə və ya təqaüdçü ilə bağlanmış müqaviləni ləğv edərək qarşılıqlı öhdəliklərə xitam verə bilər.

    Geri
    28 Təqaüd Proqramı çərçivəsində təhsilin müddətinin və ya dəyərinin Təqaüdçünün SOCAR-da işləmə öhdəliyinə təsiri varmı?

    Xeyr. Təhsilin müddətindən və dəyərindən asılı olmayaraq, Təqaüdçü müqavilə üzrə təhsilini başa vurduqdan sonra SOCAR strukturunda 5 il işləməlidir. Müqavilə təqaüdçünün təqsiri üzündən pozulduqda, təhsil üçün SOCAR tərəfindən çəkilən bütün xərclər və öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar SOCAR-a dəymiş ziyan təqaüdçü tərəfində SOCAR-a ödənilməlidir. Əks halda, ödəmə ipoteka qoyulmuş əmlaka və ya bank zəmanətinə yönəldilir.

    Geri
    29 Gənc mütəxəssis kimi mənzillə təmin olunma prosedurları necədir?
      Prosedurlar aşağıdakı kimidir:

    • Mənzil təmin edilmək üçün "Neftçi" mənzil-tikinti kooperativinə (Kooperativ) üzv olmaq lazımdır.
    • Gənc mütəxəssislər Kooperativə növbədənkənar üzv olma hüququna malikdirlər (digər işçilər müəyyən staj senzindən sonra üzv ola bilərlər).
    • Kooperativə üzv olmaq üçün xüsusi elanı gözləmək lazımdır (elanda binanın yeri və ərizə qəbulu müddəti qeyd olunur). Elanlar bütün idarələrdə bir çox yerlərdə asılır. Hər tikilən bina üçün ayrıca elan verilir.Elan tikiləcək binanın layihəsi hazır olduqdan sonra verilir.
    • Kooperativə üzv olmaq istəyən müvafiq elandan sonra SOCAR prezidentinə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
        1) ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri;
        2) yaşayış yerindən arayış (forma 2);
        3) işlədiyi müəssisə rəhbərinin vəsatəti;
        4) əmək kitabçasının surəti;
        5) ailə üzvlərinin adına yaşayış sahəsinin olub-olmaması haqqında DƏDRX-dən arayış;
        6) nikah və doğum haqqında şəhadətnamələrin surəti.
    • Təqdim olunan sənədlər Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsi (YSİŞ) tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə əsasən, inşa ediləcək yaşayış binasındakı mənzillərin say və sahəsinə müvafiq olaraq MTK üzvlüyünə namizədlərin siyahısı hazırlanır. Siyahı ərizələrin daxil olma tarixinə nəzərən tərtib edilir və müvafiq qaydada təsdiqləndikdən sonra MTK-ya təqdim olunur. Müraciətə baxılmanın nəticəsi barədə ərizəçiyə yazılı məlumat verilir.
    • Siyahısı MTK-ya təqdim edilmiş şəxslər göndərişin daxil olduğu tarixdən 15 gün müddətində MTK ilə Pay qoyuluşu müqaviləsi bağlamalıdırlar.
    • MTK ilə Pay qoyuluşu müqaviləsini bağlayan, birdəfəlik üzvlük haqqını (10 manat) ödəyən şəxs MTK-nın Ümumi Yığıncağının qərarı ilə MTK-nın üzvü sayılır.
    • Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gənc mütəxəssis 2 otaqlı mənzilə namizəd ola bilər.
    • Gənc mütəxəssis üçün 2 otaqlı mənzilin dəyərinin 50%-i SOCAR tərəfindən, 50%-i isə özü tərəfindən ödənilir.
    • Gənc mütəxəssis öz istəyilə 2 otaqlı mənzilin sahəsinin 50 %-indən çox olmamaq şərti ilə əlavə sahə (yəni, 3 otaqlı mənzil) seçə bilər. Əlavə sahənin dəyəri üzv tərəfindən tam həcmdə ödənilir.
    • Mənzilin dəyəri tikinti müddətində MTK-ya ödənilməlidir. Mənzilin dəyərinin MTK üzvü tərəfindən ödəniləcək hissəsi 10 ilədək müddətə illik 4% olmaqla kreditləşdirilə bilər. Əlavə seçilmiş sahənin dəyəri tikinti müddətində ödənilməlidir və bu məbləğ kreditləşdirilmir.
    • Kooperativə üzv olan gənc mütəxəssis minimum 8 il (5 + 3) olmaqla, pay haqqını tam ödəyənədək SOCAR-da işləməlidir.
    • Aşağıdakı hallarda Kooperativ üzvlüyünə xitam verilir:
        1) SOCAR rəhbərliyinə Kooperativdən çıxmaq barədə ərizə verdikdə;
        2) SOCAR ilə əmək münasibətlərinə xitam verildikdə (8 il işləmə öhdəliyinin yerinə yetirilməsi və pay haqqının tam ödənilməsi halları istisna olmaqla);
        3) Kooperativlə bağlanmış müqavilə öhdəlikləri üzv tərəfindən yerinə yetirilmədikdə;
        4) Kooperativ qanunvericiliyə uyğun olaraq ləğv edildikdə.
    • Kooperativ üzvlüyünə xitam verilmiş şəxsə ödənilmiş pay haqqının qaytarılması tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
     

    Geri
    30 Mənzil məsələləri ilə bağlı suallarımızı kimə verə bilərik?

    SOCAR işçiləri mənzil məsələləri ilə bağlı suallarını Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsinin mütəxəssislərinə verə bilərlər. Əlaqə telefonlar:10-134; 521-01-34

    Geri