Ana səhifə > Xarici təqaüd >> Elanlar

Xarici Təqaüd Proqramının şərtləri və qaydaları dəyişilmişdir!
30.04.2018

Bu ildən etibarən SOCAR-ın Xaricdə təhsil proqramı yalnız SOCAR-da işləyən gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Xarici Təqaüd Proqramına müraciət etmək istəyənlərin nəzərinə!
14.03.2018

Xarici Təqaüd Proqramının şərtləri və qaydaları hazırda dəyişilməkdədir. Yeni qaydalar haqqında ətraflı məlumat aprel ayı ərzində elan olunacaqdır.

Xarici Təqaüd Proqramına müraciət etmək istəyənlərin nəzərinə!
19.07.2017

Xarici Təqaüd Proqramına sənəd qəbulunun sonuncu dəfə olmaqla müddəti 31.07.2017-ci il tarixinədək uzadılmışdır.

Təqaüd Proqramına müraciət etmək istəyənlər tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə müraciət və suallar bölmələrindən ətraflı məlumat əldə etdikdən sonra müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Qeyd: "Maliyyə və mühasibatlıq" ixtisas qrupu üzrə kvota tamamlandığı üçün yeni müraciətlər qəbul edilmir.

Son qeydiyyat tarixi: 31 iyul 2017-ci il

Xarici Təqaüd Proqramına müraciət etmək istəyənlərin nəzərinə!
30.06.2017
Xarici Təqaüd Proqramına sənəd qəbulunun müddəti 15.07.2017-ci il tarixinədək uzadıldı. Təqaüd Proqramına müraciət etmək istəyənlər tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə müraciət və suallar bölmələrindən ətraflı məlumat əldə etdikdən sonra müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat tarixi: 15 iyul 2017-ci il

SOCAR-ın Xaricdə təhsil üzrə Təqaüd Proqramı vasitəsi ilə xaricdə təhsil almaq istəyən gənclərin nəzərinə!
08.05.2017
Təqaüd Proqramına müraciət etmək istəyənlər tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə müraciət və suallar bölmələrindən ətraflı məlumat əldə etdikdən sonra müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Son qeydiyyat tarixi: 1 iyul 2017-ci il

Xarici Təqaüd Proqramına müraciət etmək istəyənlərin nəzərinə!
02.05.2017
2017-2018-ci tədris ili üzrə SOCAR-ın Xaricdə təhsil üzrə Təqaüd Proqramının ali təhsil müəssisələrinin və ixtisaslarının siyahısı yenilənmişdir. Proqrama müraciət yaxın günlərdə elan olunacaqdır
XTP üzrə komissiyanın növbəti iclası keçirildi
05.09.2016
Sentyabrın 1-də SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramının Müsahibə Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda SOCAR-ın maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət etmiş 5 tələbənin namizədliyi müzakirə olunmuş və tələbələr Komissiya üzvlərinin suallarını cavablandırmış, həmin ixtisaslar üzrə oxumaq istəklərini əsaslandırmışlar. 2016-2017-ci tədris ili üçün 1 nəfərin Böyük Britaniyanın London Universitet Kollecində Kimya
mühəndisliyi ixtisası üzrə, 1 nəfərin də Böyük Britaniyanın Lester Universitetində İnsan resurslarının idarəolunması ixtisası üzrə təhsil almaları məqsədəuuyğun hesab olunmuşdur. Daha sonra SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə Kompüter elmləri, Gəmiqayırma, Kimya mühəndisliyi, İnformatika və İKT, Hüquq, Neft geologiyası və Neft Qaz mühəndisliyi ixtisas qrupuları üzrə təhsilini başa vurmuş 9 məzunun (6 bakalavr, 3 magistr) hesabat xarakterli təqdimatları dinlənilmişdir. Onlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. Məzunların hesabatları dinlənildikdən sonra ixtisaslarına uyğun olaraq müvafiq iş yerləri təyin olunmuşdur. Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 35 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir və onlardan 21 nəfərin bu ilin sonuna kimi təhsillərinin başa vuraraq geri qayıtmaları gözlənilir. Bundan əlavə, 189 nəfər isə təhsilini başa vuraraq geri qayıtmış, SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar.

1 >> 2>>3