Ana səhifə > Xarici təqaüd >> Elanlar

Xarici Təqaüd Proqramına müraciət etmək istəyənlərin nəzərinə!
13.05.2016
2016-2017-ci tədris ili üzrə SOCAR-ın Xarici Təqaüd Proqramının ali təhsil müəssisələrin siyahısı yenilənmişdir. İxtisaslar üzrə ali təhsil müəssisələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz. Proqrama müraciət yaxın günlərdə elan olunacaqdır
Diqqət! "Fransada təhsil" layihəsinə sənəd qəbulunun müddəti uzadıldı
13.01.2016

"TOTAL" şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil proqramına sənəd qəbulunun müddəti 29.01.2016-ci il tarixinədək uzadıldı.Bu proqram çərçivəsində tələbələr Fransada həm ingilis, həm də fransız dilində təhsil almaq hüququna malikdirlər. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistratura pilləsində təhsil alan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

  • Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Neft - qaz mühəndisliyi (istismar, qazma və sairə)
  • Kimya mühəndisliyi
  • Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
  • Elektroenergetika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi (elmləri)
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
2016-2017-ci tədris ili üçün SOCAR-ın Xarici Təqaüd Proqramının şərtlərinə dəyişikliklər olundu
26.10.2015
9 oktyabr 2015-ci il tarixində keçirilən Komissiya İclasının qərarına əsasən SOCAR-ın Xarici Təqaüd Proqramının ixtisaslar siyahısında dəyişikliklər olundu. Bundan əlavə, proqram çərçivəsində bakalavr dərəcəsinin maliyyələşdirilməsi dayandırılmış və 2016-2017-ci tədris ili üçün ixtisaslar üzrə yeni kvota təyin olunmuşdur. İxtisasların siyahısı ilə İxtisaslar bölməsində tanış ola bilərsiniz.

Qeyd: Universitetlərin siyahısı reytinqə əsasən 2016-cı ilin yanvar ayının sonunadək yenilənəcəkdir.
Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!
23.10.2015

SOCAR Xarici Təqaüd Proqramı çərçivəsində Fransanın nüfuzlu universitetlərində ingilis və ya fransız dillərində magistr təhsili almaq istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 01.01.2016 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

  • Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Neft - qaz mühəndisliyi (istismar, qazma və sairə)
  • Kimya mühəndisliyi
  • Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
  • Elektroenergetika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi (elmləri)
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)

Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlər və suallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
Qeydlər:
1. Müsabiqədə yalnız 29 yaşa qədər olan gənclər iştirak edə bilər.
2. İngilis dilində təhsil almaq üçün müraciət edən namizədlər İELTS (min. 6.0 bal) və yaxud TOEFL  (min. 80 bal) sertifikatına malik olmalıdır.
3. Fransız dilində təhsil almaq üçün müraciət edən namizədlər isə TCF və yaxud DELF üzrə minimum B1 səviyyəsini göstərən sertifikata malik olmalıdır.

SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilmişdir
12.10.2015
Oktyabrın 9-da SOCAR-ın Xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilmişdir. Qeyd olunmuşdur ki, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Proqram çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. İclasda Proqram çərçivəsində 8-i magistr, 1-i bakalavr və 1-i uzman olmaqla Böyük Britaniya, Almaniya və Türkiyənin universitetlərində təhsil almış 10 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış etmişdir. Məzunlar təhsil aldıqları ixtisas və
ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. İclasda 2016-2017-cı tədris ili üçün xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə kvotalara baxılmış, hüquq, risklərin idarə olunması və mühasibat uçotu ixtisasları Proqrama daxil edilməmişdir. 2016-2017-ci tədris ili ərzində SOCAR-ın Xarici Təqaüd Proqramına müraciət edən gənclər kimya mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, geologiya mühəndisliyi, neft-qaz mühəndisliyi və elektroenergetika mühəndisliyi ixtisasları üzrə təqaüd ala biləcəklər.
SOCAR-ın sponsorluğu ilə XTP üzrə təhsil alan tələləbələrin nəzərinə
28.08.2015
Son zamanlar bir çox tələbələrin diplom işləri və ya dissertasiyaları SOCAR-ın fəaliyyət çərçivəsindən kənara çıxdığını və şirkətin heç bir maraq sahəsini əhatə etmədiyini nəzərə alaraq final diplom və ya dissertasiya işinizin mövzusunu mütləq halda SOCAR-la (İRD-yə göndərilsin, TİŞ tərəfindən aidiyyatı üzrə yönləndiriləcəkdir) razılaşdırmağınızı xahiş edirik. Əks halda, Xarici Təqaüd Proqramı çərçivəsində sizin işlə təmin olunmağınızda problemlər yarana bilər.
Bundan əlavə nəzərinizə çatdırırıq ki, sizinlə SOCAR arasında bağlanmış müqavilənin şərtlərinə əsasən təhsilinizi başa vurub qayıtdıqdan sonra 5 gün ərzində SOCAR-a (İRD-yə) bu barədə məlumat verməli, təyin edilmiş vaxtda SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə Komissiyasının qarşısında hesabat xarakterli təqdimatla çıxış etməlisiniz. Və yalnız bundan sonra Komissiyanın rəyinə əsasən gələcək iş yeriniz müəyyən olunacaqdır. Bu mərhələni keçməmiş SOCAR-ın hər hansı bir idarəsi və ya birgə müəssisəsi ilə əlaqə yaratmaq, onlardan sizin üçün iş yerinin müəyyən olunmasında köməklik göstərilməsini xahiş etmək məsləhət deyildir. Hər hansı birgə müəssisədə və yaxud da strukturda əmək fəaliyyətinə başlamaq isə mövcud qaydalarımıza ziddir və birbaşa müqavilə üzrə öhdəliyin pozulması deməkdir. Xahiş edirik nəzərə alasınız.
Xarici Təqaüd Proqramına sənəd qəbulu bitdi!
13.07.2015
10 iyul tarixindən etibarən SOCAR-ın Xarici Təqaüd Proqramına qeydiyyat dayandırılmışdır. Hazırda müraciət edən tələbələrin məlumatları sistemləşdirilir və tezliklə namizədlər siyahısı yenilənəcəkdir.
SOCAR xətti ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
17.04.2015
SOCAR-ın Xarici Təqaüd Proqramının universitetlər siyahısında dəyişikliklər olundu. Universitetlərin siyahısı ilə burada tanış ola bilərsiniz.
SOCAR xətti ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
10.03.2015
Mart ayının sonuna qədər SOCAR-ın universitetlər siyahısında dəyişikliklər gözlənilir. Saytımızı izləməyə davam edin.
"Fransada təhsil" layihəsinin seçimində iştirak edən namizədlərin nəzərinə!
27.02.2015
Fransada təhsil" layihəsinə muraciət edən 7 namizəddən TOTAL şirkəti tərəfindən aparılan testlər və müsahibələr nəticəsində aşağıdakı 4 nəfər seçilmişdir:

S/n

Soyad, ad, ata adı

İxtisas

1

Babayeva Pərvanə İlman q.

Ətraf-mühit kimyası

2

Ələkbərli Ceyhun Ilqar o.

Geologiya mühəndisliyi

3

Kərimov Samir Eldar o.

Geologiya mühəndisliyi

4

Şıxməmmədov Ümid Ömər o.

Dəniz neft-qaz yataqlarının işlənməsinə geoloji nəzarət

Təqaüdçülərimizin uğurları
Tanış olun!
Fərid Abadlı SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Norveç Elm və Texnologiya Universitetində Neft mühəndisliyi ixtisası üzrə magistr təhsili alıb. Bu yaxınlarda Almaniyada fəaliyyət göstərən LAMBERT Akademik Nəşriyyatından gələn təklif əsasında Fəridin magistr tezisi kitab halında çap olunub və bir çox kitab satış mərkəzlərinə paylanılıb. Kitabın elektron versiyası ilə buradan tanış ola bilərsiniz.
SOCAR-ın Xarici Təqaüd Proqramı vasitəsi ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
23.02.2015
SOCAR-ın Xarici Təqaüd Proqramının ixtisaslar siyahısına dəyişiklik olundu. Siyahıya “Hüquq” ixtisası əlavə olunmuş, “İnsan Resurslarının idarə edilməsi” ixtisası siyahıdan çıxarılmışdır. Bundan əlavə tədris ili üçün ixtisaslar üzrə kvota təyin olunmuşdur. 2015-2016-cı tədris ili üçün ixtisaslar üzrə təyin olunmuş say (kvota) ilə burada tanış ola bilərsiniz.
SOCAR-ın Xarici Təqaüd Proqramının Komissiyasının iclası keçirilmişdir
11.02.2015
Fevralın ayının 10-da SOCAR-ın Xarici Təqaüd Proqramının Komissiyasının növbəti iclası keçirilmişdir. İlk olaraq iclasda istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Xarici Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər barədə danışılmışdır. Sonra Komissiya üzvləri proqram haqqında statistik məlumatlarla tanış olmuş, həmçinin 2015-2016-cı tədris ili üçün ixtisas qrupları (mühəndislik) üzrə minimum TQDK balları
müzakirə edilmiş və 2015-2016-cı tədris ili müddətində xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə yeni kvotalar təyin edilmişdir. İclasda həmçinin SOCAR-ın Təqaüd Proqramına qoşulma iddiasında olan Nural Muradlının namizədliyinə baxılmışdır. Daha sonra bakalavr təhsilini Türkiyənin ODTU, magistr təhsilini isə ABŞ-ın Kolumbiya Universitetində almış Vüqar Abdullayev təhsil aldığı ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyəti barədə Komissiya üzvlərinə ətraflı məlumat vermişdir. Qeyd edək ki, bu günədək SOCAR-ın Təqaüd Proqramında 249 nəfər iştirak etmişdir. Hazırda onlardan 22 nəfər bakalavr, 23 nəfər magistr pilləsi üzrə, 1 nəfər isə uzmanlıq təhsilini Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. İndiyədək 203 nəfər (bakalavr pilləsi üzrə 34, magistr pilləsi üzrə 167, uzmanlıq üzrə isə 2 məzun) təhsilini başa vuraraq vətənə qayıtmış və SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar.
Diqqət! "Fransada təhsil" layihəsinə sənəd qəbulunun müddəti uzadıldı
22.12.2014

"TOTAL" şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil proqramına sənəd qəbulunun müddəti 20.01.2015-ci ilədək uzadıldı. Fransada tələbələr həm ingilis həm fransız dilində təhsil almaq hüququna malikdirlər. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

  • Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Neft - qaz mühəndisliyi (istismar, qazma və sairə)
  • Kimya mühəndisliyi
  • Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
  • Elektroenergetika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi (elmləri)
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
  • Ekologiya (çevrə) mühəndisliyi
Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!
08.10.2014

ARDNŞ Xarici Təqaüd Proqramı çərçivəsində Fransanın nüfuzlu universitetlərində ingilis və ya fransız dillərində magistr təhsili almaq istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 07.11.2014 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

  • Geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  • Neft - qaz mühəndisliyi (istismar, qazma və sairə)
  • Kimya mühəndisliyi
  • Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
  • Elektroenergetika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Kompüter mühəndisliyi (elmləri)
  • İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
  • Ekologiya (çevrə) mühəndisliyi

Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlər və suallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
Qeydlər:
1. Müsabiqədə yalnız 29 yaşa qədər olan gənclər iştirak edə bilər.
2. İngilis dilində təhsil almaq üçün müraciət edən namizədlər İELTS (min. 6.0 bal) və yaxud TOEFL  (min. 80 bal) sertifikatına malik olmalıdır.
3. Fransız dilində təhsil almaq üçün müraciət edən namizədlər isə TCF və yaxud DELF üzrə minimum B1 səviyyəsini göstərən sertifikata malik olmalıdır.

ARDNŞ-nin xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilmişdir
08.10.2014
İstedadlı və perspektivli gənclərin ARDNŞ-nin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil almış məzunların Şirkət rəhbərliyi ilə hesabat xarakterli görüşləri artıq ənənə halını almışdır. Oktyabrn 3-də ARDNŞ-nin xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramının Müsabiqə Komissiyasının növbəti iclasında Şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almış daha 19 nəfər gənc məzununun hesabatı dinlənilmişdir.
Məzunlardan 6-sı iqtisadiyyat, 4-ü insan resurslarının idarəedilməsi, 3-ü avtomatika və informasiya kommunikasiya texnologiyaları, 1-i neft mühəndisliyi, 1-i hüquq, 1-i ekologiya və 1 nəfər isə logistika ixtisası üzrə təhsilini başa vurmuşdur. Komissiya üzvlərinin suallarını cavablandıran məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. İclasda hesabatları ilə xüsusi fərqlənmiş bir qrup məzun oradaca seçilmiş və ARDNŞ-nin müxtəlif struktur bölmələrinə dərhal təyinat almışdır. Qeyd olunmuşdur ki, qalan məzunların da müvafiq işlə təmin edilməsi məsələsinə yaxın günlərdə baxılacaqdır. Müsabiqə Komissiyası daha sonra şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil alan 7 nəfərin təhsil məsələsini müzakirə etmişdir. Qeyd edək ki, bu günədək ARDNŞ-nin Təqaüd Proqramında 246 nəfər iştirak etmişdir. Hazırda onlardan 23 nəfər bakalavr, 27 nəfər magistr pilləsi üzrə, 1 nəfər isə uzmanlıq təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. İndiyədək 195 nəfər (bakalavr pilləsi üzrə 32, magistr pilləsi üzrə isə 161 məzun) təhsilini başa vuraraq vətənə qayıtmış və ARDNŞ-nin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar.
Xarici Təqaüd Proqramına müraciət etmiş namizədlərin nəzərinə!
30.07.2014
01 avqust saat 15:00-da ARDNŞ-nin İnsan Resursları Departamentində Xarici Təqaüd Proqramının namizədləri üçün test imtahanı təşkil olunacaqdır. İmtahan qeyd olunan ixtisaslar üzrə aşağıdakı qaydada keçiriləcəkdir:
Mühəndislik
- Neft - qaz mühəndisliyi (Riyaziyyat+Fizika+Kimya+İngilis dili)
- Geologiya mühəndisliyi (Riyaziyyat+Fizika+Kimya+ İngilis dili)
- Kimya mühəndisliyi (Riyaziyyat+Fizika+Kimya+ İngilis dili)
- Kompüter mühəndisliyi (elmləri) (Riyaziyyat+İnformatika+Məntiq+ İngilis dili)
- İT və sistemləri mühəndisliyi (Riyaziyyat+İnformatika+Məntiq+ İngilis dili)
İqtisadiyyat
- Mühasibatlıq (Riyaziyyat+ Məntiq+ İngilis dili)
- Beynəlxalq risklərin idarə olunması və maliyyə (Riyaziyyat+ Məntiq+ İngilis dili)
Digər
- İnsan resursları (Məntiq+Əmək qanunvericiliyi+ İngilis dili)

QEYD: İmtahana gələrkən şəxsiyyət vəsiqənizi özünüzlə gətirməyi unutmayın.
Xarici Təqaüd Proqramına sənəd qəbulu bitdi!
11.07.2014
10 iyul saat 18:00-dan etibarən ARDNŞ-nin Xarici Təqaüd Proqramına qeydiyyat dayandırılmışdır. Hazırda müraciət edən tələbələrin məlumatları sistemləşdirilir və tezliklə namizədlər siyahısı yenilənəcəkdir. Çatışmayan sənədlərinizi 21.07.2014-cü il tarixinədək tis@socar.az ünvanına göndərə bilərsiniz.
Xarici Təqaüd Proqramına müraciət edənlərin nəzərinə!
30.06.2014
10 iyul saat 18:00-dan etibarən ARDNŞ-nin Xarici Təqaüd Proqramına sənəd qəbulu dayandırılacaqdır. Hazırda müraciət edən tələbələrin məlumatları sistemləşdirilir və tezliklə namizədlər siyahısı yenilənəcəkdir.
Almaniyanın Frankfurt şəhərində Frankfurt Maliyyə və Menecment məktəbində Azərbaycan günü keçirilmişdir
21.04.2014
24 Mart 2014-cü ildə Almaniyanın Frankfurt şəhərində Frankfurt Maliyyə və Menecment məktəbində Azərbaycan günü keçirilmişdir. Tədbirə universitetin müəllim və tələbə heyyəti, həmçinin ARDNŞ-in Almaniya nümayəndəliyi, Azərbaycanın Almaniyadakı səfirliyi, ASN və Almaniyada oxuyan tələbələr dəvət olunmuşlar. Tədbirə dəvət xüsusi çap olunmuş biletlər əsasında həyata keçirilmişdir. Tədbirin daha maraqlı keçməsi və insanlarda daha çox maraq oyadılması məqsədi ilə elektron flyer-lər
aidiyyatı qurumlara, tələbə və müəllim heyətinə göndərilmiş, həmçinin 2 ədəd roll-up hazırlanmışdır. Tədbiri giriş sözü ilə açan Frankfurt Maliyyə və Menecment məktəbinin vitse-prezidenti Ingolf Jungmann, bu cür tədbirin universitet tarixində birinci dəfə keçirildiyini bildirmiş və Azərbaycanın Avropa üçün strateji əhəmiyyətindən və bilavasitə Azərbaycan Dövlət Neft Şirkətinin bu sahədə gördüyü işlərdən qısa şəkildə tədbir iştirakçılarını məlumatlandırmışdır. Tədbirdə Azərbaycanın zəngin mədəniyyətini və tarixini özündə əks etdirən video çarx və Azərbaycan tarixinin qədimliyi və zəngin mədəni irsi barədə prezentasiya nümayiş edilmişdir. Prezentasiyada Azərbaycanın odlar yurdu adlanmasının müxtəlif aspektləri, ölkənin musiqisi, incəsənəti, zəngin ədəbiyyatı geniş formada izah edilmişdir. Azərbaycan - Almaniya əlaqələrinin tarixi, Helenendorf yaşayış məntəqəsi və Bakıda yerləşən Alman kilsəsinin tarixini özündə əks etdirən slaydlar tələbə və müəllim heyətinin marağına səbəb olmuşdur. Daha sonra Azərbaycan milli mətbəx nümunələrindən olan dolma, kabablar, plov, Novruz adət-ənənəsini özündə cəmləşdirən şirniyyatlar və digər milli mətbəx nümunələri tədbir iştirakçılarına təqdim olunmuşdur. Tədbir 5 nəfərdən ibarət rəqs qrupunun müxtəlif ritmik rəqs oyunları ilə davam etmiş və təqribən 15 dəqiqəlik rəqs çıxışından sonra tədbir sona çatmışdır. Tədbir barədə Maliyyə məktəbinin rəsmi səhifəsində geniş məlumat da yerləşdirilmişdir.
Xarici Təqaüd Proqramının müsabiqə qaydalarına dəyişiklik olunmuşdur!
16.04.2014
Xarici Təqaüd Proqramının tələblərinə cavab verən və namizədlər siyahısına daxil edilmiş şəxslər ilkin olaraq ARDNŞ-nin İnsan Resurları Departamenti tərəfindən keçirilən test və müsahibə mərhələsindən keçməlidir. Yalnız test və müsahibədən uğurla nəticə əldə edəcək namizədlər ARDNŞ-nin Kadrların İdarə Edilməsi Komitəsi (KİEK) üzvələrinin iştirakı ilə keçirilən Komissiyanın iclasına buraxılacaqlar. Test və müsahibədə namizədin ixtisasını bilmə səviyyəsi, məntiqi təfəkkürü, xarici dil biliyi, xaricdə Azərbaycanı təmsil etmə bacarığı, psixoloji durumu, ümumi dünyagörüşü, qərarlarını əsaslandırma qabiliyyəti, liderlik keyfiyyətləri və s. qiymətləndiriləcəkdir.
Nottinqam Universitetdində Azərbaycan Günü Tədbiri keçirilmişdir
09.04.2014
Mart ayının 27-si Böyük Britaniyanın Nottinqam Universitetdində ARDNŞ-nin təqaüdçüləri Tural Məhərrəmov və Həsən Cahangirov digər Azərbaycanlı gənclərlə birgə Azərbaycan Mədəniyyəti Günü keçirilmişlər. Tələbələr tərəfindən təşkil olunmuş tədbirdə 150 nəfərə yaxın dəvətli iştirak etmişdir. Tədbir zamanı qonaqlara Azərbaycanda Novruz bayramının keçirilmə tarixi və adət-ənənəsi, Azərbaycanın zəngin mədəniyyəti, tarixi və iqtisadiyyatı, idman sahəsində qazandığı uğurlar və .
həmçinin ARDNŞ haqqında ətraflı məlumat verilmişdir. Azərbaycan Mədəniyyəti Günündə iştirak edən xarici qonaqlar Azərbaycan mədəniyyəti haqda dəyərli məlumatlar əldə etdiklərini vurğulamış və tədbirdən razılıqlarını bildirmişlər
Nyukasl Universitetində Azərbaycan Günü Tədbiri keçirilmişdir
08.04.2014
21 Mart 2014-cü il tarixində Nyukasl universitetində ARDNŞ təqaüdçüləri Seyidli Həzrətəli, Məmmədova Jalə, Abdullayeva Günay, Şəfiyev Orxan və Babayev Xaliq və digər azərbaycanlı tələbələr tərəfindən “Azərbaycan günü “ tədbiri keçirilmişdir.Tədbirə təxminən 200 nəfərə yaxın qonaq- əsasən universitetin professor ve müəllim heyəti, Nyukaslda təhsil alan xarici tələbələr dəvət olunmuşdu. İlk növbədə qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti , incəsənəti, tarixi-mədəni abidələri, musiqi və mətbəxini özündə əks etdirən təqdimat nümayiş olunmuşdur. Təqdimatdan sonra
azərbaycanlı tələbələr tərəfindən milli rəqs ifa olunmuşdur. Tədbir zamanı qonaqlara Azərbaycan haqqında suallar verilmiş və qaliblərə hədiyyələr təqdim olunmuşdur. Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadmışlar. Ümumilikdə tədbir uğurla həyata keçmiş və qonaqlar Azərbaycan haqqında daha çox məlumatlanmaqla yanaşı, həm də əyləncəli vaxt keçirmişlər. Azərbaycanlı tələbələrin bu təşəbbüsü universitet professorları tərəfindən yüksək qiymətləndirilmişdir.
Sauthampton Universitetində Azərbaycan mədəniyyət günü və Novruz bayramı tədbiri
07.04.2014
Martın 26-sı Böyük Britaniyanın Sauthampton Universitetində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi və Universitetin tərkibində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə "Azərbaycan gecəsi" tədbiri təşkil olunmuşdur. Tədbirə Southampton Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, universitetin müəllim-professor heyəti, yerli əhalinin nümayəndələri də daxil olmaqla iki yüzə yaxın qonaq qatılmışlar. Qonaqlara Azərbaycanın coğrafi mövqeyi, Bakının özəllikləri, Azərbaycanın qədim və müasir tarixi haqqında məlumat
verilmiş, Azərbaycan və Böyük Britaniya arasında dostluq münasibətlərindən bəhs edilmişdir. Təkcə Bakının deyil, Azərbaycanın bütün bölgələrinin gözəl olduğunu nümayiş etdirmək məqsədilə qonaqlar üçün Azərbaycanın bölgələrinə virtual səfər təşkil edilmişdir. Həmçinin Novruz adətləri, Azərbaycanın və Bakının gözəlliklərini özündə əks etdirən videoçarxlar nümayiş olunmuşdur. Daha sonra ölkənin təbii sərvətləri, neft tarixindən bəhs edilmiş, mövzuya aid 3D formatında hazırlanmış “Neft və incəsənət” sərgisi nümayiş etdirilmişdir. Milli musiqidən bəhs edərkən, muğam janrından, Üzeyir Hacıbəyovun simasında klassik musiqidən və Vaqif Mustafazadənin simasında Jazz janrından bəhs edilmişdir. Qonaqlar bir neçə mərhələdə Azərbaycan haqqında sualları cavablandırmış, hədiyyələr qazanmışlar. Tədbirin sonunda qonaqlar azərbaycanlı tələbələr Nigar Quliyeva və Vüsal Xankişiyevin ifasında “Naz eləmə” rəqsini izləmişlər. Tədbirin qeyri-rəsmi hissəsində qonaqlar Azərbaycanın milli mətbəxindən nümunələr - plov, dolma, kabab, qutab, çoban salatı, şəkərbura, paxlava və digər Novruz təamlarını dadmağa dəvət olunmuşlar. Sevindirici haldır ki, növbəti gün əcnəbi qonaqlar Vaqif Mustafazadənin “Düşüncə” kompozisiyasını sosial şəbəkələrdə paylaşmış, gecə haqqında müsbət rəy bildirmişlər.
Xarici Təqaüd Proqramına müraciət etmək istəyənlərin nəzərinə!
19.03.2014
Xarici Təqaüd Proqramının "İxtisaslar" bölməsində müəyyən dəyişikliklər olunmuşdur:
1. İqtisadiyyat qrupu üzrə aşağıdakı ixtisaslar siyahıdan çıxarılmışdır:
• Neft və neft məhsullarının treydinqi və marketinqi (Petroleum Trading and Marketing)
• Ticarətdə maliyyə əməliyyatlarının həyata keçirilməsi (Trade Finance)
2. İqtisadiyyat qrupu üzrə aşağıdakı ixtisaslar siyahıya əlavə olunmuşdur:
• Mühasibat uçotu və audit
• Risklərin idarə olunması
3. Ekologiya (çevrə mühəndisliyi ) ixtisaslar siyahısından çıxarılmışdır.

Qeyd: İxtisaslar üzrə kvota təyin olunmuşdur.
İxtisasların tam siyahısına buradan baxa bilərsiniz
Aberdin Universitetində Azərbaycan mədəniyyət günü və Novruz bayramı tədbiri
18.03.2014
14 mart 2014-cü il tarixində Böyük Britaniyanın Aberdin Universitetində azərbaycanlı tələbələrin təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi və Universitetin tərkibində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə Novruz adət-ənənələrimizin, mədəniyyətimizin və tariximizin təbliğinə yönəlmiş "Azərbaycan gecəsi" tədbiri təşkil olunmuşdur. Tədbirə Aberdin Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, universitetin müəllim-professor heyəti, yerli əhalinin nümayəndələri də daxil olmaqla yüzdən çox qonaq qatılmışlar. Tədbirin birinci
rəsmi hissəsində ARDNŞ təqaüdçüləri Tural Mustafazadə, Firudin Əliyev, Cavid İsgəndərov, Mərdan Təhməzlı və Orxan Salmanov Azərbaycanın tarixi, ARDNŞ-in fəaliyyəti və Novruz adət-ənənələri haqqında tədbir iştirakçılarına məlumat vermiş və videoçarx nümayiş olunmuşdur.
Tədbirin ikinci hissəsində isə videoçarxda qeyd olunmuş məlumatlara dair əcnəbi qonaqlara Novruz bayramı haqqında suallar verilmiş və cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim olunmuşdur. Azərbaycanlı tələbələr tərəfindən milli rəqslər nümayiş etdirilmiş, daha sonra isə qonaqlar Azərbaycanın milli mətbəxindən nümunələr - plov, şəkərbura, paxlava, qoğal və eləcə də digər Novruz təamlarını dadmağa dəvət olunmuşlar. "Azərbaycan gecəsi" tədbirinin yüksək səviyyədə təşkili və keçirilməsi barədə məlumat cari və növbəti günlərdə xarici vətəndaşlar tərəfindən sosial şəbəkələrdə yayılmışdır.
Böyük Britaniyanın Aberdin Universitetinin tələbələri Xocalı Soyqırımını yad etdi
26.02.2014
22.02.2014-cü il tarixində Böyük Britaniyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti tərəfindən yerli Azərbaycan diaspora təşkilatının dəstəyi ilə St. Nikolas Mərkəzinin qarşısında Xocalı Soyqırımına həsr olunmuş münayiş keçirilmişdir. Azərbaycanlı gənclər xarici vətəndaşlara Ermənistanın yeritdiyi işğalçılıq siyasəti, 22 il əvvəl Xocalıda törətdikləri amansız vəhşiliklər haqqında məlumat vermiş, Xocalı soyqırımının faktlarını Aberdin şəhərinin sakinlərinə çatdırmaq məqsədilə yerli sakinlərə təbliğat xarakterli materiallar paylamışlar.
Fransada ingilis dilində magistr təhsili almaq istəyən gənclərin nəzərinə!
14.02.2014
ARDNŞ Xarici Təqaüd Proqramı çərçivəsində Fransanın nüfuzlu universitetlərində ingilis dilində magistr təhsili almaq istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 10.03.2014 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

Geofizika mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Rezervuar (lay) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Neft mühəndisliyi (istismar, qazma və sairə)
Neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi
Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
Elektrik/elektronika/energetika mühəndisliyi
Kompüter mühəndisliyi və İKT
Avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
Ekologiya (çevrə mühəndisliyi)
İnşaat mühəndisliyi

Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlərsuallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.

Qeyd: Müsabiqəyə müraciət üçün İELTS və yaxud TOEFL sertifikatı mütləqdir.

Xarici Təqaüd Proqramının bakalavr pilləsi üzrə müraciət etmək istəyənlərin nəzərinə!
13.02.2014
ARDNŞ Xarici Təqaüd Proqramı Müsabiqə Komissiyasının 11.02.2014-cü il tarixli iclasında 2014-2015-ci tədris ili üçün Xarici Təqaüd Proqramının bakalavr pilləsi üzrə keçid balları təyin olunmuşdur. Namizədlərin TQDK imtahanlarının nəticələri, qəbul olunmuş qərara əsasən, aşağıdakı cədvəlin “minimal bal” sütununda göstərilən ballardan az olmamalıdır.
S\n İxtisaslar Minimal Bal
1 Geofizika mühəndisliyi 450
2 Geologiya mühəndisliyi 465
3 Neft-qaz mühəndisliyi 550
4 Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi 400
5 Kimya mühəndisliyi 460
6 Mexanika mühəndisliyi 500
7 Elektrik mühəndisliyi 400
8 Elektroenergetika mühəndisliyi 400
9 İnşaat mühəndisliyi 400
10 Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi 400
11 Neft-qaz qurğuları tikintisi mühəndisliyi 500
12 Kompüter elmləri 500
13 Kompüter mühəndisliyi 500
14 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi 500
15 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 500
16 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 500
17 Ekologiya mühəndisliyi 500

Xarici Təqaüd Proqramına sənəd qəbulu üçün son tarix 10.07.2014-cü ildir.
Qeyd:  Bakı Ali Neft Məktəbinin tələbələri Xarici Təqaüd Proqramına müraciət edə bilməzlər.

“Xarici təqaüd proqramı”nın məzunu Ülviyyə Quluzadənın Avropa Parlamentində təcrübəsi barədə
14.01.2014
ARDNŞ-nin gənclərə göstərdiyi qayğı və diqqətin məhsulu olaraq ərsəyə gələn “Gənclərin Xaricdə Təhsil Proqramı” çərçivəsində Avropanın aparıcı təhsil müəssisələridən biri olan Niderland Krallığında yerləşən Erasmus Rotterdam Universitetinin “İqtisadiyyat və Biznes” fakultəsinin magistr pilləsinin məzunu Ülviyyə Quluzadə növbəti bir uğura imza atmışdır. Daimi inkişaf və professionallıq dərəcəsinin artırılması məqsədi ilə beynəlxalq təcrübənin qazanılması çox önəmli faktorlardan biridir. Məhz bu səbəbdən, AzeDer (Azerbaycan Eğitim Kültür ve Yardımlaşma
Derneği) təşkilatı tərəfindən Azərbaycanlı gənclərin professionallığının artırılması məqsədi ilə Belçika Krallığının Brüssel şəhərində, Avropa Parlamentində təcrübə keçmək imkanı yaradılır. ARDNŞ-nin “Xarici təqaüd proqramı”nın məzunu Ülviyyə Quluzadə də bu proqrama müraciət etmiş və çoxsaylı seçim mərhələlərindən keçərək seçilən 16 nəfər Azərbaycanlı gəncdən biri olmuşdur. Onu da vurğulamaq istərdik ki, Ülviyyə Quluzadə ARDNŞ-nin xaricdə təhsil alan təqaüdçüləri arasından bu layihəyə seçilən ilk və yeganə təqaüdçümüzdür. O, Avropa Parlamentində “Təcrübə proqramı” çərçivəsində “Sənayə, Araşdırmalar və Enerji komitəsi”ndə layihələrin idarə olunması üzrə mütəxəssis kimi çalışmışdır. Təcrübə zamanı enerji sektoru ilə bağlı bir sıra konfranslar və debatlarda iştirak etmiş, debatlar zamanı Azərbaycan Respublikasının, xüsusi ilə, ARDNŞ-nin enerji siyasəti, Cənub qaz dəhlizi TANAP və TAP layihələrinin gələcək perspektivləri mövzularında EXXON Mobil, PGNiG, BP və Statoil kimi neft şirkətlərindən bir çox nüfüzlu şəxslər, o cümlədən Avropa Parlamentində ən yüksək mandat sahibləri olan Avroparlamentarilər ilə fikir mübadiləsi aparmış, mövcud vəziyyətin dəyərləndirlməsi ilə bağlı onlarla müzakirələrdə iştirak etmişdir. Həmçinin Avropanın enerji rəngarəngliyi (alternativ enerji resursları), ABŞ-ın enerji siyasəti, yeni qaz layihələri, qaz qiymətləri, enerji sektorunda yeni oyunçular istiqamətlərində geniş məlumatlar qazanmışdır. “Sənayə, Araşdırmalar və Enerji komitəsi”ndə təcrübə keçdiyi zaman Avropada ən geniş müzakirə obyektinə çevrilən “Şist qazı və onun Avropa üçün əhəmiyyəti” mövzusunda komitə üçün geniş miqyaslı araşdırma aparmışdır. ARDNŞ-nin perspektivli kadrlarından biri olan Ülviyyə xanım Avropa Parlamentində təcrübə zamanı enerji sektoru ilə bağlı üstün bilikləri və araşdırma aparma bacarığı yüksək qiymətləndirildiyi səbəbindən, Azərbaycan Respublikası vətəndaşlarını Avropa İttifaqında baş verən ən son xəbərlərlə tanış olması məqsədi ilə yaradılan www.eunews.az vebsaytı üçün iştirak etdiyi tədbirlərdən hesabat tipli məqalələr hazırlamış və beynəlxalq xəbər agentlikləriin yayımladığı məlumatların Azərbaycan dilinə mükəmməl səviyyədə tərcüməsini təmin etmişdir. Öncə də qeyd etdiyimiz kimi Ülviyyə Quluzadə Avropa Parlamentində keçdiyi 3 aylıq təcrübə zamanı layihələrin idarəedilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmiş və ümümilikdə aşağıda göstərilən 6 layihənin təşkilində layihə meneceri olmuşdur.
• Avropa Parlamentində ən böyük səs hesabına malik olan “Avropa İnsanları Partiyası” və “Avropa Demokratk Tələbələr Birliyi” ilə birgə təşkil etdiyi “Avropa, Kiçik və Orta sahibkarlıq, Gənclər və E-təhsil”
• “Beynəlxalq Miqrasiya və Gender Bərabərliyinin Qorunması üzrə Araşdırmalar İnstitutu” və “İnkişaf etmiş Avropa Qadını Platforması” ilə birgə təşkil etdiyi “2020-ci il qadınların işlə təmin olunması perpektivləri və strategiyası”
• Avropa İttifaqına (Aİ) çox yeni üzv olan Xorvatiya Respublikası və Aİ arasında gələcək əməkdaşlığın araşdırılması məqsədi ilə Konrad Adaneur Fondu ilə birgə təşkil etdiyi “Xorvatiya – Avropa İttifaqı bazarında yeni oyunçu”
• “Avropa Biznes Təşkilatı” və “Avropa Brendlərinin Qorunması Assosiyası” ilə birgə təşkil etdiyi “Aİ daxilində ticarət markalarının təhlükəsizliyinin qorunması”
• Məşhur Avstriya neft şirkəti SwissGrid ilə birgə təşkil etdiyi “Enerji sektorunda yeni yanaşmalar, şist qazı və onun Avropa üçün yararı”
• İT sektorunda aparıcı yer tutan Microsoft Korporasiyası ilə birgə təşkil etdiyi “Avropa sənayesində rəqəmsallaşdırıma və yeni texnologiyaların tətbiqi” Qeyd etmək istərdik ki, təşkil olunan bu layihələrdə spiker qismində Avropa İttifaqından çox önəmli şəxslər, Avropa Komissiyasından Avrokomissionerlər, Avropa Parlamentindən Avroparlamentarilər və böyük neft və qaz şirkətlərinin idarəetmə şurası nümayəndələri iştirak edirdi. Ülviyyə Quluzadə “Təcrübə proqramı”nı müvəffəqiyyətlə başa vurduğu üçün ARDNŞ prezidenti Rövnəq Abdullayev adına ünvanlanmış və Avropa Parlamentində ən yüksək mandat sahibləri olan Avroparlamentarilər tərəfindən imzalanmış və müsbət rəyli tövsiyyə məktubu ilə qiymətləndirilmişdir. Bu Avroparlamentarilərdən biri “Sənaye, Araşdırmalar və Enerji Komitəsi”ndən Paul Rübig, digəri isə “Büdcə Komitəsi”ndən Nadejda Neynskidirlər. Qeyd etmək istərdik ki, Ülviyyə Quluzadə hal-hazırda ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin “İqtisadiyyat və uçot idarəsi”nin “Maliyyə hesabatlarının konsolidasiyası” şöbəsində iqtisadçı vəzifəsində çalışır. Öz növbəsində “Xarici təqaüd proqramı” məzunumuz ona yaradılan bu şərait üçün ARDNŞ və xüsusilə, “Azneft” İstehsalat Birliyi rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir. Ülviyyə xanım “Xaricdə təhsil proqramı”nın gənclərə qazandırdığı şansları yüksək səviyyədə dəyərləndirərək, gələcəkdə ARDNŞ-nin beynəlxalq layihələrində fəaliyyət göstərmək üçün yüksək ixtisaslı mütəxəssis kimi yetişməyi ozünə əsas hədəf olaraq müəyyənləşdirdiyini vurğulamışdır.
"Fransada təhsil" layihəsinin seçimində iştirak edən namizədlərin nəzərinə!
13.12.2013
Fransada təhsil" layihəsinə muraciət edən 25 namizəddən TOTAL şirkəti tərəfindən aparılan testlər və müsahibələr nəticəsində aşağıdakı 5 nəfər seçilmişdir:

S/n

Soyad, ad, ata adı

İxtisas

1

Kazımov Cavad Şahmur o.

Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)

2

Səfərli Nəcəf Rza o.

Avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə)

3

Hüseynova Nəsibə Nəsib q.

Kompüter mühəndisliyi və İKT

4

Şəkərov Elçin Hafiz o.

Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)

5

Fərəcov Musa İbrahim o.

Neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi

"Fransada təhsil" layihəsinə sənəd qəbulu bitdi
18.11.2013
15 noyabr saat 18:00-dan etibarən ARDNŞ-nin " Fransada təhsil" layihəsinə sənəd qəbulu dayandırılmışdır. Hazırda müraciət edən namizədlərin məlumatları sistemləşdirilir və tezliklə namizədlər siyahısı yenilənəcəkdir.
Xarici Təqaüd Proqramının qəbul şərtlərində yenilik!
15.11.2013
Xarici Təqaüd Proqramının qəbul şərtlərində dəyişikliklər oldu. ŞərtlərSuallar bölməsində qeyd olunan dəyişikliklərlə tanış ola bilərsiniz
"Fransada təhsil" layihəsinə sənəd qəbulunun müddəti uzadıldı!
29.10.2013
"TOTAL" şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil proqramına sənəd qəbulunun müddəti 15.11.2013-cü ilədək uzadıldı. Proqrama müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən "Xarici Təqaüd"ün şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra elektron müraciət formasını dolduraraq qeydiyyata düşə bilərlər. Fransada tələbələr həm ingilis həm fransız dilində təhsil almaq hüququna malikdirlər. İngilis dilində təhsil almaq istəyən tələbələr www.socar.az/tehsil veb-səhifəsində qeyd olunmuş sənədlərdən 5 və 12 , fransız dilində təhsil almaq istəyən tələbələr isə 5, 7 və 12ci bəndlərdə qeyd olunan sənədləri çıxmaq şərti ilə digər sənədləri 15.11.2013-cü il tarixinə kimi toplayıb tis@socar.az electron ünvanına göndərə bilərlər.
Qeyd: Müsabiqədən uğurla keçən və fransız dilində təhsil almaq istəyən namizədlər ARDNŞ hesabına intensiv fransız dili kurslarında iştirak etmək hüququ əldə edəcəklər.
Fransada magistr təhsili almaq istəyən gənclərin nəzərinə!
23.09.2013
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 25.10.2013 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Geofizika mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Rezervuar (lay) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
Neft mühəndisliyi (istismar, qazma və sairə)
Neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi
Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
Elektrik/elektronika/energetika mühəndisliyi
Kompüter mühəndisliyi və İKT
Avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
Ekologiya (çevrə mühəndisliyi)
İnşaat mühəndisliyi
Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlərsuallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
Qeyd: Müsabiqədən uğurla keçən namizədlər ARDNŞ hesabına intensiv fransız dili kurslarında iştirak etmək hüququ əldə edəcəklər.
Xarici Təqaüd Proqramına sənəd qəbulunun son günü!
31.07.2013
31 iyul saat 18:00-dan etibarən ARDNŞ-nin Xarici Təqaüd Proqramına sənəd qəbulu dayandırılacaqdır. Hazırda müraciət edən tələbələrin məlumatları sistemləşdirilir və tezliklə namizədlər siyahısı yenilənəcəkdir.
ARDNŞ-nin Xarici Təqaüd Proqramının ixtisaslar bölməsində dəyişiklik olundu!
13.06.2013
2013-2014- cü tədris ili üçün ARDNŞ-nin Xarici Təqaüd Proqramının ixtisaslar siyahısından “Risklərin idarə edilməsi” və “Mühasibat uçotu” ixtisasları çıxarılmışdır. İxtisasların siyahısı ilə buradan tanış olun.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasının tarixi 11.06.2013-cü il tarixinə təyin olundu
07.06.2013
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası 11 İyun 2013-cü il tarixində keçiriləcəkdir.İclasda proqrama qoşulmaq üçün müraciət edən 10 tələbənin namizədliyinə baxılacaqdır. Komissiyanın iclasında həmçinin Təqaüd Proqramı çərçivəsində təhsilini başa vurmuş bir məzun Komissiya qarşısında hesabat xarakterli təqdimat ilə çıxış edəcək.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasının tarixi 11.06.2013-cü il tarixinə təyin olundu
07.06.2013
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası 11 İyun 2013-cü il tarixində keçiriləcəkdir.İclasda proqrama qoşulmaq üçün müraciət edən 10 tələbənin namizədliyinə baxılacaqdır. Komissiyanın iclasında həmçinin Təqaüd Proqramı çərçivəsində təhsilini başa vurmuş bir məzun Komissiya qarşısında hesabat xarakterli təqdimat ilə çıxış edəcək.
ARDNŞ-nin Xarici Təqaüd Proqramı vasitəsi ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
29.05.2013
ARDNŞ-nin Xarici Təqaüd Proqramının ixtisaslar siyahısına iki yeni ixtisas əlavə olunmuşdur. Siyahıya əlavə olunmuş yeni ixtisaslar aşağıdakılardır:
- Neft və neft məhsullarının treydinqi və marketinqi (Petroleum Trading and Marketing)
- Ticarətdə maliyyə əməliyyatlarının həyata keçirilməsi (Trade Finance)
"Erasmus" Rotterdam Universitetinin tələbəsi Ülviyyə Quluzadənin "Milli qurtuluşu təmin edən lider " adlı məqaləsi
20.05.2013
Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə çap olunmuş "Xalqını sevən lider" kitabında Niderland Krallığının "Erasmus" Roterdam Universitetinin tələbəsi Ülviyyə Quluzadənin "Milli qurtuluşu təmin edən lider " adlı məqaləsi yer almışdır. Məqaləni sizlərə təqdim edirik.
Niderland Krallığının Erasmus Rotterdam Universitetində "Azərbaycan Mədəniyyət Günü" keçirilmişdir
10.04.2013
3 aprel 2013-cü il tarixində ARDNŞ-nin Xarici Təqaüd Proqramının təqaüdçüsü Ülviyyə Quluzadənin təşkilatçılığı və ARDNŞ-nin maliyyə və texniki dəstəyi ilə Niderland Krallığı Erasmus Rotterdam Universitetində "Azərbaycan Mədəniyyət Günü" keçirilmişdir. Tədbir barədə ətraflı məlumat vermədən öncə qeyd etmək yerinə düşərdi ki, bu mədəniyyət günü Niderland Krallığında SOCAR təqaüdçüsü tərəfindən reallaşdırılan ilk tədbir olmuşdur. Həmçinin tədbir iştirakçılarının sayı və tərkibinə, o
cümlədən təşkil olunma formasına görə Erasmus Rotterdam Universiteti tarixində bir ilk olmuşdur. Universitetin Forum zalında baş tutan bu tədbirdə Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri geniş şəkildə tədbir iştirakçılarına çatdırılmış, ölkəmizin musiqisi, mətbəxi, turizm potensialı, o cümlədən neft sektorunun inkişafında ARDNŞ-nin rolu, TANAP və Nabucco kimi irimiqyaslı layihələr ilə bağlı videoçarxlar və şəkillərlə müşayiət olunan təqdimat nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Erasmus Rotterdam Universitetində Mühasibat və Maliyyə ixtisası üzrə magistr təhsili alan Ülviyyə Quluzadə belə bir tədbirin təşkilində iştirakından qürur duyduğunu, ölkəmizin təbliğinin xaricdə təhsil alan hər bir həmvətənimizin mənəvi borcu olduğunu vurğulamış, bu məsuliyyətli və çətin vəzifənin öhdəsindən gəlməkdə hərtərəfli dəstək olan ARDNŞ və onun rəhbərliyinə dərin təşəkkürlərini bildirmişdir. Tədbir AzSA-EUR-in (Erasmus Rotterdam Universiteti Azərbaycanlı Tələbə Assosiyasiyası) aktiv iştirakı ilə baş tutmuşdur. Tədbirdə ARDNŞ-nin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli və Təlim və inkişaf şöbəsinin rəisi Mahal Mehdiyev, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin əməkdaşları, Erasmus Rotterdam Universitetinin professor-müəllim və tələbə heyəti, həmçinin Niderland Krallığının Utrext, Leiden, Maastrixt, Tvente universitetlərində təhsil alan 100-dən artıq azərbaycanlı və xarici tələbə iştirak etmişdir.
ARDNŞ-nin Təqaüd Proqramının tələbələri Fransa Neft İnstitutunda (IFP School ) "Xəzəryanı Ölkələrin Mədəniyyət günü" çərçivəsində Azərbaycanı təmsil etmək üçün tədbir keçirmişlər
16.03.2013
ARDNŞ-nin Fransa Neft Institutunda (IFP School) təhsil alan tələbələri - Adil Abbasov, Qadir Əliyev və Rövşən Cavadzadə - Fransa Neft Institutunda təşkil olunmuş "Xəzəryanı Ölkələrin Mədəniyyət günü" ndə Azərbaycanı təmsil etmək üçün tədbir keçirmişlər. Tədbirdə Azərbaycanın milli atributları, tarixi, mədəniyyəti, coğrafiyası, milli mətbəxi, turizm mərkəzləri və təbii sərvətləri haqqında universitetin tələbə və müəllim heyətinə geniş məlumat verilmiş, Azərbaycan haqqında videoçarxlar nümayiş
olunmuşdur. Bununla yanaşı Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən hazırlanmış əyani vəsaitlər - kitablar, jurnallar, braşuralar və s.- tədbir iştirakçılarına paylanılmışdır. Tədbirin sonunda qonaqlara Azərbaycanın milli mətbəxinə aid olan şirniyyatlar təqdim olunmuşdur. Tədbir tələbə və müəllimlər tərəfindən geniş maraqla qarşılanmışdır.
Böyük Britaniyanın Esseks şəhərində Xocalı anımı
01.03.2013
Bir azərbaycanlı kimi, bir tələbə kimi Xocalı faciəsini dərin hüzn və kədərlə andıq. Xocalıya həsr olunmuş tədbir və aksiyalarda iştirak edərək az da olsa, vətən qarşısında məsuliyyətimizi yerinə yetirməyə çalışdıq. Xocalının məruz qaldığı amansız hadisələri ictimaiyyətə çatdırmaq üçün fervral ayının 23-ü Azərbaycanın İngiltərədəki səfirliyinin və ASAİF-in Londonda təşkil etdiyi "Xocalıya ədalət" aksiyasında aktiv iştirak edib, Trafalqar meydanından Parlament binasına kimi yürüş etdik. Sonra isə parlament
qarşısında toplaşaraq Xocalı Soyqrımı ilə əlaqədar şüarlar səsləndirdik. Yürüşdən 2 gün sonar, 25.02.2013-cü il tarixdə təhsilaldığımız Esseks şəhərinin mərkəzi meydanında stend qurduq. Öncədən hazırladığımız məlumat kitabçalarını yerli vətəndaşlara və əcnəbi tələbələrə payladıq, universitetimizin müəllim və tələbə heyyətinə bu soyqrım barədə ətraflı məlumat verərək onları həmin axşam keçirdiyimiz təqdimat toplantısına dəvət etdik. Sonda xarici tələbələrə informasiya xarakterli film nümayiş etdirildi. Filmdən sonra tələbələr çıxış etdi, ümumi fikir mübadiləsi oldu. Təbii ki, bu hadisə onları da biganə buraxmadı…

Hörmətlə,
ARDNŞ-nin Xarici Təqaüd Proqramının tələbələri
Nərminə Yarmətova, Əmir Əmirli, Orxan Məmmədov

Təqaüdçü Şəlalə Bayramovanın uğuru!
24.01.2013
Təqaüd Proqramının məzunu Şəlalə Bayramova bu il Durham universitetini İqtisadiyyat və maliyyə ixtisası üzrə fərqlənmə ilə bitirmiş və universitetin "Ən yaxşı dissertasiya" mükafatına və sertifikatına layiq görülmüşdür. Ş.Bayramova hazırda Geologiya və geofizika idarəsinin Maliyyə hesabatlarının konsolidasiyası şöbəsində iqtisadçı vəzifəsində çalışır.
Təqaüdçü Rauf Mahmudlunun uğuru!
16.01.2013
ARDNŞ-nin Xarici Təqaüd çərçivəsində Almaniyanın Jacobs Bremen Universitetini Elektrik və kompüter mühəndisliyi ixtisası üzrə bitirən Rauf Mahmudlu GRE imtahanından (Graduate Record Examinations) çox yüksək nəticə əldə etmişdir. Rauf iki hissədən ibarət olan imtahanın "Verbal reasoning" hissəsindən 170 baldan 155 toplayaraq ilk 22-liyə, "Quantitative reasoning" hissəsindən isə 170 baldan 169 toplayaraq dünya üzrə ilk 2-liyə daxil olmuşdur. Qeyd edək ki, Rauf Mahmudlu
ARDNŞ-nin İnformatika Texnologiyaları və Rabitə idarəsinin Telekomunikasiya şöbəsində mühəndis vəzifəsində çalışır.
ARDNŞ təqaüdçüsü Leyla Məmmədlinin Vaşinqton Times qəzetində məqaləsi dərc olunub
14.01.2013
Vaşinqton Times qəzetində ARDNŞ təqaüdçüsü Leyla Məmmədlinin Azərbaycanın qanlı tarixi olan 20 Yanvar hadisəsinin 23-cü ildönümünü əks etdirən məqaləsi dərc olunub. Məqalədə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisəsi yad edilib, tarixə qısa nəzər salınıb. Sonda L.Məmmədli həmyaşıdlarını və dünya ictimaiyyətini şəhidləri unutmamağa və onların ruhunu bir dəqiqəlik sükutla yad etməyə çağırıb. L.Məmmədli
ABŞ-ın Con Hopkins Universitetində Beynəlxalq münasibətlər və beynəlxalq iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb, hazırda ARDNŞ-nin Baş ofisində Muzey işinin təşkili şöbəsində məsləhətçi vəzifəsində çalışır.
Məqalə ilə burada tanış ola bilərsiniz.
"Fransada təhsil" layihəsinə sənəd qəbulunun müddəti uzadıldı!
09.01.2013
"TOTAL" şirkəti ilə əməkdaşlıq çərçivəsində Fransada təhsil proqramına sənəd qəbulunun müddəti 31.01.2013-cü ilədək uzadıldı. Proqrama müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən "Xarici Təqaüd"ün şərtlərsuallar bölməsi ilə tanış olduqdan sonra elektron müraciət formasını dolduraraq qeydiyyata düşə bilərlər.
"Fransada təhsil" layihəsinə müraciət edən gənclərin nəzərinə! Bu imkanı qaçırmayın!
İlk dəfə olaraq "Fransada təhsil"proqramı üzrə fransız dilində təhsil almaq istəyənlər üçün Fransa Səfirliyi tərəfindən 6 aylıq intensiv (hər gün) fransız dili kursları təşkil edilir. Bütün xərclər "TOTAL" şirkəti tərəfindən ödənilir. Kursu uğurla bitirən gənclər sertifikatla təmin olunurlar.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasının tarixi 11.01.2013-cü il tarixinə təyin olundu
08.01.2013
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası 11 Yanvar 2013-cü il tarixində keçiriləcəkdir. Komissiya üzvləri ARDNŞ-nin Gənclərinin xaricdə təhsilləri üzrə Təqaüd Proqramı haqqında ümumi statistik məlumatla tanış olduqdan sonra iclasda Təqaüd Proqramı çərçivəsində təhsillərini başa vurmuş iki məzun Komissiya qarşısında hesabat xarakterli təqdimat ilə çıxış edəcəklər.
Tələbələrin nəzərinə! Təqaüdlərin köçürülməsi barədə
13.12.2012
Hörmətli tələbələr!
SAP sistemində növbəti il üçün maliyyə əməliyyatları yalnız yanvar ayından həyata keçiriləcəkdir. Bununla əlaqədar olaraq, növbəti ayın təqaüdləri 10.01.2013-cü il tarixdən etibarən hesablara köçürüləcək. Zəhmət olmasa nəzərə alın!
İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları Qafqaz Universtitetində tələbələr ilə görüş keçirmişlər
ARNDŞ, yüksək potensiala malik kadr ehtiyatlarının şirkətə cəlb olunmasına istiqamətlənmiş fəaliyyətlərini uğurla davam etdirməkdədir. Bu səbəblə, ARDNŞ-nin İnsan Resursları departamenti Təlim və inkişaf şöbəsi əməkdaşları orta və ali təhsil ocaqlarında təhsil alan şagird və tələbələrlə mütəmadi olaraq görüşlər keçirir və ARDNŞ-nin kadr hazırlığına yönəlmiş fəaliyyətləri barəsində ətraflı təqdimatlarla çıxış edirlər. Kadr hazırlığı siyasətinin məntiqi davamı olaraq, İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin rəisi Mahal Mehdiyev və şöbənin kadr
hazırlığı üzrə mühəndisi Elmir Məmmədov 13.12.2012-ci il tarixində Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Qafqaz Universitetinin tələbələri ilə görüş keçirmişlər. Tədbiri giriş nitqi ilə Qafqaz Universitetinin mərkəz müdiri, dosent İsa Qasımov açaraq, ARDNŞ-nin gənclərin təhsilinə göstərdiyi xüsusi qayğıdan bəhs etmişdir. Tədbir müddətində İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin rəisi Mahal Mehdiyev, şöbənin kadr hazırlığına istiqamətlənmiş əsas fəaliyyət istiqamətlərindən , xüsusilə ARDNŞ-nin azərbaycanlı gənclərin təhsilinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olan daxili və xarici təqaüd proqramları, yay təcrübəsi və yay məktəbi layihələri haqqında bəhs etmiş və tələbələri qeyd edilən proqram və layihələrdə iştirak etməyə həvəsləndirmişdir. Qeyd etmək lazımdır ki, tədbirin əsas məqsədi xarici təqaüd proqramı haqqında, xüsusilə Fransanın nüfuzlu neft şirkətlərindən olan TOTAL şirkəti ilə ARDNŞ-nin birgə həyata keçirdiyi Fransada Təhsil proqramı barəsində tələbələrə ətraflı məlumat vermək olmuşdur. Tədbirdə ARNDŞ və TOTAL şirkətinin sıx əməkdaşlığının nəticəsi olaraq xarici təqaüd proqramının tərkib hissələrindən olan Fransada Təhsil proqramının şərtləri, müraciət və seçim prosedurları haqqında tələbələrə dolğun məlumat verilmişdir. İnteraktiv şəkildə keçirilən tədbirdə tələbələrin suallarına xüsusi vaxt ayrılmış və verilən suallar Təlim və İnkişaf şöbəsinin əməkdaşları tərəfindən cavablandırılmışdır
Tələbərin nəzərinə! Elektron ünvanımız dəyişdi
17.12.2012-ci il tarixindən etibarən Təlim və inkişaf şöbəsinə məxsus khs@socar.az elektron ünvanı tis@socar.az ünvanı ilə əvəz ediləcəkdir. Qeyd olunan tarixdən müraciətlərinizin tis@socar.az elektron ünvanına göndərilməsi xahiş olunur.
İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirmişlər
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları 12.12.2012-ci il tarixində ARDNŞ tərəfindən gənclər üçün təsis edilmiş layihələrin təbliği və eyni zamanda tələbələrin karyera yüksəlişlərinə təkan vermək niyyəti ilə Azərbaycan Texniki Universitetində görüş keçirmişdir. Təqdimatdan öncə Texnika elmləri doktoru, professor, Beynəlxalq əlaqələr üzrə prorektor Mustafa Babanlı ARDNŞ əməkdaşlarını və tələbələri salamlamış,
görüşün mahiyyəti barədə tələbələrə qısa məlumat vermişdir. Mustafa müəllim həmçinin universitetin əldə etdiyi uğurlardan, yeni layihələrdən də söz açmışdır. Daha sonra Təlim və İnkişaf şöbəsinin əməkdaşları Vüsalə Cəfərli və Sevinc Sultanova şirkətin Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, "Yay Məktəbi" layihələri barədə ətraflı məlumat vermiş, gəncləri aktiv olmağa çağırmışlar. Tələbələr həmçinin ARDNŞ və TOTAL şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Fransada təhsil" proqramı haqqında geniş məlumat almışlar. Sonda İnsan Resursları Departamentinin əməkdaşları tələbələri maraqlandıran suallara ətraflı cavab vermişlər.
Aberdində Azərbaycan günü keçirilmişdir
11.12.2012
07 dekabr 2012-ci il tarixdə Böyük Britaniyanın Aberdin Universitetində Azərbaycan Respublikasının müstəqillik günü ildönümünə və ARDNŞ-nin yaranmasının 20 illik yubileyinə həsr olunmuş "Azərbaycan gecəsi" adlı tədbir keçirilmişdir. Tədbirə ARDNŞ-nın, Təhsil Nazirliyinin xətti ilə və müstəqil şəkildə Aberdin və Robert Gordon Universitetlərində təhsil alan Azərbaycanlı tələbələr, qeyd olunan təhsil müəssisələrində oxuyan əcnəbilər və yerli əhalinin nümayəndələri qatılmışlar. Tədbirdə Azərbaycanın dünyadakı yeri, tarixi, coğrafiyası, mədəniyyəti, nailiyyətləri və Qarabağ
münaqişəsinə aid, eləcə də Azərbaycanın neft və qaz tarixi və ARDNŞ barədə təqdimatlar iştirakçıların nəzərinə təqdim olunmuşdur. Müvafiq təqdimatlardan sonra qeyd olunmuş məlumatlara dair əcnəbi qonaqlara suallar verilmiş və cavab verən şəxslər müxtəlif hədiyyələr ilə təltif olunmuşlar. Bundan sonra, iştirakçılar furşetə dəvət olunmuş, o cümlədən onlara Azərbaycanlı tələbələr tərəfindən hazırlanmış bəzi milli salatları dadmaq təklif olunmuş, habelə əcnəbi qonaqlardan ARDNŞ, Azərbaycanın Londondakı səfirliyi, "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən göndərilmiş və tərəfimizdən Bakı şəhərindən gətirilmiş çap materialları və suvenirlər ilə tanış olmaq və xatirə kimi götürmək xahiş olunmuşdur. Tədbirin sonuna yaxın Azərbaycanlı tələbələr tərəfindən milli rəqslər nümayiş etdirilmiş, daha sonra əcnəbilər "Yallı" rəqsinə bizimlə birlikdə qatılmışlar. Tədbirin yüksək səviyyədə keçirilməsi xarici vətəndaşlar bilavasitə tədbirdən sonra və növbəti günlərdə sosial şəbəkələrdə bildirmişlər.
Mançester Universitetində "Azərbaycan Musiqi Gecəsi" keçirilmişdir
Dekabrın 1-də Böyük Britaniyanın Mançester Universitetində "Azərbaycan Musiqi Gecəsi" keçirilmişdir. ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ASAİF-in (Azerbaijani Students and Alumni International Forum) dəstəyi ilə "Mançester Azərbaycan Cəmiyyəti" tərəfindən təşkil olunan tədbirdə əsas məqsəd Azərbaycanın milli musiqisi və rəqslərinin tədbirə dəvət olunmuş Mançester Universitetinin tələbələrinə tanıdılması idi. Tədbirin başlanğıcında Azərbaycan musiqisi - xalq mahnıları, bəstəkarları və musiqi alətləri haqqında tədbir iştirakçılarına məlumat verildi.
Şərqdə ilk operanın Üzeyir Hacıbəyov tərəfindən bəstələnməsi, Şərqdə opera bəstələyən və ifa edən ilk qadının Azərbaycanlı olması qonaqların böyük marağını cəlb etdi. Daha sonra Mançester, Şeffild, Oxford və Belfast şəhərlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan milli musiqiləri gitara, tar, nağara, saz və digər alətlərdə ifa olundu. Mançester Azərbaycan Cəmiyyəti-nin üzvləri tərəfindən hazırlanmış "Mirzeyi", "Naz eləmə" və digər milli rəqslərimiz ifa edilərək tədbir iştirakçılarına təqdim edildi. Tədbirdə həmçinin müxtəlif interaktiv yarışlar keçirilərək, qaliblərə Azərbaycanla bağlı hədiyyələr verildi. Xarici qonaqların Azərbaycan rəqslərini oynamaları tədbirin ən yaddaqalan anlarından biri oldu. Tədbirin sonunda qonaqlar Azərbaycan Musiqi Gecəsi haqqında xoş fikirlər səsləndirdilər və həm ləziz Azərbaycan yeməklərini dadmaqdan, həm də canlı Azərbaycan musiqisini dinləməkdən, rəqslərini izləməkdən məmnunluqlarını ifadə etdilər.
Tələbələrin nəzərinə! Şərəf lövhəsi bölməsi yaradıldı
07.12.2012
Əziz tələbələr, bildiyiniz kimi ARDNŞ rəhbərliyi təsis etdiyi layihələrin iştirakçılarını daim diqqətdə saxlayır, təqaüdçülərin təhsil aldıqları müddətdə göstəriciləri ilə maraqlanır, sizlərin hər bir uğuruna sevinir. Artıq 2012-ci ili başa vurmaq üzrəyik. İlin yekunu olaraq 2011-2012-ci tədris ilindən etibarən layihələrdə iştirak etmiş, fəallıqları, eləcə də təhsil göstəriciləri ilə fərqlənmiş gənclər üçün "Şərəf lövhəsi" bölməsini sizə təqdim edirik. Adları Şərəf lövhəsinə düşmüş tələbələrə əlavə heç bir imtiyaz verilmir.

Şərəf lövhəsində yer almaq üçün layihə içtirakçıları aşağıdakı kriteriyalara uyğun gəlməlidirlər:
Xarici Təqaüd Proqramı:
Rəsmi qiymət cədvəlinə əsasən seçilir

Daxili Təqaüd Proqramı:
Müsahibənin nəticəsinə əsasən seçilən ilk beş tələbə

Yay Məktəbi:
Yay məktəbi layihəsinin ən fəal iştirakçısı adına layiq görülmüş gənclər

Ödənişli Yay Təcrübəsi:
2013-cü ildən etibarən təcrübə rəhbərlərinin təqdim edəcəkləri rəylərə əsasən seçiləcək. Bu tələbələr keçdikləri təcrübə ilə bağlı əlavə müsahibəyə çağırıla bilərlər.

Qeyd: Xahiş edirik bu "Şərəf lövhəsi" layihəsi ilə bağlı irad, təklif və rəylərinizi bizə bildirəsiniz. Lövhə 01.01.2013-cü il tarixdən aktiv olacaqdır.

Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineers Azerbaijan Section) Azərbaycan Bölməsi 6-cı Tələbə Simpoziumunu həyata keçirmişdir
06.12.2012
Noyabr ayının 22-23-də Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineers Azerbaijan Section) Azərbaycan Bölməsi 6-cı Tələbə Simpoziumunu həyata keçirmişdir. Neft Texnologiyası Simpoziumu, tələbələrin maarifləndirilməsi və bu sahəni əks etdirən kəşfiyyat və hasilat dövrü ərzində texnologiya dəyəri və tətbiqi biliklərinin bölüşməsi məqsədinə həsr olunmuşdur. Azərbaycan Neft Mühəndisləri Cəmiyyəti ARDNŞ-nin Geologiya və Geofizika İdarəsi və beynəlxalq neft şirkətlərinin birgə və birbaşa iştirakı, eləcə də maliyyə dəstəyi ilə bu tədbiri təşkil etməyindən qürur duyur.
ARDNŞ, BP, Schlumberger, Halliburton, Total və Statoil şirkətlərinin maliyyə dəstəyi ilə keçirilən simpozium tələbələrin peşəkar inkişafına və neft sənayesində karyera həyatına öz töhfəsini verəcək. Sevindirici haldır ki, simpoziumun təşkilatçıları arasında Azərbaycan Neft Mühəndisləri Cəmiyyətinin Heyət Üzvü, ARDNŞ təqaüdçüsü, Aberdin Universitetinin məzunu Ağaməmməd Sultanov da yer almışdır.
Daha ətraflı burada
Təqaüd Proqramına müraciət edənlərin nəzərinə!
15.11.2012
Xarici Təqaüd Proqramının "İxtisaslar" bölməsində müəyyən dəyişiklik olunmuşdur. İqtisadiyyat qrupu üzrə aşağıdakı ixtisaslar siyahıdan çıxarılmışdır:
Maliyyə,
Marketinq (neft-qaz sənayesi üzrə),
Audit,
MBA (neft-qaz sənayesi üzrə)
İxtisasların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Fransada təhsil almaq imkanından yararlanın!
23.10.2012
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə ingilis və ya fransız dilini yaxşı bilən və hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 01.01.2013 tarixidir. Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
  1. Geofizika mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  2. Geologiya mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  3. Rezervuar (lay) mühəndisliyi (neft-qaz sənayesi üzrə)
  4. Neft mühəndisliyi (istismar, qazma və sairə)
  5. Neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi
  6. Mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə)
  7. Elektrik/elektronika/energetika mühəndisliyi
  8. Kompüter mühəndisliyi və İKT
  9. Avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə)
  10. Ekologiya (çevrə mühəndisliyi)
Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlərsuallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
Diqqət! ARDNŞ-nin təlim mərkəzinə şagird qəbulu tezliklə
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə "4-cü dərəcəli dalğıc" kursu üzrə müsabiqə elan edir.

Təhsil haqqında:

  • Təhsil müddəti - 5 ay
  • Müsabiqə mərhələləri:
    • Qabiliyyət imtahanı
    • Müsahibə
    • Test imtahanı
Təhsilin üstünlükləri:
  • Hər bir iştirakçı üçün müvafiq iş forması
  • Gün ərzində bir dəfə pulsuz isti yemək
  • 30-40 AZN təqaüd
Müsabiqədə aşağıda qeyd olunan tələblərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

Tələb olunan şərtlər:

  • Cinsi: kişi
  • Yaş: 18-29
  • Təhsil: ən azı tam orta (ali təhsillilərə və ingilis dilini bilənlərə üstünlük verilir)
  • Fiziki görünüşü: Atletik, normaastenik
  • Boy: 165-185 sm
  • Çəki: 90 kq-a qədər
  • Hərbi mükəlləfiyyəti: Yararlı (həqiqi hərbi xidmət keçmiş)

Tələb olunan bacarıqlar:

  • Suda ən azı 200 metr sərbəst üzmək (istənilən üsulla)
  • Su səthində ən azı 10 dəqiqə özünü saxlamaq,
  • Ən azı 4 m dərinliyinədək su dibinə baş vurmaq (sərbəst üsulla),
  • Su altında ən azı 20 m sərbəst üzmək,
  • Turnikdə ən azı 7 dəfə dartınmaq,
  • Barokamerada 4 atmosfer təzyiqdə barofunksiya və azot narkozuna qarşı davamlılıq.

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, attestat və ya diplom, 6 ədəd 3x4 ölçülü rəngli fotoşəkil, yaşayış yerindən arayış, Dalğıc Tibbi Komissiyasından arayış(Neftçilər xəstəxanasından alınmalıdır), həkim-psixiatrdan dalğıc işlərinə yararlığı haqqında arayış.
Qeyd: Kursa qəbul edilmiş iştirakçılar yataqxana ilə təmin edilməyəcəklər.
Təlim Mərkəzinə sənəd qəbulu yaxın zamanlarda başlayacaq. Sənəd qəbul ilə əlaqəli məlumatlar saytımızda yerləşdiriləcəkdir.
Əlavə məlumat üçün əlaqə nömrələri: 521-15-84, 521-00-00 (#10734, #10756)
Elektron poçt ünvanı: khs@socar.az

ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasının tarixi 16.10.2012-ci il tarixinə təyin olundu
15.10.2012
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası 16 Oktyabr 2012-ci il tarixində keçiriləcəkdir. İclasda Təqaüd Proqramı çərçivəsində təhsillərini başa vurmuş məzunlar Komissiya qarşısında hesabat xarakterli təqdimat ilə çıxış edəcəklər.
ARDNŞ rəhbərliyinin gənclərlə görüşü keçirilmişdir
25.09.2012
2012- ci il sentyabrın 15-də ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alan və yay tətilində Bakıda olan tələbələr, eləcə də Təqaüd Proqramının məzuları ilə ARDNŞ rəhbərliyinin görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışmış, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının qələbələrindən, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan ətraflı bəhs etmişdir. X.Məmmədov ölkə Prezidentinin tapşırığına əsasən, çevik, müasir və rəqabətə davamlı bir quruma çevrilmək kursu götürən ARDNŞ-nin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramlarından danışmış, həmin layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu, kadr hazırlığı sahəsində Şirkətin həyata keçirdiyi proqramlar haqqında, eləcə də Bakı Ali Neft Məktəbi barədə iştirakçılara məlumat vermişdir. Daha sonra görüşdə çıxış edən İnsan resursları departamentinin rəisi Asif Bəkirli Dövlət Neft Şirkətinin gənclər üçün təsis etdiyi müxtəlif proqramlardan yararlanmağı tövsiyyə etmiş, onlara gələcək təhsil illərində yararlı olacaq məsləhətlər vermiş və işlərində uğurlar arzulamışdır. Görüşdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmiş, onları düşündürən məsələlər ilə əlaqəli sual və təklifləri ilə bölüşmüşlər. ARDNŞ rəsmiləri fikir və təkliflərə münasibətini bildirmiş, verilən sualları ətraflı cavablandırmışlar.
Neftçilər Gününüz mübarək!
20.09.2012
Bildiyiniz kimi Sentyabrın 20-si Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü"dür. Azərbaycan neft sənayesinin, Azərbaycan neftçilərinin böyük, zəngin və şərəfli yolu var. Bu yolu bizimlə addımlayan hər bir neftçini təbrik edir, müstəqil Azərbaycanın tərəqqisi və neft sənayesinin inkişafı naminə gördüyünüz hər bir işdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirik. İnkişaf etmək niyyətində olan bütün gənclərə mənəvi dəstək olmağa hazır olan Təlim və İnkişaf şöbəsi adından hər birinizi təbrik edir, Azərbaycanda və xaricdə təhsil alan tələbələrimizə zehn açıqlığı arzulayırıq.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclasının tarixi 13.09.2012-ci il tarixinə təyin olundu
12.08.2012
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası 11 Sentyabr 2012-ci il tarixində keçiriləcəkdir. İclasda Təqaüd Proqramı çərçivəsində təhsillərini başa vurmuş məzunlar Komissiya qarşısında hesabat xarakterli təqdimat ilə çıxış edəcəklər. Komissiyanın iclasında həmçinin proqrama qoşulmaq üçün müraciət edən tələbələrin namizədliyinə baxılacaqdır.
ARDNŞ-nin xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramının Müsabiqə Komissiyasının növbəti iclası keçirildi
14.08.2012
Avqust ayının 10-u ARDNŞ-nin xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramının Müsabiqə Komissiyasının növbəti iclası keçirildi. Adəti üzrə Komissiyada proqrama qoşulma iddiasında olan namizədlər və artıq təhsilini başa vurmuş məzunların hesabat xarakterli təqdimatları dinlənildi.
İlkin mərhələdə bakalavr və magistr dərəcəsi üzrə Böyük Britaniya, Fransa, Norveç universitetlərinə prioritet ixtisaslar üzrə qəbul olmuş namizədlər Komissiya üzvlərinin suallarını cavablandırmış, oxumaq istəklərini əsaslandırmışlar. Nəticə etibarilə şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət etmiş 22 tələbədən 15-i Komissiya tərəfindən müsbət rəy almış, 7 gəncin namizədliyi isə təsdiq olunmamışdır.
Daha sonra Böyük Britaniya, Fransa və ABŞ-ın nüfuzlu universitetlərində təhsilini başa vurmuş 7 məzun təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə Komissiya üzvlərinə ətraflı məlumat vermişlər.
Bundan əlavə Komissiya üzvləri ARDNŞ təqaüdçüsü olan 4 tələbənin cari problemlərini də müzakirə etmişlər.
Xarici Təqaüd Proqramına sənəd qəbulu bitdi!
01.08.2012
31 iyul saat 18:00-dan etibarən ARDNŞ-nin Xarici Təqaüd Proqramına qeydiyyat dayandırılmışdır. Hazırda müraciət edən tələbələrin məlumatları sistemləşdirilir və tezliklə namizədlər siyahısı yenilənəcəkdir. Çatışmayan sənədlərinizi 10.08.2012-ci il tarixinədək khs@socar.az ünvanına göndərə bilərsiniz.
Almaniyanın Dortmund şəhərində Milli yeməklər sərgisi təşkil olunmuşdur
05.07.2012
Almaniyanın Dortmund şəhərində hər il olduğu kimi bu il də Milli yeməklər sərgisi təşkil olunmuşdur. 28 iyun 2012-ci il tarixinə təsadüf edən və təxminən 5000 nəfərin iştirakı ilə keçirilən sərgidə müxtəlif ölkələr öz milli mətbəxlərini qonaqlara təqdim etmişlər. Bu il ilk dəfə olaraq ARDNŞ təqaüdçüsü Əli Quliyevin təşəbbüsü ilə Azərbaycan da sərgiyə qoşulmuş və milli mətbəximizin parlaq nümunəsi olan Dolma ilə sərgidə çıxış etmişdir.
Almaniyanın Dortmund şəhərində Fest derKultur (Mədəniyyət festivalı) adlı festival keçirilmişdir
03.07.2012
İyun ayının 1-i Almaniyanın Dortmund şəhərində Fest derKultur (Mədəniyyət festivalı) adlı festival keçirilmişdir. Fest derKultur festivalının əsas məqsədi müxtəlif mədəni tarixə malik ölkələrin bir-biri ilə inteqrasiyasını təşkil etmək, onlar arasında sıx dostluq münasibətləri qurmaqdır. Hər il 15-dən artıq ölkənin iştirakı ilə keçirilən festivalda bu il ARDNŞ təqaüdçüsü Əli Quliyevin təşkilatçılığı ilə Azərbaycan da iştirakçılar arasında öz layiqli yerini almışdır. Festival təşkilatçıları Azərbaycanın qısa zamanda son dərəcə inkişaf etdiyini qeyd etmiş, ilk dəfə olaraq bu ölkəni festival iştirakçıları arasında
gördüklərinə şad olduqlarınıbildirmişlər. Azərbaycan hərtərəfli zəngin bir ölkə kimi festival iştirakçılarının dərin marağına səbəb olmuşdur. Azərbaycanın milli şirniyyatlarından dadan əcnəbi qonaqlar həmçinin, ölkənin mənzərəli məkanlarının foto şəkillərinə tamaşa etmişlər. Azərbaycanlı tələbələr tərəfindən təşkil edilmiş stenddə Azərbaycan xalçaları haqqında məlumat da öz əksini tapmışdır.
Kvins Belfast Universitetində Azərbaycan mədəniyyət günü
13.06.2012
01.06.2012-ci il tarixdə Kvins Belfast Universitetində ARDNŞ təqaüdçüsü Orxan Kərimov tərəfindən Azərbaycan mədəniyyət günü keçirilmişdir. Universitetin müəllim və tələbə heyətinin iştrakı ilə keçirilən tədbirin ilk hissəsində 30 dəqiqəlik Azərbaycanın mədəni, tarixi, iqtisadi, coğrafi təqdimatı olmuşdur. Təqdimat bitdikdən sonra verilmiş məlumatlar əsasında qonaqlar arasında viktorina keçirilmiş, qaliblərə hədiyyələr paylanılmışdır. Tədbir Azərbaycan milli mətbəxinin, musiqi və rəqsinin müşayiəti ilə
davam etdirilmişdir.
ARDNŞ-nin Təqaüd Proqramının 20 tələbənin namizədliyinə baxılmış və təhsilini başa vurmuş 2 məzunun təqdimatı dinlənilmişdir
ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil almış məzunların və proqrama qoşulmaq niyyətində olan gənclərin şirkətin rəhbərliyi ilə hesabat xarakterli görüşləri artıq adətə çevrilmişdir. Belə ki, iyun ayının 12-də ARDNŞ-nin xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramının Müsabiqə Komissiyasının növbəti iclasında şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət etmiş 20 tələbənin namizədliyi müzakirə olunmuş, həmçinin iqtisadiyyat ixtisas qrupu üzrə təhsilini başa vurmuş 2 məzunun (1 bakalavr, 1 magistr) hesabat xarakterli təqdimatları dinlənilmişdir.
2012-2013-cü tədris ili üçün Böyük Britaniya, Hollandiya, Norveç universitetlərinə prioritet ixtisaslar üzrə qəbul olmuş tələbələr müraciət etmişlər. Komissiya üzvlərinin suallarını cavablandıran namizədlər onların müxtəlif mövzularda verdikləri sualları cavablandırmış, eyni zamanda oxumaq istəklərini əsaslandırmışlar. Daha sonra dünyanın ən nüfuzlu universitetlərindən olan Fransa Neft İnstitutu (IFP) və Böyük Britaniyanın Edinburq Universitetində təhsilini başa vurmuş məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. Komissiya üzvləri ARDNŞ təqaüdçüsü olan tələbənin cari problemlərini də müzakirə etmişlər. Qeyd edək ki, bu günədək ARDNŞ-nin Təqaüd Proqramına 172 nəfər cəlb olunmuşdur. Hazırda onlardan 90 nəfər təhsilini dünyanın yüksək reytinqli universitetlərində davam etdirir. 82 nəfər isə təhsilini başa vuraraq geri qayıtmış və ARDNŞ-nin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclasının tarixi müəyyən olundu
08.06.2012
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası 12 iyun 2012-ci il tarixində keçiriləcəkdir. İclasda Təqaüd Proqramı çərçivəsində təhsillərini başa vurmuş iki məzun Komissiya qarşısında hesabat xarakterli təqdimat ilə çıxış edəcəklər. Komissiyanın iclasında həmçinin proqrama qoşulmaq üçün müraciət edən tələbələrin namizədliyinə baxılacaqdır.
Böyük Britaniyanın Vorvik Universitetində Azərbaycan Günü
07.06.2012
May ayının 30-u Böyük Britaniyanın tanınmış universitetlərindən biri olan Vovik Universitetində azərbaycanlı tələbələrin təşəbbüsü və ARDNŞ-nin maliyyə dəstəyi ilə adət və ənənələrimizin, mədəniyyətimizin və tariximizin təbliğinə yönəlmiş tədbir təşkil olunmuşdur. Universitetin böyük auditoriyalarından birində təşkil edilmiş tədbirdə ümumilikdə 30 ölkə olmaqla 100-ə yaxın tələbə iştirak etmişdir. Tədbirin ilk hissəsində ölkəmizin mədənniyyəti, adət və ənənələri ilə yanaşı, qısa müddətli müstəqillik dövründə qazandığı uğurlar haqqında da iştirakçılara ətraflı məlumatlar verilmişdir.
Tədbir təşkilatçıları ölkəmizin son dövrlərdə keçdiyi sürətli iqtisadi inkişaf yolunu xüsusilə vurğulamışlar. Bununla yanaşı, 28 May Cümhuriyyət gününün Azərbaycan tarixində tutduğu yerdən bəhs edilmiş və tədbirin də məhz bu ərəfədə keçirilməsinin heç də təsadüfi olmadığı qonaqların nəzərinə çatdırılmışdır. Təqdimatın ardınca tədbir iştirakçılarına milli yeməklərimiz və şirniyyatlarımız təqdim edilmişdir. Tədbirdə xüsusi diqqət çəkən məqamlardan biri isə tələbələrimiz-Elmir Məmmədov, Nigar Hüseynzadə və Ayşən Kərimovanın ifasındakı milli rəqs göstərişləri olmuşdur. Tədbirin müddətində həmçinin xarici qonaqlar arasında təqdimata uyğun olaraq Azərbaycan haqqında bilik yarışmaları keçirilmiş və qaliblər müvafiq olaraq ölkəmizin milli-mənəvi dəyərlərini əks etdirən hədiyyələrlə mükafatlandırılmışdır.
Kardif Universitetində Azərbaycan günü
05.06.2012
May ayının 21-də ARDNŞ-nin maddi dəstəyi ilə Böyük Britaniyanın Cardiff Universitetində ARDNŞ təqaüdçüsü Emil Bəşirov tərəfindən Azərbaycan günü təşkil edilmişdir. Azərbaycanın Böyük Britaniya Krallığındakı səfirliyinin nümayəndəsi Polad Məmmədovun və bir neçə azərbaycanlı ailənin iştirakı ilə keçirilən tədbirdə Kardiff Universitetinin müəllim-professor heyəti və əcnəbi tələbələr Emil Bəşirovun təqdimatında ölkənin strateji mövqeyi, tarixi, mədəniyyəti, iqtisadiyyatı və xüsusilə də, SSRİ-nin süqutundan sonra 20 illik müstəqillik dövründə əldə edilmiş uğurlarla, o
cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyəti, daxili ve xarici bazarda əldə etdiyi nailiyyətlərlə tanış olmuşlar.Təqdimat zamanı ümummilli lider Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan Respublikasında qısa müddət ərzində əldə olunmuş sürətli inkişaf tendensiyasından bəhs edilmiş, müasir zamanda cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımızın rifahının gücləndirilməsi məqsədilə imzalanan iqtisadi-inkişaf proqramlarından söz edilmişdir. Təqdimat zamanı, həmçinin Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, Azərbaycan həqiqətləri əcnəbi qonaqlara çatdırılmışdır.
Fransanın Audencia Nantes Menecment Məktəbində Azərbaycan günü
31.05.2012
Azərbaycanı və ARDNŞ-ni təbliğ etmək üçün daha bir addım Fransanın Audencia Nantes-School of Managementində atıldı. Belə ki, may ayının 24-də ARDNŞ təqaüdçüsü Kənan Məmmədli təhsil aldığı universitetdə Azərbaycan günü təşkil etdi. Tədbirdə dünyanın 30 ölkəsini təmsil edən tələbələr, həmçinin, müəllim və professor heyəti iştirak etmişdir. Tədbirin birinci hissəsində Azərbaycanın tarixini, inkişafını, əldə etdiyi nailiyyətləri, mənzərəli təbiətini, həmçinin Eurovision 2012 mahnı müsabiqəsi, ölkənin həyata keçirtdiyi layihələri əks etdirən müxtəlif təqdimat və videolar qonaqlara
nümayiş etdirilmişdir. Kənan Məmmədli tədbir iştirakçılarına Qarabağ həqiqətlərini çatdırmış, qonaqların bu mövzuda suallarını cavablandırmışdır.Təqdimat zamanı ARDNŞ və ARDNŞ-nin iştirak etdiyi layihələr, Azərbaycan neft tarixi də qonaqların marağına səbəb olmuşdur. Tədbirin ikinci hissəsində xarici vətəndaşlar Azərbaycan mətbəxinin plov, dolma, paxlava, şəkərbura kimi təamlarını dadmışlar. Tədbirdən sonra bir çox əcnəbi vətəndaşlar Azərbaycana gəlmək istəyini bildirmiş, bu ölkənin onlarda böyük maraq doğurduğunu söyləmişlər.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Millətlərin Konserti adlı beynəlxalq tədbir keçirilmişdir
21.05.2012
May ayının 18-də Rusiyanın Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Millətlərin Konserti adlı beynəlxalq tədbir keçirilmişdir. 20-dən artıq ölkəni təmsil edən 800 nəfərə yaxın qonağın iştirakı ilə baş tutan Beynəlxalq tədbirdə MDBƏİ-də təhsil alan xarici tələbələrin öz ölkələri barədə geniş təqdimatı təşkil olunmuşdur. Tədbirin Azərbaycana aid hissəsi ARDNŞ-nin maddi dəstəyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Azərbaycan mədəniyyəti, adət-ənənəsi, mətbəxi, musiqisi və incəsənəti geniş təbliğ olunmuşdur.
Tədbirin Azərbaycana aid olan təqdimatı 2 hissədən ibarət idi. Birinci hissə konsert tipli olmuş və öncə qonaqlara, müəllim və tələbə heyətinə Azərbaycan musiqisi təqdim olunmuşdur. Əvvəlcə "Sarı gəlin" və "Sən gəlməz oldun" musiqi ifası gözəl rəqslə müşaiyət olunmuş, sonra isə "Odlar yurdu" profesional rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilmişdir. Milli rəqslər "Yallı" rəqsi ilə yekunlaşmış və bu bütün əcnəbi qonaqlarda böyük maraq yaratmış və konsert zalında gümrahlıq hissi yaradaraq insanları bu rəqsə qoşulmağa sövq etmişdir. Tədbirin konsert hissəsindən sonra əcnəbi qonaqlar, tələbələr və müəllim-professor heyəti Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa dəvət olunmuşlar. 2-ci hissədə Azərbaycan xalçası, milli geyimlər, musiqi alətlərimizi və adər-ənənəmizi təsvir edən suvenirlər, açıqcalar, broşurlar, kitabça və jurnallar iştirakçılara təqdim olunmuşdur. Daha sonra qonaqlar Azərbaycan milli mətbəxi ilə tanış olmuş, milli yeməklərdən Şah plovu, dolma, qutab və şirniyyatlardan isə paxlava, şəkərbura və qoğalın dadına baxmışlar. Tədbir iştirakçılarına nar və armud şirəsi da təqdim olunmuşdur. Tədbir müddətində ARDNŞ tərəfindən iştirakçılara müxtəlif hədiyyələr paylanmışdır. ARDNŞ-nin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşı Roman Süleymanov, ARDNŞ təqaüdçüsü Aynurə Əhədova, MDBƏİ-də Azərbaycan Cəmiyyətinin fəxri sədri, RAGT-ın icra komitəsinin üzvü Natiq Əliyev, MDBƏİ-də Cəmiyyətlər Şurasının sədr müavini və Azərbaycan Cəmiyyətinin sədr müavini Nazim Abdullayev və digər azərbaycanlı tələbələr tədbirin müvəffəqiyyətlə və yüksək səviyyədə təşkili və idarə olunmasında yaxından iştirak etmişdirlər.
Nyukasl Universiteti Azərbaycan Günü Tədbiri
Böyük Britaniyanın Nuykasl Universitetində təhsil alan Azərbaycanlı tələbələr 11 may 2012-ci il tarixində universitetin şəhərciyində, ölkəni xarici tələbələrə tanıdmaq məqsədilə 178 nəfərin iştirak etdiyi "Azərbaycan Günü – Azərbaycanı kəşf et, musiqidən həzz al, ləziz yeməkləri dad" adlı tədbir təşkil etmişdirlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdçüləri Elşən Nəsirov, Baba Mahmudov, Həzrətəli Seyidov, Azərbaycan Respublikası Təhsil Nazirliyi təqaüdçüləri və
eləcədə şəxsi hesabına Nyukasl Universitetində təhsil alan Azərbaycanlı tələbələr 11 May tarixində təntənəli bir gecə təşkil edərək xarici vətəndaşların Azərbaycan haqqında məlumatlandırmışdırlar. Tədbirdə həmçinin Nyukasl və Durham şəhərində yaşayan Azərbaycanlı ailələr, Mançester Universitetindən Fərman Fərmanov, Cəlal Məmmədzadə, Qlazqo Universitetindən təqaüdçülərimiz Elkiyar Ziyadov və Mehman Dəmirov, Lester Universitetindən təqaüdçümüz Şəbnəm Məmmədovada iştirak etmişdir. Tədbir iştirakçılarına ölkəmizin tarixi, mədəni, mənəvi və təbii sərvətləri haqqında məlumat verilmiş daha sonra isə Azərbaycan musiqisindən, rəqsindən və ləzziz mətbəxindən nümunələr nümayiş etdirmişdirlər. Tədbirdə qonaqlar ilk öncə Elşən Nəsirov və Orxan Həsənovun tərəfindən Azərbaycan haqqında video çarxlar və təqdimatı izləmiş, daha sonra Mançester Universitetində təhsil alan Cəlal Məmmədzadənin ifasında Azərbaycan Musiqiləri səslənmiş, tədbirin son mərhələsində isə Rüstəm Qurbanov və Orxan Həsənovun ifasında Azərbaycanın müxtəlif musiqilərindən hazırlanmış rəqslə tanış olmuşlardır. Məlumatlar verildikdən sonra qonaqlara suallar verilmiş və düzgün cavab verən şəxslər mükafatlandırılmışdır. Daha sonra isə Azərbaycan mətbəxindən Plov, Aşqara, Ləvəngi, Yarpaq Dolması, Badımcan Dolması, Paxlava və Şəkərbura ilə tanış olan qonaqlar heyranlıqlarını ünvanımıza səsləndirdikləri məmnunluq ifadələri ilə bildirmişdirlər. Tədbirdən sonra iştirakçılar tədbirin Facebook səhifəsində maraqlarını ifadə etmiş, Azərbaycanı bəyəndiklərini, mütləq ziyarət etmək istədiklərini dilə gətirərək təşkilatçılara öz təşəkkürlərini bildirmişdirlər. Öz aralarında və tədbirin səhifəsində şəkillər paylaşan qonaqlar maraqlı müzakirələr aparmışlardır. Daha sonra tədbirin həyata keçirilməsində əməyi olan bütün azərbaycanlı tələbələr xüsusi ziyafətə dəvət olunmuş və "Nyukasl Universiteti Azərbaycan Cəmiyyəti" prezidenti Orxan Həsənov tərəfindən hər kəsə təşəkkür edilmişdir.
Fransanın İESEG Menecment Məktəbində Azərbaycan günü
03.05.2012
16 Aprel tarixində Fransanın dördüncü böyük şəhəri Lille-də azərbaycanlı tələbə Babək Cəfərov tərəfindən ölkəmizin təbliğinə həsr olunmuş Azərbaycan günü keçirilmişdir. Fransanın öndə gedən biznes məktəblərindən biri olan İESEG Menecment Məktəbinin ilk və hələlik yeganə azərbaycanlı tələbəsi olan Babək universitetin Beynəlxalq Biznes ixtisasında magistr təhsili alır və Azərbaycan Dövlət Neft Şirkətinin təqaüdçüsüdür.
Dünyanın dörd bir tərəfindən gələn tələbə və professorların qatıldığı tədbir üç saat davam etmiş və iki hissədən ibarət olaraq təqdim olunmuşdur. İlk rəsmi hissədə qonaqlara Azərbaycanla bağlı videolar göstərilmiş, ölkəmizin tarixi, inkişafı, iqtisadiyyatı, mədəni irs və müasir incəsənət nümunələri barəsində geniş məlumat verilmişdir.Tədbirin ikinci hissəsində isə Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Azərbaycan Dövlət Neft şirkətinin dəstəyi sayəsində iştirakçılara milli mətbəx nümunələrindən olan şəkərbura, paxlava, plov, dolma və s. kimi nemətlər, həmçinin müsiqi alətlərimiz - tar, kaman, saz, xalça, həmçinin digər incəsənət nümunələri təqdim olunmuşdur. Tədbir sonunda Azərbaycan haqqında iki dildə (ingilis və fransız dillərində) olan məlumat kitabçaları və jurnallar, milli musiqi diskləri və ARDNŞ tərəfindən göndərilən hədiyyələr iştirakçılara təqdim olunmuşdur. Sonda tədbir iştirakçıları tədbirdən xoş təəssuratlarla ayrılmışlar.
Diqqət! Diqqət! ARDNŞ-nin Ödənişli Yay Təcrübəsi proqramında iştirak etmək istəyən tələbələrin nəzərinə!!!
18.04.2012
Yaxın günlərdə Ödənişli Yay Təcrübəsi Proqramına start veriləcəkdir. Bu proqramda tələb olunan sənədlərdən biri də tələbənin transkriptidir (qiymət kitabçasından çıxarış). Transkriptdə aşağıdakı punktlar qeyd olunmalıdır:
  • Tələbənin soyadı, adı, atasının adı;
  • Ali təhsil müəssisəsinin, fakültənin və ixtisasın adı;
  • Təhsil müddətində keçirilən fənlərin adı və həmin fənlərdən alınan qiymətlər (ballar);
  • Səlahiyyətli şəxsin imzası və müvafiq möhür.
Transkript hazırkı semestr qiymətləri istisna olmaqla, bütün əvvəlki semestr qiymətlərini əhatə etməlidir. Transkript təqdim etməyənlərin namizədliyinə baxılmayacaq. (Transkripti almaq üçün təhsil aldığınız universitetə indidən müraciət etməyiniz məsləhət görülür)
ARDNŞ nümayəndələri ilə Kardiff Universitetinin nümayəndələri görüş keçirmişlər
04.04.2012
2012-ci il 3 aprel tarixində ARDNŞ-nin İnsan Resursları Departamentinin rəhbərliyi ilə Böyük Britaniyanın Kardiff Universitetinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşün əsas məqsədi Kardiff Universiteti ilə ARDNŞ arasında mövcud əməkdaşlığı daha da inkişaf etdirmək, dostluq münasibətləri yaratmaq idi. Qonaqları salamlayan İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli görüşün keçirilməsində təşəbbüs göstərdikləri üçün Beynəlxalq marketinq məmuru (International Marketing Officer) Anna Morqana və Beynəlxalq işəgötürmə meneceri (International Recruitment Manager) Sara Şerrinqtona minnətdarlığını bildirmiş və ARDNŞ-nin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə ümumi məlumat vermişdir.
Daha sonra A.Bəkirli İnsan Resursları Departamentinin gənclərə təklif etdiyi layihələrdən, o cümlədən, ARDNŞ-nin Xarici Təqaüd Proqramından danışmış, proqram çərçivəsində Kardiff Universitetində təhsil alan tələbələrlə maraqlanmışdır.A.Bəkirli gəncləri bu yönümlü layihələrə cəlb etmək üçün Azərbaycanın aparıcı ali təhsil müəssisələrində İnsan Resursları Departamenti tərəfindən təqdimatların keçirildiyini bildirmiş, yeni açılmış Bakı Ali Neft Məktəbinin ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi istiqamətində mühüm təsirinin olacağını söyləmişdir. Danışıqlar zamanı Anna Morqan Kardiff Universitetinin dünya universitetləri arasında qazandığı nüfuzdan, universitetin yaranma tarixindən, tədris olunan dərslərdən, universitet məzunlarının əldə etdikləri uğurlardan danışmışdır. A.Morqan Kardiff Universiteti ilə ARDNŞ-nin əməkdaşlığını yüksək qiymətləndirdiyini vurğulamışdır. Sara Şerrinqton isə Kardiff Biznes Məktəbinin dünya reytinqində 4-cü yerə qalxdığını bildirmiş, Kardiff Biznes Məktəbinin tələbələrə təkcə nəzəri biliklərin deyil, həmçinin təcrübi biliklərin verilməsinin tərəfdarı olduğunu söyləmişdir.
Ekseter Universitetində Azərbaycan günü
Mart ayının 25-də Böyük Britaniyanın Ekseter Universitetində ARDNŞ-nin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı ARDNŞ təqaudçüsü, Ekzeter Biznes Məktəbinin tələbəsi Tural Məmmədov qonaqları tədbirin proqramı ilə tanış etmiş, onlara Novruz bayramı haqqında ətraflı məlumat vermişdir. Daha sonra digər azərbaycanlı tələbələr - Ekzeter Azərbaycan Cəmiyyətinin prezidenti və ASSA-UK-nın həmsədri Orxan Məmmədov və Şəhla İbrahimova Azərbaycan tarixini və turizmini özündə əks etdirən təqdimat keçirmişlər. Rəsmi hissə başa çatdıqdan sonra qonaqlar Azərbaycanın milli yeməklərindən dadmış və musiqi sədaları altında rəqs etmişlər. Sonda qonaqlara Azərbaycan tarixi və mədəniyyətini əks etdirən kitablar, jurnallar və suvenirlər paylanmışdır.
Şefild Universitetində Azərbaycan günü
29.03.2012
Mart ayının 23-də Böyük Britaniyanın Şefild Universitetində ARDNŞ-nin dəstəyi və Şefild Azərbaycan Cәmiyyәtinin təşkilatçılığı ilә Novruz festivalı təşkil olunmuşdur. Tədbir Şefild Universitenin Abbeydale sәrgi salonunda keçirilmişdir. Azərbaycanın milli adət-ənənəlәrini, geyimlərini, milli mətbəx və irsimizi xarici qonaqlar arasında tәbliğ etmək və tanıtmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan xalçaları, milli musiqi alətləri, milli geyimlər və Azərbaycan mətbəxinin nümunələri sərgilənmişdir. Azərbaycanlı tələbələr tədbirdə iştirak edən müəllim və tələbə heyyətinə sәrgilәnmiş broşur, jurnal, kitabça, kataloq vә xəritәlər vasitəsi ilә Azərbaycanın mədəniyyəti, iqtisadiyyatı, tarixi haqqında məlumat vermişlər. Sərgidə həmçinin, öz gözəlliyi və özünəməxsusluğu ilә seçilən Qarabağ naxışlı xalçalar nümayiş etdirilmişdir ki, bu da qonaqlara xoş təsir bağışlamışdır. Tədbirin sonunda milli rəqslər və milli musiqi qonaqlarda çox böyük maraq doğurmuşdur. Əcnəbi qonaqlar milli musiqi sədaları altında rəqs etmiş, azərbaycanlı tələbələrlə birlikdə "Sarı gəlin" mahnısını ifa etmişlər. ARDNŞ təqaüdçüləri Nurlan Şıxəliyev, Nicat Xalıqov və Şefild Azərbaycan Cəmiyyətinin Prezidenti - Hәbib Süleymanov və digər azərbaycanlı tələbələr - Nihad Әlimədәtli, Tərlan Süleymanov, Kənan Şirinov, Pərviz Muradov, Şamxal Vəliyev vә Tural Qulu tədbirin uğurla təşkil olunması və həyata keçicilmәsindә yaxından iştirak etmişlәr.
Edinburq Universitetində Azərbaycan günü
Mart ayının 22-də Edinburq şəhərində ARDNŞ təqaüdçüləri Nigar Əlimərdanlı, Zaur Piriyev və azərbaycanlı tələbələr tərəfindən yaradılmış Edinburq-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan günü keçirilmişdir. ARNDŞ-nin maddi dəstəyi ilə keçirilən tədbirdə 150-yə yaxın əcnəbi qonaq iştirak etmiş, Azərbaycan barədə ümumi, eləcə də Novruz bayramı haqqında ətraflı məlumat almışlar. Edinburqda təhsil alan azərbaycanlı tələbələrin canlı ifa etdiyi "Azərbaycan" mahnısı gecəyə xüsusi maraq qatmışdır. Rəsmi hissə başa çatdıqdan sonra tədbirdə iştirak edən qonaqlar Azərbaycan mətbəxinin nümunələrindən dadmış və milli musiqi sədaları altında rəqs etmişlər.
Stirlinq Universitetində Azərbaycan mədəniyyət günü və Novruz bayramı tədbiri
21 mart tarixində Şotlandiyanın Stirlinq Universitetində azərbaycanlı tələbələr tərəfindən Azərbaycanın təbliği istiqamətində daha bir tədbir keçirilmişdir. Tədbirin təşkilatçıları ARDNŞ təqaüdçüləri Seymur Quliyev, Şahin Tağızadə və digər azərbaycanlı tələbələr tədbirdə iştirak edən müəllim və tələbə heyyətinə Azərbaycanın mədəniyyəti, iqtisadiyyatı, tarixi, neft sənayesi haqqında ətraflı məlumat vermiş, qonaqları Azərbaycan milli mətbəxinə aid olan yeməklər və şirniyyatlarla tanış etmişlər. Təqdimat prosesində Stirlinq Universitetinin bir neçə müəllim də iştirak etmiş, tədbir təşkilatçılarına və ARDNŞ rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Azərbaycanlı tələbələr İst Anqliya Universitetində keçirilən Beynəlxalq Festivalda uğurla çıxış etmişlər.
20 mart tarixində Böyük Britaniyanın İst Anqliya Universitetində təhsil alan azərbaycanlı tələbələr hər il keçirilən və ən-ənə halını alan Beynəlxalq festivalda Azərbaycanı uğurla təmsil etmişlər. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan 300-ə yaxın tələbə iştirak etmişdir. Xarici qonaqlar və universitetin akademik heyəti Azərbaycan mətbəxi ilə tanış olmuş, qonaqlara Azərbaycan haqqında müxtəlif kitab və broşurlar paylanılmışdır. Tədbirin ikinci hissəsində isə azərbaycanli tələbələr "Uzundərə" rəqsi ilə çıxış etmişlər. Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin nümayəndə heyəti də iştirak edərək tələbələrin çətinlikləri ilə maraqlanmış, gələcəkdə bu problemlərin həll olunması ilə bağlı səy göstərəcəklərini qeyd etmişlər.
Bormut şəhərində Novruz bayramı
16 mart tarixində İngiltərənin Bormut şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycanın Londondakı səfirliyinin və Azərbaycan-Avropa Cəmiyyətinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ARDNŞ təmsilçiləri, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, Təlim və İnkişaf şöbəsinin rəisi Tural Əliyev, Uçot və işçilərlə əlaqə şöbəsinin rəisi Tural Məmmədov, Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropa-Azərbaycan Cəmiyyətinin, "Azərbaycan Hava Yolları" QSC-nin və Azərbaycan Beynəlxalq Bankının London nümayəndəliklərinin əməkdaşları, KİV təmsilçiləri və xarici qonaqlar iştirak etmişlər. Tədbirin təşkilatçısı, ARDNŞ-in təqaudçüsü, Bormut Biznes Məktəbinin tələbəsi Mətanət Tağıyeva bu cür mərasimlərin keçirilməsinin iki ölkə arasındakı əlaqələrin və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olacağını qeyd etmişdir.
Durham Universitetində Azərbaycan günü
15 mart tarixində Şəlalə Bayramova ARDNŞ-nin dəstəyi ilə Durham Universitetində Azərbaycan günü keçirmişdir. Radisson otelində keçirilən tədbirdə universitetin tələbə və müəllim heyəti ilə yanaşı 25-dən çox ölkənin nümayəndəsi və Böyük Britaniyanın müxətlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər. Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi, musiqisi barədə qonaqları məlumatlandırmaq, Azərbaycan milli yeməklərini qonaqlara təqdim etmək, eyni zamanda Novruz şənliyi keçirmək məqsədilə təşkil olunmuşdur. Tədbirdə ölkənin coğrafi məkanını, gəzməli yerlərini özündə əks etdirən suvenirlərdən, jurnallardan, disklərdən, xəritə və xalçalardan, Novruz xonçasından ibarət böyük Azərbaycan guşəsi yaradılmışdır. ARDNŞ təqaüdçüsü olan Şəlalə Bayramova və digər azərbaycanlı tələbələr təqdimatla çıxış edərək Azərbaycan Respublikasının mədəniyyəti və musiqisi, iqtisadiyyatı və gələcək perspektivlərdən söz açmışlar. Daha sonra universitetin professoru Dr. Oleksandr Talavera çıxış edərək Azərbaycanda neftin tarixinin keçdiyi iqtisadi inkişaf yolu və bu yolda atılan addımlar barədə geniş məlumat verərək Azərbaycana investisiya qoymağın böyük perspektivlərindən söz açmışdır. Tədbirdə həmçinin, Qarabağ torpaqlarının zəbt edilməsi və bu amilin Azərbaycanın iqtisadiyyatına təsirindən danışılmışdır. Azərbaycan musiqisinin gözəlliyini qonaqlara əyani göstərmək üçün muğam, caz, həmçinin, Akif İslamzadənin ifasında "Sarı gəlin" səsləndirilmiş, Şəlalə Bayramova tərəfindən "Sarı gəlin" rəqsi təqdim olunmuşdur. Rəsmi hissə bitdikdən sonra qonaqlara Azərbaycanın milli yeməkləri və Novruz şirniyyatları təklif olunmuş, təqdim olunan hər bir yeməyin yanında stend şəklində yeməyin tərkibi və hazırlanması barədə qonaqlara qısa məlumat verilmişdir. Tədbirdən sonra müxtəlif tələbələrdən və professorlardan alınan e-maillər tədbirin yüksək səviyyədə təşkil olunmasından və Azərbaycan barədə daha geniş məlumata sahib olduqlarını söyləməyə imkan verir. Professorlardan birinin dediyi kimi "Durhamda Azərbaycanın bir hissəsinin yaradılması hər kəs üçün təsiredici oldu".
Təqaüd Proqramının şərtlərinə əlavə
09.03.2012
ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində Gənclərin Xaricdə Təhsilləri üzrə 2012-2013-cü tədris ili üçün təsdiq olunmuş universitetlərin və müvafiq ixtisaslar üzrə kvotaların siyahısı aprel-may ayları ərzində ARDNŞ-nin rəsmi saytında dərc olunacaqdır. İxtisasın prioritetliyi, işin planlaşdırılması kimi amillər ixtisaslar üçün kvotaların təsdiq olunmasına təsir göstərəcəkdir. İxtisas seçimi zamanı qeyd olunanları nəzərə almağınız tövsiyyə edilir.
Hərbi xidmətdə omayan gənclərin nəzərinə
ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində Gənclərin Xaricdə Təhsilləri üzrə Təqaüd Proqramının şərtlərinə bir sıra dəyişikliklər edilmişdir. Belə ki, hərbi xidmətdə olmayan gənclər Təqaüd proqramına qoşulan zaman tələb olunan digər sənədlərlə yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Keçmiş Hərbi Komissarlıq) tərəfindən verilmiş möhlət hüququnu təsdiq edən sənədi də Təlim və İnkişaf şöbəsinə təqdim etməlidirlər.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Lids Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.
28.02.2012
Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş daha bir tədbir 28 fevral 2012-ci il tarixində Böyük Britaniyanın Lids Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən keçirilmişdir. "Azərbaycanı tanıyaq" adı altında keçirilən tədbirdə tarixi həqiqətlər, Xocalıda həlak olmuş dinc əhali barədə müxtəlif ölkələrdən olan tələbə və müəllim heyətinə məlumat verilmiş və tələbələrin bu mövzularda təqdimatları dinlənilmişdir. Universitetin tələbələri Rəvan Səmədov, Şahin Səmədli, Elvin Balacanov, Cahangir Cəfərov, Tural Hüseynov və ARDNŞ təqaüdçüsü Qoşqar Qurbanlı auditoriya qarşısında Azərbaycanın zəngin tarixi-mədəni ənənələri, neft tarixi, milli bayramları və müasir dünya mədəniyyətinə verdiyi töhfələri haqqında geniş təqdimatla çıxış etmişlər.
   Azərbaycanlı gənclər xarici vətəndaşlara Ermənistanın yeritdiyi işğalçılıq siyasəti, 20 il əvvəl Xocalıda törətdikləri amansız vəhşiliklər haqqında məlumat vermiş, soyqırım haqqında videoçarxlar nümayiş etdirmişlər. Sonda tədbir iştirakçılarının sualları tələbələr tərəfindən ətraflı cavablandırılmışdır. Lidsdə təhsil alan azərbaycanlı tələbələr, həmçinin fevralın 25-də Londonda təşkil olunmuş "Xocalı – 20-ci ildönümü" adlı yürüş-mitinqdə də iştirak etmişlər.
Kardif Universiteti Xocalı Soyqırımını yad etdi.
27.02.2012
26.02.2012-ci il tarixində Böyük Britaniyanın Kardif Universitetində təhsil alan tələbələrin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş aksiya keçirilmişdir. Aksiyada Kardif şəhərində yaşayan azərbaycanlılar və azərbaycanlı tələbələr bir araya toplaşaraq Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşiliklərə qarşı şüarlar səsləndirmişlər.
Exeter Universiteti Xocalı Soyqırımını yad etdi.
23 fevral tarixində Böyük Britaniyanın Exeter Universitetində Exeter Azərbaycan Cəmiyyəti tərəfindən Respublikamızın İngiltərədəki səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Universitetin professor və tələbə heyəti ilə yanaşı ətraf şəhərlərdən cəlb olunmuş azərbaycanlı və əcnəbi qonaqların iştirakı ilə keçirilən tədbirdə qonaqlar Xocalı faciəsi haqqında ətraflı məlumat almaq imkanı qazanmışlar. Tədbirdə çıxış edən siyasət elmləri namizədi, politoloq Səbina Metcalf faciənin tarixi konteksdə təsvirini təqdim etmiş, daha sonra iştirakçılar tərəfindən Xocalı Soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimindən sonra tədbir iştirakçılarına H.Əliyev Fondu tərfindən hazırlanmış və Texas Azərbaycan-Amerika Şurası tərəfindən təqdim olunmuş erməni vəhşiliklərini yansıdan qısa video nümayiş etdirildi. Tədbirin növbəti mərhələsində siyasi tədqiqatçı və Türk cəmiyyətinin elmi işlər üzrə nümayəndəsi Alixan Limoncuoğlu çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrinin yaxınlığını vurğuladı və faciədə yaxınlarını itirmiş ailələrə dərin başsağlığını bildirdi. Tədbirdə İngiltərənin Azərbaycandakı Səfirliyinin nümayəndələri Ceyhun NovruzovPolad Məmmədov da iştirak edərək iştirakçılara "Xocalıya Ədalət" kampaniyasıyla bağlı geniş məlumat vermiş, qonaqların suallarını cavablandırmışlar. Sonda iştirakçılara müvafiq təbliğat materialları ilə tanış olmuş, kampaniyanın hazırladığı petisiyaya imza atmışlar. Exeter konfransı Böyük Britaniya sakinlərinə Xocalı Soyqırımını daha yaxından tanımaq və belə bir faciənin bir daha yaşanmaması üçün dəstəklərini göstərmək şansını vermişdir.
Böyük Britaniyanın Aberdin Universitetinin tələbələri Xocalı faciəsində həlak olmuş şəhidləri yad etmişlər.
26.02.2012-ci il tarixində Böyük Britaniyanın Aberdin Universitetində təhsil alan tələbələr, orada yaşayan azərbaycanlılar və Türkiyə vətəndaşları həmrəy şəkildə Xocalı soyqırımını anmaq məqsədilə Aberdinin Union küçəsinə yığışmışlar. Anım mərasimindən sonra Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşilikləri daha ətraflı təsvir etmək və tarixi faktların Aberdin şəhərinin sakinlərinə çatdırmaq məqsədilə 1000-dən artıq təbliğat xarakterli materiallar yerli sakinlərə paylanılmışdır.
TOTAL-Azərbaycanın seçimində iştirak edən namizədlərin nəzərinə
24.02.2012
Fransanın ali təhsil müəssisələrində təhsil almaq üçün ARDNŞ-nin təklif etdiyi namizədlərdən TOTAL şirkəti tərəfindən aparılan testlər və müsahibələr nəticəsində aşağıdakı 5 nəfər seçilmişdir:

S/n

Soyad, ad, ata adı

İxtisas

1 Cavadzadə Rövşən Famil o. Neft-qaz mühəndisliyi
2 İsmayılov Kənan Kamran o. Kompüter elmləri
3 İsrafilov Nizami Vəli o. Ekologiya
4 Kazımov Orxan Amil o. İnsan Resurslarının idarə edilməsi
5 Əhmədova Lalə Şöhlət q. İnsan Resurslarının idarə edilməsi
Fransa və Rusiyada təhsil almaq üçün müraciət edənlərin nəzərinə
05.01.2012
Tələbələrin nəzərinə çatdırırıq ki, proqram üçün sənəd qəbulu 01.01.2012-ci il tarixində başa çatmışdır. Sənədlərini təqdim edən tələbələrin sənədləri sistemləşdirilərək namizədlər siyahısında yerləşdirilib. Namizədlərə çatışmayan sənədlər və məlumatların dolğunluğu haqqında məlumat verilib. Onu da qeyd etmək lazımdır ki, Fransaya müraciət edənlərdə üstünlük neft-qaz mühəndisliyi, lay mühəndisliyi, kompüter mühəndisliyi və insan resurlarının idarəolunması ixtisaslarına veriləcəkdir.
Fransada və Rusiyada təhsil üçün müraciət edən, lakin sənədlərini tam təqdim etməyən namizədlərin nəzərinə:
Sənədlərini qismən təqdim namizədlərdən çatışmayan sənədlərin 15.01.2012-ci il tarixinə kimi Təlim və İnkişaf şöbəsinə təqdim olunması xahiş olunur. Girov kimi təqdim ediləcək daşınmaz əmlakın sənədlərinin yenilənməsi və ya xarici dil bilgilərinin mükəmməlliyini sübut edən sənədlərin təqdim edilməsi mart ayının sonlarına kimi əlavə vaxt verilir.
Fransaya və Rusiyaya müraciət edənlərin nəzərinə
21.12.2011
Tələbələrin nəzərinə çatdırırıq ki, müraciət üçün son tarix 1 yanvar 2012-ci ildir. Sənədlərini təqdim edən tələbələrin sənədləri sistemləşdirilir və yaxında Namizədlər bölməsində yerləşdiriləcəkdir. Onu da qeyd etmək lazımdır ki, Fransaya müraciət edənlərdə üstünlük neft-qaz mühəndisliyi, lay mühəndisliyi, kompüter mühəndisliyi və insan resurlarının idarəolunması ixtisaslarına veriləcəkdir
ARDNŞ-nin Təqaüd Proqramının 5 iştirakçısı təhsilini başa vuraraq vətənə dönmüşdür
16.12.2011
ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil almış məzunların Şirkətin top-menecmenti ilə hesabat xarakterli görüşləri artıq ənənə halını almışdır.
Noyabrın 16-da ARDNŞ-nin xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramının Müsabiqə Komissiyasının növbəti iclasında Şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almış daha 5 nəfər gənc məzunun (3 magistr, 2 bakalavr) hesabatı dinlənilmişdir. Geri qayıtmış gənclər mühəndislik, iqtisadiyyat, avtomatika və İKT, hüquq ixtisas qrupları üzrə təhsil almışlar. Komissiya üzvlərinin suallarını cavablandıran məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat vermişlər. İclasda qeyd olunmuşdur ki, məzunlar ARDNŞ-nin müxtəlif struktur bölmələrinə təyinat alacaqlar. Daha sonra Toronto Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Əhəd Süleymanlının ARDNŞ təqaüdçüsü seçilməsi məsələsi müzakirəyə çıxarılmışdır. Komissiya üzvləri ARDNŞ təqaüdçüsü olan 4 tələbənin cari problemlərini də müzakirə etmişlər.
Qeyd edək ki, bu günədək ARDNŞ-nin Təqaüd Proqramına 170 nəfər cəlb olunmuşdur. Hazırda onlardan 96 nəfər təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. 74 nəfər isə təhsilini başa vuraraq geri qayıtmış və ARDNŞ-nin idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunmuşlar.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclasının tarixi müəyyən olundu
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası 16 dekabr 2011-ci il tarixində keçiriləcəkdir. İclasda Təqaüd Proqramı çərçivəsində təhsillərini başa vurmuş təqaüdçülər Komissiya qarşısında hesabat xarakterli təqdimat ilə çıxış edəcəklər. Komissiyanın iclasında həmçinin proqrama qoşulmaq üçün müraciət edən tələbənin namizədliyinə baxılacaqdır.
Fransada təhsil almaq imkanından yararlanın!
25.11.2011
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə ingilis və ya fransız dilini yaxşı bilən və hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 01.01.2012 tarixidir. Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə Gənclərin xaricdə təhsilləri üzrə Təqaüd Proqramının şərtlərsuallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
ELANI ENDİRMƏK ÜÇÜN BURA DAXİL OLUN
Rusiya Federasiyasında təhsil almaq imkanından yararlanın!
23.11.2011
ARDNŞ Təqaüd Proqramı Rusiya Federasiyasının S.O.Makarov adına Dövlət Dənizçilik Akademiyasında (Sankt-Peterburq şəhəri) dənizçilik ixtisasları üzrə bakalavr təhsili almaq imkanı verir! Müsabiqəyə rus və Azərbaycan dillərini bilən, yaşı 25-dən çox olmayan gənclər qoşula bilər. Proqrama qoşulmanın son günü 01.01.2012 tarixidir. Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlərsuallar bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
ELANI ENDİRMƏK ÜÇÜN BURA DAXİL OLUN
İnsan Resursları Departamentində Avstraliyanın ölkəmizdəki səfiri cənab Yan Biqqslə görüş keçirilmişdir.
27.10.2011
Bu günlərdə ARDNŞ-nin İnsan Resursları Departamentində Avstraliya İttifaqının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri cənab Yan Biqqs və səfirliyin II katibi Sara Keli ilə görüş keçirilmişdir. Departamentin rəisi Asif Bəkirli qonaqları salamlayaraq ARDNŞ-nin insan resurslarının idarə olunması üzrə fəaliyyət istiqamətləri haqqında ətraflı söz açmışdır. Danışıqlarda ARDNŞ-nin təhsil və təqaüd proqramları və bu sahədə görülən işlərə xüsusi diqqət yetirilmişdir. Qonaqlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılmış ARDNŞ-nin Xarici Təqaüd Proqramı, həmin Proqram çərçivəsində həyata keçirilən təbdirlər, təhsilini bitirib Şirkətin idarə və müəssisələrində çalışan təqaüdçülər və hazırda təhsilini davam etdirən təqaüdçülərlə iş haqqında məlumat verilmişdir. Səfir Yan Biqqs öz növbəsində Avstraliya universitetləri və onlara qəbul qaydaları barədə danışmış, ARDNŞ-nin Xarici Təqaüd Proqramı çərçivəsində şirkətlə əməkdaşlıq etmək niyyətini ifadə etmişdir. İnsan Resursları Departamenti əməkdaşlarının iştirak etdiyi görüşdə Avstraliya ilə ARDNŞ arasında bakalavr və magistr təhsili ilə yanaşı ixtisasartırma sahəsində də mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.
Xarici Təqaüd Proqramı haqqında statistik məlumat
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hər il olduğu kimi, 2011-2012-ci tədris illərində də gənc mütəxəssislərin hazırlanması istiqamətində bir sıra addımlar atmışdır. Bu il Xarici Təqaüd Proqramına 146 tələbə müraciət etmiş, onlardan göstəriciləri proqramın şərtlərinə uyğun gələn 83 tələbənin namizədliyi qəbul olunmuşdur. Nəticə etibarilə, 62-i namizəd komissiyadan müsbət rəy almışdır. Müsbət rəy alan tələbələr artıq dünyanın ən nüfuzlu universitetlərində təhsillərinə başlamışlar.
Fransada təhsil almaq imkanından yararlanın!
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər arasında müsabiqə elan edir. Müsabiqədə ingilis və ya fransız dilini yaxşı bilən və hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Müsabiqəyə sənəd qəbulunun son günü 01.01.2012 tarixidir. Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları barədə şərtlərsuallar (əsasən, sual 8) bölmələrindən ətraflı məlumat ala bilərsiniz.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının 2-ci iclasının nəticələri barədə
10.08.2011
10 avqust tarixində keçirilən ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının 2-ci iclasının nəticələri sabah burada yerləşdiriləcəkdir.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının 2-ci iclasının tarixi müəyyən olundu
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının 2-ci iclası 10 avqust 2011-ci il tarixində saat 11:00-da keçiriləcəkdir.
Diqqət! Xarici Təqaüd Proqramına sənəd qəbulu başa çatmışdır
01.08.2011
Sənədlərini 1 avqust 2011-ci il tarixdən sonra təqdim edənlərin namizədlikləri qəbul olunmayacaqdır. Əvvəl göndərilənlərin isə sənədlərinə baxılır və yaxın günlərdə saytımızın Namizədlər bölməsində yerləşdiriləcəkdir.
Müsabiqə Komissiyasının 1-ci iclasının nəticələri barədə
26.07.2011
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının 26 iyul 2011-ci il tarixində ARDNŞ-nin Baş ofisində iclas keçirildi. İclasda 35 namizədin məsələsinə baxıldı. ARDNŞ ilə Total şirkətinin əməkdaşlığı nəticəsində göndəriləcək tələbələrin statusu namizədlər bölməsində verilmişdir. Digər namizədlərin nəzərinə çatdırırıq ki, sizin məsələnizə hazırda baxılır və iyul ayının axırına qədər qərar veriləcək. Siz əlavə olaraq müsahibələrə dəvət oluna bilərsiniz və Təlim və inkişaf şöbəsinin əməkdaşları qısa müddət ərzində sizinlə telefon əlaqəsi yaradacaqdır.
Müsabiqə Komissiyasının 1-ci iclasında iştirak edəcək namizədlərin siyahısı
22.07.2011
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının 26 iyul 2011-ci il tarixində keçiriləcək 1-ci iclasında iştirak edəcək namizədlərin siyahısı burada yerləşdirilmişdir.
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclasının tarixi müəyyən olundu
21.07.2011
ARDNŞ Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclası 26 iyul 2011-ci il tarixində keçiriləcəkdir. İnsan Resurlası Departamentində ilkin görüşdə olan tələbələr Komissiyanın iclasında iştirak edəcəklər. Bu iclasda iştirak edəcək namizədlərin siyahısı 22 iyul tarixində burada elan olunacaqdır. Saytımızı izləyin.
Təqaüd Proqramına müraciət edəcəklərin nəzərinə
ARDNŞ-nin Təqaüd Proqramına müraciətin son tarixi 31 iyul 2011-ci ildir.
ARDNŞ təqaüdçüləri Azərbaycanı təbliğ edirlər
07.06.2011
ARDNŞ-nin Təqaüd Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan tələbələr oxuduqları ali təhsil müəssisələrində Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər keçirərək ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırılması işinə töhfələr verir, vətənimizin fəal təbliğatçıları kimi fəaliyyət göstərirlər. Belə səpkili tədbirlər daim ARDNŞ rəhbərliyinin diqqət mərkəzindədir. Şirkət tərəfindən təbliğat üçün lazımi materiallar - kitab və broşurlar, müvafiq disklər, poster və bayraqlar bütün tədaüdçülərə göndərilmişdir. Bu silsilədən olan növbəti tədbirlər Fransa və Böyük Britaniyada təhsil alan ARDNŞ təqaüdçüləri tərəfindən təşkil olunmuşdur. İyunun 1-də Fransanın Nantes şəhərində "Audencia school of managment" təhsil oçağında "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alan ARDNŞ-nin 4 təqaüdçüsü - Şahin Məmmədov, Rəsul Hacıyev, Fuad KərimovUlduz Nürəddinova tərəfindən Azərbaycana həsr olunmuş təqdimetmə mərasimi keçirilmişdir. Fransanın Ruen Biznes Məktəbinin tələbəsi olan ARDNŞ təqaüdçüsü Kamal Dadaşov da bu tədbirdə fəal iştirak etmişdir. 1 saat davam edən "Azərbaycan günü"nün rəsmi hissəsində dünyanın 15 ölkəsindən 50-yə yaxın tələbə və təhsil ocağının müəllim heyəti iştirak etmişdir. ARDNŞ təqaüdçüləri qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və siyasi durumu, həyata keçirilən neft-qaz siyasəti, ölkənin turizm potensialı haqqında ətraflı məlumat vermişlər. Gənclər təqdimatlarında ARDNŞ-nin son dövrdə qazandığı uğurlara xüsusi yer ayırmışlar. Tədbirə Azərbaycan himni ilə yekun vurulmuşdur. Daha sonra furşet masası arxasında davam edən mərasimdə qonaqlar Azərbaycan şirniyyatları dadmışlar. Tədbirin sonunda hər bir iştirakçıya Azərbaycanla bağlı müxtəlif kitablar, broşuralar, Azərbaycan və ARDNŞ ilə bağlı suvenirlər təqdim edilmişdir. İyunun 2-də Böyük Britaniyanın Southemten universitetində "Mühasibat və maliyyə" ixtisasi uzrə magistr təhsili alan ARDNŞ təqaüdçüsü Ramin Quliyevin təşəbbüsü ilə Azərbaycana həsr edilmiş tədbir də əcnəbi tələbələrin böyük marağına səbəb olmuşdur. Çıxış edən Ramin Quliyev mərasim iştirakçılarına Azərbaycan haqqında ətraflı məlumat vermişdir. Tədbirdə universitetin müəllim və professor heyəti, dünyanın 20-yə yaxın ölkəsini təmsil edən 100-dək tələbə, ARDNŞ-nin Böyük Britaniyadakı nümayəndəliyinin baş direktoru Rüfət Əfəndiyev və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları iştirak etmişlər. Tədbirdə Ramin Quliyevlə yanaşı digər azərbaycanlı tələbələr - Kənan Fərzəliyev, Ümid Ağazadə, Elnur Məmmədov, Southampton şəhərində yaşayan həmyerlilərimiz Şəlalə Muradova, Kənan Rzayev və Londondan gələn Sevinc Nəbiyeva da yaxindan iştirak edərək mərasimin maraqlı olması üçün çalışmışlar. Southemten Universitetinin Regional İnkişaf departamentinin Azərbaycan, Rusiya, Ukrayna və Mərkəzi Asiya üzrə təmsilçisi Donna Haynes və Türkiyəli tələbələr Saadet Gürpinar, Levent Karabas və Cem Azoz da tədbirin baş tutması üçün köməklik göstərmişlər. ARDNŞ-nin Böyük Britaniya nümayəndəliyi tərəfindən təqdim olunmuş və Azərbaycana, ARDNŞ-ə aid kitablar, hədiyyə və digər materiallar tədbir iştirakçılarına çatdırılmışdır. Rəsmi təqdimatdan sonra iştirakçılar Azərbaycanın milli şirniyyatlarına qonaq edilmişlər.
Təqaüdçümüz Con Hopkins Universitetində "Azərbaycan Günü" keçirmişdir
13.05.2011
May ayını 13-də Vaşinqtonda yerləşən ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbində keçirilmişdir. Tədbirdə Universitetin tələbə və müəllim heyəti ilə yanaşı region uzrə araşdırma mərkəzlərinin mütəxəssisləri, diplomatlar, Dövlət Departamentinin nümayəndələri iştirak etmişlər. "Azərbaycan Günü"-nün təşkilatçısı, Universitetin Beynəlxalq Araşdırmalar Məktəbinin azərbaycanlı tələbəsi Leyla Məmmədli toplantı iştirakçılarını salamlayaraq bildirmişdir ki, "Azərbaycan Günü" ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə, 28 may – Respublika gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmişdir. Sonra ARDNŞ təqaüdçüsü L.Məmmədli universitetin tələbə və müəllim heyətinə Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, dünya arenasında yeri və rolu barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə müasir Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi vurğulanmış, iştirakçılara Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalması haqqında da ətraflı məlumat verilmişdir. Tədbirdə ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Diana Altman da çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycan nadir tarixə və zəngin mədəniyyətə malik ölkələrdən biridir və bu, amerikalılara da çatdırılmalıdır. Sonra Amerikada fəaliyyət göstərən "İpək Yolu" rəqs qrupunun üzvləri Azərbaycan milli rəqslərini ifa etmişlər. Qrupun rəhbəri Lorel Viktorya Qrey demişdir ki, 16 il bundan əvvəl yaranmış rəqs qrupunun repertuarında Azərbaycan rəqsləri əsas yerlərdən birini tutur. Toplantı Azərbaycan incəsənətinin pərəstişkarı və təbliğatçısı, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbokun ifasında instrumental muğam parçalarından ibarət konsertlə davam etdirilmişdir. Daha sonra Cons Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı Bonni Uilson çıxış edərək, ali təhsil ocağında oxuyan azərbaycanlı tələbələrin milli mədəniyyətlərini yüksək səviyyədə təmsil etdiklərindən məmnunluğunu ifadə etmişdir. Tədbirin sonunda cay süfrəsi açılmış, iştirakçılar Azərbaycanın milli şirniyyatlarına qonaq edilmişlər. Üzərində Azərbaycanın və SOCAR-ın rəmzləri olan xatirə hədiyyələrinin paylanması da tələbə və qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır. "Azərbaycan Günü" Universitet auditoriyasının böyük marağına səbəb olmuşdur. Fotoalbom bölməsində tədbirdə çəkilmiş şəkillər yerləşdirilmişdir.
ARDNŞ-də yeni departament yaradılmışdır
27.04.2011
Məlum olduğu kimi, insan resurslarının idarə edilməsi üzrə xidmətin peşəkar səviyyədə təşkil olunması müəssisənin istehsalat-təsərrüfat göstəricilərinə, onun rentabelliyinə təsir göstərən mühüm amillərdən biridir. Bu sahə ARDNŞ-də daim diqqət mərkəzində saxlanılır. Kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə digər işlərin təkmilləşdirilməsi məqsədi ilə Şirkətin Baş ofisində "İnsan resursları departamenti" yaradılmışdır. Departament "Uçot və işçilərlə əlaqələr", "Təlim və inkişaf" və "İşə qəbul və yerləşdirmə" şöbələrindən ibarətdir. Yeni departamentin yaradılması Şirkətin idarə və müəssisələrində bu sahədə fəaliyyətin optimal tənzimlənməsinə yönələn ümumi norma, tələb və qaydaları müəyyən edən standart sənədlərin işlənməsində, qəbul edilməsində və tətbiq olunmasında operativliyi təmin edəcək, ümumiyyətlə, insan resursları üzrə fəaliyyətin təkmilləşdirilməsinə xidmət göstərəcəkdir. Artıq departamentin şöbələrinə ilk təyinatlar olmuşdur. ARDNŞ-nin Təqaüd Proqramının ilk iştirakçılarından olmuş Oksford Universitetinin magistri Tural Əliyev "Təlim və inkişaf" şöbəsinin, Oklahoma Universitetinin magistri Teymur Mahmudov isə "İşə qəbul və yerləşdirmə" şöbəsinin rəisi vəzifələrinə təyin olunmuşlar.
Diqqət! Bundan sonra "Kadrların hazırlanması şöbəsi"nin funksiyalarını "Təlim və inkişaf şöbəsi" həyata keçirəcək. Lakin şöbənin e-maili dəyişməyəcək.

1 >> 2