Ana səhifə > Orta məktəblər >> Orta məktəblər

ARDNŞ-nin fəaliyyətlərindən biri də orta məktəblərdə oxuyan şagirdlərin beynəlxalq olimpiadalarda iştirakına maddi və mənəvi dəstəyin verilməsidir. Bu dəstək nəticəsində, son 3 tədris ili ərzində Tayvan, Rumıniya, Çin, Türkiyə, Makedoniya, Braziliya, Qazaxıstanda və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq fənn olimpiadalarında iştirak etmiş şagirlər vətənə cəmi 47, o cümlədən 11 qızıl, 11 gümüş və 25 bürünc medalla qayıtmışlar. Bunlardan əlavə, ARDNŞ-nin maliyyə dəstəyi ilə 2007-ci il aprel ayının 5–7-də ekologiya və təbii fəlakətlər, ekstremal hallara həsr edilmiş İNEPO Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası, 2008-ci il aprel ayının 4-5-də isə 2-ci İNEPO olimpiadası keçirilmişdir. Sonuncu olimpiadada dünyanın 30-dan artıq ölkəsinin (ABŞ, Türkiyə, Rusiya, Hindistan, Nigeriya, Slovakiya, Tacikistan, Ukrayna, Tayvan və sairə) və respublikanın qabaqcıl məktəblərinin şagirdləri iştirak etmişlər. 2009-cu il aprel ayının 1-5-də isə ARDNŞ-nin dəstəyi ilə 3-cü Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası (İNEPO) ARDNŞ-nin dəstəyi ilə Bakıda keçirilmişdir. Olimpiadada dünyanın 30-dan artıq ölkəsinin qabaqcıl məktəblərinin şagirdləri iştirak etmişlər.