Ana səhifə > Orta məktəblər >> Elanlar

“Almaniya Yay Düşərgəsi”nin iştirakçıları arasında keçirilən inşa müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir
Bildiyiniz kimi, SOCAR şirkəti ilə Almaniyanın UniPer şirkəti arasında 2014-2044-cü illəri əhatə edən əməkdaşlıq müqaviləsinin bəndlərindən biri “Uşaqların Mübadilə Proqramı”dır. Proqramın şərtlərinə görə hər il hər iki şirkətin əməkdaşlarının övladları üçün yay düşərgələri həyata keçirilir. Proqramın tərkibi olaraq müsabiqə nəticəsində SOCAR-da çalışan əməkdaşların uşaqları bu il 19 iyun-03 iyul tarixləri arası Almaniya yay düşərgəsində iştirak etmişlər.
Yay düşərgəsindən sonra məktəblilər arasında Almaniya təəssüratları ilə bağlı inşa müsabiqəsi həyata keçirilmiş və qaliblər müəyyən olunmuşdur. 05 sentyabr 2016-cı il tarixdə SOCAR-ın yeni inzibati binasında inşa müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir. Görüşdə Təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov qaliblərlə səmimi söhbət aparmış və iştirakçılara bundan sonra da uğurlarının davamlı olmasını arzulamışdır. Həmçinin məktəblilər göstərdikləri diqqətə, yay düşərgəsi proqramının yüksək səviyyədə təşkilinə görə SOCAR rəhbərliyinə təşəkkürünü bildirmişlər. Sonda qaliblər hədiyyələr və sertifikatlarla təltif olunmuş, xatirə şəkilləri çəkdirilmişdir.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
SOCAR işçilərinin övladları üçün Almaniyanın Düsseldorf - Münhen şəhərlərində baş tutacaq Yay düşərgəsi müsabiqəsinin qaliblərinin siyahısı açıqlandı
19.03.2015
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “E.ON” şirkəti tərəfindən SOCAR işçilərinin 12-13 yaşlarında olan övladları üçün Almaniyanın Düsseldorf - Münhen şəhərlərində 2 həftəlik yay düşərgəsində iştirak edəcək qaliblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
SOCAR işçilərinin 12-13 yaşlarında olan övladları üçün Almaniyanın Düsseldorf - Münhen şəhərlərində baş tutacaq Yay düşərgəsi layihəsinin 1-ci mərhələsinin nəticələri
18.03.2015
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “E.ON” şirkəti tərəfindən SOCAR işçilərinin 12-13 yaşlarında olan övladları üçün Almaniyanın Düsseldorf - Münhen şəhərlərində 2 həftəlik yay düşərgəsində iştirak etmək üçün müsabiqənin 1-ci mərhələsi baş tutmuşdur. Müsabiqədə iştirak etmək üçün 32 nəfər şagird sənəd vermiş və 18.03.2015-ci il tarixdə keçirilən test imtahanında iştirak etmişlər. Test imtahanının nəticələri ilə buradan tanış ola bilərsiniz.
Gələcəyin Mühəndisləri layihəsi - 23 saylı orta məktəbdə görüş
SOCAR İnsan Resursları Departamenti SOCAR-ın təhsillə bağlı proqramları və mühəndisliyin faydaları haqqında orta məktəblərdə təqdimatlar keçirərək gəncləri mühəndislik sahələrinə stimullaşdırır və onlarda motivasiya yaradır. “Gələcəyin mühəndisləri” təqdimatı bu dəfə 28 yanvar 2015-ci il tarixində Bakının Nəsimi rayonunda yerləşən Tahir Həsənov adına 23 saylı orta məktəbdə keçirilmişdir. Məktəbin direktoru Yuliya Kərimova SOCAR-ın İnsan Resursları Departamentinin
əməkdaşlarını salamladıqdan sonra İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları SOCAR tərəfindən həyata keçirilən təhsil proqramları haqqında məlumat verdilər. Bu proqramlara əsasən gənclər SOCAR hesabına mühəndis ixtisasları üzrə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində ali təhsil alır və işlə təmin olunurlar. Həmçinin mühəndislik üzrə ali təhsil alan tələbələrə müsabiqəyə əsasən SOCAR illik 1000 manat daxili təqaüd verir. Bundan başqa, Bakı Ali Neft Məktəbini bitirən məzunlar Böyük Britaniyanın Heriot-Vatt Universitetinin təhsilini əldə etməklə beynəlxalq səviyyədə qəbul olunan mütəxəssis olurlar. Sonra onlar yüksək əməkhaqqı ilə işlə təmin olunurlar. SOCAR-ın Bakı və Sumqayıt şəhərlərində, Qobustan və Qala qəsəbələrində fəaliyyət göstərən peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox səmərəli olduğu, bütün təhsil xərclərinin və işlə təminatın isə şirkətin hesabına olduğu bildirildi. Yay təcrübəsi proqramına qoşulan gənclər yay aylarında SOCAR-da iş təcrübəsi qazanmaqla bərabər yüksək məvacib də alırlar. Yay məktəbi proqramında isə gənclər SOCAR üzrə təlim və ekskursiyalar keçirlər. Bu proqramın qalibləri İsveçrə, Türkiyə və Gürcüstana səyahətlər əldə edirlər. Mühəndisliyin faydası nədir? Bu gün istifadə etdiyimiz mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, qida və enerji təchizatı, yaşayış binaları, körpülər, yollar mühəndisliyin məhsuludur. SOCAR üçün əsas olan mühəndislik ixtisasları - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin ümumi faydasından bəhs edilmişdir. Yəni gənclər gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, qısa bir zamanda yüksək məvacib, yaxşı sosial təminat əldə edəcəklər. Tədbirin sonunda məktəbin əlaçı şagirdləri SOCAR-ın dəyərli hədiyyələri ilə mükafatlandırıldı.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - 242 saylı orta məktəbdə görüş
Hər bir mütəxəssisin hazırlıq səviyyəsi onun orta məktəbdə topladığı bilik bazasından , tutduğu mövqedən asılı olur. Ulu öndərimiz Heydər Əliyev söyləmişdir: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. Bu fikrin məntiqi davamı kimi SOCAR İnsan Resursları Departamenti SOCAR-ın təhsillə bağlı proqramları və mühəndisliyin faydaları haqqında orta məktəblərdə təqdimatlar keçirərək gəncləri mühəndislik sahələrinə stimullaşdırır və onlarda motivasiya yaradır. 2012-ci ilin noyabr
ayından etibarən artıq 40-dan çox məktəb üzrə yuxarı sinif şagirdlərinin iştirakı ilə təqdimat keçirilmişdir. Bununla sənayemiz və iqtisadiyyatımız üçün vacib olan mühəndislik ixtisaslarına kadr hazırlığını çox gənc yaşlarından başlamaq lazımdır ki, bu da həyata keçirilir. Bu dəfəki “Gələcəyin mühəndisləri” təqdimatı 22 yanvar 2015-ci il tarixində Bakının Nizami rayonunda yerləşən 242 saylı orta məktəbdə keçirilmişdir. Məktəbin direktoru Akif Rəsulov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşlarını salamladıqdan sonra İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək SOCAR tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat vermiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyini bildirmişlər. Bu proqramlara əsasən gənclər SOCAR hesabına dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində ali təhsil alır və SOCAR-da işlə təmin olunurlar. Həmçinin qeyd olunmuşdur ki, ali məktəb tələbələri arasında müsabiqəyə əsasən SOCAR illik 1000 manat daxili təqaüd ayırır. Bunlara nail olmaq üçün mühəndislik ixtisaslarını seçmək lazımdır. Əlavə olundu ki, Bakı Ali Neft Məktəbini bitirən məzunlar neft-qaz təhsili üzrə dünyada ilk yerləri tutan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomunu əldə etməklə beynəlxalq səviyyəli mütəxəssis olurlar. Bundan sonra onlar SOCAR-da yüksək əməkhaqqı ilə işlə təmin olunurlar. SOCAR-ın Bakı və Sumqayıt şəhərlərində, Qobustan və Qala qəsəbələrində fəaliyyət göstərən peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox səmərəli olduğu, bütün təhsil xərclərinin və işlə təminatın isə şirkətin hesabına olduğu bildirildi. Yay təcrübəsi proqramına qoşulan gənclər yay aylarında SOCAR-da iş təcrübəsi qazanmaqla bərabər yüksək məvacib də alırlar. Bununla onlar üçün əmək kitabçaları açılır və gənclər üçün önəmli olan iş təcrübəsi məsələsi həll olunur. Yay məktəbi proqramında isə gənclər SOCAR-ın idarələrində iş prinsiplərini öyrənməklə yanaşı ekskursiyalar keçirlər. Bu proqramın qalibləri SOCAR-ın maliyyə vəsaiti hesabına İsveçrə, Türkiyə və Gürcüstana səyahətlər qazanırlar. Mühəndisliyin faydasından danışarkən qeyd olundu ki, bu gün istifadə etdiyimiz mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, qida və enerji təchizatı, yaşayış binaları, körpülər, yollar mühəndisliyin məhsuludur. SOCAR üçün mühüm olan ixtisaslar - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin verdiyi faydalardan söhbət açılmışdır. Əgər gənclər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, yüksək maddi təminat, firavan həyat tərzi əldə edəcəklər. Yekunda təhsildə fərqlənən əlaçı şagirdlər SOCAR-ın dəyərli hədiyyələri ilə mükafatlandırıldı.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - 145 saylı orta məktəbdə görüş
ARDNŞ İnsan Resursları Departamenti ARDNŞ-nin təhsillə bağlı layihə və proqramları haqqında təqdimatlar keçirərək mühəndislik ixtisaslarını təbliğ etməklə orta məktəblərdə bu sahələrə maraq aşılayır. 2012-ci ilin noyabr ayından etibarən 35 məktəb üzrə yuxarı sinif şagirdlərinin iştirakı ilə təqdimat keçirilmişdir. Bu təqdimatlar Dövlət Neft Şirkətinin təlim-təhsil layihələri və proqramları ilə məktəbliləri maarifləndirmək, onları mühəndislik istiqamətinə həvəsləndirmək, gələcəkdə
dövlətimizə və dövlətimizin iqtisadiyyatına fayda verəcək şəxsləri ortaya çıxarmaq məqsədi daşıyır. Əlbəttə ki, ARDNŞ üçün vacib olan mühəndislik ixtisaslarına kadr hazırlığını çox gənc yaşlarından başlamaq lazımdır ki, bu da özünü maarifləndirmə işində təzahür edir. Növbəti “Gələcəyin mühəndisləri” təqdimatı 25 dekabr 2014-cü il tarixində Bakının Nizami rayonunda yerləşən Eldar Quliyev adına 145 saylı orta məktəbdə keçirilmişdir. Məktəbin direktoru əməkdar müəllim Nikolay Vasilçenko tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşlarını salamladı. Daha sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat vermiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyini bildirmişlər. ARDNŞ-nin yeni layihələri, “Əsrin müqaviləsi” haqqında danışılmış, Bakı Ali Neft Məktəbinin fəaliyyətindən bəhs edilmişdir. Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat verilmiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyi bildirilmişdir. Bu proqramlara əsasən son 8 ildə 250 nəfər gənc ARDNŞ hesabına dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində ali təhsil almış və ARDNŞ-də işlə təmin olunmuşdur. Onlardan bir neçəsi ARDNŞ hesabına mənzil əldə etmişdir. Həmçinin qeyd olunmuşdur ki, ali məktəb tələbələri arasında müsabiqəyə əsasən ARDNŞ aylıq 100 manat daxili təqaüd ayırır. 2005-ci ildən daxili təqaüd üçün müraciət edən 13418 ali məktəb tələbəsindən 1681 nəfəri ARDNŞ-nin daxili təqaüdünü almışdır. Bunlara nail olmaq üçün gənclər yalnız və yalnız mühəndislik ixtisaslarını seçməlidirlər. Bundan əlavə, mühəndisliyin faydasından danışılmış, şagirdlərdə mühəndislik sahələrinə maraq aşılanmışdır. Qeyd olundu ki, Bakı Ali Neft Məktəbini bitirən məzunlar yerli diplomla yanaşı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomunu da əldə edirlər. Neft-qaz təhsili üzrə dünyada ilk yerləri tutan Heriot-Vatt Universitetinin diplomunu əldə etməklə məzunlar beynəlxalq səviyyəli mütəxəssis olurlar. Bundan sonra onlar ARDNŞ-də yüksək əməkhaqqı ilə işlə təmin olunurlar. ARDNŞ-nin peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox əhəmiyyətli və səmərəli olduğu, bütün təhsil xərclərini və işlə təminatı isə şirkətin maliyyə vəsaiti hesabına olduğu qeyd edildi. Vurğulandı ki, ARDNŞ-nin təlim mərkəzləri nəinki Bakı şəhərində, o cümlədən Sumqayıt şəhərində, Qobustan və Qala qəsəbələrində də fəaliyyət göstərir. Yay təcrübəsi proqramına qoşulan gənclər yay aylarında ARDNŞ-də iş təcrübəsi qazanmaqla bərabər yüksək məvacib də alırlar. Bununla onlar üçün əmək kitabçaları açılır və gənclər üçün önəmli olan iş təcrübəsi məsələsi həll olunur. Yay aylarında keçirilən digər proqram olan yay məktəbi proqramında gənclər ARDNŞ-nin idarələrində iş prinsiplərini öyrənməklə yanaşı ekskursiyalar keçirlər. Bu proqramın qalibləri ARDNŞ-nin maliyyə vəsaiti hesabına İsveçrə, Türkiyə və Gürcüstana səyahətlər qazanırlar. Bundan əlavə, Bakı Ali Neft Məktəbinin fəaliyyətindən bəhs edilmiş, mühəndisliyin faydasından danışılmış, şagirdlərdə mühəndislik sahələrinə maraq aşılanmışdır. Bu gün istifadə etdiyimiz mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, qida və enerji təchizatı, yaşayış binaları, körpülər, yollar mühəndisliyin məhsuludur. Nəticə etibarı ilə, ARDNŞ üçün prioritet olan ixtisaslar - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin əhəmiyyətindən danışılmışdır. Bugünkü şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, yüksək maddi təminat, firavan həyat tərzi əldə edəcəklər. Xüsusilə ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq və məsuliyyət tələb edir. Yekunda təhsildə fərqlənən əlaçı şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırıldı. Təqdimatı bağlı elan etmək üçün məktəbin direktoru Nikolay Vasilçenko yenidən çıxış edərək bugünkü şagirdlərimizin gələcəklərini düşündüklərinə görə Dövlət Neft Şirkətinə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi – 60 saylı orta məktəbdə görüş
Məlum olduğu kimi, ARDNŞ İnsan Resursları Departamenti ARDNŞ-nin təhsillə bağlı layihə və proqramları haqqında təqdimatlar keçirərək mühəndislik ixtisaslarını təbliğ etməklə orta məktəblərdə bu sahələrə maraq aşılayır. Bu dəfəki “Gələcəyin mühəndisləri” təqdimatı 17 dekabr 2014-cü il tarixində Bakının Yasamal rayonunda yerləşən Paşa Nəzərov adına 60 saylı orta məktəbdə baş tutdu. Giriş sözü ilə məktəbin direktor müavini Süleyman Məmmədov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin
əməkdaşlarını salamladı. Daha sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat vermiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyini bildirmişlər. Bundan əlavə, mühəndisliyin faydasından danışılmış, şagirdlərdə mühəndislik sahələrinə maraq aşılanmışdır. ARDNŞ-nin peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox əhəmiyyətli və səmərəli olduğu, bütün təhsil xərclərini və işlə təminatı isə şirkətin öz üzərinə götürdüyü bildirildi. Qeyd olundu ki, ARDNŞ-nin təlim mərkəzləri nəinki Bakı şəhərində, o cümlədən Sumqayıt şəhərində, Qobustan və Qala qəsəbələrində də fəaliyyət göstərir. Nəticə etibarı ilə, ARDNŞ üçün prioritet olan ixtisaslar - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin əhəmiyyətindən danışılmışdır. Həmçinin bildirildi ki, ARDNŞ-də mühəndis olmaq yüksək bilik və bacarıq tələb edir. Yekunda təhsildə fərqlənən əlaçı şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırıldı və məktəbin direktor müavini S. Məmmədov təşkil etdiyi bütün işlərə görə Dövlət Neft Şirkətinə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi 245 saylı orta məktəbdə görüş
Bildiyiniz kimi, ARDNŞ İnsan Resursları Departamenti 2012 ildən etibarən ümumtəhsil müəssisələrində ARDNŞ-nin təhsillə bağlı layihə və proqramları haqqında təqdimatlar keçirərək mühəndislik ixtisaslarını təbliğ etməklə gənclərdə bu sahələrə maraq aşılayır. 2012-ci ilin noyabr ayından etibarən 35 məktəb üzrə 2500-dən çox yuxarı sinif şagirdinin iştirakı ilə təqdimat keçirilmişdir. Bu təqdimatlar Dövlət Neft Şirkətinin təlim-təhsil layihələri və proqramları ilə məktəbliləri maarifləndirmək, onları mühəndislik istiqamətinə həvəsləndirmək, gələcəkdə dövlətimizə və dövlətimizin iqtisadiyyatına
fayda verəcək şəxsləri ortaya çıxarmaq məqsədi daşıyır. Əlbəttə ki, ARDNŞ üçün vacib olan mühəndislik ixtisaslarına kadr hazırlığını çox gənc yaşlarından başlamaq lazımdır ki, bu da özünü maarifləndirmə işində təzahür edir. Cari tədris ilinin ilk “Gələcəyin mühəndisləri” təqdimatı 16 dekabr 2014-cü il tarixində Bakının Xətai rayonunda yerləşən 245 saylı orta məktəbdə baş tutdu. Giriş sözü ilə məktəbin direktoru Ülviyyə İsmayılova tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşlarını salamladı. ARDNŞ–nin son dövrlərdəki uğurlarından danışan Ü. İsmayılova bildirdi ki, ARDNŞ dövlətimizi beynəlxalq səviyyədə təmsil edir. Daha sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək “Gələcəyin mühəndisləri” layihəsinin mahiyyəti haqqında danışmış və layihənin bir çox məktəblərdə, xüsusilə Heydər Əliyev adına liseydə, 6 saylı orta məktəbdə, Bakı Avropa liseyində, 20 saylı orta məktəbdə, Zərifə Əliyeva adına liseydə, Zəkalar liseyində və digər məktəblərdə baş tutduğunu söyləmişlər. Daha sonra əməkdaşlar ARDNŞ-nin tarixi, strukturu, yeni layihələri, “Əsrin müqaviləsi” haqqında danışmış, Bakı Ali Neft Məktəbinin fəaliyyətindən bəhs etmişlər. Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat vermiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyini bildirmişlər. Bu proqramlara əsasən son 8 ildə 250 nəfər gənc ARDNŞ maliyyə vəsaiti hesabına dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində ali təhsil almış və ARDNŞ-də işlə təmin olunmuşdur. Onlardan bir neçəsi ARDNŞ hesabına mənzil əldə etmişlər. Həmçinin qeyd olunmuşdur ki, ali məktəb tələbələri arasında müsabiqəyə əsasən ARDNŞ aylıq 100 manat daxili təqaüd ayırır. Həmçinin daxili və xarici təqaüd proqramının iştirakçıları müsabiqədən kənar işə qəbul, mənzil təminatı və sosial güzəştlər kimi üstünlüklər qazanırlar. Bunlara nail olmaq üçün gənclər yalnız və yalnız mühəndislik ixtisaslarını seçməlidirlər. Bundan əlavə, mühəndisliyin faydasından danışılmış, şagirdlərdə mühəndislik sahələrinə maraq aşılanmışdır. ARDNŞ-nin peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox əhəmiyyətli və səmərəli olduğu, bütün təhsil xərclərini və işlə təminatı isə şirkətin öz üzərinə götürdüyü bildirildi. Qeyd olundu ki, ARDNŞ-nin təlim mərkəzləri nəinki Bakı şəhərində, o cümlədən Sumqayıt şəhərində, Qobustan və Qala qəsəbələrində də fəaliyyət göstərir. Yay təcrübəsi proqramına qoşulan gənclər yay aylarında ARDNŞ-də iş təcrübəsi qazanmaqla bərabər yüksək məvacib də alırlar. Yay aylarında keçirilən digər proqram olan yay məktəbi proqramında gənclər ARDNŞ-nin idarələrində iş prinsiplərini öyrənməklə yanaşı ekskursiyalar keçirlər. Bu proqramın qalibləri ARDNŞ maliyyə vəsaiti hesabına İsveçrə, Türkiyə və Gürcüstana səyahətlər qazanırlar. Bundan başqa, mühəndisliyin fəaliyyət dairələri izah olundu. İstifadə olunan mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, məişət avadanlıqları, qida və enerji təchizatı, yaşayış binaları, körpülər, yollar mühəndisliyin məhsuludur. Nəticə etibarı ilə, ARDNŞ üçün prioritet olan ixtisaslar - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin əhəmiyyətindən danışıldı. Bunun üçün orta məktəbdə fizika, riyaziyyat və kimya fənlərini dərindən öyrənməkdə fayda vardır. Vurğulandı ki, bugünkü şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, onlar lazımi yaşayış təminatı, yüksək əmək haqqı, rahat həyat tərzi əldə edəcəklər. Həmçinin bildirildi ki, ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq və məsuliyyət tələb edir. Yekunda şagirdləri maraqlandıran suallar cavablandırıldı və təhsildə fərqlənən əlaçı şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırıldı. Təqdimatı bağlı elan etmək üçün məktəbin direktoru Ü. İsmayılova yenidən çıxış edərək Dövlət Neft Şirkətinə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi – “Ankara məktəbi” məktəb-liseyində görüş
Məlum olduğu kimi, mühəndislik ixtisaslarına kadr hazırlığını erkən yaşdan başlamaq üçün ARDNŞ İnsan Resursları Departamenti maarifləndirmə işini davam etdirir. Əlbəttə ki, ARDNŞ üçün vacib olan mühəndislik ixtisaslarına kadr hazırlığını çox gənc yaşlarından başlamaq lazımdır ki, bu da özünü maarifləndirmə işində təzahür edir. Bu dəfəki “Gələcəyin mühəndisləri” təqdimatı 10 dekabr 2014-cü il tarixində Bakının Nərimanov rayonunda yerləşən “Ankara məktəbi” məktəb-liseyində keçirilmişdir.
Təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək ARDNŞ-nin struktur bölmələri - idarələr, zavodlar, istehsalat birlikləri, trestlər, haqqında danışmışlar. Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat verilmiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyi bildirilmişdir. Bakı Ali Neft Məktəbinin üstünlüklərindən bəhs edilmişdir. Həmçinin, mühəndisliyin faydasından danışılmış, şagirdlərdə mühəndislik sahələrinə maraq aşılanmışdır. Bundan başqa, mühəndisliyin fəaliyyət dairələri izah olundu. İstifadə etdiyimiz mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, qida və enerji təchizatı, yaşayış binaları, körpülər, yollar mühəndisliyin məhsuludur. Nəticə etibarı ilə, ARDNŞ üçün prioritet olan ixtisaslar - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin əhəmiyyətindən danışıldı. Bildirildi ki, şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçdikləri təqdirdə onlar rahat yaşayış təminatı, yüksək əmək haqqı və uğurlu iş karyerası əldə edəcəklər. Yekunda şagirdləri maraqlandıran suallar cavablandırıldı və təhsildə fərqlənən əlaçı şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırıldı.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi – 272 saylı orta məktəb
Bu dəfəki ARDNŞ - “Gələcəyin mühəndisləri” təqdimatı 04 dekabr 2014-cü il tarixində Bakının Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 saylı orta məktəbdə həyata keçirildi. ARDNŞ üçün vacib olan mühəndislik ixtisaslarına kadr hazırlığını erkən yaşdan başlamaq üçün ARDNŞ İnsan Resursları Departamenti belə maarifləndirmə işini həyata keçirir. 272 saylı orta məktəbin direktoru Rəhilə Əhmədova və direktor müavini Binnət Qasımov çıxış edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları
əməkdaşlarını salamladı. Daha sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək ARDNŞ-nin strukturu və yeni layihələri olan Neft-Qaz emalı və Neft-Kimya kompleksi, Gəmiqayırma zavodu, Karbomid zavodu, «STAR» Neft Emalı Zavodu, TANAP layihəsi haqqında danışmış, digər zavodlar, trestlər, idarələr, istehsalat birlikləri, institutlardan bəhs etmişlər. Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat verilmiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyi bildirilmişdir. Əgər gənclər yalnız və yalnız mühəndislik ixtisaslarını seçsələr, mühəndisliyin faydasını tez bir zamanda görəcəklər. Daha sonra Bakı Ali Neft Məktəbi haqqında məlumat verildi. Bakı Ali Neft Məktəbini bitirən məzunlar yerli diplomla yanaşı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin diplomunu da əldə edirlər. Neft-qaz təhsili üzrə dünyada ilk yerləri tutan Heriot-Vatt Universitetinin diplomunu əldə etməklə məzunlar beynəlxalq səviyyəli mütəxəssis olurlar. Bundan sonra onlar ARDNŞ-də yüksək əməkhaqqı ilə işlə təmin olunurlar. ARDNŞ-nin peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox əhəmiyyətli və səmərəli olduğu, bütün təhsil xərclərini və işlə təminatı isə şirkətin maliyyə vəsaiti hesabına olduğu qeyd edildi. Vurğulandı ki, ARDNŞ-nin təlim mərkəzləri nəinki Bakı şəhərində, o cümlədən Sumqayıt şəhərində, Qobustan və Qala qəsəbələrində də fəaliyyət göstərir. Yay təcrübəsi proqramına qoşulan gənclər yay aylarında ARDNŞ-də iş təcrübəsi qazanmaqla bərabər yüksək məvacib də alırlar. Bununla onlar üçün əmək kitabçaları açılır və gənclər üçün önəmli olan iş təcrübəsi məsələsi həll olunur. Yay aylarında keçirilən digər proqram olan yay məktəbi proqramında gənclər ARDNŞ-nin idarələrində iş prinsiplərini öyrənməklə yanaşı ekskursiyalar keçirlər. Bu proqramın qalibləri ARDNŞ-nin maliyyə vəsaiti hesabına İsveçrə, Türkiyə və Gürcüstana səyahətlər qazanırlar. Bundan başqa, mühəndisliyin fəaliyyət dairələri izah olundu. Bu gün istifadə etdiyimiz mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, təyyarə və gəmilər, yaşayış binaları, körpülər, yollar və onların idarə olunması mühəndisliyin məhsuludur. ARDNŞ üçün prioritet olan mühəndislik sahələri və onların peşə üstünlükləri haqqında danışıldı. Həmçinin bildirildi ki, ARDNŞ-də mühəndis olmaq üçün savadlı, bilikli və təcrübəli mütəxəssis olmaq lazımdır. Yekunda şagirdləri maraqlandıran suallar cavablandırıldı və təhsildə fərqlənən şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırıldı. Təqdimatı bağlı elan etmək üçün məktəbin direktoru Rəhilə Əhmədova yenidən çıxış edərək bugünkü şagirdlərimizin Azərbaycanımızın firavan gələcəyi naminə münasib peşələrə yiyələnəcəyinə inandığını söylədi və belə layihələrin həyata keçirilməsinə görə Dövlət Neft Şirkətinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi – 32 saylı orta məktəb
Növbəti “Gələcəyin mühəndisləri” təqdimatı 26 noyabr 2014-cü il tarixində Bakının Nizami rayonunda yerləşən Məzahir Rüstəmov adına 32 saylı orta məktəbdə keçirilmişdir. Məktəbin direktoru əməkdar müəllim Sevda Abdullayeva tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşlarını salamladı. Daha sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək Dövlət Neft Şirkəti
tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat vermiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyini bildirmişlər. Bunun üçün gənclər yalnız və yalnız mühəndislik ixtisaslarını seçməlidirlər. Bundan əlavə, Bakı Ali Neft Məktəbinin fəaliyyətindən bəhs edilmiş, mühəndisliyin faydasından danışılmış, şagirdlərdə mühəndislik sahələrinə maraq aşılanmışdır. Bundan sonra, mühəndisliyin fəaliyyət dairələri izah olunmuşdur. Bu gün istifadə etdiyimiz mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, qida və enerji təchizatı, yaşayış binaları, körpülər, yollar, o cümlədən bu gün içərisində əyləşdiyimiz məktəb binası da mühəndisliyin məhsuludur. Nəticə etibarı ilə, ARDNŞ üçün prioritet olan ixtisaslar - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin əhəmiyyətindən danışıldı. Geologiya mühəndisliyindən danışılarkən akademik Xoşbəxt Yusifzadə nümunə göstərilərək ölkəmizdə peşəkar geoloqlara böyük ehtiyacın olduğu bildirilmişdir. Vurğulandı ki, bugünkü şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, yüksək maddi təminat, firavan həyat tərzi əldə edəcəklər. Həmçinin bildirildi ki, ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq və məsuliyyət tələb edir. Yekunda təhsildə fərqlənən şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırıldı. Təqdimatı bağlı elan etmək üçün məktəbin direktoru Sevda Abdullayeva yenidən çıxış edərək bugünkü şagirdlərimizin gələcəklərini düşündüklərinə görə Dövlət Neft Şirkətinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi – 12 saylı orta məktəb
Bildiyiniz kimi, ARDNŞ İnsan Resursları Departamenti 2012 ildən etibarən ümumtəhsil müəssisələrində ARDNŞ-nin təhsillə bağlı layihə və proqramları haqqında təqdimatlar keçirərək mühəndislik ixtisaslarını təbliğ etməklə gənclərdə bu sahələrə maraq aşılayır. 2012-ci ilin noyabr ayından etibarən 28 məktəb üzrə 2000-ə yaxın yuxarı sinif şagirdinin iştirakı ilə təqdimat keçirilmişdir. Bu təqdimatlar Dövlət Neft Şirkətinin təlim-təhsil layihələri və proqramları ilə məktəbliləri maarifləndirmək, onları mühəndislik istiqamətinə həvəsləndirmək, gələcəkdə dövlətimizə və dövlətimizin iqtisadiyyatına
fayda verəcək şəxsləri ortaya çıxarmaq məqsədi daşıyır. Əlbəttə ki, ARDNŞ üçün vacib olan mühəndislik ixtisaslarına kadr hazırlığını çox gənc yaşlarından başlamaq lazımdır ki, bu da özünü maarifləndirmə işində təzahür edir. Cari tədris ilinin ilk “Gələcəyin mühəndisləri” təqdimatı 20 noyabr 2014-cü il tarixində Bakının Nizami rayonunda yerləşən Kamil Eyyubov adına 12 saylı orta məktəbdə baş tutdu. Giriş sözü ilə məktəbin direktoru Əli Alıyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşlarını salamladı. ARDNŞ–nin son dövrlərdəki uğurlarından danışan Ə. Alıyev bildirdi ki, ARDNŞ dövlətimizi beynəlxalq səviyyədə təmsil edir. Daha sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək ARDNŞ-nin tarixi, strukturu, yeni layihələri, “Əsrin müqaviləsi” haqqında danışmış, Bakı Ali Neft Məktəbinin fəaliyyətindən bəhs etmişlər. Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi proqramları haqqında məlumat verilmiş, peşəkar fəhlə kadrlarının hazırlanmasına da böyük önəmin verildiyi bildirilmişdir. Bu proqramlara əsasən son 8 ildə 247 nəfər gənc ARDNŞ hesabına dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində ali təhsil almış və ARDNŞ-də işlə təmin olunmuşdur. Onlardan bir neçəsi ARDNŞ hesabına mənzil əldə etmişlər. Həmçinin qeyd olunmuşdur ki, ali məktəb tələbələri arasında müsabiqəyə əsasən ARDNŞ aylıq 100 manat daxili təqaüd ayırır. 2005-ci ildən daxili təqaüd üçün müraciət edən 13418 ali məktəb tələbəsindən 1681 nəfəri ARDNŞ-nin daxili təqaüdünü almışdır. Bunlara nail olmaq üçün gənclər yalnız və yalnız mühəndislik ixtisaslarını seçməlidirlər. Bundan əlavə, mühəndisliyin faydasından danışılmış, şagirdlərdə mühəndislik sahələrinə maraq aşılanmışdır. ARDNŞ-nin peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox əhəmiyyətli və səmərəli olduğu, bütün təhsil xərclərini və işlə təminatı isə şirkətin öz üzərinə götürdüyü bildirildi. Qeyd olundu ki, ARDNŞ-nin təlim mərkəzləri nəinki Bakı şəhərində, o cümlədən Sumqayıt şəhərində, Qobustan və Qala qəsəbələrində də fəaliyyət göstərir. Yay təcrübəsi proqramına qoşulan gənclər yay aylarında ARDNŞ-də iş təcrübəsi qazanmaqla bərabər yüksək məvacib də alırlar. 2010-cu ildən fəaliyyət göstərən bu proqram üzrə 1069 nəfər yay aylarında ARDNŞ –də təcrübə keçməklə həm iş təcrübəsi qazanmış, həm də yüksək məvacib almışdır. Yay aylarında keçirilən digər proqram olan yay məktəbi proqramında gənclər ARDNŞ-nin idarələrində iş prinsiplərini öyrənməklə yanaşı ekskursiyalar keçirlər. Bu proqramın qalibləri ARDNŞ hesabına İsveçrə, Türkiyə və Gürcüstana səyahətlər qazanırlar. Bundan başqa, mühəndisliyin fəaliyyət dairələri izah olundu. Bu gün istifadə etdiyimiz mobil telefonlar, kompüter, nəqliyyat vasitələri, qida və enerji təchizatı, yaşayış binaları, körpülər, yollar, o cümlədən bu gün içərisində əyləşdiyimiz məktəb binası da mühəndisliyin məhsuludur. Nəticə etibarı ilə, ARDNŞ üçün prioritet olan ixtisaslar - neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin əhəmiyyətindən danışıldı. Vurğulandı ki, bugünkü şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, onlar lazımi yaşayış təminatı, yüksək əmək haqqı, rahat həyat tərzi əldə edəcəklər. Həmçinin bildirildi ki, ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq və məsuliyyət tələb edir. Yekunda şagirdləri maraqlandıran suallar cavablandırıldı və təhsildə fərqlənərək məktəbin şərəfini yüksəldən şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırıldı. Təqdimatı bağlı elan etmək üçün məktəbin direktoru Əli Alıyev yenidən çıxış edərək bugünkü şagirdlərimizin, tələbələrimizin gələcəyi və ölkəmizin inkişafı haqqında düşündüklərinə görə Dövlət Neft Şirkətinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
ARDNŞ işçilərinin 12-13 yaşlarında olan övladları üçün Almaniyanın Düsseldorf şəhərində baş tutacaq Yay düşərgəsi layihəsinin 1-ci mərhələsinin nəticələri
22.05.2014
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniyanın “E.ON” şirkəti tərəfindən ARDNŞ işçilərinin 12-13 yaşlarında olan övladları üçün Almaniyanın Düsseldorf şəhərində 2 həftəlik yay düşərgəsində iştirak etmək üçün müsabiqənin 1-ci mərhələsi baş tutmuşdur. Müsabiqədə iştirak etmək üçün 36 nəfər şagird sənəd vermiş və 21.05.2014-cü il tarixdə keçirilən test imtahanında iştirak etmişlər. Test imtahanının nəticələri ilə buradan tanış ola bilərsiniz.
Gələcəyin Mühəndisləri layihəsi – 251 saylı orta məktəb
11.04.2014
ARDNŞ İnsan Resursları Departamenti Təlim və inkişaf şöbəsinin əməkdaşları "Gələcəyin mühəndisləri" layihəsi üzrə tədbirlərin davamı kimi Nizami rayonunda yerləşən 251 saylı orta məktəbdə olmuşlar. Layihənin məqsədi peşəkar kadrların hazırlanması üçün mühəndislik sahələrinə həvəs yaratmağıı orta məktəblərdən başlamaqdır. 11.04.2014 tarixdə keçirilən "Gələcəyin mühəndisləri" layihəsinin təqdimatında 251 saylı orta məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbiri
giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Nurqələm Bayramova ARDNŞ İnsan Resursları Departamentinin əməkdaşlarını salamladı. Vurğulandı ki, ARDNŞ Azərbaycan iqtisadiyyatının və sənayesinin döyünən ürəyidir. Və hər bir azərbaycan vətəndaşı bu ürəyin döyünməsi üçün zəngin bilik və savad toplamalı, öz səriştə və təcrübəsi ilə xidmət etməlidir. N.Bayramova onu da qeyd etdi ki, mütəxəssis hazırlığının ta orta məktəbdən başlanılması çox səmərəli təcrübədir. Daha sonra şagirdlərə layihənin əhəmiyyəti və onların gələcək karyeralarına müsbət təsir edəcəyi geniş izah olundu. Bundan sonra İnsan Resursları Departamentinin nümayəndələri "Gələcəyin mühəndisləri" layihəsini təqdim etdilər. Tədbirdə ARDNŞ-nin son dövrdəki fəaliyyəti haqqında məlumat verildi. Şirkət haqqında məlumat verən əməkdaşlar bildirmişdir ki, ARDNŞ-nin tərkibində 10 idarə, 5 zavod, 3 istehsalat birliyi, 2 trest mövcuddur. Bundan başqa elmi tədqiqat institutları, o cümlədən son dərəcə mükəmməl təhsili ilə respublikada fərqlənən Bakı Ali Neft Məktəbi fəaliyyət göstərir. ARDNŞ-nin dünyanın bir çox ölkəsində nümayəndəlikləri və treydinq şirkətləri vardır. Yeni layihələr kimi Gəmiqayırma Zavodunun, Neft-Qaz və Neft-Kimya Kompleksinin, Türkiyənin İzmir şəhərinin Petkim yarımadasında yerləşən “Star” Neft Emalı Zavodunun təşkil olunmasından söhbət açıldı. Bundan başqa, TANAP (Trans Anadolu Qaz Boru Xətti) layihəsi üzrə işlərin davam etməsindən danışıldı. Bu geniş miqyaslı layihələr əsasında bugünkü məktəblilər gələcəkdə uğurlu karyera əldə edəcəklər. Əgər gənclər mühəndislik ixtisaslarına istiqamət alsalar, ARDNŞ tərəfindən həyata keçirilən xarici və daxili təqaüd proqramlarından, peşə təlim mərkəzlərindən, yay məktəbi və yay təcrübəsi kimi layihələrdən faydalanacaqlar. Təqdimat zamanı neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyinin faydalı məqamları göstərilmiş və şagirdlərin sualları cavablandırılmışdır. Tədbirin yekununda təhsildə fərqlənən şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırılmışdır. Sonda şagirdlər üçün faydalı olacaq təqdimatı təşkil etdiklərinə görə məktəbin direktoru N.Bayramova İRD-nin nümayəndələrinə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi – 250 saylı orta məktəb
07.04.2014
Orta məktəblərdə tədris ilinin sonuna az qalmasına baxmayaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti "Gələcəyin mühəndisləri" layihəsi üzrə tədbirləri davam etdirir. Bu dəfə İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları Nizami rayonunda yerləşən 250 saylı orta məktəbdə olmuşlar. Məlum olduğu kimi, silsilə təqdimatların əsas məqsədi ölkəmizdə gələcəkdə peşəkar kadrların əldə olunması üçün mühəndislik sahələrinə maraq oyatmağı orta məktəblərdən başlamaq və bu kimi tədbirlər həyata keçirməkdir. 03.04.2014 tarixdə
keçirilən "Gələcəyin mühəndisləri" təqdimatında 250 saylı orta məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər. Tədbirdə ilk öncə ARDNŞ-nin strukturu və fəaliyyəti haqqında məlumat verildi. Şirkət haqqında məlumat verən əməkdaşlar bildirmişdir ki, ARDNŞ-nin tərkibində 10 idarə, 5 zavod, 3 istehsalat birliyi, 2 trest olmaqla ümumilikdə 22 müəssisə mövcuddur. Bundan başqa, idarələrin tərkibində elmi tədqiqat institutları və mərkəzləri, o cümlədən müasir tələblərə cavab verən Bakı Ali Neft Məktəbi fəaliyyət göstərir. ARDNŞ-nin dünyanın 15-dən çox ölkəsində nümayəndəlikləri və treydinq şirkətləri vardır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni investisiya layihələri kimi Gəmiqayırma Zavodunun, Neft-Qaz və Neft-Kimya Kompleksinin, Türkiyənin İzmir şəhərinin Petkim yarımadasında yerləşən “Star” Neft Emalı Zavodunun tikintisinin davam etməsindən danışıldı. Bundan başqa, dəyəri 7 milyard ABŞ dolları olan TANAP (Trans Anadolu Qaz Boru Xətti) layihəsinin ilk etapının 2018-ci ildə başa çatacağı gözlənilir. Bu geniş miqyaslı layihələrin əsasında yetişməkdə olan gənc mütəxəssislərə ehtiyac duyulacaqdır ki, bugünkü yuxarı sinif şagirdləri mühəndislik sahələrinə yönəlsələr, mühəndislik ixtisaslarına yiyələnsələr, gələcəkdə uğurlu karyera əldə edəcəklər. Əgər şagirdlər yaxın dövrdə mühəndislik ixtisaslarını seçsələr, ARDNŞ tərəfindən həyata keçirilən xarici və daxili təqaüd proqramlarından, peşə təlim mərkəzlərindən, yay məktəbi və yay təcrübəsi kimi layihələrdən bəhrələnə biləcəklər. Təqdimat zamanı neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyi barədə söhbət aparılmış və şagirdlərin sualları cavablandırılmışdır. Şagirdlər üçün faydalı olacaq təqdimatı təşkil etdiklərinə görə məktəbin direktor müavini Sadıq Sadıqov İRD-nin nümayəndələrinə təşəkkürünü bildirmişdir. Tədbirin yekununda təhsildə fərqlənən şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırılmışdır. Təəssüratlarını bölüşən şagirdlər ARDNŞ-nin həyata keçirdiyi və çox faydalı olan layihələri hər zaman izləyəcəklərini bildirdilər.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi – 3 saylı orta məktəbdə Binəqədi rayonundakı bir neçə orta məktəbin şagirdləri ilə görüş - 3
06.03.2014
"Gələcəyin mühəndisləri" layihəsi üzrə tədbirlərin davamı kimi 6 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşları Binəqədi rayonunda yerləşən Rüstəm Əliyev adına 3 saylı orta məktəbdə olmuşlar. Təqdimat Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilmişdir. Məlumdur ki, layihənin keçirilməsində məqsəd ölkəmizin iqtisadi inkişafı və peşəkar kadrların əldə olunması üçün "Mühəndislik" sahələri üzrə gənclərdə həvəs oyatmaq, maarifləndirici işlər aparmaqdır.
Təqdimat Binəqədi rayonunda yerləşən 3, 102, 135, 144, 267, 276 saylı məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seymur Hacıyev ARDNŞ İnsan Resursları Departamentinin əməkdaşlarını salamlayaraq şagirdləri İRD-nin əməkdaşlarının təqdim etdiyi maarifləndirici işlərdən bəhrələnməyə dəvət etdi. Layihənin əhəmiyyəti və onların gələcək karyeralarına müsbət təsir edəcəyi geniş izah olundu. Daha sonra ARDNŞ-nin Baş ofisi İnsan Resursları Departamentinin nümayəndələri faydalı və məzmunlu təqdimatla çıxış etdilər. Tədbirdə ARDNŞ-nin strukturu, fəaliyyəti, inkişafı, layihələri haqqında məlumat verildi. Şirkət haqqında məlumat verən əməkdaşlar bildirmişdir ki, ARDNŞ-nin tərkibində 10 idarə, 5 zavod, 3 istehsalat birliyi, 2 trest olmaqla ümumilikdə 22 müəssisə mövcuddur. Bundan başqa, idarələrin tərkibində elmi tədqiqat institutları və mərkəzləri, o cümlədən müasir tələblərə son dərəcə cavab verən Bakı Ali Neft Məktəbi fəaliyyət göstərir. ARDNŞ-nin dünyanın 15-dən çox ölkəsində nümayəndəlikləri və treydinq şirkətləri vardır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni investisiya layihələri kimi Gəmiqayırma Zavodunun, Neft-Qaz və Neft-Kimya Kompleksinin, Türkiyənin İzmir şəhərinin Petkim yarımadasında yerləşən “Star” Neft Emalı Zavodunun tikintisinin davam etməsindən danışıldı. Qeyd edildi ki, “Star” Neft Emalı Zavodunun 2015-ci ildə fəaliyyətə başlaması gözlənilir. Artıq tikintisi başa çatdıqdan sonra Sumqayıt şəhərindəki Karbamid Zavodu öz fəaliyyətini uğurla davam etdirir. Bundan başqa, dəyəri 7 milyard ABŞ dolları olan TANAP (Trans Anadolu Qaz Boru Xətti) layihəsinin ilk etapının 2018-ci ildə başa çatacağı gözlənilir. Bu geniş miqyaslı layihələrin əsasında bu gün yetişməkdə olan gənc mütəxəssislər üçün xeyli miqdarda iş yerləri açılacaqdır ki, bugünkü yuxarı sinif şagirdləri mühəndislik sahələrinə yönəlsələr, mühəndislik ixtisaslarına yiyələnsələr, yaxın gələcəkdə onlara bu layihələrdə böyük ehtiyac olacaqdır. Əgər şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, ARDNŞ tərəfindən həyata keçirilən xarici və daxili təqaüd proqramlarından, peşə təlim mərkəzlərindən, yay məktəbi və yay tərübəsi kimi layihələrdən bəhrələnə biləcəklər. Mühəndisliyin əhəmiyyəti haqqında fikirlər şagirdlərlə müzakirə olunmuşdur. Təqdimat zamanı neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyi barədə söhbət aparılmış və şagirdlərin sualları cavablandırılmışdır. Bildirilmişdir ki, mühəndislik sahələrinə yönəlmək üçün riyaziyyat, fizika, kimya və informatika fənlərini dərindən mənimsəməyi orta məktəbdən başlamalıdır. Yekunda tədbirdə iştirak edən məktəblərin fəal şagirdləri ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırılmışdır. Təəssüratlarını bölüşən şagirdlər ARDNŞ-nin layihələrinə və mühəndislik ixtisaslarına maraqlarının yarandığını və hər zaman belə layihələrdə yaxından iştirak edəcəklərini bildirmişlər.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi -Binəqədi rayonundakı bir neçə orta məktəbin şagirdləri ilə görüş-2
18.02.2014
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyin mühəndisləri" layihəsi üzrə tədbirlərin davamı kimi fevralın 18-də İnsan Resursları Departamentinin əməkdaşları Binəqədi rayonunda yerləşən 100 saylı orta məktəbdə olmuşlar. Təqdimatda Binəqədi rayonunda yerləşən 99 №-li, 100 №-li, 126 №-li, 143 №-li, 179 №-li, 244 №-li, 283 №-li məktəbin yuxarı sinif şagirdləri iştirak etmişdir. Bildiyiniz kimi, bu layihənin əsas məqsədi dövlətimizin sənaye inkişafı üçün prioritet sayılan "Mühəndislik" ixtisasları
istiqaməti üzrə gənclərdə motivasiya yaratmaq, müxtəlif maarifləndirici işlər aparmaq və gələcək üçün peşəkar kadrlar yetişdirməkdir. Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seymur Hacıyev ARDNŞ İnsan Resursları Departamentinin əməkdaşlarını salamlayaraq şagirdləri İRD-nin əməkdaşlarının təqdim etdiyi maarifləndirici işlərdən bəhrələnməyə dəvət etdi. Daha sonra söz ARDNŞ-nin Baş ofisi İnsan Resursları Departamentinin nümayəndələrinə verildi. Təqdimatda ARDNŞ-nin strukturu, fəaliyyəti, inkişafı, layihələri haqqında söz açdılar. Şirkətin strukturu haqqında məlumat verən nümayəndələr bildirmişdir ki, ARDNŞ-nin tərkibində 10 idarə, 5 zavod, 3 istehsalat birliyi, 2 trest mövcuddur. Bundan başqa, idarələrin tərkibində elmi tədqiqat institutları və mərkəzləri, o cümlədən müasir tələblərə son dərəcə cavab verən Bakı Ali Neft Məktəbi fəaliyyət göstərir. ARDNŞ-nin dünyanın 15-dən çox ölkəsində nümayəndəlikləri və treydinq şirkətləri vardır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni investisiya layihələri kimi Gəmiqayırma Zavodunun, Qaradağ rayonunun ərazisində yerləşən Neft-Qaz və Neft-Kimya Kompleksinin, Türkiyənin İzmir şəhərinin Petkim yarımadasında yerləşən “Star” Neft Emalı Zavodunun tikintisinin davam etməsindən danışıldı. Bildirildi ki, “Star” Neft Emalı Zavodunun 2015-ci ildə fəaliyyətə başlaması gözlənilir. Artıq tikintisi başa çatdıqdan sonra Sumqayıt şəhərindəki Karbamid Zavodu öz fəaliyyətini uğurla davam etdirir. Bundan başqa, dəyəri 7 milyard ABŞ dolları olan TANAP (Trans Anadolu Qaz Boru Xətti) layihəsinin ilk etapının 2018-ci ildə başa çatacağı gözlənilir. Bu geniş miqyaslı layihələrin əsasında bu gün yetişməkə olan gənc mütəxəssislər üçün xeyli miqdarda iş yerləri açılacaqdır ki, bugünkü yuxarı sinif şagirdləri mühəndislik sahələrinə yönəlsələr, mühəndislik ixtisaslarına yiyələnsələr, yaxın gələcəkdə onlara bu layihələrdə böyük ehtiyac olacaqdır. Əgər şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarını seçsələr, ARDNŞ tərəfindən həyata keçirilən xarici və daxili təqaüd proqramlarından, peşə təlim mərkəzlərindən, yay məktəbi və yay tərübəsi kimi layihələrdən bəhrələnə biləcəklər. Sonda təqdimatda iştirak edən məktəblilər ilə interaktiv söhbət aparılmış və fəal şagirdlər ARDNŞ-nin dəyərli hədiyyələri ilə mükafatlandırılmışdır.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi -10 saylı məktəbdə görüş
12.02.2014
ARDNŞ İnsan Resursları Departamentinin əməkdaşları fevralın 12-də Bakının Nizami rayonunda yerləşən 10 saylı orta məktəbdə “Gələcəyin mühəndisləri” layihəsi üzrə təqdimatla çıxış etmişlər. Təqdimatda məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər. Təqdimatı açıq elan edən məktəbin direktoru Leyla Məmmədova Dövlət Neft Şirkətinin həyata keçirdiyi proqramlardan yararlanmaq üçün şagirdləri təqdimatda fəal iştirak etməyə çağırdı. Daha sonra bildirdi ki, Dövlət Neft Şirkəti tərəfindən 10 saylı məktəbə diqqət ayrılır və bunun davam edəcəyinə inanırıq.
“Gələcəyin mühəndisləri” layihəsi təqdimatına başlamaq üçün İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son nailiyyətlərindən danışdı. Şirkətin ölkəmizin hər bir vətəndaşına aid olması, hər bir Azərbaycan vətəndaşının milli şirkəti olması bildirildi. Təqdimatda xarici və daxili təqaüd proqramları, Bakı Ali Neft Məktəbi, peşə təlim mərkəzləri, yay məktəbi və yay tərübəsi haqqında məlumat şagirdlərin böyük marağına səbəb oldu. Gələcək peşə həyatının mühəndisliklə bağlanmasının şagirdlərə nə dərəcədə faydalı olması onların maraqlı suallarında da öz əksini tapırdı. Nəticə etibarı ilə riyaziyyat, fizika, kimya, informatika kimi elmi fənlər erkən yaşdan daim zəhmətlə öyrənilməli və dərinləşdirilməlidir ki, mühəndislik sahələrinə yiyələnmək mümkün olsun. Əgər neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyi bugünkü şagirdlər üçün gələcəkdə prioritet olsa, onlar yüksək yaşayış təminatı, yüksək əmək haqqı, rahat həyat tərzi, layiqli dostlar əldə edəcəklər. Təqdimatın yekununda məktəbin direktoru Leyla Məmmədova təqdimatı təşkil etdiklərinə görə ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirdi və Şirkətin daim bugünkü şagirdlərin marağında olacağına inandığını bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi -Binəqədi rayonundakı bir neçə orta məktəbin şagirdləri ilə görüş
10.02.2014
Fevralın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ixtisaslı kadr potensialının hazırlanmasının daha erkən mərhələdə aparılması üçün ARDNŞ tərəfindən həyata keçirilən və orta məktəblərin yuxarı sinif şagirdlərini əhatə edən "Gələcəyin mühəndisləri" layihəsi üzrə təqdimat Binəqədi rayonunda yerləşən bir neçə məktəbin şagirdlərinin iştirakı ilə 284 nömrəli orta məktəbdə keçirilmişdir. Bu layihənin əsas məqsədi 9-11-ci sinif şagirdlərini dövlətimizin sənaye inkişafı üçün prioritet sayılan "Mühəndislik" ixtisasları istiqaməti
üzrə yönləndirmək, gələcəyin mühəndisləri ilə təhsil aldıqları müddətdə müxtəlif proqramlar çərçivəsində maarifləndirici işlər aparmaq və gələcək üçün peşəkar kadrlar yetişdirməkdir. Təqdimatda Binəqədi rayonunda yerləşən 284 №-li, 297 №-li, 298 №-li, 299 №-li, 300 №-li, 301 №-li, 314 №-li məktəbin yuxarı sinif şagirdləri iştirak etmişdir. Şagirdlərlə görüşdə tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Seymur Hacıyev vurğuladı ki, ARDNŞ ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil edir və böyük nüfuza malik milli şirkətdir. S. Hacıyev bildirdi ki, Azərbayan neft siyasətinin banisi ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi” ilə məmləkətimizin iqtisadi yüksəliş tempinə nail olmasına hədsiz dərəcədə zəhmət sərf etmişdir. Bugünkü gənc nəsil bu tempin davamı və inkişafı üçün mühəndislik sahələrinə istiqamətlənməlidir, ölkəmizin sənaye inkişafı üçün mühəndislik peşələrinə önəm verməlidir. Daha sonra ARDNŞ-nin Baş ofisi İnsan Resursları Departamentinin əməkdaşları təqdimat keçirərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaranması, inkişafı, müəssisələrinin fəaliyyəti və iri rentabelli layihələri haqqında söz açdılar. Həyata keçirilən xarici və daxili təqaüd proqramları, peşə təlim mərkəzləri haqqında, yay məktəbi və yay tərübəsi barədə məlumat vermişlər. Təqdimat zamanı neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyi barədə söhbət aparılmış və şagirdlərin sualları cavablandırılmışdır. Təqdimata maraq böyük olduğundan layihə Binəqədi rayon məktəblərində silsilə şəkildə davam edəcəkdir.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi -70 saylı məktəb-liseydə görüş
29.01.2014
2014-cü ilin ilk “Gələcəyin mühəndisləri” təqdimatı 29 yanvar 2014-cü il tarixində Nizami rayonu 70 saylı pilot məktəb-liseydə baş tutdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru, əməkdar müəllim, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nazim Qasımov açıq elan etdikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin əməkdaşlarını salamladı. ARDNŞ–nin son dövrlərdəki uğurlarından danışan N. Qasımov bildirdi ki, ARDNŞ dövlətimizi beynəlxalq səviyyədə
təmsil edir. Sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək mühəndisliyin faydasından danışdılar, şagirdlərdə mühəndislik sahələrinə maraq oyatdılar. Şirkət tərəfindən maliyyələşərək həyata keçirilən xarici və daxili təqaüd proqramları, peşə təlim mərkəzləri, yay məktəbi və yay tərübəsi haqqında məlumat verildi. Qeyd olundu ki, onlar mühəndislik ixtisaslarına istiqamət alsalar, gənc yaşlarından ARDNŞ-də yüksək sosial təminatla, məmnun həyat tərzi ilə fəaliyyət göstərməyə nail ola biləcəklər. ARDNŞ-nin Türkiyənin İzmir, Petkim və digər şəhərlərində həyata keçirdiyi layihələrindən, beynəlxalq əməkdaşlığından söz açıldı. ARDNŞ-nin peşə təlim mərkəzlərində peşəyə yiyələnmənin çox əhəmiyyətli və səmərəli olduğu, bütün təhsil xərclərini və işlə təminatı isə şirkətin öz üzərinə götürdüyü bildirildi. Bundan başqa, ARDNŞ-nin beynəlxalq səviyyədə nüfuzunun artması açıqlandı və vurğulandı ki, ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq və məsuliyyət tələb edir. Yekunda şagirdləri maraqlandıran suallar cavablandırıldı. Təqdimatı bağlı elan etmək üçün məktəbin direktoru N.Qasımov yenidən çıxış edərək Dövlət Neft Şirkətinin rəhbərliyinə bugünkü şagirdlərimizin, tələbələrimizin, ölkəmizin gələcəyini düşündüklərinə görə təşəkkürünü bildirdi.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - 288 nömrəli məktəbdə görüş
29.11.2013
“Gələcəyin mühəndisləri” layihəsi çərçivəsində 29 noyabr 2013-cü il tarixdə İnsan Resursları Departamentinin əməkdaşları Qaradağ rayonunda yerləşən Neftçi Qurban adına 288 nömrəli orta məktəbdə təqdimatla çıxış etmişlər. Məktəbin direktoru Gülüstan Ağazadə ARDNŞ-nin əməkdaşlarına və fəxri qonaq kimi dəvəti qəbul edərək tədbirdə iştirak edən Zaməddin Həmişəyevə öz minnətdarlığını bildirdi və ARDNŞ ilə əməkdaşlığından çox məmnun olduğunu söylədi. Neft və mühəndislik sahələrinə ildən-
ilə həvəsin artdığını bildirən məktəbin direktoru xüsusi vurğuladı ki, bu il məktəbin tələbə adını qazanan ən yüksək bal toplamış məzunu məhz ARDNŞ-nin Bakı Ali Neft Məktəbinə qəbul olunmuşdur. Daha sonra isə Təlim və inkişaf şöbəsinin əməkdaşları hazırladıqları təqdimatla ARDNŞ-nin fəaliyyəti, yeni layihələri, xarici və daxili təqaüd proqramları, yay məktəbi və yay tərübəsi, mühəndisliyin sahələri və onların əhəmiyyəti haqqında fikirlərini şagirdlərlə bölüşdülər. Sözügedən proqramların və layihələrin gənclərin gələcək həyatına və karyeralarına müsbət təsir edəcəyi çıxış edənlərin söylədiklərinin əsas mahiyyəti olmuşdur. Əməkdaşlarımız təhsildə nisbətən az uğur qazanan şagirdlərə ARDNŞ-nin peşə təlim mərkəzlərini seçməyi tövsiyə etmişlər. Sonda məktəbin direktoru Gülüstan Ağazadə inamla söylədi ki, 288 saylı orta məktəbin bugünkü şagirdləri ARDNŞ-nin təhsil sahəsində həyata keçirdiyi proqramlarda gələcəkdə çox yaxından iştirak edəcəklər.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - 220 nömrəli məktəbdə görüş
26.11.2013
ARDNŞ-nin layihələri əsasında “Gələcəyin mühəndisləri” təqdimatı bu dəfə 26 noyabr 2013 tarixində Nizami rayonu 220 saylı məktəb-liseydə baş tutdu. Tədbirdə ARDNŞ İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli də iştirak etmiş, özünün də vaxtı ilə bu məktəbdə müəyyən müddət təhsil aldığını vurğuladı. A. Bəkirli 220 saylı məktəb-liseyin yuxarı sinif şagirdlərinə tövsiyə etdi ki, əgər şagirdlər yaxın gələcəkdə mühəndislik ixtisaslarına yiyələnsələr, çox gənc yaşlarından ARDNŞ-də yüksək sosial
təminatla fəaliyyət göstərməyə nail ola biləcəklər. Çıxışını yekunlaşdırdıqdan sonra A. Bəkirli məktəbin yuxarı sinif şagirdləri arasında təhsildə fərqlənən 10 əlaçıya ARDNŞ-nin hədiyyələrini təqdim etdi. Daha sonra 220 saylı məktəb-liseyin direktoru, əməkdar müəllim Almaz Əsgərova çıxış edərək Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirliyə və departamentin əməkdaşlarına diqqət göstərdiklərinə görə, bugünkü gənclərimizin və dövlətimizin sabahını düşündüklərinə görə öz minnətdarlığını ifadə etdi. Dövlət Neft Şirkətinin ölkəmizin iqtisadiyyatında əvəzolunmaz rol oynadığını söyləyən A. Əsgərova ARDNŞ-nin gənclərə və gənclərin təhsilinə, ixtisaslaşmasına geniş yer ayırdığını bildirdi. Sonra təqdimatı həyata keçirmək üçün İRD-nin Təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi, ekologiya mühəndisliyi haqqında məlumat vermiş və bu mühəndislik ixtisaslarının ARDNŞ üçün prioritet olduğunu söyləmişdir. Bundan başqa, ARDNŞ-nin beynəlxalq səviyyədə nüfuzunun artması açıqlandı və deyildi ki, ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq, diqqət və məsuliyyət tələb edir. Yekunda məktəb-liseyin direktoru Almaz Əsgərova gənclərin gələcək inkişafına böyük əhəmiyyət verən ARDNŞ-nin layihələrində həmişə yaxından iştirak edəcəklərini vurğuladı.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - 20 nömrəli məktəbdə görüş
22.11.2013
Noyabr ayının 22-də İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları "Gələcəyin mühəndisləri" layihəsi çərçivəsində A.Hüseynzadə adına 20 saylı orta məktəbdə olmuşlar. Şagirdlərlə görüşdə tədbiri giriş sözü ilə açan məkətbin direktoru əməkdar müəllim Sabir Məmişov vurğuladı ki, ölkəmizin iqtisadiyyatının inkişafı üçün yetişən gənc nəslin bütün nümayəndələri təhsilə, xüsusilə mühəndislik peşələrinə önəm verməlidir. S.Məmişov ARDNŞ-nin ölkəmizi beynəlxalq aləmdə layiqli
təmsili və səyahət etdiyi xarici ölkələrdə ARDNŞ-nin nə qədər nüfüzlu bir şirkət olduğunu əyani şəkildə görüb fəxarət hissi keçirdiyindən bəhs etdi. Daha sonra əməkdaşlarımız təqdimatla çıxış edərək şagirdlərə ARDNŞ-nin həyata keçirdiyi xarici və daxili təqaüd proqramları, peşə təlim mərkəzləri, yay məktəbi və yay tərübəsi haqqında məlumat vermişdir. Bundan əlavə, ARDNŞ-nin beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti barədə də məlumat verilmişdir. Sonda gələcək mühəndislik fəaliyyətini ARDNŞ ilə bağlamaq istəyən şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Təqdimata maraq böyük olduğundan valideynlər və müəllimlər də tədbirdə iştirak etmişdir.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - 6 nömrəli məktəbdə görüş
25.01.2013
ARDNŞ-nin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsi "Gələcəyin mühəndisləri" layihəsini uğurla həyata keçirməkdədir. Orta məktəblərin yuxarı sinif şagirdləri arasında ARDNŞ üçün prioritet sayılan mühəndis ixtsaslarına marağı olan gəncləri bu sahədə indidən hazırlamaq məqsədi daşıyan layihənin növbəti hədəfi Səbail rayonunda yerləşən 6 saylı orta məktəb olmuşdur. Tədbiri giriş nitqi ilə məktəbin direktoru əməkdar müəllim Gülşən Orucova açaraq, çxışında "Gələcəyin mühəndisləri" layihəsinin iqtisadiyyatımızın, xüsusilə də, neft sektorunun inkişafı üçün
əhəmiyyətindən danışmış və təşkilatçılara, eləcə də şagirdlərə uğurlar arzulamışdır. Ardınca, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxış edərək şagirdlərə layihənin məqsədi barədə məlumat vermiş, dərslərində və gələcək həyatlarında uğurlar arzulamışdır. Daha sonra Təlim və inkişaf şöbəsinin rəisi Mahal Mehdiyev və Dövlət Neft Şirkətinin Xarici Təqaüd layihəsinin iştirakçısı,layihə çərçivəsində Böyük Britaniyanın İmperial Kollecinin məzunu və hazırda "SOCAR- "Ümid"MMC" Birgə Müəssisəsinin mühəndis-texnoloqu İqbal Xancıqazov tədbir iştirakçıları qarşısında təqdimatla çıxış etmişlər. Təqdimatda ARDNŞ-nin tarixi, strukturu, yeni layihələri, təqaüd proqramları, mühəndisliyin əhəmiyyəti, fəaliyyəti, məhsulları və ayrı-ayrılıqda mühəndislik sahələri barədə şagirdlərə ətraflı məlumat verilmişdir. Təqdimatçıların çıxışlarının əsas istiqaməti sözügedən layihənin gənclərin gələcək karyeralarına müsbət yöndə göstərəcəyi təsirləri qabartmaq olmuşdur. Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşmışdır.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - 62 nömrəli məktəbdə görüş
18.01.2013
ARDNŞ-nin İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsi "Gələcəyin mühəndisləri" layihəsini uğurla həyata keçirməkdədir. Orta məktəblərin yuxarı sinif şagirdləri arasında ARDNŞ üçün prioritet sayılan mühəndis ixtsaslarına marağı olan gəncləri bu sahədə indidən hazırlamaq məqsədi daşıyan layihənin növbəti hədəfi Nizami rayonunda yerləşən 62 saylı orta məktəbdə olmuşdur. Tədbiri giriş nitqiylə məktəbin direktoru Cabbarlı Mətanət İbrahim qızı açaraq, cıxışında "Gələcəyin mühəndisləri" layihəsinin iqtisadiyyatımızın, xüsusən də, neft sektorunun inkişafı üçün
mühüm əhəmiyyətindən danışmış və təşkilatçılara, eləcə də şagirdlərə uğurlar arzulamışdır. Daha sonra isə Təlim və inkişaf şöbəsinin əməkdaşları hazırladıqları təqdimatla ARDNŞ-nin tarixi, strukturu, yeni layihələri, təqaüd proqramları, mühəndisliyin əhəmiyyəti, fəaliyyəti, məhsulları və ayrı-ayrılıqda mühəndislik sahələri barədə fikirlərini şagirdlərlə bölüşmüşlər. Sözügedən layihənin gənclərin gələcək karyeralarına müsbət yöndə göstərəcəyi təsirlər natiqlərin çıxışlarının əsas mövzularından biri olmuşdur. Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşmışdır.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - Bakı Avropa liseyində görüş
24.12.2012
24 dekabr tarixində İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyin mühəndisləri" layihəsi çərçivəsində yuxarı sinif şagirdləri ilə növbəti görüş Yasamal rayonunda yerləşən Bakı Avropa liseyində baş tutmuşdur. Təlim və inkişaf şöbəsinin əməkdaşları ilk olaraq, məktəbin 11-ci, ardınca isə 10-cu9-cu sinif şagirdləri qarşısında təqdimatla çıxış edərək, ARDNŞ-nin tarixi, strukturu, yeni layihələri, təqaüd proqramları, xüsusilə də mühəndisliyin əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat vermiş və onları maraqlandıran sualları
cavablandırmışlar. Qeyd edək ki, "Gələcəyin mühəndisləri" layihəsi istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsinə yönəlmiş siyasətin davamı olaraq, gənclərin neft-qaz sənayesi sahəsinə marağının artırılması, şirkətin fəaliyyəti barədə onların məlumatlandırılması məqsədilə bu ildən etibarən həyata keçirilir.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi - H. Əliyev adına liseydə görüş
14.12.2012
ARDNŞ istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, gənclərin neft-qaz sənayesi üzrə marağın artırılması, şirkətin fəaliyyəti barədə gənclərin məlumatlandırılması məqsədilə bu ildən etibarən "Gələcəyin mühəndisləri" layihəsini həyata keçirməkdədir. İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən "Gələcəyin mühəndisləri" layihəsi üzrə yuxarı sinif şagirdləri ilə növbəti görüş Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə baş tutmuşdur. Tədbiri giriş nitqiylə Heydər Əliyev adına liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov açaraq,
"Gələcəyin mühəndisləri" nitqiylə Heydər Əliyev adına liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov açaraq, "Gələcəyin mühəndisləri" layihəsinin şagirdlərin gələcək inkişafı üçün mühüm əhəmiyyətindən danışmış, təşkilatçılara və şagirdlərə uğurlar arzulamışdır. Daha sonra isə Təlim və inkişaf şöbəsinin əməkdaşları ARDNŞ-nin tarixi, strukturu, yeni layihələri, təqaüd proqramları, mühəndisliyin əhəmiyyəti, fəaliyyəti, məhsulları və ayrı-ayrılıqda mühəndislik sahələri barədə ətraflı məlumatla şagirdlər qarşısında hazırladıqları təqdimatla çıxış etmişlər.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Tələbərin nəzərinə! Eletron ünvanımız dəyişdi
13.12.2012
17.12.2012-ci il tarixindən etibarən Təlim və inkişaf şöbəsinə məxsus khs@socar.az elektron ünvanı tis@socar.az ünvanı ilə əvəz ediləcəkdir. Qeyd olunan tarixdən müraciətlərinizin tis@socar.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Gələcəyin Mühəndisləri layihəsi- 287 №-li "Zəkalar" liseyi
07.12.2012
ARDNŞ-nin İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsi "Gələcəyin mühəndisləri" layihəsini uğurla həyata keçirməkdədir. Orta məktəblərin yuxarı sinif şagirdləri arasında ARDNŞ üçün prioritet sayılan mühəndis ixtsaslarına marağı olan gəncləri bu sahədə indidən hazırlamaq məqsədi daşıyan layihənin növbəti hədəfi Xətai rayonunda yerləşən 287 saylı "Zəkalar" liseyi olmuşdur. Tədbiri giriş nitqiylə 287 saylı "Zəkalar" liseyinin direktoru, əməkdar müəllim, biologiya üzrə fəlsəfə doktoru Aygün Əhmədli açaraq, cıxışında "Gələcəyin mühəndisləri" layihəsinin iqtisadiyyatımızın,
xüsusən də, neft sektorunun inkişafı üçün mühüm əhəmiyyətindən danışmış və təşkilatçılara, eləcə də şagirdlərə uğurlar arzulamışdır. Daha sonra isə Təlim və inkişaf şöbəsinin əməkdaşları hazırladıqları təqdimatla ARDNŞ-nin tarixi, strukturu, yeni layihələri, təqaüd proqramları, mühəndisliyin əhəmiyyəti, fəaliyyəti, məhsulları və ayrı-ayrılıqda mühəndislik sahələri barədə fikirlərini şagirdlərlə bölüşmüşlər. Sözügedən layihənin gənclərin gələcək karyeralarına müsbət yöndə göstərəcəyi təsirlər natiqlərin çıxışlarının əsas mövzularından biri olmuşdur. Tədbir şagirdlərin suallarının cavablandırılması ilə yekunlaşmışdır.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsi- Zəngi liseyində görüş
28.11.2012
İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üçün prioritet sayılan neft və qazın hasilatı, emalı və bu kimi digər sahələr üzrə gələcəyin mühəndislərini aşkar etmək, eləcə də, onlarda bu sahəyə olan marağı daha da artırmaq məqsədi ilə 27-28 noyabr 2012-ci il tarixlərində Nizami rayonu ərazisində yerləşən "Zəngi" liseyində 9-11-ci sinif şagirdləriqarşısında "Gələcəyin Mühəndisləri" adlı təqdimatla çıxış etmişdir. Görüş zamanı layihənin məqsədlərindən irəli gələn məsələlər, o cümlədən, gələcək kadrların
sırf istehsalat sahəsindəişə başlamaq imkanlarının əhəmiyyəti vurğulanmış, gələcək karyeralarına müsbət təsiri geniş izah olunmuş, bu sahənin nə dərəcədə vacib və məsuliyyət tələb edən sahə olduğu onların nəzərinə çatdırılmışdır. Qeyd edək ki, şagirdlərə neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyi üzrə ixtisas seçimi tövsiyə olunmuşdur. Sonda liseyin təlim-tədriyə işləri üzrə direktor müavini Rəfiyə xanım gənc nəslin inkişafına böyük önəm verən layhələri hər zaman dəstəkləyəcəklərini və çoxşaxəli layihələrin reallaşdırılmasında yaxından iştirak edəcəklərini vurğulamışdır.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Gələcəyin Mühəndisləri layihəsinə start verildi
08.11.2012
İxtisaslı kadr potensialının hazırlanmasının daha erkən mərhələdə aparılmasının müsbət cəhətləri nəzərə alınaraq, orta məktəblərin yuxarı sinif şagirdlərini əhatə edən "Gələcəyin mühəndisləri" layihəsinə 8 noyabr 2012-ci il tarixindən start verilmişdir. Bu layihənin əsas məqsədi 9-11-ci sinif şagirdlərini Azərbaycan Respublikası və Dövlət Neft Şirkəti (ARDNŞ) üçün prioritet sayılan "Mühəndislik" ixtisası istiqaməti üzrə yönləndirmək, gələcəyin mühəndisləri ilə təhsil aldıqları müddətdə müxtəlif proqramlar
çərçivəsində maarifləndirici işlər aparmaq və beləliklə gələcək üçün peşəkar kadrlaryetişdirməkdir. "Gələcəyin mühəndisləri" layihəsinin məktəblilər arasında tanıdılması məqsədilə ARDNŞ-nin İnsan Resursları departamentinin Təlim və inkişaf şöbəsinin əməkdaşları tərəfindən ilkin olaraq yeni istifadəyə verilmiş 328 saylı tam orta məktəbdə şagirdlər qarşısında təqdimatla çıxış edilmiş, layihənin məqsədi, əhəmiyyəti və onların gələcək karyeralarına müsbət mənada təsiri geniş izah olunmuşdur. Təqdimat zamanı neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyi barədə şagirdlərə ətraflı məlumat verilmiş və şagirdlərin sualları cavablandırılmışdır. Təqdimatın sonunda çıxış edən 328 saylı tam orta məktəbin direktoru Leyla Baxşıyeva layihənin şagirdlərə müsbət təsir göstərəcəyini vurğulamış və bu cür layihələrin davamlılığını arzulamışdır.
Görüşün şəkillərinə fotoalbom bölməsində baxa bilərsiniz
Diqqət! ARDNŞ-nin təlim mərkəzinə şagird qəbulu tezliklə
23.10.2012
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə "4-cü dərəcəli dalğıc" kursu üzrə müsabiqə elan edir.

Təhsil haqqında:

  • Təhsil müddəti - 5 ay
  • Müsabiqə mərhələləri:
    • Qabiliyyət imtahanı
    • Müsahibə
    • Test imtahanı
Təhsilin üstünlükləri:
  • Hər bir iştirakçı üçün müvafiq iş forması
  • Gün ərzində bir dəfə pulsuz isti yemək
  • 30-40 AZN təqaüd
Müsabiqədə aşağıda qeyd olunan tələblərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

Tələb olunan şərtlər:

  • Cinsi: kişi
  • Yaş: 18-29
  • Təhsil: ən azı tam orta (ali təhsillilərə və ingilis dilini bilənlərə üstünlük verilir)
  • Fiziki görünüşü: Atletik, normaastenik
  • Boy: 165-185 sm
  • Çəki: 90 kq-a qədər
  • Hərbi mükəlləfiyyəti: Yararlı (həqiqi hərbi xidmət keçmiş)

Tələb olunan bacarıqlar:

  • Suda ən azı 200 metr sərbəst üzmək (istənilən üsulla)
  • Su səthində ən azı 10 dəqiqə özünü saxlamaq,
  • Ən azı 4 m dərinliyinədək su dibinə baş vurmaq (sərbəst üsulla),
  • Su altında ən azı 20 m sərbəst üzmək,
  • Turnikdə ən azı 7 dəfə dartınmaq,
  • Barokamerada 4 atmosfer təzyiqdə barofunksiya və azot narkozuna qarşı davamlılıq.

Tələb olunan sənədlər: Şəxsiyyət vəsiqəsi, attestat və ya diplom, 6 ədəd 3x4 ölçülü rəngli fotoşəkil, yaşayış yerindən arayış, Dalğıc Tibbi Komissiyasından arayış(Neftçilər xəstəxanasından alınmalıdır), həkim-psixiatrdan dalğıc işlərinə yararlığı haqqında arayış.
Qeyd: Kursa qəbul edilmiş iştirakçılar yataqxana ilə təmin edilməyəcəklər.
Təlim Mərkəzinə sənəd qəbulu yaxın zamanlarda başlayacaq. Sənəd qəbul ilə əlaqəli məlumatlar saytımızda yerləşdiriləcəkdir.
Əlavə məlumat üçün əlaqə nömrələri: 521-15-84, 521-00-00 (#10734, #10756)
Elektron poçt ünvanı: khs@socar.az

Neftçilər Gününüz mübarək!
20.09.2012
Bildiyiniz kimi Sentyabrın 20-si Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü"dür. Azərbaycan neft sənayesinin, Azərbaycan neftçilərinin böyük, zəngin və şərəfli yolu var. Bu yolu bizimlə addımlayan hər bir neftçini təbrik edir, müstəqil Azərbaycanın tərəqqisi və neft sənayesinin inkişafı naminə gördüyünüz hər bir işdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzu edirik. İnkişaf etmək niyyətində olan bütün gənclərə mənəvi dəstək olmağa hazır olan Təlim və İnkişaf şöbəsi adından hər birinizi təbrik edir, Azərbaycanda və xaricdə təhsil alan tələbələrimizə zehn açıqlığı arzulayırıq.
Zərifə Əliyeva adına Liseyin şagird və müəllim heyəti üçün ARDNŞ – nin Ekoloji parkına ekskursiya təşkil olunmuşdur
03.05.2012
2012 – ci il 25 aprel tarixində ARDNŞ – nin İnsan Resursları Departamenti Ekologiya İdarəsi ilə birlikdə Zərifə Əliyeva adına Liseyin şagird və müəllim heyəti üçün ARDNŞ – nin Ekoloji parkına ekskursiya təşkil etmişdir. Ekuskursiyanın təşkil olunmasında əsas məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması barədə gənc nəsli məlumatlandırmaq, şagirdlərdə ekoloji şüuru formalaşdırmaqdan ibarət olmuşdur.
Şagirdlərə parkın neftlə çirklənmədən təmizlənmiş mədən ərazisində salınması, parkın istehsalat sahələri və Ekoloji Tədris Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmişdir. Parkda yetişdirilən ağac-kol tinglərinin, ARDNŞ balansında olan neftlə çirklənmiş torpaqlarda əkildiyini və Azərbaycan təbiətinin relikt, nadir, endemik və nəsli kəsilmək təhlükəsi olan, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na salınmış ağac-kol növlərinin qorunması və çoxaldılması işlərinin aparıldığı haqqında da ekskursiya iştirakçılarına ətraflı məlumatlar verilmişdir. Sonda şagirdlər acıq ərazidə qulluq olunan tinglərə və park ərazisində əkilmiş ağaclara göstərilən aqrotexniki qulluqla maraqlanıb, xatirə şəkilləri çəkdirmişlər.
ARDNŞ-də ''İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilmişdir
04.04.2012
Aprelin 4-də ARDNŞ-nin Baş ofisində ''İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş olmuşdur. İştirakçıları səmimi salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev artıq ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Bakı olimpiadasının məqsəd və məramından ətraflı söz açmışdır. Görüşdə ARDNŞ-nin ölkədə ekoloji tarazlığın bərpa olunması istiqamətində apardığı genişmiqyaslı tədbirlərdən danışılmış, qeyd olunmuşdur ki, Şirkət Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində intensiv təmizləmə və yaşıllaşdırma işləri həyata keçirir. ARDNŞ-nin Xəzər dənizində həyata keçirdiyi təmizləmə işləri Olimpiada iştirakçılarının marağına səbəb olmuşdur. ARDNŞ prezidenti tədbir iştirakçılarını VI Olimpiadanın açılışı münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Olimpiadanın təşkilatçılarından olan ''Cağ'' Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Enver Özeren ARDNŞ-nin maliyyələşdirdiyi bu tədbirin istər ölkə daxilində, istərsə də xaricdə böyük əks-səda doğurduğunu qeyd etmiş, bildirmişdir ki, Olimpiadada iştirak etmək istəyən azərbaycanlı və xarici ölkə məktəblilərinin sayı ilbəil artır. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən məktəblilərin bütün Olimpiadalarda uğurla çıxış etdiyini söyləyən Özərən qeyd etmişdir ki, iştirak üçün müraciət edən xarici ölkələrin sayı da artır. ''İNEPO-AVRASİYA'' Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasına 42 ölkənin (o cümlədən, Albaniya, ABŞ, İndoneziya, İran, Qazaxıstan, Gürcüstan, Litva, Makedoniya, Malaziya, Meksika, Nigeriya, Pakistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Türkmənistan, Ukrayna, Rusiya və s.) məktəbli komandaları tərəfindən internet vasitəsi ilə 350-dən çox layihə təqdim edilmişdir. Azərbaycandan isə bu il Olimpiadaya 292 layihə təqdim edilmişdir ki, onlardan 70-i nümayiş olunacaqdır. Ümumilikdə isə VI Olimpiadada 400-dən artıq məktəblinin layihəsi təqdim ediləcəkdir. Olimpiadanın Təşkilat Komitəsinin sədri Arif Gömleksiz iştirakçılar və təşkilatçılar adından ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirmiş, bundan sonra da bu tipli layihələrin keçirilməsində Azərbaycanın digər ölkələrə nümunə olacağını vurğulamışdır. Daha sonra Rumıniya, Türkiyə, Rusiya məktəbliləri səmimi görüş üçün ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, Azərbaycanla ilk tanışlıqdan aldıqları xoş təəssüratdan danışmışlar. Onları maraqlandıran suallar cavablandırılmışdır. Sonda Olimpiada iştirakçılarına ARDNŞ-nin hədiyyələri təqdim olunmuş, Şirkətin prezidenti R. Abdullayev onlarla xatirə şəkilləri çəkdirmişdir.
ARDNŞ-nin maliyyə dəstəyi ilə beynəlxalq olimpiadalarda iştirak edən və medal qazanan şagirdlərlə görüş keçirilmişdir
10.06.2011
İyunun 10-da ARDNŞ-nin Baş ofisində Şirkətin maliyyə dəstəyi ilə beynəlxalq olimpiadalarda iştirak edərək medallar qazanmış şagirdlərlə görüş keçirilmişdir. İştirakçıları səmimi salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində Şirkətdə həyata keçirilən layihələrdən danışmış, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramının tərkib hissələrindən biri kimi beynəlxalq layihə olimpiadalarının əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, orta məktəb şagirdlərinin beynəlxalq bilik yarışlarında, olimpiadalarda Azərbaycanı yüksək səviyyədə təmsil etməsi üçün onlara lazımi dəstəyin verilməsi ARDNŞ-nin bu istiqamətdə gördüyü tədbirlər sırasındadır. Qeyd edilmişdir ki, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən tədris müəssisələrində təhsil alan şagirdlərin beynəlxalq fənn olimpiadalarında iştirakı 2005-ci ildən davamlı olaraq ARDNŞ tərəfindən dəstəklənir. Tədbirdə çıxış edən "Çağ" Öyrətim Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Kömleksiz bildirmişlər ki, liseylərin 250-dən artıq şagirdi 2005-2010-cu illər ərzində ARDNŞ-nin maliyyə dəstəyi ilə Türkiyə, Yunanıstan, Makedoniya, Serbiya, Cənubi Koreya, Rumınya, Çin, Brazilya, Qazaxıstan və başqa ölkələrdə keçirilən fənn və layihə olimpiadalarında iştirak etmiş, ümumilikdə 65 medal (9 qızıl, 21 gümüş və 47 bürünc) qazanmışdır. 2010-2011-ci illər üzrə keçirilən fənn olimpiadalarının iştirakçısı olan 12 məktəbli isə vətənə 4 gümüş və 8 bürünc medalla qayıtmışdır. Daha sonra beynəlxalq fənn olimpiadalarının qalibləri səmimi görüş üçün ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Məktəblilərə Şirkətin xatirə hədiyyələri təqdim olunmuşdur.
Rumıniyada təhsil alma imkanı
16.02.2010
ARDNŞ ingilis dilini intermediate səviyyəsində bilən orta məktəbin 11-ci sinif şagirdlərinin Rumıniyanın Neft və Qaz Universitetinin bakalavriat pilləsində Neft və qaz mühəndisliyi, Mexanika və elektrik mühəndisliyi, Neft emalı və neft-kimya ixtisasları üzrə təhsil alması üçün şərait yaradır. Dərslər rumın dilində aparılacaq. Bunun üçün Proqrama seçilmiş tələbələr 1 il rumın dilinin öyrənilməsi üzrə hazırlıq kursunda oxuyacaqlar. Bu kursu bitirən tələbələr 3 il bakalavriat pilləsində təhsil alacaqlar. Təqaüdçü seçilən tələbələrin təhsili ARDNŞ-nin xaricdə təhsil proqramının şərtləri çərçivəsində maliyyələşdiriləcək. Proqrama qoşulmaq istəyənlər 31 martadək bizə müraciət edə bilərlər.
İddiaçılar tələb olunan sənədlərin siyahısı ilə tanış olmalı, orada tələb olunan sənədləri (ingilis dilində) təqdim etməlidirlər. Application formasını buradan yükləmək olar. Attestat əvəzinə hələlik qiymətlərdən çıxarış təqdim etmək olar. Bundan əlavə iddiaçı aşağıdakı tələblərə də cavab verməlidir:
  1. Ərizə-anket formasını doldurub təqdim etməlidir;
  2. Bütün fənlərdən "yaxşı" və "əla" qiymətləri olmalıdır;
  3. Onun (və ya onun əvəzinə bir başqasının) təhsil xərclərindən az olmayan dəyərdə (ən azı 35 min avro) girov qoyula bilən daşınmaz əmlakı və ya bank zəmanəti olmalıdır;
  4. Azərbaycan dilində hər biri 800 (± 80) sözdən ibarət aşağıdakı mövzularda 2 inşa (elektron variantda, plagiat olmamalıdır) təqdim etməlidir:
    • Azərbaycan mənim vətənimdir (Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti haqqında nə bilirsiniz? Xaricdə Azərbaycanı necə təmsil edəcəksiniz?);
    • Mənim ixtisasım (Nəyə görə bu ixtisası seçimsiniz? İxtisasınız haqqında nə bilirsiniz? Nəyə görə xaricdə oxumaq istəyirsiniz? Təhsilinizi başa vurduqdan sonra əldə etdiyiniz bilikləri necə tətbiq edəcəksiniz?)
Sənədləri Proqramın tələblərinə cavab verən tələbələrin adları namizədlər siyahısına daxil edilir. Universitet və tədris proqramları barədə əlavə məlumatları buradan əldə edə bilərsiniz.